Ruslar Necə Savaşır?

Posted April 5th, 2016 at 2:31 pm (UTC-5)
Leave a comment

Mikoyan-Gurevich MiG-29 Fulcrum fighters and Sukhoi Su-25 Frogfoot ground-attack planes form a number 70 as they fly over the Red Square during the Victory Day parade in Moscow“Bu, futbol oyunu kimidir,” latviyalı təhlilçi Janis Berzins Washington Post qəzetinə izah edir. “Əgər sən Almaniyaya qarşı oynayırsansa, onda gərək gedib Almaniyanın necə oynadığına tamaşa edəsən. Bu, təbiidir.”  Söhbət futboldan yaxud ümumiyyətlə idmandan yox, müharibədən gedir. Rusiyanın Suriyadakı hərbi münaqişəyə qatılmasını ABŞ başda olmaqla Qərb müttəfiqləri sərt tənqidlərlə qarşılayıblar.  Onların arqumentinə əsasən Prezident Bəşar əl-Əsədin tərəfində vətəndaş müharibəsində iştirakçı olmaqla ruslar alovun üstünə yanacaq çiləyirlər.  Amma hərbi ekspertlər üçün baş verənlərin mühüm bir faydalı aspekti var.  Rusiyanın hərbi əməliyyatları onlara yüzlərlə kəşfiyyat mənbəyinin verə bilməyəcəyi dəyərli məlumatlar bəxş edir.  Onlar sadəcə müharibəni seyr etməklə Rusiyanın döyüş qabiliyyətini nəzərdən keçirmək imkanı əldə edirlər.

Ən çox diqqət cəlb edən faktor Rusiyanın indiyədək görünməmiş miqyasda və peşəkarlıqla hava qüvvələrindən istifadə etməsi olub.  Ən azı Prezident Vladimir Putin Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda aktiv iştirakına son qoyması haqda bəyanatınadək rusların bir gündə həyata keçirdiyi hava missiyaları bəzən NATO koalisiyasının bir ay ərzində keçirdiyi missiyaların sayına bərabər olub.  Məhz bu effektiv missiyaların sayəsində Suriyanın hakimiyyətdən devrilməkdə olan prezidenti Əsəd nəinki mövqeləyini saxlamağa nail olub, onun hökuməti döyüş meydanında qüvvə balansını əhəmiyyətli şəlkildə dəyişib.

SU-34 markalı bombardmançı-qırıcı təyyarə

SU-34 markalı bombardmançı-qırıcı təyyarə

Bu əməliyyatların keçirilməsində Rusiya köhnə təyyarələrlə yanaşı ən son model Suxoy SU-34, SU-35S və SU-30SM markalı təyyarələrdən istifadə edib.  Rusiyanın Suriya kampaniyasında ən yaxşı göstrəcilər sərgiləyən SU-34 təyyarəsi KAB-500S GLONASS yönləndirilən bombalardan və X-25ML və X-29L yönləndirən raketlərdən istifadə etməklə rəqib qüvvələrinin yüksək dəqiqliklə hədəf alınmasında önəmli rol oynayıb.

“Rusiya Suriyadakı hava kampaniyası ərzində qazandığı təcrübə sayəsində öz hərbi təyyarələrini təkmilləşdirir,” Dave Majumdar yazır. Rusiya mənbələrinin verdiyi məlumata görə əsas problemlər nəzarət sistemində və mühərrikdə qeydə alınıb, ancaq bunlar o qədər də ciddi olmayıb.  Problemlərdən çoxunu yerindəcə aradan qaldırmaq mümkün olub, və əksər pilotlar istifadə etdikləri təyyarələrin yüksək keyfiyyətindən məmnunluq hissi ilə danışıblar.  “Bu, onu göstərir ki, ruslar Suriyadakı ekspedisiyadan evə real dərslər aparır və bu bilikdən bəhrələnirlər. Sonda isə real döyüş təcrübəsi qazanmış Rusiya Hava Qüvvələri qüdrətli amilə çevrilirlər,” Majumdar yazır.

Təkmilləşmələr təkcə hərbi təyyarələrdə yox. Həmçinin elektron müharibə üsullarında, raket texnologiyasında və hərbi dəniz donanmasında özünü büruzə verir.  Rusiyanın mükəmməl yayındırma texnologiyalarından, o cümlədən S-400 anti-hava raketlərini sərgilməsəi bir çox Qərb müşahidəçiliyini təəccübləndirib.  “Bu növ sistemlərdən istifadə praktikti olaraq havada qyeri-uçuş zonası yaratmağa imkan verir,” deyə Berzin müçahdiə edir.

Rusiyanın kruiz mərmilərindən istifadəsi çox sayda hərbi müşahidəçini təəccübləndirib.

Rusiyanın kruiz mərmilərindən istifadəsi çox sayda hərbi müşahidəçini təəccübləndirib.

Rusiyanın Xəzər Dənizində yerləşən gəmilərindən 1300 km məsafə uzaqlıqda hədəfləri vura biləcək kruiz raketlərindən istifadəsi də gözlənilməz olub.  O vaxtadək çoxlarına məlum deyildi ki, Rusiyanın ümumuiyyətlə kruiz mərmilərindənm istifadə etmək imkanları var.  “Bu, böyük bir kəşf idi. Bu, Qərbə güclü mesaj göndərdi ki, hətta bir şərhçinin sözlərinə görə, Xəzər Donanması oyunu dəyişdirəcək faktordur,” Garret Campbell yazır. “Eləcə də baş verənlər Rusiyanın hərbi donanma sektorunda apardığı modernizasiya səylərinin bariz göstəricisi idi.”  Əksər ekspertlər Rusiya hərbi donanmasının davamlı şəkildə fəaliyyət göstərəcəyini şübhə altına alırdı.  Lakin hərbi ləvazimat dolu gəmilərin ardıcı olaraq Latakiya və Tartus vasitəsilə Əsəd qüvvələrini təchizatla təmin etməsi göstərdi ki, Rusiya uzun-müddətli və uzaq-məsafəli təchizat məsələlərində kifayət qədər irəliləyiş əldə edib.

Müharibə Rusiyanın güclü tərəfləri, üstünlükləri ilə yanaşı,onun zəifliklərinə də işıq salıb.  Ən azı Rusiya Müdafiə Nazirliyinin sərgilədiyi videolar göstərir ki, rusların arsenalı əsasən konvensional bombalardan  – amerikanların təbirincə desək “səfeh bombalardan” ibarətdir.  Məsələn onlarla müaqyisədə ABŞ hərbi qüvvələrinin istifadə etdiykləri sursatların əksəriyyəti – “ağıllı bombalar” – hədəfi yüksək dəqiqliklə vurur və adətən peykdən yönləndirilən texnologiyaya malik olurlar.  O biri tərəfdən, amerikalılardan fərqli olaraq ruslar üçün “kollateral itki” – yəni qeyri-hərbi itkilər bir elə əhəmiyyət kəsb etmir.  Rusların bombardman etdikləri ərazilərdə ölən və yaralanan mülki vətəndaşların sayı NATO təyyarələrinin yüksək dəqiqliklə hədəf aldığı missiyalarda olduğundan xeyli artıq olur.

Rusiya hava qüvvələrinin İdlib vilayətinin Cercnaz qəsəbəsində məktəbə endirdiyi hava zərbəsinin fəsadları.

Rusiya hava qüvvələrinin İdlib vilayətinin Cercnaz qəsəbəsində məktəbə endirdiyi zərbənin fəsadları

Rusiya bu əməliyyatlara başlayanda Vaşinqtonda əsas düşüncə belə idi ki, ruslar əməliyyat tempini saxlaya bilməyəcəklər,” Nyu York Universitetindən ekspert Mark Galeotti Washington Post-a deyir.  “Onlar bizim hamımızın yanıldığını sübut etdilər.  Onlar bunu bəzən özlərinə məxsusus “nə işləyir? onu da et” prinsipinə sadiq qalaraq etdilər.”  Başqa hərbi ekspert Garrett Cambellin qənaəti də eynidir.  “Rusiya ordusunun nəyə qadir olub-olmadığı haqda dəyərləndirmələrin çoxu reallığı əks etdirməyib.  Bu problemdən də çox , narahatedici bir məsələdir, çünki o bizim rusların Suriyada nə qədər uzağa gedəcəklərini proqnozlaşdırmaq imkanlarımızı risk altına qoyur.  Qərb təhlilçiləri və öz növbələrində Qərb liderləri Rusiya hərbi imkanlarını heçə endirməyə çalışdıqca, Moskva yəqin ki, bu fürsətdən yararlanaraq onların yanıldığını sübut etməkdə davam edəcək.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories