Showing Archived Posts

Canlı Forum: Müstəqillikdən 20 il sonra Azərbaycanda Rus dilinin rolu nə olmalıdır

Posted October 31st, 2011 at 4:21 pm (UTC-4)
8 comments

Bu yaxınlarda Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsinin iyirminci ili tamam oldu. Bu münasibətlə müstəqil Azərbaycanın son iyirmi illik tarixinə müxtəlif cəhətlərdən qiymət verildi. Bəs təxminən son 200 ildə, yəni Azərbaycanın Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsindən bəri ölkədə ictimai həyatın və elmin bir parçasına çevrilmiş və  hətta müəyyən dövrlərdə Azərbaycan dilini qabaqlamış rus dilinin […]

Cəmil Həsənli Canlı Forumda: “Bisavad gənclik vətən qoruya bilməz”

Posted October 26th, 2011 at 11:45 am (UTC-4)
Leave a comment

1991-ci il oktyabr ayının 18-də Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bu günlərdə Azərbaycanın müstəqilliyinin 20 ili tamam oldu. Keçən bu 20 illik tarixi, Azərbaycanın üzləşdiyi çətinlikləri və nailiyyətləri müzakirə etmək üçün redaksiyamıza tarix elmləri doktoru, professor Cəmil Həsənlini dəvət etmişik. Canlı forum oktyabr ayının 26-sı Bakı vaxtı ilə axşam saat 9:30-da başlayaraq 11:00-da sona çatıb. Hər […]

CANLI FORUM:İllinois universitetinin professoru Məhəmməd Kanduri Urmiyə Gölünün quruması təhlükəsi və bunun nəticələri barədə sualları cavablandırdı

Posted October 11th, 2011 at 9:29 am (UTC-4)
Leave a comment

İllinois universitetinin professoru Məhəmməd Kanduri  aşağıda Urmiyə Gölünün quruması təhlükəsi və bunun nəticələri barədə izləyicilərimizin suallarını cavablandırıb. Bütün suallara ayrılıqda cavab verməyə vaxt çatmadığına görə üzr istəyirik. Məsələyə göstərdiyiniz əlaqəyə və  diqqətinizə görə təşəkkürümüzü bildiririk. Urmiyə gölünün qurumasının qarşısını almaq üçün, bu yaxınlarda, İran Parlamentinə azərbaycanlı bəzi millət vəkillərinin verdikləri qanun lahihəsinin Parlamentin üzvlərinin əksəriyyətinin […]

Elxan Şahinoğlu Azərbaycanın diaspor siyasətində köklü islahatlara ehtiyac olduğunu bildirib

Posted October 4th, 2011 at 10:00 pm (UTC-4)
Leave a comment

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın diaspor siyasəti və onun doğurduğu nəticələrə toxunub. Politoloqun araşdırmalarına görə, hazırda Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində iki, bəzən də üçtirəlik müşahidə edilir. O, ölkənin diaspor siyasətində köklü islahatlara ehtiyac duyulduğunu bildirib. Elxan Şahinoğlu Tapdıq Fərhadoğlu və Bulud Mehmandarlının suallarına cavab verib. Sual: Azərbaycanın diaspor siyasətini […]

BLOGLAR

RSS Xəbərlər