1. MİQRANT BÖHRANI

Migrants make their way after crossing the border at Zakany2015-ci ilin yayında Balkanlar miqrantların Avropaya əsas marşrut xəttinə çevrildi.  BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığı təxmin edir ki, qarşıdan gələn aylarda hər gün 3,000 miqrant Balkanlardan Qərbi Avropaya keçid üçün istifadə edəcək.  Almaniya hökumətinin təxminlərinə görə 2015-ci ildə ölkədə siyasi sığınacaq üçün müraciət edənlərin sayı 800,000 təşkil edir.  Bu adamların çoxu müharibələrin tüğyan etdiyi Suriya və Əfqanıstan kimi ölkələrdən baş götürüb gedənlərdir.  Macarıstan miqrant axınını qarşısını almaq üçün Serbiya ilə sərhəddə hasar çəkib.  Makedoniya hökuməti fövqəladə vəziyyət elan edib.

 

2. İRANLA NÜVƏ ANLAŞMASI

Ministers and officials pose for a group picture at the United Nations building in Vienna İyulda İran və altı dövlətlər qrupu – ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya  – arasında İslam Respublikasının nüvə silahı istehsal etmək imkanlarını məhdudlaşdıracaq tarixi razılıq imzalandı.  Bunun müqabilində beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyaları aradan qaldırmağa razı oldu.  Prezident Barak Obama anlaşmanı “daha təhlükəsiz və ümidverici bir dünyaya doğru addım” adlandırdı.  İran saflaşdırılmış uran arsenalının 98 faizinin ləğv edilməsinə və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə yoxlama işləri aparmağa icazə verdi.

 

3. İQLİM DƏYİŞİKLİYİ KONFRANSI

team rises at sunset from the cooling towers of the Electricite de France (EDF) nuclear power station at Nogent-Sur-SeineNoyabrın sonunda Parisdə BMT İqlim Dəyişikliyi sammiti keçirildi.  Bu, tarixə dünya liderlərinin ən iri toplantılarından biri kimi düşdü.  İki həftə ərzində 30,000 diplomat və nümayəndə iqlim dəyişikliyinin qarşısını almağın və istixana qazlarını azaltmağın yollarını araşdırdılar.

 

4. PARİSDƏ TERROR

French fire brigade members aid an injured individual near the Bataclan concert hall following fatal shootings in ParisİŞİD Parisdə üç koordinasiyalaşdırılmış hücum həyata keçirərək 128 adamın qətlinə və yüzlərlə adamın yaralanmasına bais oldu.  89 nəfər Bataklan konsert zalında, yerdə qalanları isə restoranlarda və futbol stadionunda güllələndilər.  Səkkiz terrorçudan yeddisi hücumlarda öldürüldü.  Qruplaşmanın rəhbəri və Belçika vətəndaşı olan Əbdülhəmid Abaud bir həftə sonra polis reydi əsnasında qətlə yetirildi.  Bu terror aktı İkinci Dünya Müharibəsindən bəri Fransada ən ölümcül hücum sayılır.

 

5. YUNANISTANDA BORC BÖHRANI

Protester kneels to pay his respect in front of a Greek flag during an anti-austerity rally in Athensİyunda Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1.5 milyard dollar həcmində borc ödənişini buraxdı. Afinanın beynəlxalıq kreditorları ölkənin xilas paketini uzatmaqdan imtina etdilər.  Bunun ardınca Yunanıstanda baş qaldıran siyasi böhran ölkə liderlərini Avropa ilə qarşı-qarşıya qoydu.  Avqustda Almaniya və başqa Avropa dövlətləri Yunanıstana 14.5 milyar dollard həcmində yardım göstərməyə qərar verdilər.  Bu yardım paketi növbəti üç ildə Yunanıstana veriləcək 95.6 milyard dollarlıq paketin ilkin hissəsini təşkil edirdi.

 

6. CHARLIE HEBDO

The Brandenburg Gate is seen through EU flag during a vigil  for the victims of Paris attacks in BerlinYanvarın 7-də Parisdə iki maskalı şəxs Charlie Hebdo satirik məcmçuəsinin redkasiyasına hücum edərək 12 adamı qətlə yetirdilər.  Öldürülənlər sırasında məcmuənin redaktoru Stephane Charbonnier, rəassamlar, və iki polis zabiti var idi.  Başqa beş adam ağır yaralandı.  Sonradan polisə təslim olan Səid Kuaçi, qardaşı Şerif və sürücü Həmid Murad öz əməllərini jurnalda Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsi ilə əsaslandırdılar.

 

7. ABŞ-KUBA MÜNASİBƏTLƏRİNİN BƏRPASI

U.S. marines raise the U.S. flag while watched over by U.S. Secretary of State John Kerry at the U.S. embassy in Havanaİyulda Kuba və ABŞ arasında diplomatik münasibətlər bərpa edildi.  ABŞ-ın Havanada, Kubanın isə Vaşinqtonda səfirlikləri açıldı.  1961-ci ildən bəri ilk dəfə olaraq ölkələr arasında diplomatik münasibətlərin bərpa edilməsinin ardınca ABŞ Dövlət Katibi Con Kerri avqustda Havanaya səfər etdi.

 

8. BORİS NEMTSOVUN QƏTLİ

Pallbearers carry coffin with body of Russian leading opposition figure Nemtsov during memorial service in MoscowFevralın 27-də Moskvada Rusiya prezidenti Vladimir Putinin tənqidçisi Boris Nemtsov qətlə yetirildi.  Qətl aktı Qırmızı Meydan yaxınlığındakı körpüdə baş verdi.  Putin qətli pisləyərək onun araşdırılacağını vəd etdi.  Nemtsovun ölümü Putinin prezidentliyi dövründə ən tanınmış müxalifət liderinin qətli sayılır.  On minlərlə adam Putinin Ukrayna və başqa sahələrlə bağlı siyasətini sərt tənqid etmiş Nemtsovun qətlinə etiraz etdi.

 

9. BİRMADA MÜXALİFƏTİN QƏLƏBƏSİ

Myanmar pro-democracy leader Aung San Suu Kyi returns after giving a speech to her supporters during the election campaign at Kawhmu TownshipNoyabrda Aunq San Su Çinin müxalifət partiyası Birmada ümummilli səsvermədə inamlı qələbə çaldı. İlkin rəsmi nəticələrə əsasən müxalifət partiyası ölkənin ən iri şəhəri olan Yanqonda yerlərin mütləq əksəriyyətini qazandı.  Ölkəni illərdir idarə edən hərbi xunta qələbəni etiraf etdi.  Son 50 ildə ilk dəfə olaraq birmalılar öz liderlərini seçki qutularında müəyyən etmək hüququ əldə etdilər.

MƏNBƏ: www.infoplease.com