“Bütün valideynlər uşaqlarına həyatda ən yaxşı imkanları bəxş etmək istəyirlər. Ancaq yeni araşdırma göstərir ki, aqressiv  və sərt valideynlik metodları əks-nəticələr verə bilər.  Belə yanaşma uşaqları həmyaşıd təzyiqləri qarşısında zəiflədə və məktəbdə qiymətlərin pisləşməsinə yol aça bilər.”

Science Alert məcmuəsində dərc edilən məqalə ABŞ-ın Merilend ştatında 1500 yeniyetmə üzərində aparılan araşdırmanın nəticələrinə əsaslanır.  Son tədiqatlar göstərir ki, valideynlərin tez-tez üstlərinə qışqırdıqları yaxud aqressiv cəzalar tətbiq etdikləri uşaqlar hansı qiymət almalarından asılı olmayaraq məktəbi yaxud universiteti erkən tərk etməyə meylli olurlar.

Həmin uşaqlar eləcə də artıq məktəb yaşlarında daha riskli davranışlara meyl göstərirlər ki, bu sıraya dalaşmaq və oğurlamaq daxildir.

Tədqiqatın güclü aspektlərindən biri onun geniş zaman kəsiyi əhatə etməsidir. Belə ki, subyektlər üzərində araşdırma yeniyetmə həyatının ən mühüm 9 ilini əhatə edir.

Uşaqlar valideynlərlə normal kommunikasiya qura bilmədikdə, bu təlabatı ödəmək üçün üçün artan xətlə həmyaşıdlarına üz tuturlar.

“Aqressiv valideynləri olan uşaqlıar öz etimadlarını daha çox dostlarına qoyur və özlərini qısa dönəmdə xoş hiss etdirən hərəkətlərə yol verirlər. Bu cür uşaqlar uzun müddətli planlardan uzaq durur, ev tapşırıqlarını yerinə yetirmir, dostları ilə avaralanmaq üçün valideynlərin qoyduğu qaydaları pozur.”

Pittsburq Universitetinin aparıcı tədqiqatçısı Roşell F. Hentges Science Alert məcmuəsinə müsahibədə rəhbərlik etdiyi araşdırmanın pis davranışla valideynlərin xarakteri arasındakı bağlılığa diqqət yetirir.

“Bizim araşdırmamız uşaqların həyat tarixçəsindən istifadə edərək valideynlərin uşaqların təhsilinə, həmyaşıdları ilə münasibətlərinə, cinsi davranışlarına və nadincliklərinə təsirini müəyyən etməyə yönəlib.”

Valideynlərin uşaqlarla müntəzəm qaba rəftarı onları erkən yaşlarda cinayətkarlığa sövq edə bilər.

Əlbəttə, bütün pis nəticələrdə valideynləri günahlandırmaq ədalətli olmazdı. Lakin araşdırmaq sərt vəalideynliyin uşaqların qərarvermə prosesinə təsirinə işıq salıb.

12 yaşından 21- yaşınadək uşaqların təkamülünü izləyən alimlər mütəmadi qaydada uşaqlardan valydenlərin onlarla rəftarı, öz həmyaşıdları ilə savaşları, cinsi təmasları və dostlarından asılılıqları barədə sorğular keçirib.

Araşdırmanın sonunda respondentlər təhsil səviyyəsində əldə etdikləri yekun nəticələri açıqlayıblar,

Müəyyən olunub ki, qışqırmaq, vurmaq və icbari rəftar, o cümlədən hədələrlə müşayiət olunan valideyn davranışı iki ilin içərisində uşaqların valideyn əvəzinə həmyaşıda daha çox etimad bağlamasına yol açır.

“Bu o deməkdir ki, uşaqlar üçün dostları qarşısındakı məsuliyyət, valideynlər yaxud məktəb qarşısında daşıdıqları məsuliyyəti üstələyir.”

Hentgesin sözlərinə görə “o uşaqlar ki, təsdiqi öz valideynlərindən tapmırlar, onlar həmin o etibarı dost qarşısında qazanmağa can atırlar.”

Təkamül nəzəriyyəsi göstərir ki, sərt mühit yaşamı qeyri-müəyyən etdiynə görə, insanlar bilavasitə uzun dönəmli məqsədlər əvəzinə qısa müddəyli dividentlərə diqqət yetirməyə başlayırlar.

Tədqiqatlar göstərir ki, nəfislərinə nəzarət etməyi bacaran uşaqlar gələcəkdə daha uğurlu olurlar.

Müvafiq eksperimentlər göstərir ki, sərt mühitdə böyüyən uşaqlar dərhal 2 şokolad parçasını almağı bir az gözlədikdən sonra 5 şokolad əldə etməkdən üstün tuturlar. Öz impulslarına yiyələnmiş uşaqların gələcəkdə daha uğurlu olması isə başqa alimlər tərəfindən isbatını tapmış aksiomdur.

Tədqiqatın Amerikada konkret sosial-mədəni məkanın yetirmələri üzərində aparılması onun başqa mədəniyyətlərə nə dərəcədə şamil olunduğunu qeyri-müəyyən edir.

Heç şübhəsiz, tərbiyənin uşaq inkişafındakı rolu danılmazdır. Amerikalı alimlərin fikrincə tərbiyə ilə zəhm arasındakı fərqin tanınması istər valideynlər, istərsə də övladların xoşbəxt yaşayışında mühüm rol oynaya bilər.