e-Estoniya

Posted September 8th, 2015 at 11:02 am (UTC-5)
Leave a comment

Tallinn sakini internet səvermə sistemini sınaqdan keçirir.

Tallinn sakini internet səsvermə sistemini sınaqdan keçirir.

“Baltik Dənizinin sahilində yerləşən kiçik bir ölkədə maraqlı şey baş verir. Məşəqqətli keçmişi olan Estoniya dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş dövlətinə çevrilib.” Rachel Botsman Maliyyə İcmalı dərgisində yazır. “Bəziləri 23.9 milyon əhalisi olan Avstraliyanın həcmini ölkədə innovasiyanın kifayət qədər olmamasına bəhanə gətirir.  Amma 1.3 milyon əhalisi olan Estoniya göstərir ki, texnoloji yaradıcılığa gəldikdə həcmin fərqi yoxdur.” Avstraliyalı müəllifin yazdığına görə bir çoxlarımızın indi istifadə etdiyi Skype, Playtech, Trasnferwise kimi populyar proqramlar Estoniyada göz açıb.  Havayı və ən yüksək sürətli Wi-Fi bağlantısı ilə, kağızsız idarəçiliyi və onlayn seçkiləri ilə Estoniya bu gün dünyanın ən qüdrətli və inkişaf etmiş demokratiyalarını geridə qoyur.

“Təsəvvür edin ki, uşaq anadan olan kimi ona rəqəmsal doğum şəhadətnaməsi verilir və onun tibbi sığortası evə çatmamış artıq iə düşür. Təsəvvür edin ki, yaşayış yerinizi nahar otağından elektron yolla qeydiyyatdan keçirə bilrisiniz. Biznesinizi bir neçə dəqiqəyə qeydiyyatdan keçirib, işə başlayırsınız… Vergiləri beş tıklama ilə ödəyib, hökumətdən sizə çatacaq ödənişi 48 saat ərzində bank hesabınıza oturdursunuz. Estoniyada bunlar kiber-xülyalar deyil, reallıqdır,” Rachel Botsman yazır.

Dünyanın başqa ölkələrində internetdən istifadə tədricən genişləndiyi halda Estoniya artıq kiber inqilabı tamamlamış kimi görünür.  Nəzərə alanda ki, bu ölkədə 1991-ci ilədək totalitar Sovet imperiyasının bir əyaləti idi, estonlarn nailiyyətinin miqyası daha parlaq görünür. Sanki estonlar diktaturadan demokratiyaya keçidi, kağız-kuğuzlu bürokratiyadan səmərəli və effektiv kiber-idarəçiliyə keçidlə parallel həyata keçiriblər.  Boltsmanın fikrincə, başqa oturuşmuş demokratiyalardan fərqli olaraq estonların hər şeyi sıfırdan başlamaları əslində onların xeyrinə işləyib.  Amma bəziləri milli xarakteri də mühüm amil olaraq unutmamağı məsləhət görür. “Eston düşüncə tərzini belə cəmləşdirərdim: praqmatizm, dəyanət və sahibkarlıq ruhu,” deyə Skype-in ilk əməkdaşı vı Transferwise şirkətinin təsisçisi Taavet Hinrikus bildirir.

Milli geyimlərdə qadınlar dünyanın ilk rəqəmsal mahnı festivalında Estoniyanın müstəqillik günü münasibətilə nəğmə oxuyurlar. Estoniya və onun xaricində 100 məkanda müğənnilər internet şəbəkəsi vasitəsilə minlərin xorunu yaradıblar. 20 avqust, 2010.

Milli geyimlərdə qadınlar dünyanın ilk rəqəmsal mahnı festivalında Estoniyanın müstəqillik gününü bayram edirlər. Estoniya və onun xaricində təqribən 100 məkanda müğənnilər internet şəbəkəsi vasitəsilə minlərin xorunu yaradıblar. 20 avqust, 2010.

Sürücülük, sığorta və tələbə vəsiqələri Estoniyanın keçmişində qalıb.  15 yaşından yuxarı estonlara verilən bir elektronik vəsiqədə bütün bu məlumatlar əks olunur.  Vəsiqədə təhlükəsizlik məqsədləri üçün iki parol sistemi var.  Amma çoxları hətta bu vəsiqəni gəzdirməkdən də vaz keçərək mobil vəsiqəli SİM kartdan istifadə edirlıər.  Sadəcə mobil telefon vasitəsilə estonların əksəriyyəti bank, sığorta, təhsil və başqa lazımi sistemlərə çıxış əld edə və işlərini sahmana sala bilərlər.

Estoniyanın daxilindəki durum nə qədər ürəkvericidirsə, onun sərhədlərində cərəyan edənlər bir o qədər narahatlıq doğurur. Bütün bu nailiyyətlərə rəğmən nəhəng və avtoritar Rusiya ilə qonşuluq asan məsələ deyil.  Bir çox başqa sabiq rus müstəmləkələri kimi Estoniya da mütəmadi qaydada Kremlin hədələrinə, konkret bu halda kiber-təhdidlərinə məruz qalır.  2009-cu ildə Rusiyadan qaynaqlandığı şübhələnilən kiber hücumları nəticəsində Estoniyada media, bank, biznes və hökumət saytları sıradan çıxarıldı.  Maraqlıdır ki, bu hücum nəinki estonların ruhunu sındırdı, əksinə, onları rəqəmsal sahədə daha böyük sıçrayışlara həvəsləndirdi.  Elektron idarəçiliyə keçid xeyli sürətləndi və əhalinin internetə çıxışı ən yüksək səviyyədə təmin olundu.

Estoniya baş naziri Andrus Ansip Almaniya kansleri Angela Merkelə ölkəsinin e-hökumət təcrübəsini paylaşır. 26 avqust, 2008.

Estoniya baş naziri Andrus Ansip Almaniya kansleri Angela Merkellə ölkəsinin e-hökumət təcrübəsini paylaşır. 26 avqust, 2008.

Rachel Botsman Estoniya möcüzəsinin səbəbini onun sadəliyi ilə izah edir: “Vergi və hüquq sistemini sadələşdir, ölkəni yaşamaq üçün asan yerə çevir, investisiya və istedad dalınca axacaq. Ölkəni dünyanın aparıcı rəqəmsal millətinə çevrimək yaxşı düşünülmüş və praktiki hədəflər müəyyən etməkdən keçir. Biznesi 18 dəqiqəndən az bir müdətdə qeydiyyat keçirmək mümkündürmü? Vergiləri beş dəqiqəyə ödəmək mümkündürmü? Millət vəkilləri qanunlara smartfonda səs verə bilirlərmi? Əgər bu suallara cavab “xeyr”dirsə, onda ölkəmiz geridə qalır.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories