İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!

Posted December 9th, 2011 at 3:55 pm (UTC-4)
16 comments

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşdiyini bildirib.  Hava limanda məmurun pis rəftarına etiraz edən cənab Əliyev Türkiyədən deportasiya olunmamışdan əvvəl iki dəfə döyüldüyünü deyib. Elə həmin gecə Bakıya qayıdan hüquq müdafiəçisini hava limanında çoxsaylı fəal qarşılayıb. Cənab Əliyev Türkiyədə vəkil tutduğunu və baş verən hadisə ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.
Hadisə ilə bağlı Türkiyənin Bakıdakı
səfirliyinin mətbuat xidməti münasibət bildirib. Açıqlamada deyilir: “2011-ci il 6 dekabr tarixində hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür”.

Baş vermiş məsələyə aydınlıq gətirmək üçün SƏRBƏST KÜRSÜ canlı forumuna İntiqam Əliyevin özünü dəvət etmişik. Dekabrın 14-ü Bakı vaxtı ilə axşam saat 21:00-23:00-da İntiqam Əliyev məsələ ilə bağlı sizin suallarınızı cavablandırır. İntiqam Əliyevə suallarınızı ünvanlamaq istəyirsinizsə, suallarınızı aşağıda ŞƏRHLƏR bölməsində, Facebookda və ya info@amerikaninsesi.org e-mail ünvanına yaza bilərsiniz.

————————————————————————————-
Axşamınız xeyir, hörmətli oxucular. Bugünki forumun aparıcısı mən Emil Quliyevəm. Söz verdiyimiz kimi qonağımız İntiqam Əliyevdir. O sizdən daxil olan sualları cavablandırır.
Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara İntiqam bəy canlı olaraq cavab verir. Ən son cavabları oxumağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.

Emil Quliyev: İntiqam bəy, axşamınız xeyir, sizi SƏRBƏST KÜRSÜ canlı forumun növbəti sayında salamlayırıq!

İntiqam Əliyev: Sərbəst Kürsünün bütün iştirakçılarına salamlarımı çatdırıram.

Emil Quliyev: İntiqam bəy, forum iştirakçılarından daxil olan ilk sual belədir: (İntiqam adlı oxucu) Hörmetli Intiqam beyi ve sizleri salamlayiram.
Bu arada ona qarshi olan haqsiz hadiselerden üzüldüyümü bildirir ve ona kecmish olsun dileklerimi catdiriram. Ancaq Amerikanin sesi sayti ve verlishi, Intiqam beye edilen haqsizliqlari mence arashdirmali, kimler terefinden edildiyi ve onlara sual etmek mümkünsüz oldugunumu düshünürsünüz ?
Ele bilirem, hemin adamlar Intiqam beye qarshi etdikleri hereketlerden üzür istemelidirler.
Hörmetli Intiqam beye, hemkar olaraq men bu suali vererdim, eger size qarshi bu cur haqsizliga neden hemin adamlarin tapilmasi ve mehkemeye verilmesini teleb etmirsiniz?
Mence haqli oldugunuzu subut etmek ücün onlardan hec olmasa resmi olaraq üzür dilemelerini teleb etmelisiniz… Sayqilarla.
İntiqam Əliyev
: Axşamınız xeyir, İntiqam bəy. Təşəkkür edirəm dəstəyinizə görə. Heç kəsdən üzr istəməyi tələb etməmişəm bu günə qədər. Hadisədən dərhal sonra İstanbul Vəkillər Barosundan olan vəkillər məndən üzr istədilər: baş verən zorakılıqdan qoruya bilmədiklərinə görə üzüldüklərini bildirmişdilər Türkiyənin tanınmış vəkilləri. Sonradan hadisə Türkiyənin çoxsaylı mediasında işıqlandırıldıqdan sonra çoxsaylı insan öz şərhlərində üzrxahlıqlarını bildirirdilər. Bu gün Türkiyənin Azərbaycandakı Böyük Elçisi baş verənlərə görə üzrxahlıq etdi.

Əslində, bu, nəyə görə Türkiyə-Azərbaycan münasibətlərinə ziyan vururam – sualını verənlərə türk qardaş və bacılarımızın verdiyi ən tutarlı cavabdır.

SUAL (Vüqar Hacıyev): Hormetli Intiqam muellim!! Istanbul hava limaninda bas veren hadisenin uzun muddet davam etmesi ve bir nece nefer terefinden heyata kecirilmesi
sizce evvelceden planlasdirilmis bir texribatci hereket deyildimi?
CAVAB: Dəyərli Vüqar bəy, əgər zorakılıq dekabrın 6-da mənim Bakıya uçmaq üçün ilk cəhdim zamanı baş versəydi, düşünərdim ki, təsadüfi hadisədir.

Amma tutulan andan həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyətin müdafiəmə qalxdığı, həm ölkənin siyasi partiyaları, vətəndaş cəmiyyəti qurumları, həm də beynəlxalq qurumlar – ATƏT, Amnesty International, Human Rights Watch, Norveç, İnsan Hüquqları Evi və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən Türkiyənin baş prokurorluğu (savçılığı) da daxil olmaqla hakimiyyət orqanları, siyasi dairələri baş verənlər barədə ətraflı məlumatlandırıldığı halda, deportasiya olunduğum gün məni yola salmaq üçün aeroporta, mənimlə görüşə İstanbulun bir neçə vəkilinin gəldiyini bildikləri halda, mənim hüquqçu, advokat, insan haqları müdafiəçisi olduğumu bildikləri halda, bu adamların iki dəfə mənə qarşı zorakılıq etməkdən çəkinməmələri, bunu heç kəsdən qorxmadan, heç kəsdən çəkinmədən nümayişkaranə etmələri xeyli suallar doğurur. Bu suallara cavab vermək öhdəliyi Türkiyə hökumətinin üzərindədir.

Hər iki ölkənin mediasında çoxsaylı yazılarda baş verən hadisə barədə ətraflı məlumatlar gedib. Onlar həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün yetərlidir. Amma cinayətkarlar hələ də azadlıqdadır. Nədən belə olur? – sualını verməyə haqqımız var.
Zorakılıq çoxsaylı insanların – sərnişinlərin, Aeroport işçilərinin, polis və güvənlik əməkdaşlarının gözü qarşısında baş verirdi. Bu müddət ərzində zorakılıq edənlərə nəinki etiraz edən tapılmadı, polis əməkdaşları zorakılığa mane olmaq əvəzinə “sus!”, “kəs!”, “danışma, sənin üçün pis olar!” deyə zorakılıq edənlərə dəstək verirdilər. Nədən belə oldu? – sualının cavabı yenə də açıq qalır. Mən bu gün Türkiyə səfirinə bildirdim: “Türkiyə Hökuməti bu suallara cavab vermək üçün obyektiv araşdırma aparmasa, bunun sifarişlə İntigam Əliyevə edildiyini söyləmək haqqını saxlayıram”. Hələ ki, mən bu ifadəni işlətməmişəm.

SUAL (Hikmət): Chox heyfler olsun ki, sizin kimi tipler her defe bu qardash milletler arasinda naraziliq yaratmaq isteyirsiniz. Azerbaycanda eger dediyiniz kimi bu ” haqsizliqlarla ” uzleshseydiniz sesinizi bele chixarmazdiniz. Bes onda nedir bu komediya? 2000-ci ilden bu gune kimi defelerle men ve dostlarim bize bu qeder dogma ve yaxin olan dovlete gedib-gelirik ve indiyecen guler uzden, xosh reftardan, mehribanchiliqdan ve en esasi ise diger milletlerden ferqli olaraq bize daha chox hormeti gormushuk. Besdir bele ucuz piarlarla gundemde qalmaq isteyiniz. Noqte qoyun bu soz-sohbete, eger qaninizda turk qani axirsa. Yox, onda meqsediniz gun kimi aydindir. Turk milletin tarix boyunca hech kim eye bilmeyib. Besdir bizim milleti sizi kimiler gozden salmasin.
CAVAB: Dəyərli Hikmət bəy, Sizin səmimi olaraq bu cür düşündüyünüzü qəbul edirəm. Çox güman ki, bu cür düşünənlər az deyil, ona görə də, nə qədər haqsız görünsə də, bu cür suallara da cavab verməliyik. Mən də dəfələrlə o Aeroportdan keçmişəm və heç vaxt problemim olmayıb. Hər zaman gülərüzlə qarşılamasalar da (bütün aeroportlarda sərnişinləri həm gülərüzlə qarşılayanlar da olur, qaşqabaqla da), hər halda təhqir edən də olmamışdı.

Başqa sözlə, etiraz edən kimi bəlli oldu ki, o təbəssümlü sifətlər bir anın içində dəyişir, öz haqlarını qorumaq fikrinə düşdüyünə görə səni yumruq-təpik altına salmağa hazırdırlar. Aeroportun o şən, cəlbedici üst qatları ilə yanaşı, aşağı qatlarda havasız zirzəmiləri, “taxi free” yazılan yerdə xüsusi ayrılmış otaq var ki, sənə bir neçə dəqiqə öncə sevgi, təbəssüm bəxş edən elə həmin polislər bir anın içində sənin bütün etirazlarını zorakılıqla susdurmağa hazır qoçulara çevrilir. Mənim vəkil istəməyim, şikayət vermək istəməyim, əlimə qandal taxılmasına etiraz etməyim, işimlə bağlı sənədləri istəməyim – haqqım olduğu halda, buna lap bizdəki kimi reaksiya verilməsi məni şoka salırdı. Orda çoxlu sayda insanlarla ünsiyyətdə oldum və belə anladım ki, polis zorakılığı burada adi bir şey kimi qəbul edir. İnsanlar çox qorxurlar son dövrlərdə. Yeri gəlmişkən, düşünürəm ki, Türkiyə polisinə üç mənada etiraz etmək haqqım var: öz polisim mənim və digərlərinin haqqını pozanda susmuram. İkincisi, Türkiyə də mənim ölkəm, mən ora tez-tez gedib gəlirəm, yaxınlarım, doğmalarım, dostlarım oarada yaşayırlar, işləyirlər. Oğlum orada təhsil almaq istəyir.
Orada nə baş verməsinin bu mənada həm də mənə birbaşa aidiyyəti var. Və nəhayət, Türkiyə Azərbaycanın qonşuluğunda yeganə ölkə ki, orada demokratiya olduğunu düşünürəm. Onun Rusiyaya çevrilməsini istəməmək haqqım var.
Bu iş mənim üçün bir ləyaqət və şərəf məsələsi. Amma bu iş, həm də sadəcə bir insanın, bir vəkilin, QHT təmsilçisini işi deyil, həm de bütün Azərbaycan və Türkiyə vətəndaşlarının güvənlik və təhlükəsizlik məsələsi.

SUAL (Aydan): Intiqam muellim, salam.

Siz nece dushunursuz bu hadise tesaduf idi, ya planlashdirilmish bir shey idi? Eger ikincini dushunursuzse Sizce kimler terefinden hazirlandiqini dushunursuz?

Umid edirem ki, suallarimi cavablandiracaqsiniz.

Onceden teshekkurler!
CAVAB: Dəyərli Aydan xanım, mənə elə gəldi ki, həmən o zərbələr sadəcə mənə qarşı yönəlməmişdi, həm də bütün türklərə (həm Azərbaycanda yaşayan, həm də Türkiyədə yaşayan), özəlliklə ölkələrimizin sivil toplum insanlarına (mediasına, vəkillərinə, vətəndaş cəmiyyəti qurumlarına) vurulurdu. Əgər insan haqlarını qoruyan bir şəxs olaraq mənə bu cür zorakılıq ola bilirsə, öz haqlarını bilməyən və onları qorumaq imkanı olmayan insanların halını düşünmək o qədər çətin deyil. Türkiyədə baş verənlər çox təhlükəli. Həm öz müşahidələrim, həm də çoxsaylı vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlərim nəticəsində gəldiyim nəticə bu: Türkiyə bir polis dövlətinə çevrilməkdə. Bir zamanlar Azərbaycanda, Rusiyada da savaş (Çecenistan, Qarabağ), terrorla mücadilə əsası ilə hər şey polisin səlahiyyətlərinin artırılması, haqların isə azaldılmasından başlamışdı. Təəssüf ki, çoxları kimi məndə də belə bir narahatlıq var ki, son illərdə Türkiyə də eyni yolla getməkdədir.

Aydan xanım, bilmirəm, sualınılza istədiyiniz cavabı ala bildiniz ya yox, amma hələ ki, bunları söyləyə bilərəm. Əgər cinayətkarlar cəzasız qalsa, mənim də belə düçünməyə əsasım olacaq ki, bu adi bir polis zorakılığı deyildi…

SUAL (Oktay İsgəndərli): İntiqam bəy Göycayın bütün ziyalılarının salamanı catdırıram sizə. Sizə qarşı edilmiş haqsızlıqdan dərin təəsüf hissi kecirdik. bu xoşagəlməz hadisənin təkrarlanmamasını arzu edirik. hesab edirəm ki sizə qarşı edilmiş bu haqsıslıq, qanunsuzluq amerikanın səsi, azdlıq və bütün hüquq müdafiə təşkilatları tərəfindən araşdırılmalı və ölkəmizdə fəaliyyət göstərən Türkiyə səfirliyinin diqqətinə catdırılmalıdır. Günahkarların cəzalandırılması barədə qəti tədbirlər görülməlidir, bu barədə ölkəmiz məlumatlandırılmalıdır. İntiqam bəy siz necə hesab edirsiniz bu hadisə sizin fəaliyyətinizlə baglı ola bilərmi ?
Intiqam bəy sizə xalqımız ücün önəmli olan, fəaliyyətinizdə bol-bol ugurlar arzu edirəm. Tanrı sizləri qorusun.
Hörmətlə, Oktay İsgəndərli.
CAVAB: Dəyərli, Oqtay bəy. Azərbaycan kimi ölkələrdə insan haqlarının müdafiəsi ilə məşğul olan şəxs bilməlidir ki, təhqir oluna bilər, döyülə bilər, öldürülə bilər. Bu cür hadisələr təkcə bir nəfərin ləyaqət məsələsi deyil, həm də Türkiyənin və Azərbaycanın ləyaqət məsələsidir.

Mən Azərbaycan Hökumətini sərt tənqid edən vətəndaş cəmiyyəti təmsilçilərindənəm.
Düşünürəm ki, bu Hökumət yetərincə əsaslar verir bunun üçün: dövlət idarəçiliyi səviyyəsinə qaldırılmış korrupsiyaya görə, təhsilin, elmin, mədəniyyətin məhv edilməsinə görə, monopoliyaya görə, ölkə vətəndaşlarını azad seçkinin keyfini dadmaq haqqından məhrum etdiyinə görə, mediaya, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, demokratik institutlara uzun illər davam edən sistemli təzyiqlərə görə, insanların etiqad və inanclarına sayğısızlığa görə, Elmar Hüseynova görə, Rafiq Tağıya görə, Mitinqə çıxdığına görə həbs olunan 17 nəfər vicdan məhbusu hələ də həbsxanadadırsa, Elmar Hüseynovun qatilləri bu günə qədər tapılmayıbsa, bu hökuməti tənqid etmək haqqı da bizdə. Avropa Məhkəməsinə azad seçki, ifadə azadlığı, toplaşmaq, birləşmək, ədalətli məhkəmə araşdırması və s. hüquqların pozuntusu ilə bağlı yüzlərlə iş göndərmişəm.
Hökumətin bu mənada məni və eyni cəbhədə olduğum dostlarımı sevməmək üçün ciddi əsasları var. Amma hətta Azərbaycan vətəndaşı kimi məni müdafiə etmək Hökumətin borcudur. Onda Hökumət sübut edərdi ki, biz ona qarşı haqsızıq o yaxşı hökumətdir, hamıya eyni gözlə baxan hökumətdir. Amma mənim hökumətim hər dəfə olduğu kimi, hələ ki, bunun əksini nümayiş etdirir. Azərbaycandan hansısa göstərişin verilib-verilməsiyini deyə bilmərəm. Bu cür əsaslarım yoxdur. Amma Hökumət öz vətəndaşına qarşı zorakılığa görə susursa, o həmin zorakılığa bəraət qazandırır – mənim anlamımda. Mənim hökumətim susmaqda davam etsə – onun da əli olacaq mənə görə bu işdə…

SUAL (Fərid Hacıyev): İntiqam bəy, sizə xəsarət yetiriləndən sonra həyatınızda
nə isə dəyişdi?
İndi özünüzü necə hiss edirsiniz?
CAVAB: Dəyərli, Fərid bəy. Təşəkkür edirəm. Hər şey qaydasındadır. Fiziki ağrılar tez keçib gedir. Mənəvi travma qalır amma. Amma özümü güclü adam sayıram. Görüləsi işlər çoxdur. 19 vicdan məhbusumuz var. Bunun ağrısı daha acı. Elmarın qatillərinin tapılmamasının acısı daha dərin…

SUAL (Elçin Həsənov): Mende Turk polisinin bele hereketini pisleyirem. Ve onlarin hemise azerileri asagilamasini pisleyirem. Menim 95-ci il OMON
hadiselerinde onlarin bizleri nece satdigini gordum. Ve ona gorede turklerden zehlem gedir.

Menim sualim Intiqam beye beledir.Heyder Eliyevin ilk dövründə belə mif var idi ki,bir nece ilden sonra neft gəlirləri ilə varlanacağıq, torpağımızın hər millimetrinə əl qalınlığında qızıl döşənəcək. Hakimiyyetdekiler deyirdilər ki guya potensial baxımından tezliklə Küveyt kimi olacağıq, hamı neft pulu ilə yağ içində böyrək olacaq, evdə oturacağıq, həyət-bacanı da əcnəbilər süpürəcək. Bütün xəyallar fıs çıxdı. Qızıl örtük cəhənnəmə, bu gün paytaxtda ayaq qoymağa bir salamat yer yoxdur, hamısını siçan dəliyi kimi qazıq-quzuq ediblər.Bucur ozbasinaliqlari etmeye xalqmi onlara imkan verdi, yoxsa boyuk soz sahibi olan dovletler?
CAVAB: Dəyərli Elçin bəy. “Hər bir xalq öz hökumətinə layiqdir” deyimi var. Mən hesab etmirəm ki, Azərbaycan xalqı bu hökumətə layiq xalqdır. Bu vəziyyətdə olmağımızın səbəbləri sırasında dedikləriniz də var, yəqin başqa amillər də. Amma Dünya dəyişir. Azərbaycan da dəyişəcək. Onun bu cür qalması mümkünsüz bir şey. Bu yöndə çalışan bütün dostlarıma – xüsusilə gənclərə çoxlu-çoxlu təşəkkürlər. Onların bəziləri hazırda həbsdədirlər: Bəxtiyar, Cabbar, Tural, Elnur, Əhəd, Rufət, Məhəmməd, Ülvi… Allah qapılarını açsın.

SUAL (Nərmin): Intiqam müəllim, bir düşünür deyib ki, “Dünyada
yorulub, amma ona görə hələ də dönür ki, bu dünyada haqqı müdafiə edən, bir
ovuc insanlar qalıb”. Siz də o bir ovuc insanlardansınız, nə yaxşı ki,
varsınız.
Sualım isə belədir, özəl universitetlərdən hüquq fakultələrinin
ləğv edilib, hüquq təhsilinin belə demək mümkünsə, dövlət universitetinin
monopoliyasına verilməsi Azərbaycanda hüququn və hüquqşunasların keyfiyyətinə
necə təsir edəcək?
CAVAB: Dəyərli, Nərmin xanım. Təşəkkürlər, xoş sözlərə görə. Gənclərimizlə qürur duyuruq. Özəl universitetlərdə hüquq fakültələrinin ləğv edilməsi tamamilə qanunsuz bir addm idi. Universitetlərə də, hüquq təhsilinə də ağır zərbə vurdu. Bu özbaşınalıq təəssüf ki, hələ də davam edir. Bu addıma bəraət qazandırmaq üçün gətirilən arqumentlər o qədər absurddur ki. Deyirlər ki, guya özəl universitetlərdə hüquq fakültələri dövlət standartlarına cavab vermir. Dövlətin təhsil sahəsində, o cümlədən hüquq təhsili sahəsində heç bir standartı olmadığı halda, ona riayət etməyi tələb etməsi absurd. Nəticədə, bütün sahələrdə olduğu kimi, bu sahədə də dövlətin monopoliyası. Çox təəssüf edirəm. Çoxlu sayda çox dəyərli pedaqoqları tanıyıram ki, bu və ya digər səbıblərdən onların üzünə dövlət universitetlərinin qapıları bağlı: Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Erkin Qədirli, Rəşid Hacılı… Bu insanların təhsildən uzaqlaşdırılmasından təhsilimiz çox şey itirdi.

SUAL (istifadəçi adını vurğulamayıb): Salam
Siz fiziki təzyiqə məruz qalmağınızla bağlı Azərbaycan hökumətinə
müraciət edibsinizmi? Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri
Sizə cavab veribmi? Birdə tibbi ekspertizanın cavabları varmı?
CAVAB: Dəyərli Dost, əslində, baş verən cinayət hadisəsidir. Mediada yazılanlar yetərlidir ki, buna reaksiya verilsin. Müraciət edəcəyim halda şikayətimin araşdırılacağı bildirildi və mən də dünən ölkənin Xarici İUşlər Nazirliyinə rəsmi müraciət etdişm. Bu gün mediada yayılan məlumatda bildirilib ki, müraciətim araşdırılacaq. Türkiyənin isə hüquq-mühafizə orqanlarında faktla bağlı iş qaldırılması barədə məlumatı bu gün Türkiyənin Azətbaycandakı Elçiliyində Səfir Hukusi Kılıcla və Səfirliyin digər əməkdaşları ilə görüşüm zamanı mənə bildirildi. Sabah İstanbuldakı vəkillərim prokurorluğa şikayətimi rəsmi qaydada təqdim edəcəklər. Ümid edirəm ki, ekspertizanın rəyini də nəhayət sabah mənə təqdim edəcəklər.
Ən çox narahatlıq doğuran məsələ kameralarla bağlıdır. Aeroportdan vəkillərimə bildiriblər ki, kameralardakı qeydlər 15 gün saxlanır. Onların silinə biləcəyindən çox narahatıq. Bu gün bu narahatlığımı Türkiyənin Səfirinə də bildirdim.

SUAL (Zahir): Intiqam bəyə qarşı həyata keçirilən hərəkət qəbuledilməzdir
və buna Avropa İnsan Hüquqları məhkəməsində baxılmalıdır. Bunu da qeyd edim ki, bu Təkçə İntiqam bey və ya Azərbaycanlılar üçün olan problem deyil və ümumiləşdirməni də düzgün hesab etməzdim. İnanıram ki, İntiqam bey mənimlə bu barə razılaşar. Həqiqət isə bundan ibarətdir ki, Türkiyə polisinin böyük hissəsi hamıya qarşı gücdən istifadə etmə hüququnu özündə görür. Türkiyənin vətəndaşları hərgün bu problemlə üzləşməli olur. Polislə işiniz oldumu hər dəfə fiziki olmasa da şifahi şəkildə insanları təhgir edə bilir. Vətəndaşla adam kimi rəfdar edəni də var amma əsas olan əksəriyyətdir. Türkiyə polisinin əhaliylə rəfdar məsələsində səviyyəsi heç Avropa standartlarına yaxın da gələ bilməz. Bu təəssüfedici hadisə Türkiyə polisinin hələdə Avropayla yox, dikdatorluqla idarə olunan üçüncü d ünya ölkələrinin polisi səviyyəsində qaldığını bir daha nümayiş etdirir. Bu məsələ insan haqları məsələsidir. Səbəbi, yaxud göstərişi verən kim olur olsun.
CAVAB: Dəyərli Dost. Mən kiçik faktlarla çox böyük nəticələr çıxarılmasının, xüsusilə də Türkiyənin 1 saylı probleminin İntiqam Əliyev olduğu fikrindən çox uzağam. 🙂 Sizinləı yüzdəyüz razıyam. Bu hadisə Türkiyənin çoxsaylı KİV-lərində işıqlandırılıb, və yazılarla bağlı demək olar ki, bütün şərhlərdə Türkiyədə polisin çox böyük səlahiyyətlərə malik olduğundan narahatlıq ifadə olunur. Türklər özləri də öz aeroportlarında, küçələrində, restoranlarında, karakollarında (barəsində görüntüləri yootubda yayılan o qız kimi) polis zorakılığından az əziyyət çəkmirlər. Bu mənada Azərbaycan cəmiyyətində, mediasında, ictimai-siyasi-diplomatik dairələrdə gedən bu müzakirələr Türkiyə cəmiyyətində oxşar müzakirənin davamı. Çox yaxşı olardı ki, Türkiyə cəmiyyətində, mediasında, ictimai-siyasi-dipolomatik dairələrində neft-qaz məsələləri ilə yanaşı ölkəmizdəki insan haqları ilə bağlı məsələlərə də hərdən işıq salınaydı. Güman etmirəm ki, bunu Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlərin təxribatı kimi qiymətləndirənlərin sayı çox olardı…

Emil Quliyev: İntiqam bəy, Amerikanın səsi adından və eləcə də forum iştirakçıları adında dəyərli vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirik.

İntiqam Əliyev: Dəyərli Amerikanın Səsi, dostlarla ünsiyyət imkanı yaratdığınız üçün təşəkkürümü qəbul edin. Dəyərli Forum iştirakçıları suallarınılza, dəstəyinizə, ölkələrimizdəki dəişikliklər uğrunda səylərinizə görə hər birinizə sonsuz təşəkkürlər.

Emil Quliyev: Bununla da, SƏRBƏST KÜRSÜnün növbəti canlı forumunu başa vurmuş olduq. Yenidən SİZİN BLOQUNUZda görüşənədək!

16 responses to “İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!”

  1. Intigam says:

    Hörmetli Intiqam beyi ve sizleri salamlayiram.
    Bu arada ona qarshi olan haqsiz hadiselerden üzüldüyümü bildirir ve ona kecmish olsun dileklerimi catdiriram. Ancaq Amerikanin sesi sayti ve verlishi, Intiqam beye edilen haqsizliqlari mence arashdirmali, kimler terefinden edildiyi ve onlara sual etmek mümkünsüz oldugunumu düshünürsünüz ?
    Ele bilirem, hemin adamlar Intqam beye qarshi etdikleri hereketlerden üzür istemelidirler.
    Hörmetli Intiqam beye, hemkar olaraq men bu suali veredim, eyer size qarshi bu cur haqsizliga neden hemin adamlarin tapilmasi ve mehkemeye verilmesini teleb etmirsiniz ?
    Mence haqli oldugunuzu subut etmek ücün onlardan hec olmasa resmi olaraq üzür dilemelerini teleb etmelisiniz… Sayqilarla.

  2. Vuqar Haciyev says:

    Hormetli Intiqam muellim!! Istanbul hava limaninda bas veren hadisenin uzun muddet davam etmesi ve bir nece nefer terefinden heyata kecirilmesi sizce evvelceden planlasdirilmis bir texribatci hereket deyildimi? Vuqar Haciyev

  3. oktay İsgəndərli says:

    İntiqam bəy Göycayın bütün ziyalılarının salamanı catdırıram sizə. Sizə qarşı edilmiş haqsızlıqdan
    dərin təəsüf hissi kecirdik. bu xoşagəlməz hadisənin təkrarlanmamasını arzu edirik. hesab edirəm ki sizə qarşı edilmiş bu haqsıslıq, qanunsuzluq amerikanın səsi, azdlıq və bütün hüquq müdafiə təşkilatları tərəfindən araşdırılmalı və ölkəmizdə fəaliyyət göstərən Türkiyə səfirliyinin diqqətinə catdırılmalıdır. günahkarların cəzalandırılması barədə qəti tədbirlər görülməlidir,
    bu barədə ölkəmiz məlumatlandırılmalıdır. İntiqam bəy siz necə hesab edirsiniz bu hadisə sizin fəaliyyətinizlə baglı ola bilərmi ?
    Intiqam bəy sizə xalqımız ücün önəmli olan, fəaliyyətinizdə bol-bol ugurlar arzu edirəm. Tanrı sizləri qorusun.

    hörmətlə Oktay İsgəndərli Göycay 13 dekabr 2011

  4. Aydan says:

    Intiqam muellim, salam.

    Siz nece dushunursuz bu hadise tesaduf idi, ya planlashdirilmish bir shey idi? Eger ikincini dushunursuzse Sizce kimler terefinden hazirlandiqini dushunursuz?

    Umid edirem ki, suallarimi cavablandiracaqsiniz.

    Onceden teshekkurler!

  5. Hikmet says:

    Chox heyfler olsun ki, sizin kimi tipler her defe bu qardash milletler arasinda naraziliq yaratmaq isteyirsiniz. Azerbaycanda eger dediyiniz kimi bu ” haqsizliqlarla ” uzleshseydiniz sesinizi bele chixarmazdiniz. Bes onda nedir bu komediya? 2000-ci ilden bu gune kimi defelerle men ve dostlarim bize bu qeder dogma ve yaxin olan dovlete gedib-gelirik ve indiyecen guler uzden, xosh reftardan, mehribanchiliqdan ve en esasi ise diger milletlerden ferqli olaraq bize daha chox hormeti gormushuk. Besdir bele ucuz piarlarla gundemde qalmaq isteyiniz. Noqte qoyun bu soz-sohbete, eger qaninizda turk qani axirsa. Yox, onda meqsediniz gun kimi aydindir. Turk milletin tarix boyunca hech kim eye bilmeyib. Besdir bizim milleti sizi kimiler gozden salmasin.

    • Hikmet says:

      hormetli sayt menim kommentariyamin burada gorunmesi uchun daha ne qeder gozlemeliyik? Artiq sizde oz etibarinizi itirmek uzresiniz. Heyifler olsun.

  6. Mende Turk polisinin bele hereketini pisleyirem. Ve onlarin hemise azerileri asagilamasini pisleyirem. Menim 95-ci il OMON hadiselerinde onlarin bizleri nece satdigini gordum. Ve ona gorede turklerden zehlem gedir.
    Menim sualim Intiqam beye beledir.Heyder Eliyevin ilk dövründə belə mif var idi ki,bir nece ilden sonra neft gəlirləri ilə varlanacağıq, torpağımızın hər millimetrinə əl qalınlığında qızıl döşənəcək. Hakimiyyetdekiler deyirdilər ki guya potensial baxımından tezliklə Küveyt kimi olacağıq, hamı neft pulu ilə yağ içində böyrək olacaq, evdə oturacağıq, həyət-bacanı da əcnəbilər süpürəcək. Bütün xəyallar fıs çıxdı. Qızıl örtük cəhənnəmə, bu gün paytaxtda ayaq qoymağa bir salamat yer yoxdur, hamısını siçan dəliyi kimi qazıq-quzuq ediblər.Bucur ozbasinaliqlari etmeye xalqmi onlara imkan verdi, yoxsa boyuk soz sahibi olan dovletler?

  7. tquliyev says:

    Salam

    Siz fiziki təzyiqə məruz qalmağınızla bağlı Azərbaycan hökumətinə müraciət edibsinizmi? Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri Sizə cavab veribmi? Birdə tibbi ekspertizanın cavabları varmı?

  8. Nərmin says:

    Intiqam müəllim, bir düşünür deyib ki, “Dünyada yorulub, amma ona görə hələ də dönür ki, bu dünyada haqqı müdafiə edən, bir ovuc insanlar qalıb”. Siz də o bir ovuc insanlardansınız, nə yaxşı ki, varsınız.

    Sualım isə belədir, özəl universitetlərdən hüquq fakultələrinin ləğv edilib, hüquq təhsilinin belə demək mümkünsə, dövlət universitetinin monopoliyasına verilməsi Azərbaycanda hüququn və hüquqşunasların keyfiyyətinə necə təsir edəcək?

  9. Zahir says:

    Intiqam bəyə qarşı həyata keçirilən hərəkət qəbuledilməzdir və buna Avropa İnsan Hüquqları məhkəməsində baxılmalıdır. Bunu da qeyd edim ki, bu Təkçə İntiqam bey və ya Azərbaycanlılar üçün olan problem deyil və ümumiləşdirməni də düzgün hesab etməzdim. İnanıram ki, İntiqam bey mənimlə bu barə razılaşar. Həqiqət isə bundan ibarətdir ki, Türkiyə polisinin böyük hissəsi hamıya qarşı gücdən istifadə etmə hüququnu özündə görür. Türkiyənin vətəndaşları hərgün bu problemlə üzləşməli olur. Polislə işiniz oldumu hər dəfə fiziki olmasa da şifahi şəkildə insanları təhgir edə bilir. Vətəndaşla adam kimi rəfdar edəni də var amma əsas olan əksəriyyətdir. Türkiyə polisinin əhaliylə rəfdar məsələsində səviyyəsi heç Avropa standartlarına yaxın da gələ bilməz. Bu təəssüfedici hadisə Türkiyə polisinin hələdə Avropayla yox, dikdatorluqla idarə olunan üçüncü dünya ölkələrinin polisi səviyyəsində qaldığını bir daha nümayiş etdirir. Bu məsələ insan haqları məsələsidir. Səbəbi, yaxud göstərişi verən kim olur olsun.

  10. Sexavet Soltanli says:

    Salam İntiqam müəllim her zaman yaninizda olduqumuzu beyan edirik .
    Sualim belə olacaq , Siz nece hesab edirsiz , Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olmaq asandır yoxsa siravi vətəndaş olmaq ?

    • eguliyev says:

      Səxavət bəy, təəssüf ki, forum artıq başa çatıb. Ancaq İntiqam bəy, şərhlər bölməsində sualınızı cavablandırsa, işıqlandırarıq. Anlaşıqlı qəbul etdiyiniz üçün minnətdarıq.

      Hörmətlə, Emil Quliyev.

    • Təşəkkür edirəm, Səxavət bəy. Gənclərin dəstəyinin mənim üçün dəyəri çox böyük. Bu gün Azərbaycanda çox yaxşı gənclik yetişir. Onlar daha oxumuşdular, daha çevikdirlər, daha safdırlar, daha müasirdirlər və daha mübarizdirlər. Onlar bu sistemə sistemə müəyyən qədər uyğunlaşmış, müəyyən qədər yorulmuş, müəyyən qədər ümidsizləşmiş atalarından fərqli olaraq daha barışmazdırlar, bu həyat tərzini təhqiramiz sayırlar, onu dəyişməkdə daha israrlıdırlar. Təsadüfi deyil ki, son dövrlər Azərbaycan ictimai həyatının əsas hərəkətverici qüvvəsi də məhz onlardır – gənclər.

      Sualınıza gəldikdə: Bu suala cavab vermək çətindi. Həm də ona görə ki, hüquq müdafiəçisi olduğum iddiasında deyiləm. Hüquq müdafiəçisi kimi qəbul edilməyimə əsas olan fəaliyyətləri əslində, vətəndaş kimi yerinə yetirirəm. Məncə, ölkə o vaxt qüdrətli olacaq ki, orada hüquq müdafiəçilərinin yox, vətəndaşların sayı çox olacaq.

      İnsanların hüquqlarını müdafiə etmək şərəfli olduğu qədər, çətin və məsuliyyətli iş. Sən həyatın artıq tam halda sənə məxsus deyil, sənin rahat yaşamağın mümkün deyil. Əqidəsinə görə həbsə atılan varsa, sən artıq normal istirahət edə bilməzsən. Sosial şəbəkədə fəallığına görə bir gəncin cibinə narkotik atıb tutdururlarsa, yumşaq yatağın sənə rahat görünə bilməz. Harvardı bitirmiş çox istedadlı bir gənc azad seçki istədiyinə görə polis idarəsində və ya həbsxanada nadan bir polis məmurunun təhqirləri ilə üzbəüz qalırsa, sənin yediyin nuş ola bilməz. Müxalifət partiyasının yaşı əllini keçmiş lideri azadlığ və demokratiya istədiyinə görə bəlkə də əllinci dəfə döyülürsə, təhqir olunursa, tutulursa, dəniz qırağında uzanıb özünü rahat günəşə verə bilməzsən…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər