Acı Dividentlər

Posted December 31st, 2014 at 3:25 pm (UTC-5)
Leave a comment

476616659-491456“Krımı ilhaq etməklə Vladimir Putin çox təhlükəli bir iş görüb.  O, İkinci Dünya Müharibəsindən sonra yaranmış siyasi düzəni pozub,” deyə politoloq Paul Goble bir neçə ay öncə Amerikanın Səsinə müsahibədə müşahidə etmişdi.   Həmin müsahibədən sonra Rusiya ilə bağlı atılan addımlar göstərir ki, dünya ictimaiyyəti də cənab Gobleun Putin haqda düşüncələrini paylaşır.  Ölkə içərisində müstəqil medianı, müxalifəti susdurmaq, vətəndaş cəmiyyətini sıradan çıxarmaq bir şeydir, qonşu ölkəyə təcavüz edib onun torpaqlarını silah gücünə ilhaq etmək isə tamam başqa.  Sonuncu dəfə Nasist Almaniyasının rəhbəri Adolf Hitler oxşar iddiaya düşdükdən sonra dünyanı müharibə girdabına salmış və 60 milyondan çox insanın ölümünə bais olmuşdu.  Beynəlxalq ictimaiyyətin 1945-ci ildə San Fransiskoda bir araya gələrək “güclü haqlıdır” prinsipindən imtina etməsi və Birləşmiş Millətlər Təşkilatını təsis etməsi də məhz gələcəkdə növbəti belə fəlakətin qarşısını almağa hesablanmışdı.

Sürətlə və aqressiv şəkildə davaranan Vladimir Putini bu yaxınlaradək bəziləri güclü, ağıllı, fəndgir lider kimi təsvir edirdilər.   Amma Matt O’Brien-in yazdığı kimi, “Qərbin ətrafında strateji dövrələr vuran Putinin başına məzəli əhvalat gəldi. Rusiyanın iqtisadiyyatı çökdü.” Ötən bir neçə həftənin içərisində rubl dəyərini sürətlə itirərək  ölkəni maliyyə böhranına qərq elədi.  Bu sətirlər yazılan anlarda 1 ABŞ dolları 61 rus rubluna bərabərdir.  “Problem sadədir,” O’Brien izah edir. “Neftin qiyməti hələ də düşür və sadə ruslar pullarını rublda saxlamaq istəmirlər.  Ölkədə əsası olan panika var.”   Valyuta dəyərinin azalmasının qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı sələm faizlərini 17 faiz artırıb.  Amma bu hələ o demək deyil ki, 17 faiz maraqla belə ruslar pullarını rublda saxlamağa etibar edəcəklər.  O biri tərəfdənsə Rusiya iqtisadiyyatının dirçəlişi sələm faizlərinin aşağı salınmasını tələb edir.

4A860C24-A43D-45EE-8058-96302659862C_mw1024_s_nGünün sonunda Rusiyanın başlıca problemi iqtisadiyyatının az qala büsbütün neftdən asılı olmasıdır.   “Putin Rusiyası sabiq Sovet Ittifaqı kimi neftin qiyməti qədər güclüdür.    1970-ci illərdə bizə elə gəlirdi ki, SSRİ-nin Əfqanıstanı zəbt etməsi bizim Soyuq Müharibəni uduzmağımızın göstəricisidir.  Amma reallıq bu idi ki, sovetlər özlərini yalnız neft qiymətlərinin yüksək qaldığı şəraitdə yedizdirə bilirdilər.  1980-ci illərin əvvəllərində neft qiymətləri qəfil ucuzlaşanda hamı – və ən çox da boş mağazaları dolaşan sovet vətəndaşları – SSRİ iqtisadiyyatının ilğım olduğunu anladılar.  Tarix təkrar olunur, intəhası Marksizm-Leninizmsiz,”  deyə O’Brien təcavüzkar Sovet İttifaqının aqibətini Putin Rusiyası ilə müqayisə edir.

Putinin elə də fəndgir strateq olmadığını düşünən başqa müşahidəçi ABŞ-ın Moskvadakı sabiq səfiri Michale McFauldur.  Onun fikrincə Putinin qarşıya qoyduğu məqsədlərlə əldə olunan nailiyyətləri arasında uçurum var.  Onun sözlərinə görə Putinin hakimiyyətdə olarkən başlıca məqsədləri bunlar idi: 1) Avrasiya İqtisadi İttfaqını möhkəmləndirmək, 2) Amerikanın dünya boyu siyasi nüfuzunun qarşısını almaq, 3) ABŞ-ın düşmən kimi imicini formalaşdırmaq,  4) Amerikanın raketdən müdafiı proqramını sıradan çıxarmaq, 5) Ticarət və investiyasnı güləndirmək , və 6) Rusiyanın beynəlxalq sistemdə güclü dövlət kimi rolunu bərpa etmək.  “Əlbəttə bu, mənim siyahım olmazdı.  Mən Rusiyanın möhtəşəmliyə gedən yolunu demokratik islahatlarda, azad bazar sisteminin qəbulunda və beynəlxalq qaydalara riayət olunmasında görürəm,” deyə McFaul fikrini ifadə edir.  “Amma Putin hətta öz siyahısında yer alan məqsədlərinə belə nail ola bilməyib.”

Düzdür, Moskva Yaxın Şərqdə yaxın müttəfiqi Bəşər əl Əsədi birtəhər hakimiyyətdə saxlamağa müyəssər olub.  İkincisi, sovetləri kölgədə qoyacaq kütləvi propaqanda metodları ilə əksər rusları ABŞ-ın düşmən olduğuna inandıra bilib.  Üçüncüsu, ən azı Ukrayna böhranınadək, Rusiyanın beynəlxalq arenadakı nüfuzu güclənməyə başlamışdı.  Onun liberal Qərbə qarşı mühafizəkar alternativ obrazı yaratması Amerikaya qarşı çıxmaqla özlərini təsdiq etməyə çalışan bir sıra başqa ölkə liderlərinin rəğbətini qazanmışdı.  Soçi Olimpiada Oyunları Rusiya haqda müsbət rəy yaratmaq böyük rol oynamışdı.  Amma nail olumayan məqsədlərin sayı daha çoxdur.  Ukraynaya kobud müdaxiləsi ilə putin nəinki Kiyevi  Avrasiya Gömrü ittifaqına qoşa bilmədi, bu ölkəni və onuin insanlarını Moskvadan çiyrindirdi.  Az qala eyni dildə danışan 40 milyon adam indi hər vəchlə Qərbin təhlükəsizlik çətiri altına girməyə və Rusiya ilə münasibətləri qırmağa can atır.  Üstəlik Rusiyanın Ukraynadakı aqressiv davranışı bütün dünya ictimaiyyətini hürküdüb.  Heç kəs zor gücünə başqalarına iradəsini yeridən dövlətlə yaxın münasibətlər qurmaq istəmir.  Rusiyanın bütün sərhədləri boyu qonşu dövlətlər onunla iqtisadi-siyasi münasibətləri minimuma endirir və beləliklə Vladimir Putini beynəlxalq siyasi arenadan təcrid edirlər.  Putinin aqressiv davranışı Qərb dövlətlərində Rusiya ilə bağlı nə kimi addımlar atılması üzrəində debatı da bitirdi.  Kommunizmi vəsf edən Sovet dövlətindən fərqli olaraq kremlin indi xaricdə səmimi duyğularlara Kremlə rəğbət bəsləyən dostu qalmayıb.

590DFAE6-9AB0-41AF-9C1A-1551EC95481C_w640_r1_sRusiyadan beyin axını Putin siyasətinin iflasının göstəricilərindən sayıla bilər.  Rusiya federal statstika xidməti Rosstatın verdiyi məlumata görə 2012-ci ildə Rusiyadan 123,000, 2013-cü ildə isə 186,000 adam tərk edib.  2013-cü ildə siyasi sığınacaq üçün 40,000 rus müraciət edib ki, bu, da 2012-ci ildəki rəqəmlə müqyisədə 76 faiz artım təşkil edir.  Daha diqqət çəkəni isə 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra daxil olan rəqəmlərdir.  Təkcə aprel ayından bəri Rusiyanı 203,000 adam tərk edib.  Maraqlısı budur ki, tərk edənlər Rusiyanın yoxsul yox, varlı, ali təhsilli elitar zümrəsinin nümayəndələridir.  “Mən oğlumun ədalətli cəmiyyətdə yaşamasını istəyirəm – elə bir yerdə ki, orada qanun aliliyi olsun.  Bir vaxtlar ümid edirdim ki, Rusiyada daha yaxşı cəmiyyət qurmaq mümkündür, amma indi bütün ümidimi itrimişəm.  Getmək vaxtıdır,” deyə bir rus biznesmen bu gün Rusiyada insanların sentimentini ifadə edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories