Amerikaya köçmək. Başqa sözlə “Amerika xəyalı” nı necə gerçəkləşdirmək olar?

Posted August 1st, 2011 at 1:50 pm (UTC-4)
Leave a comment

İzləyicimiz  Şahin Alekperov bizə göndərdiyi maildə gəlib Amerikada yaşamağın yollarını soruşur. Şahin bəyin razılığı ilə bizə göndərdiyi maili bəzi qısaltmalarla aşağıda sizinlə bölüşürük. Bu barədə təcrübəsi, məlumatı olanlar, ya da bir ideyası olanlar aşağıda öz fikirlərini yaza bilərlər. Biz bu məsələnin mütəxəssisi olmadığımıza görə ona dəqiq məlumat verə bilmirik. Biz sadəcə olaraq  Şahin bəyə bu barədə ABŞ səfirliyi və Dövlət Departamentinin saytlarında heç olmasa bəzi məlumatların tapıla biləcəyini bildirmişik. Şahin bəyin ermənilərin bir-birilərinə əl tutaraq özlərinə şəhərcik və güclü lobbi yaratmaları barədə  yazdıqları da maraqlıdır. O, azərbaycanlıları da bir birlərinə əl tutmağa çağırır. Yəğin özü də bir gün “Amerika xəyalı” gerçəkləşsə, bu əl tutma məsələsini yadından çıxartmaz. Bəs siz nə fikirləşirsiniz. ABŞ-da  azərbaycanlılar həmvətənlərinə kifayət qədər kömək edirmi?   Şahin bəy və ya onun kimi gəlib Amerikada yaşamaq istəyənlərə kömək edə biləcək imkanı olan azərbaycanlı tanışlarınız varmı?  Əlinizdəki məlumatları və ya mövzuyla əlaqədar fikir və şərhlərinizi aşağıda izləyicilərimizlə bölüşə bilərsiniz.

Alekperov Şahinin Amerikanın səsinə  göndərdiyi mail:

2010-da Azerbaycan Tibb Universiteti, eczacılıq fakultesini bitirmishem.Lap uşaqliqdan arzum Amerikada yaşamaq olub. Özüm de hem oranın medeniyyeti ile, hem de ictimai siyasi heyatı ile hemishe maraqlanmısham. Sizden xahishim menim ora getmeyim üçün kömek etməyinizdir. Əla olmasa da ingilis dilini bilirem. Orada ucuzvari ev ala da bilerem, tekce isteyim ora köçüb   ishe düzelib öz heyatımı qurmaqdır. Ardını özüm gətirerəm. Çalıshqan, qabiliyyetli, mesuliyyetli adamam. Menim sizden xahis etdiyim bir adamın bosh xeyalı deyil bu menim en boyuk arzumdur. Yeqin ki problemimin münasib, rahat yolunu siz daha yaxsıı bilirsiniz. Ermeniler bir-birilerine el tutaraq  Grandale adlı bir şehercik ve güclü lobbi yaradıblar. Biz bu sheherciyi yarada bilmesek de heç olmasa bir-birimize el tutaq. Oxudugunuza gore size evvelceden teshekkurumu bildirirem. Hormetle: Alekperov Shahin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər