Canlı Forum: Müstəqillikdən 20 il sonra Azərbaycanda Rus dilinin rolu nə olmalıdır

Posted October 31st, 2011 at 4:21 pm (UTC-4)
8 comments

Bu yaxınlarda Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsinin iyirminci ili tamam oldu. Bu münasibətlə müstəqil Azərbaycanın son iyirmi illik tarixinə müxtəlif cəhətlərdən qiymət verildi. Bəs təxminən son 200 ildə, yəni Azərbaycanın Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsindən bəri ölkədə ictimai həyatın və elmin bir parçasına çevrilmiş və  hətta müəyyən dövrlərdə Azərbaycan dilini qabaqlamış rus dilinin müstəqillikdən sonra indiyə qədərki rolu və yeri nə olub və bundan sonra nə olmalıdır. Bu məsələyə həsr elədiyimiz canlı söhbətdə çərşənbə günü, noyabrın 2-də Bakı vaxtı ilə axşam saat 9:30-da iştirak edə bilərsiniz. Qonağımız uzun illərdir Azərbaycan və rus dillərində apardığı televiziya verilişləri ilə tamaşaçıların yaxından tanıdığı Azər Qəribdir. Çərşənbə günü axşam saat 9:30-da başlayacak canlı söhbətimizdə Azər bəy Azərbaycanda rus dilinin rolu və yeri məsələsi ilə əlaqədar müxtəlif sahələrdə suallarınıza və şərhlərinizə canlı olaraq  cavab verəcək. Çərşənbə günü axşam Sərbəst Kürsü Canlı bloqunda öz sözünüzü açıq olaraq deyə bilərsiniz.

Mövzu barədə fikirlərinizi və Azər Qəribə suallarınızı aşağıda ŞƏRHLƏR bölməsində yazın:

Axşamınız xeyr, hörmətli oxucular. Bugünki Canlı Forumun aparıcısı mən Emil Quliyev və həmkarım Nərminə Cəlalqızıdır. Qonağımız isə əvvəlcədən elan etdiyimiz kimi Azərbaycan və rus dillərində proqramların aparıcısı Azər Qəribdir. Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara Azər bəy canlı olaraq cavab verir. Ən son cavabları almağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) gərəkdir.

Oxucularımızın ilk sualı belədir:

SUAL: Azərbaycanda bir çox dövlət strukturlarında işçilər indi də rus dilində danışır. Buna səbəb nədir?

CAVAB: Buna səbəb həmin işçilərin rus dilini bilməsidir. Amma bütün sənədlər Azərbaycan dilinde tutulur. Əgər mən hər hansı bir idarədə görsəm ki, rus dilində həmin əməkdaşa fikrimi daha yaxşı izah edə bilərəm, mən rus dilində danışacam. Dövlət sənədlərin, yazişmanın Azərbaycan dilində olmasını tələb edə bilər, amma kim hansı dildə danişmalıdır, bunu diktə edə bilməz, zennimcə.

SUAL:Уважаемый Друг я окончил химфак Бакинского Гос.Университета и школу и вуз на русском секторе я считаю что это действительно Великий язык только прошу не путать сюда политику у меня вообще то говоря нет симпатии к Российской Федерации но именно благодаря русскому языку у нас сформировалась интеллигенция не в нынешнем понимании этого слова мой дедушка рассказывал как простой крестьянин из горного аула Кусаров поднялся до Ленинградской финансовой академии бывшего союза почти пол мира понимают этот язык поэтому не надо ревностно относиться к нему и не ставить его в ранг с английским в том смысле что он сыграл большую роль в сформировании нашего народа. Мой вопрос:Почему английский не так осуждается как русский хотя у нас берут в работу скорее всего не знающего азербайджанский чем английский это правильно?

Tərcüməsi (Redaksiya): Mən orta məktəbi və Bakı Dövlət Universitetinin Kimya fakultəsini rus dilində bitirmişəm. Hesab edirəm ki, bu dil qudrətli bir dildir. Buraya siyasəti qatmaq istəmirəm, ancaq demək istəyirəm ki, Rusiya Federasiyasına heç bir simpatiyam yoxdur. Ancaq bu dil sayəsində ziyayalılıq formalaşıb. Babam danışardı ki, bu dilin sayəsində Qusar rayonunun ən ucqar kəndindən bir nəfər Sankt-Peterburqun Maliyyə Akademiyasının üzvü oldu. Dünyanın yarısı bu dili başa düşür və fikrimcə buna qısqanclıqla yanaşmaq lazım deyil. Bu dili ingilis dili ilə yan-yana qoymaq lazım deyil. Xalqımızın formalaşmasında bu dilin böyük rolu olub. Mənim sualım budur: Nə üçün ingilis dili rus dili qədər qınanmır?

CAVAB: Əslində, problem bundadır ki, bir çox insanlar bu məsələdə Rusiyaya qarşi olan müunasibətlərini bildirirlər. Amma Sizinlə razıyam, bu məsələni siyasətləşdirmək düzqün deyil. Mənim Rusiya siyasətindən xoşum qəlmiyə bilər, amma bu o demək deyil ki, mən rus dilini, rus ədəbiyattını bəyənmirəm. Nədənsə, ingilis dilində danişanlar belə ittihamlarla garşilaşmırlar. Rus dilində danışırsansa, Moskvanın agentisən. Onda deməli ingilis dilində danışan USA agentidir? Bu məntiqi anlamıram.

SUAL: Izvinite bojalusta, bu uruscax daniwmax niye bele moddu?

CAVAB:  Bu moda deyil, sadəcə bəzi insanlar rus dilində daha yaxşi danışırlar. Bu pisdir, yaxşıdır, o digər məsələdir. Amma onunla da razıyam ki, bəziləri rus dilini pis bilərək, özlərini sovermennı göstərməkçün, rus dilində danışmağa çalışırlar. 

SUAL: Sayın Azər bəydən soruşacağım neçə sorğu var:
Azər bəy dilimizin adını necə bəyənirlər? Azərbaycan Türkcəsi ya Azərbaycan dili?
Azərbaycan dili deyimi düzgün bir deyimdir ya yox? Azərbaycanın Quzeyində və Güneyində yaşan insanların hamısı bu dildə danışırlarmı? Əgər o cür deyilsə bəs Azərbaycan dili sözü nə üçün dövlət tərəfindən istifadə olunur?
Quzeydə Rus dili və Güneydə fars dili nəticəsində Azərbaycanın iki tərəfində ki ayrılığın daha da dərinləşməsindən xəbəriniz varmı? Heç bilirsiz ki mənim atam və anam və hətta bacı-qardaşlarım sizin telekanallarınza baxanda ancaq sadə gündəlik danışıqlar və xalq mahnılarından sonra heç nəyi başa düşmürlər? Heç bilirsiniz ki Güney Azərbaycan Türklərinin yüzdə 10-u belə sizin kanalların xəbər verilişlərini başa düşmür? Bəzən xəbər deyənin dilinin Rusca olduğunu sananlardan xəbəriniz varmı?
Çağdaş dünyada böyük dillərdə gedən özgə sözcükləri təmizləmə siyasətini bəyinirsinizmi? Dilimizdə olan Rusca, Farsca və Ərbəcə sözcükləri zənginlik kimi görürsüz yoxsa qarşılıqları tapılması gərəkən sözcüklər? Fars dilində dövlət tərəfindən aparılan geniş miqyaslı təmizləmə hərəkətindən xəbəriniz varmı?
Özgə kəlimələrə necə qarşılıq tapmalıyıq? Azərbaycanda dili qurumu varmı? Kökü dilimizdə olan və olmayan Türkiyə Türkcəsinin kəlimələrindən necə faydalan bilərik?

CAVAB: Bizim konstitusiyada dövlət dilinin adı azərbaycan dilidir, və mən bunu qəbul edirəm. O ki qaldı, qüya Canubda bizi anlamırlar, razı deyiləm, mənim Oralar verilişimə Təbrizdə baxırlar, və bunu mənə orada yaşayanlar deyib. Sözsüz ki, dil onu əhatə edən sosiumnan kənarda gala bilməz, ona görə burada rus sözləri işlənilir, Canubda isə fars sözləri. Əgər bizim dildən bütün fars, ərəb, latın və rus məişəli sözləri götürsək, nə olar, nə ilə əvəzləyək onları? Hansı dildə əcnəbi sözlər yoxdur? Süni şəkildə gətirilən sözləri aradan götürmək olar, amma əsirlər boyu işlənilən sözləri necə götürək?

SUAL: Xosh gerduk, Azer bey.1.Men dushunurem ki,AZERBAYCANDA rus diline yasaq qoyulmali,rusdilli mektebler baglanmali,ali mekteblerde rus dili legv edilmeli,  AZERBAYCANDA yashayan ruslar Azerbaycan dilinde tehsile celb edilmeli ve azerileshdirilmelidirler.2.Azerbaycan diline ereb ve fars dillerinnen kechen sezler chixarilmalidi. 3.Men ‘salameleykum’ sezunu deyende ozumu tehqir olunmush hesab edirem. Namaz qil, nefer, bu kimi yad sezler Azerbaycan dilinnen silinmelidi.

Cavab: Onda qəlin bütün rusdilli azərbaycanlıları deportasiya edək, və yaxud onları dama basaq. Budurmu məntiq? Gəlin bütün türk, ingilis, fransız, rus məktəblərini də bağlayaq, və ağ günə çıxaq. Qalsın ancaq öz dilimiz, savad almaq, dünya elmindən faydalanmaq imkanımız olmasın.

SUAL: Dilimiz omonimler sinonimler,antonimlerle zengin olan bir dildir.Mes.sac,tel,zulf,tuk ve s. Bele olan halda, niye bezi soyda$larimiz,ba$da da Azer Qerib olmaqla,rus ve b.ecnebi sozlerinden istifade edirler.Mes,vsyo,uje,prosta,voob$e,poka,ok…Azer bey $erhlerinden birinde “yanacaqdoldurma menteqesi” evezine “zapravka” sozune ustunluk verdiyini deyir. Sag olun,te$ekkur edirem.

Cavab: Bəli, mən sürücümə sür zapravkaya deyirəm. çünki daha qısa və rahatdır. Amma elmi konfransda olsam, yanacaqdoldurma menteqesi deyəcəm. Biz OK deyirik, sorry deyirikç və s. Ümumiyətlə, kim kiminlə hansı dildə danişmaq istəyir, danişa bilər, əqər biz demokratiyadan danışırığsa, heç kimin şəxsi həyatına daxil ola bilmərik. Amma sözsüz ki, bütün rəsmi yazışmalar düvlət dilində olmalıdır.

SUAL: Şəhərdə urusça bilməyənlərə “чушка” deyirlər. eyni zamanda urusça danışanlara “ruskayazıçnaya çuşka” deyirlər. Buna münasibətiniz?

Cavab: Mənim buna münasibətim necə ola bilər? Kim kimə nə deyir, o onun daxili mədəniyətinnən asılıdır. Öz aralarında insanlar kiməsə ləqəb verə bilərlər, amma ictimayi diskussiyalarda bu yolverilməzdir. Mən bir dəfə demişəm bunu,  çuşka mədəniyətsiz adama deyirlər, fərqi  yoxdur, hansı dildə danışır.

SUAL: Türkiyədən bir nəfər yazır: Ben defalarca gittim ve Azeri kardeşlerimle de çalışma fırsatım oldu. Üzülerek tesbit ettim ki konuştukları dile Azerbaycan dili diyorlar, Türk olduklarını falan sadece bizlerin yanında söylüyorlar kendileri sadece Azerbaycanlı olarak tanımlıyorlar ve uluslararası meselelerde Rusyanın ağzının içine bakıyorlar.

CAVAB: Mən dəfələrlə rast gəlirəm ki, azərbaycanlılar türkləri görən kimi, başlayırlar türk sözlərini işlətməyə, guya bunlar türkcə danışırlar. Niyə? Bizim öz dilimiz var, türklərin öz dili, nə olsun ki, kökü birdir? O ki qaldı kim kimin ağzına baxır, mən siyasi məsələlərdə müstəqillik tərəfdarıyam. Əqər dilimizi saxlamaq istayiriksə, bir dili digərisi ilə əvəzləməməliyik.

SUAL: Bugün Aviassiya akademiyasının iki tələbəsindən eşitdim ki,bütün texniki və eləcədə xidməti müraciətlər ancaq ingilis və ya rus dillərində aparılır..Başa düşmürəm tolerantlıq elə bizim alnımıza yazılıb??İnananın ki,digər millətlər bizə əcaib baxırlar.Öz dillərinə qarşı niyə beganıdirlər?Nə qədər bu geydirmə dünyəvilik və ya “internasional”rolunu oynayacağıq??

CAVAB: Siz əminsinizmi bizim dildə aviasiya haqda dərsliklər var? Nə vaxt olar, onda qoy yazsınlar ana dilimizdə, hələlik isə mən havada öz təhlükəsizliyimi milli dilimizə qurban verməyə hazır deyiləm. Gəlin biz o haqda danışaq ki, ana dilimizdə nə təbabət dərslikləri, nə müasir texnoloqiyalar dərslikləri, nə də dünya ədəbiyyatının şedevrlərinin tərcüməsi yoxdur, budur fəlakət. Əvvəl alternativ verin, sonra milli dəyərlərdən danışaq.

SUAL: Azer muellim,size 4ox boyuk hormetim var ister azerbaycanca,isterse de rusca danishmaginizdan asili olmayaraq.:)Azerbaycanda rus dilinin yeri danilmazdir.Adi bir misal.Men Tibb Universitetini bitirmishem azerbaycan bolmesini.Butun muellimler deyirdiler ki,rus edebiyyatindan oxuyun imtahanda.Esli bi ya ne znala etot yazik ya ne smogla bi pro4itat etu literaturu.Bezileri deyecek oz kitablarimizdan oxuyardiz.Ish orasindadi ki bizim alimlerin yazdigi azerbaycan dilinde kitablar onlarin ozunu qane etmirse buna ne ad qoymaq olar?:)

CAVAB:Mən əvvəlki cavabımda bu hagda dedim, problem budur, buna səylər yönəlməlidir, tərcümələrə.

SUAL: Mən elə həmişə buna görə bir sıxıntı hiss edirəm! Heç olma gürcülər kimi soyad sonluğumuzu dəyişməzdik! Orta Asya ilə eyni bir pillədəyik bu istiqamətdə!

CAVAB: Tarixi sevməmək olar, amma onun nəticələrini bir gündə aradan qaldırmaq mümkün deyil, əsla. Mən bütövlükdə revolüsiya yox, evolüsiya tərəfdarıyam. Pillə pillə problemləri həll etmək lazımdır.

SUAL: Azərbaycanın rəsmi dili dövlət dilidirsə, xidmət müəssisələrində və s. ictimai yerləşdə müştərilərlə ünsiyyətdə olanlar Azərbaycan dilində cavab verməli deyillərmi? Bəlki biri heç rus dilini bilmir?

CAVAB: İnanmıram ki, bu qün Azərbaycanda heç olmasa müştəriyə cavab vermək səviyəsində dil bilməyənlər var. Əqər rus dilində anlamırsınızsa, azərbaycan dilində cavab tələb edin, hüquglarınızı qoruyun.

Azər bəy bir saat yarımınızı bizə ayırdığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk. Oxucularımızdan isə vaxt məhdudiyyətinə görə bütün sualları ünvanlaya bilmədiyimiz üçün üzr istəyirik. Maraqlı söhbətə görə, hamınıza təşəkkür edirik.

8 responses to “Canlı Forum: Müstəqillikdən 20 il sonra Azərbaycanda Rus dilinin rolu nə olmalıdır”

  1. xatire says:

    Dilimiz omonimler sinonimler,antonimlerle zengin olan bir dildir.Mes.sac,tel,zulf,tuk ve s. Bele olan halda, niye bezi soyda$larimiz,ba$da da Azer Qerib olmaqla,rus ve b.ecnebi sozlerinden istifade edirler.Mes,vsyo,uje,prosta,voob$e,poka,ok…Azer bey $erhlerinden birinde “yanacaqdoldurma menteqesi” evezine “zapravka” sozune ustunluk verdiyini deyir. Sag olun,te$ekkur edirem.

  2. Azsektorovskaya cuwka says:

    Izvinite bojalusta, bu uruscax daniwmax niye bele moddu?

  3. Güneyli says:

    Salamlar,
    Sayın Azər bəydən soruşacağım neçə sorğu var:
    Azər bəy dilimizin adını necə bəyənirlər? Azərbaycan Türkcəsi ya Azərbaycan dili?
    Azərbaycan dili deyimi düzgün bir deyimdir ya yox? Azərbaycanın Quzeyində və Güneyində yaşan insanların hamısı bu dildə danışırlarmı? Əgər o cür deyilsə bəs Azərbaycan dili sözü nə üçün dövlət tərəfindən istifadə olunur?
    Quzeydə Rus dili və Güneydə fars dili nəticəsində Azərbaycanın iki tərəfində ki ayrılığın daha da dərinləşməsindən xəbəriniz varmı? Heç bilirsiz ki mənim atam və anam və hətta bacı-qardaşlarım sizin telekanallarınza baxanda ancaq sadə gündəlik danışıqlar və xalq mahnılarından sonra heç nəyi başa düşmürlər? Heç bilirsiniz ki Güney Azərbaycan Türklərinin yüzdə 10-u belə sizin kanalların xəbər verilişlərini başa düşmür? Bəzən xəbər deyənin dilinin Rusca olduğunu sananlardan xəbəriniz varmı?
    Çağdaş dünyada böyük dillərdə gedən özgə sözcükləri təmizləmə siyasətini bəyinirsinizmi? Dilimizdə olan Rusca, Farsca və Ərbəcə sözcükləri zənginlik kimi görürsüz yoxsa qarşılıqları tapılması gərəkən sözcüklər? Fars dilində dövlət tərəfindən aparılan geniş miqyaslı təmizləmə hərəkətindən xəbəriniz varmı?
    Özgə kəlimələrə necə qarşılıq tapmalıyıq? Azərbaycanda dili qurumu varmı? Kökü dilimizdə olan və olmayan Türkiyə Türkcəsinin kəlimələrindən necə faydalan bilərik?

    Ancaq mənim baxışım:
    Güney Azərbaycanda geniş bir asimilasyon siyasəti gedir. Dilimiz məhv olmaqdadır. Bu gedişin qabağını almaq üçün umudumuz Azərbaycan Cumhuriyyətinədir. Ancaq Azərbaycan Cumhuriyyəti elə eləyib ki biz orda danışılan dilin Türkcə olduğunu belə deməkdən utanırıq.
    İnanıram ki Güney Azırbaycan azad oldandan sonra burda bütün millət öz iradəsi ilə dilimizi Fars dilindən təmizlədəcək. Bacaran da bacarmayanda bu işi görəcək. Ancaq sizdə işlər tərsinə oldu. Sizin adlarınızın belə yuxarı kəsimi Ruscadır.
    Quzey – Güney arasındakı bu fərqin nədəni var. O da budur ki biz Fars şovinizmi ilə çətin yaşam sürməyi təcrübə etməkdəyik, biz Farsçılıqda boğulmaqdayıq. Ancaq siz bu ülçüdə ayrı seçkilik və şovinizmi Ruslardan görmədiz.
    Soz sözüm ki qloballaşan dünyada dilimizə, Türkcəmizə sahib çıxmasaq gələcək nəsillər önündə utanclı olacağıq və güclü bir millət olma arzusu ilə öləcəyik.

  4. Tapdiq says:

    Azərbaycanda bir çox dövlət strukturlarında işçilər indi də rus dilində danışır. Buna səbəb nədir?

  5. Эйваз says:

    Уважаемый Друг я окончил химфак Бакинского Гос.Университета и школу и вуз на русском секторе я считаю что это действительно Великий язык только прошу не путать сюда политику у меня вообще то говоря нет симпатии к Российской Федерации но именно благодаря русскому языку у нас сформировалась интеллигенция не в нынешнем понимании этого слова мой дедушка рассказывал как простой крестьянин из горного аула Кусаров поднялся до Ленинградской финансовой академии бывшего союза почти пол мира понимают этот язык поэтому не надо ревностно относиться к нему и не ставить его в ранг с английским в том смысле что он сыграл большую роль в сформировании нашего народа. Мой вопрос:Почему английский не так осуждается как русский хотя у нас берут в работу скорее всего не знающего азербайджанский чем английский это правильно?

    Tərcüməsi (Redaksiya): Mən orta məktəbi və Bakı Dövlət Universitetinin Kimya fakultəsini rus dilində bitirmişəm. Hesab edirəm ki, bu dil qudrətli bir dildir. Buraya siyasəti qatmaq istəmirəm, ancaq demək istəyirəm ki, Rusiya Federasiyasına heç bir simpatiyam yoxdur. Ancaq bu dil sayəsində ziyayalılıq formalaşıb. Babam danışardı ki, bu dilin sayəsində Qusar rayonunun ən ucqar kəndindən bir nəfər Sankt-Peterburqun Maliyyə Akademiyasının üzvü oldu. Dünyanın yarısı bu dili başa düşür və fikrimcə buna qısqanclıqla yanaşmaq lazım deyil. Bu dili ingilis dili ilə yan-yana qoymaq lazım deyil. Xalqımızın formalaşmasında bu dilin böyük rolu olub. Mənim sualım budur: Nə üçün ingilis dili rus dili qədər qınanmır?

  6. Kamale says:

    bank sisteminde calisan isciler ancaq rus dilinde danisirlar niye

  7. Wems says:

    Azer bey,”cuwka” sozu men$eyini “cowka” sozunden goturmuwdur.Bu ruslarin donuzlarla yatib-qalxmalarina,onlarla cox temasda olamalrina bir iwaredir.Bele olan halda ,Bakida rus dilini bilmeyenlere niye “cu$ka” deyirler?Bu rusdillilerin oz adlarini dogma dilinde daniwanlara qoymasi deyildirmi?

  8. Fuad Javadov says:

    Azerbaijan dilini mykemmel bilmek elbedte lazimdir, amma rus dilini de unutmag lazim deil. Insan ne geder chox dil bilse o geder yaxchidir. Yeri gelse, rus dilini inglis dilinde ystyn bilirem. Inglis dili kimi primitiv bir dil gormemishem.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər