Eldar Namazov “Canlı Forum”da: “Ziyalılar Forumu gənclərlə sıx əməkdaşlıq etmək arzusundadır”

Posted November 28th, 2011 at 10:49 am (UTC-4)
12 comments

Foto: simsar.az

Azərbaycanda Ziyalılar Forumunun keçirdiyi toplantılar zamanı ölkədəki vəziyyət barədə həyacan təbili çalmasından sonra Forumun təsisçiləri və üzvlərinə qarşı təzyiqlər başlayıb. Çoxları düşünür ki, tanınmış alim Rafiq Əliyevin işdən çıxarılması bu istiqamətdə ilk addım olub. Bundan sonra Bakı Dövlət Universitetinin müəllimlər heyəti adından Ziyalılar Forumu üzvlərinə qarşı bəyanat açıqlanıb. Daha sonra buna oxşar bir neçə bəyanatlar da səslənib.
Bu həftənin CANLI FORUMu da məhz bu mövzuya həsr etmişdik. Ziyalılar Forumunun fəaliyyətini, Foruma qarşı təzyiqləri və Forum üzvlərinin narahatlıqlarına dair sualları cavablandırmaq üçün CANLI FORUMa Ziyalıların Forumun təsisçilərindən Eldar Namazovu dəvət etmişdik.

Bugünki forumun aparıcısı mən Emil Quliyevəm. 

Emil Quliyev: Eldar bəy, axşamınız xeyir, sizi CANLI FORUMumuzda salamlayırıq.

Eldar Namazov: Cox sağ olun, mən də hamınızı salamlayıram!

E.G.:Forum iştirakçılarından daxil olan ilk sual belədir: – Azərbaycan Ziyalılar Forumu insanlardakı qorxu sindromunu aradan qaldıra bilibmi?

CAVAB: Ola bilsin hələ tezdi birmənali “hə” demək, ançag ciddi təsiri var. Həm qorxu, həmdə inamsizliq sindromunu bir gədər zəyiflətmək mümkün olub.

SUAL: Son günlər sanki Ziyalılar Forumunun aktivliyi azalıb. Səbəb nədir?

CAVAB: Biz adətən ayda bir dəfə toplanti təşkil edirik. Hal-hazirda Rüstəm-bəy və bir sıra digər üzvlərimiz Azərbaycandan kənardadilar. Hamimiz bu ayın ikinçi yarısında Bakida olacayig və ilin sonuna gədər növbəti içlasimizi təşkil edəcəyik. Ola bilsin, o vaxta gədər gənlərlə bir tədbir kecirdik.

SUAL: (Natiq Adilov) Eldar müəllimin çoxları kimi mənim də hörmət bəslədiyim ziyalıdır. Lakin çoxları kimi, mən də Eldar müəllimin bir suala hələ də inadla cavab verməməsini başa düşə bilmirəm. O, vəzifədən niyə istefa verib?
Hə, deyirlər ki, guya, o zaman Heydər Əliyevin Qarabağı ermənilərə təslim etməsinə etiraz olaraq istefa verib.
Mən bunu ciddiyə almıram. Çünki hər deyiləni ciddi qəbul etsək, gərək, Əli Həsənovun da dediklərinə şübhəli baxmayaq. Niyə Eldar müəllim bu istefa müəmmasına aydınlıq gətirmir? Illər keçib, niyə o, yenə də istefası barədə dəhşətli inadkarlıqla susur?

CAVAB: Bu məsələ ilə baglı mən dəfələrlə mətbuata aciqlama vermişəm, ola bilər sizə rast gəlməyib. Garabagla dair səbəbi ciddi gəbul etmək sizə cətindirsə, üc məsələyə diggət yetirmyəyinizi xaiş edirəm: 1) Niyə eyni vaxtda Garabag məsələsi ilə məşgul olan 3 vəzufəli şəxs (XİN, xarici siyasər üzrə dövlət muşaviri və prezidentin köməkcisi) istefa ərzəlirini yazdilar? 2) Niyə bizim istefamizdan qisa bir müddətdən sonra İrevanda parlamentdə terror aktı baş verdi və prezidentdən savayi bütün əsas dövlət rəhbərli güllələndi? 3) Bu hadisələrdən sonra, ATƏT-ın İstambul sammitinin rəsmi sənədlərdə geyd olundu ki, sammitdə Garabagla bagli saziş imzalana bilərdi, ancag Azərbaycanda üc vəzifəli şəxsin istefaya getməsi və Ermənistanda parlamentdə terror aktı buna imkan vermədi. Bunlari ciddiyə almamaq mümkündüsə, mən yeni bir məlumat verməkdə cətinlik cəkirəm.

SUAL: (Nərmin) Eldar müəllim, “Ziyalılar Forumu” Azərbaycanda çox ehtiyac olan
boşluğu doldurur. Cəmiyyətdə ehtiyac olan barışdırıcı, birləşdirici
mövqedə dayanır. Bəs hökümətdən gələn, son zamanlar artan təzyiqlərin
Ziyalıları radikallaşdırmaq üçün bir tələ olduğunu düşünürsünüzmü?
Əgər belədirsə, ümid edirik ki, bu baş verməyəcək və Ziyalılar daşıdıqlar bu rolu uğurla davam etdirəcəklər.

CAVAB: Ola bilsin Siz geyd etdiyiniz niyyət də var bu hucumlarin arxasında. Ola bilsin ziyalilari gorxutmag istəyirlər. Bütün hallarda bizim bu təziglərə cox aydin bir cavabimiz oldu – biz yolumuz secmişik, bu secim milli maraglara söykənib. Təziqlərin bir nəticəsi olmayacaq. Biz nə suni garşidirmada maraqliyig, nə də öz mövgeyimizdən geri cekilmək fikirindəyik. Fealiyətimizi genişləndirəcəyik, addım-addim, coxlu sayda yeni simalar goşulur Forumun işinə. Narahat olmayin, Forumda birləşmiş ziyalilar dünya görmüş, təcrubəli və prinsipial insanlardı. Onlaru susdurmaq, ya da tələyə salmaq o gədər də asand məsələ deyil.

SUAL: (Mahmud) Ziyalılar Forumu gənclər hərəkatlarıyla birgə iş görməyi düşünürmü?
Dəyirmi masalar xaric başqa nə kimi planlarınız var gələcəkdə?

CAVAB: ZF 9 tədbirindən ikisi yalniz gənclər fəalları ilə qöruşə həsr olunmuşdu. Ücüncü tədbirə də hazirliq gedir. Bizim gənclərlə baqlı müxtəlif maraqlı təkliflərimiz var. Onlarin məgzı – ziyalilar ilə gənc fəallar arsinda davamli birgə lahiyələri heyata kecirməkdi. Bələ bir təklifdə var kı, gənc fəallarin nümayəndələrini ZF kordinasiya şurasına daxil etmək. Bizim arzumuz – gənclərlə six əməkdaşlıq etməkdi.

SUAL: Hormetli Eldar beye sualim beledir: Rafig Taginin getline ziyalilarin etiraz sesini niye eshitmedik?

CAVAB: Ziyalilar Forumunun cox kəskin bəyanatı oldu, bütün əsas KİV-lərdə yer aldı. Bilmirəm sizə niyə rast gəlməyib. Azadliq, Yeni Musavat, Turan, Mediaforum və digər KİV-lərə baxın. ABŞ səfirliyi ilə ZF bəyanatı KİV-lərdə yan-yana getmişdi. Ayrica da Əkrəm Əylisli, Cəmil Həsənli, mən və digər üzvlərimiz KİV-lərə müsahibə verdik, bu hadisəni bütün cəmiyətə garşi terror akti kimi giymətləndirdik.

SUAL: Rafiq Əliyevin işdən çıxarılmasının əsl səbəbi nədir və Ziyalılar Forumuna edilən təzyiqlərdən sonra hansı addımları atmaq fikriniz var?

CAVAB: Rafiq Əliyevin elmı ugurları göz gabagındadı. Ona görə, bu geyri ədalətli gərar yalniz onun içtimai fəaliyətı ilə baglı olduguna əminəm.

SUAL: (Sevinc) Hörmət etdiyim ziyalmıza sual:
Azərbaycan yenə də korrupsiya çempionudur. Korrupsiya hansı səbəbdən
artır. Bəlkə, cəmiyyətin bütün təbəqələri korrupsioner olub. Ona görə
kəsərli etiraz görünümür. Siz necə hesab edirsiniz?

CAVAB: Bu psixoloji amil mövcuddur. Əmək haqları cox aşagı olduqundan, bütün insanları ganundan kənar gəlir əldə etməyə məcbur edirlər ki, dilləri gödək olsun. Özləri milliardları ogurlayurlar, insanları isə 100-200 manatnan susdurmaq istəyirlər. Ancaq mən əminəm ki, cəmiyət bunları anlayır və korrupsioner məmurlara garşı cox böyuk nifrət var xalg arasında.

SUAL (Orxan Qafarlı): Salam Eldar bey,
İlk önçə qeyd edim ki, sizi Azərbaycanın sayqı duyulası ictimai siyasi liderlərindən hesab edirik. Sual:
Azərbaycanın öz qoşuları olan Gürcüstan, Türkiyə, Ermənistan Rusiya
və İranla apardığı siyasət sizi qane edirmi. Bölgəsəl təhlükəsizlik
baxımından bu siyasət doğrumu qurulub. Azərbaycanın realist prinsiplər
üzərində qurulan xarici siyasətinə alternativ bir baxışınız var ?

CAVAB: Xoş sözlərə görə təşşəkür edirəm.
Mən əminəm ki, bizim daxili siyasətimiz də, xarici siyasətimiz də başga əsaslarla yenidən gurulmalıdı. Biz avrointegratsiya, avro-atlantik təhlükəsizdik sisteminə goşulmaqda cox gecikmişık. Bu mürrəkəb regionda bələ təklənmək olmaz. Nəzərə almaq lazimdı ki, muasir dünyada Azərbaycan kimi ölkələr etibarlı və gücdü coxmillətli təhlukəsizdik sistəmlərinə arxalanmalıdırlar.

SUAL: Bu iqtidar Yaxin serqdeki hadiselerden hec netice cixarmir.Bizim xalq da
ele bil qis yuxusuna gedib.Hec olmasa oz muselman qardaslarindan bir
ders goturmur.

CAVAB: Hec bir avtoritar rejim digərlərinin acı təcrübəsindən nəticə cixarmır. Bu da təbiidir, yoxsa onlar avtoritar olmazdılar. Ona görə də sonları da eyni olur.

Eldar Namazov: Haminiza təşşəkür edirəm, ugurlar arzulayiram.

Emil Quliyev: İki saatınızı forumumuza ayırıb, oxucularımızın suallarını cavablandırdığınız üçün sizə təşəkkür edirik. O cümlədən forumda iştirak edən bütün oxucularımıza da fəak interaktivliyə görə minnətdarıq.

Eldar Namazov: Emil bəy, sizə və Amerikanın Səsində calişan dostlarımıza təşşəkür edirəm.

12 responses to “Eldar Namazov “Canlı Forum”da: “Ziyalılar Forumu gənclərlə sıx əməkdaşlıq etmək arzusundadır””

  1. ISTIQAMET says:

    FORUM-meydan qenis yerdir:

    • ISTIQAMET says:

      FORUM-meydan qenis yerdir – SALAM EZIZ HEMVETENLERIM, Uzun iller dunyada, o cumleden Rusiyada yasayan azeriler ile diqer, o cumleden rus milletleri aralarinda yaranib baqlanan aile niqahlarindan yuz minlerle doqulub dunyaya qoz acan ovladlarimizin yuksek devlet seviyyesinde,yuksek klassifikasiya formasinda kartoteka baza dannilarini yaradaq ve onlari Azerbaycanin Rusiyadaki qarsiliqli devlet maraqlarinin inkisafina istiqametlendirek! ISTIQAMET,ISTIQAMETLEN,ISTIQAMETLEN*DIRIL,ISTIQAMET*VER*DIRILSIN,ISTIQAMET*VERIN*DIRILSINLER!

  2. Tapdiq says:

    Salamlayıram.

    – Azərbaycan Ziyalılar Forumu insanlardakı qorxu sindromunu aradan qaldıra bilibmi?

    – Son günlər sanki Ziyalılar Forumunun aktivliyi azalıb. Səbəb nədir?

  3. Samir says:

    Ziyalılar Forumu gələcəkdə də iclaslarını davam etdirəcək?

  4. Rafiq Əliyevin işdən çıxarılmasının əsl səbəbi nədir və Ziyalılar Forumuna edilən təzyiqlərdən sonra hansı addımları atmaq fikriniz var?

  5. Nərmin says:

    Eldar müəllim, “Ziyalılar Forumu” Azərbaycanda çox ehtiyac olan boşluğu doldurur. Cəmiyyətdə ehtiyac olan barışdırıcı, birləşdirici mövqedə dayanır. Bəs hökümətdən gələn, son zamanlar artan təzyiqlərin Ziyalıları radikallaşdırmaq üçün bir tələ olduğunu düşünürsünüzmü?

    Əgər belədirsə, ümid edirik ki, bu baş verməyəcək və Ziyalılar daşıdıqlar bu rolu uğurla davam etdirəcəklər.

  6. Mahmud says:

    Ziyalilar Forumu gencler herekatlariyla birge is ogrmeyi dusunurmu ?
    Deyirmi masalar xaric basqa ne kimi planlariniz var gelecekde?

  7. muellim,muhasib says:

    Sual

  8. Orkhan Gafarli says:

    Salam Eldar bey

    İlk önçə qeyd edim ki, sizi Azərbaycanın sayqı duyulası ictimai siyasi liderlərindən hesab edirik.

    Sual

    Azərbaycanın öz qoşuları olan Gürcüstan, Türkiyə, Ermənistan Rusiya və İranla apardığı siyasət sizi qane edirmi. Bölgəsəl təhlükəsizlik baxımından bu siyasət doğrumu qurulub. Azərbaycanın realist prinsiplər üzərində qurulan xarici siyasətinə alternativ bir baxışınız var ?

  9. muellim,muhasib says:

    Bu iqtidar Yaxin serqdeki hadiselerden hec netice cixarmir.Bizim xalq da ele bil qis yuxusuna gedib.Hec olmasa oz muselman qardaslarindan bir ders goturmur.

  10. nassibaba says:

    ölkədə müxalifət ölüdürsə, ziyalı sözü də, ölü olar. Bu fikirlə razısınızmı?

    • eguliyev says:

      Sualınıza görə təşəkkür edirik, ancaq təəssüf ki, artıq forum başa çatıb və Eldar Namazov daha sualları cavablandırmır. Bir daha təşəkkürlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər