Samir Əsədli: “Mitinqi gözdən salmağa çalışanlar bizi yox, özlərini gözdən salırlar”

Posted March 19th, 2012 at 2:17 pm (UTC-4)
18 comments

Martın 17-də Bakıda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə sanksiyalaşdırılmış mitinqi keçirilib. Mindən çox insanın qatıldığı mitinqdə “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Təhsildə rüşvətə yox” şüarıları səsləndirilib.

Aksiyanın rəsmi hissəsindən sonra keçirilən konsertdə rokçu Camal Əlinin ifası münaqişə və davaya səbəb olub. Baş vermiş hadisəni müzakirə etmək üçün Sərbəst Kürsüyə mitinqin təşkilatçılarından Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin və VHP-nın gənclər təşkilatının idarə heyətinin üzvü Samir Əsədli çıxıb. O, mart ayının 21-i Bakı vaxtı ilə axşam saat 21:00-23:00-da oxucularımızın aksiyası ilə bağlı suallarını canlı olaraq cavablandırıb.

——————————————————————————-

21:00 / 21 mart 2012

Axşamınız xeyir hörmətli oxucular. Həmişə olduğu kimi yenə Sərbəst Kürsünün moderatoru mən Emil Quliyevəm. Soyuq qışdan sonra hamınızı və eləcə də Sərbəst Kürsünün bugünki qonağı Samir Əsədlini baharın gəlməsi, Novruz bayramı münasibətilə Amerikanın səsinin Azərbaycan redaksiyası adından təbrik edirik.

21:02

Samir Əsədli: Sizin də bayramınız mübarək!

21:02
Emil Quliyev: Samir bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Forumun qaydaları barədə qısaca məlumat vermək istəyirəm. Sualları yalnız internet istifadəçiləri sizə ünvanlayır. Mən sadəcə moderatorluq edirəm. 2 saatlıq vaxt çərçivəsində tərkibində təhqir, söyüş olmayan mümkün qədər bütün sualları sizə ünvanlamaq məcburiyyətindəyəm. İstədiyiniz suala cavab verib-verməyək hüququna maliksiniz. Bundan başqa təkrar olduğunu düşündüyünüz sualları da cavabsız qoya bilərsiniz.

21:06
EQ: İlk sual Sabir adlı oxucudan daxil olub:

– Samir bəy, icazəli mitinq etməklə nəyə nail oldunuz? Heç bir insanın olmadığı bir yerdə, mesajlarınızın heç kəsə çatmadığı bir yerdə mitinq keçirməyin nə faydası var idi?

21:14
CAVAB: Artıq 7 ilə yaxın idi ki, ölkədə razılaşdırılmış mitinq keçirilmirdi. Ötən il müxalifətin 2 aprel icazəsiz aksiyalarında xeyli sayda əqidə yoldaşımız həbs edildi və onların coxu gənc idi. Biz cəmiyyətdə olan passivliyi və ətaləti, həmçinin bu aksiyaları keçirməklə polis xofunu aradan qaldırmağı düşünürdük. İcazəli aksiyalarla polislə qarşıdurma yaratmamaq, insanların beynində polis zorakılığı mifini dağıtmaq istəyirdik və istəyimizədə nail olduq. Yəni insanlar da nikbin əhval-ruhiyyə yaransın. Heç bir təşkilata qoşulmayan gənclər aksiyalara qoşulub haqlarını tələb etsinlər.  Biz mesajlarımızı çatdırdıq, yəni hakimiyyətin bütün vasitələrlə maneə oldu, həmçinin hava şəraitidə pis olmasına baxmayaraq nəzərdə tutduğumuzdan artıq gənc meydana toplandı. Yəni mitinqə 2 gün qalmış bizə yer barədə məlumat verildi. Əgər hava şəraiti yaxşı olsa idi, meydana 2 min yox, 5 min gənc çıxardı. Meydan dalanda, şəhərin ucqar yerində idi və bütün manelərə baxmayaraq biz istəyimizə nail olduq.

21:17
SUAL (Habil):
Aksiyada dava dusmusdu. Hadisenin detallarina aydinliq getire bilersinizmi? Konkret orda hadise nece olub? Her halda siz ozunuz orada olmusunuz.

21:32
CAVAB: Aksiyada dava düşməyib, xirda insident olub, sadəcə reper Camal qeyri-etik söz işlətdi və aksiya iştirakçılarından ona etiraz edildi və biz öz tərəfdarlarımızı tribunadan endirdik. Bu qarışılıqdan istifadə edən mülki geyimli naməlum şəxslər tribunaya qalxaraq Camala hücum etdilər, biz mitinqi dayandırdıq və tərəfdarlarımızdan xahiş etdik ki, ərazini tərk etsinlər. Camal isə tanımadığımız şəxslər tərəfindən döyüldü və polis müdaxilə edib onu apardı və Camalı naməlum şəxslərdən almaq istəyən Etibar Salmanlı və Natiq Kərimov da həbs edildi. Biz dərhal təşkilatçılar olaraq BŞBPİ-nin rəsmisi, rəis müavini cənab S.Bağırovun yanına getdik və ondan həbs edilənlərin azad edilməsini xahiş etdik. Bizə heç bir cavab verilmədi və sonradan bəlli oldu ki, 4 nəfər həbs edilib. Onun 3-nü tanıyırıq və 1-ni bilmədik kimdir. Və məhkəmə biz tanıdığımız məlum 3 nəfərə sutqalıq iş verdi. O 1 nəfəri hələdə bilmədik kimdir. Camal deyək ki, xoşagəlməz ifadə işlədib, amma Etibar və Natiq heç bir əsas olmadan həbs ediliblər. Hələ də istintaq təcridxanasına köçürülməyiblər. Yəni, bu xırda insidentdən istifadə edib mitinqin aurasını başqa istiqamətə dəyişdirməyə çalışdılar və bunu edə bilmədilər. Bu faktdır ki, gənclik mitinq keçirib və ismarıçlarını çatdırıb, əlaqədar qurumlar isə mitinqin qətnaməsinin tələblərini yerinə yetirməlidirlər.

21:34
SUAL (Teymur): Samir bəy kecirdiyiniz möhtəşəm gənclərdən ibarət mitinqinizdə dava düşməsini fikirləşirdinizmi?

21:38
CAVAB: Dava, yox xırda xoşagəlməz insident olub. Mülki geyimli naməlum şəxslər isə aranı qatdılar və biz mitinqi dayandırdıq.  Bu gəncliyin ilk mitinqi idi və nəsə ola bilərdi.  Və sizin dava, bizim xırda insident adlandırdığım məsələyə yuxardakı sualda cavab verdim.

21:40
SUAL (nejatkazim): Samir bey, bir daha genclerin mitinqi gozlenilir?

21:44
CAVAB: Nicat bəy, biz Gənclərin Hüquqlarının Müdafiə Komitəsi olaraq lahiyələrimiz, digər tədbir və mitinqlərimiz olacaq. Yəni Konstitusiyanın 49-cu maddəsinin bizə verdiyi imkandan istifadə edib bundan sonra da möhtəşəm mitinqlər və aksiyalar təşkil edəcəyik.

21:45
SUAL (Vüsal):
Samir bey bildiyimiz kimi uzun iller sonra ilk defe icazeli mitinq keçirildi. ve buna gencler nail oldu. Azerbaycan gencliyinin indiki potensialini nece deyerlendirirsiniz?

21:53
CAVAB: Bu mitinq ümumiyyətlə gəncliyin ilk və tək keçirdiyi mitinqi idi. Çox uğurlu və möhtəşəm oldu. Biz ölkənin aparıcı gənclər təşkilatları olaraq bir yerdə uğurlu əməkdaşlıq edirik. Biz gəncliyin potensialını yüksək qiymətləndiririk. Hakimiyyət isə buna imkan vermir ki, gənclik öz potensialın ortaya qoyub iş görsün, yəni gəncliyin potensialından istifadə edilsəydi Harvard unversitetinin ilk azərbaycanlı məzunu Bəxtiyar Hacıyev həbsdə yox, hənsısa mühüm dövlət postunda təmsil olunub, dövlətinə və millətinə xidmət edərdi. Bu gün gənclər işsizlik ucbatından ölkəni tərk edir, xaricə üz tuturlar.

21:58
Emil Quliyev: Samir bəy, nəzərinizə çatdırım ki, artıq təxminən 1 saat geridə qalıb. Qarşıda sizin ixtiyarınızda 1 saat da var.

Növbəti sual Pərviz adlı oxucumuzdan daxil olub:
Samir bəy, nece düşünürsünüz, 17 Mart mitinqine münasibet ikili oldu. bu normal haldi. ancaq, hakimiyyetden elave 17 Mart mitinqini cemiyyet qarşısında gözden salmaq isteyenler neye nail olmaq isteyirler? Fikirleriniz maraqlidi.

22:06
Samir Əsədli: Baş Polis idarəsi açıqlama verir ki, aksiyada 350 nəfər olub. Məlumdur ki, hər zaman bunlar aksiya iştirakşılarını 9-10 dəfə az göstərməyə çalışırlar. Aksiyada 2 minədək gənc iştirak edib. Və PA-nın iki rəsmisinin isə təcili bəyanatını da anlamaq olar. Cünki hakimiyyətin basqılarına və maneələrinə, havanın əlverişsiz, mitinq yerinin ucqar və şəhərdən kənarda olmasına baxmayaraq biz nəzərdə tutulandan artıq gənci meydana çıxartdıq. Təbii ki, onların narahatlığını da anlamaq olar… mitinqi gözdən salmağa çalışanlar isə bizi yox, özlərini gözdən salırlar.

22:07
SUAL (Bakılı): Salam, Novruz bayramınızı təbrik edirəm.

Rəsmi şəxslər Sizin mitinqin zəif olduğunu və müxalifətin əxlaqına uyğun ifadələr işlətdiyini bildirib. Gənclərin mitinqi yalnız bundan ibarət idi? Və ya başqa tələbləriniz də var idi? Rəsmi hakimiyyət Sizin tələbləriniz barədə nə deyir?

Mitinqləriniz davam etdirələckmi? Növbəti mitinq nə vaxt olacaq?

22:08
Emil Quliyev:
Təşəkkür edirik, biz də sizi Novruz bayramı münasibəti ilə təbrik edirik!

22:20
Samir Əsədli:
Mitinq uğurlu olub ki, bunlar narahat olub tələm-tələsik bəyanat veriblər. Bu onların narahatlığından irəli gəlir. İkincə əxlaq normalarından kim necə istifadə edir biz onu yaxşı bilirik. Mitinqdə gənclər idi və gənci anlamaq və başa düşmək lazımdır, onun üstünə getmək, həbs etmək yox.  Bir reper qeyri-etik ifadə işlədibsə onu müxalifətin ayağına yazmaq da əxlaq norması deyil. Mitinq gəncliyin mitinqi idi. Mitinqdə aranı qatan və provokasiya edənlərdir əxlaqsız.  Tələblərimiz “Siyasi məhbuslar azad edilsin!”, “Rüşvətə yox!”, “Qarabağ”.

Və hakimiyyət bizi əxlaqsız adlandırmaqdansa bu tələbləri yerinə yetirsin. Tələblərimiz ortada, hakimiyyətin mövqeyi də bəlli… Mitinqlərimiz və aksiyalarımız davamlı olacaq.

22:21
SUAL (İslam)
: Samir bəy, mitinqin aparıcısı siz idiniz, olmazdımı ki, özünüz Camal Əlinin söyüşlə danışdığı anda müdaxilə edib yaranacaq problemin qarşısını alardınız? düşünürəm ki, bu elə də çətin olmazdı.

22:30
CAVAB: Mən mitinqin aparıcısı olaraq mitinqi dayandırıldığını elan etdim və hamıdan xahiş etdim ərazini tərk etsin. Və Camal Əliyə təşkilatçılar yaxınlaşıb ondan musiqini dayandırmaqı da xahiş etdilər. Orda təxribat edənlər, ara qatanlar, Camalı döyənlər naməlum mülki geyimli şəxslər idi, biz yaranacaq problemin qarşısını almaq istədik və pravakatorlar araya girdi. Yəni əgər təxribatşılar orda bu məsələni planlaşdırmışdılarsa biz onu əvvəlcədən bilməzdik.  Tanımadıqımız mülki geyimlilər bizdən tez tərpəndilər. Bu bizim təcrübəsizliyimizdən irəli gəldi. Çətin olan o idi ki, polis bizə yardımçı olmalı idi, mülki geyimlilərin müdaxiləsindən sonra tribunaya gəlib müdaxilə etməzdi, yəni  iş-işdən keçəndən sonra.

22:31
SUAL (Üzeyir): Samir bəy, bu uğurlu mitinqdən sonra yenidən mitinq keçirtməyi düşünürsünüzmu?
17 mart mitinqində 2000 nəfər yaxın gənc iştirak etmişdi. Bundan sonraki mitinqlərdə artim gozlənilirmi? Universitet tələbələrinin maksimum iştirakıni necə sağlaya biləcəyinizi düşünübsünüzmü?

22:39
CAVAB:
Üzeyir bəy, biz Gənclərin Hüquqlarının Müdafiə Komitəsi olaraq bu aksiyalarımızı davamlı etməyi nəzərdə tutmuşuq. Əgər hakimiyyətin basqıları, ərazinin əlverişsiz, havanın pis olmasına baxmayaraq biz 2 minədək gənci meydana yığdıqsa, şəhərin yaxın yerlərində bizə yer versələr 10 mində gənc yığarıq. Təbii tələblərdə bizə qoşulacaq, bu bizim ilk mitinqimiz idi. Bundan sonrakılar daha da kütləvi olacaq.

22:40
SUAL (Vüsal):
Azerbaycan gencliyine ne meslehet görerdiniz? genclik xeyallarındakı gələcəyə sahib olacaqlarmı?

22:51
CAVAB: Gənclik haqqın və hüququnu tələb etməlidir. Kölə yox, vətəndaş olmalıdır. Haqsızlıqa və ədalətsizliyə qarşı birləşməlidir. Gənclik dövlət büdcəsinin talan edilməsinə, qanunların pozulmasına, ölkənin avtoritar üsulla idarə edilməsinə, evimizin başımıza uçurulmasına, bizim olanın bizdən alınmasına, təhsilimizin, səhiyyəmizin bərbad günə salınmasına göz yuma bilmərik və buna haqqımız da çatmır. Biz haqq və hüququmuzu tələb etməlidir. Rrüşvətxor və korrupsionerləri ifşa etməyi bacarmalıdır. Ölkədə müsbətə doğru dəyişiklik üçün demokratik düşərgənin yanında olmalıdır. Birlik və bərabərlik göstərməlidir. Ölkənin uçuruma aparılmasına göz yummamalı və haq səsimizi ucaltmalıdır. Təbii ki, gənclik bacaracaq və xəyallarını da, arzularını da gerçəkləşdirəcək.  Cünki biz gənclik olaraq birgə güclüyük…
«Sahibsiz olan millətin batması haqdır,
Sən sahib olursansa, bu Vətən batmayacaqdır!»

22:52
Emil Quliyev: Samir bəy, vaxtımızın sona çatmasına 10 dəqiqədən də az vaxt qalıb. Son suala cavab verməyiniz üçün 5 dəqiqəyə yaxın vaxtınız var. Sual “Oxudlu Gənclik” adlı istifadəçidən daxil olub:
– Samir bey bölgelerde de mitinqler teşkil etmeyi düsünürsünüz? VHP 2013 seçkileri öncesi bölgelerde tebliğat kampaniyasını lazımı derecede aparacaqmı? umumiyyetler 2013 seckilerinden ne gözleyirsiniz?

22:58
CAVAB: Biz, müxalifət olaraq 2013-dən cox ümidliyik. 2013 müxalifətin birlik və bərabərlik ili olacaq.  Qarşıdakı ildə müxalifət birləşib birgə  seçkilərə gedəcək və biz müxalitətçilər olaraq təbliğatımızı birgə quracağıq.
VHP 2013-də təbliğatını yüksək səviyyədə və planına, məqsədinə  uyğun aparacaq.  Cünki Nicatımız Vətəndaş həmrəyliyindədir…

22:59
Emil Quliyev: Bununla da Sərbəst Kürsünün növbəti sayı sona çatır. Biz oxucularımıza, sual ünvanlayanlara və xüsusilə də qonağımız Samir Əsədliyə minnətdarlığımızı bildiririk.

23:00
Samir Əsədli: Məndə, sizlər məni dəvət etdiyinizə və sual verən hər bir şəsə təşəkkürümü və minnətdarlıqımı bildirirəm.

23:00
Emil Quliyev: Bununla da canlı forum başa çatır. Sərbəst Kürsünün növəbti saylarında görüşmək ümidi ilə…

18 responses to “Samir Əsədli: “Mitinqi gözdən salmağa çalışanlar bizi yox, özlərini gözdən salırlar””

  1. sabir says:

    Samir bəy, icazəli mitinq etməklə nəyə nail oldunuz. Heç bir insanın olmadığı bir yerdə, mesajlarınızın heç kəsə çatmadığı bir yerdə mitinq keçirməyin nə faydası var idi?

  2. habeel says:

    Aksiyada dava dusmusdu. Hadisenin detallarina aydinliq getire bilersinizmi? Konkret orda hadise nece olub? Her halda siz ozunuz orada olmusunuz

  3. Teymur says:

    Samir bəy kecirdiyiniz möhtəşəm gənclərdən ibarət mitinqinizdə dava düşməsini fikirləşirdinizmi?

  4. Cefer says:

    Eziz Samir bey, sizce Aksiyada hansi nailiyyet elde etdiniz? Aksiyadan sonra kechirilen konserte munaqishe ve davaya sebeb olan ne oldu?

  5. Teymur says:

    Samir bəy necə oldu ki, Siz mitinq vaxtı konsertin verilməsinə razılıq vermisiniz? Axı mitinqlərdə konsertin olmasının şahidi olmamışıq.

  6. nejatkazim says:

    Samir bey, bir daha genclerin mitinqi gozlenilir?

  7. vüsal says:

    samir bey bildiyimiz kimi uzun iller sonra ilk defe icazeli mitinq keçirildi. ve buna gencler nail oldu. Azerbaycan gencliyinin indiki potensialini nece deyerlendirirsiniz?

  8. Perviz says:

    Samir bəy, nece düşünürsünüz, 17 Mart mitinqine münasibet ikili oldu.bu normal haldi. ancaq, hakimiyyetden elave 17 Mart mitinqini cemiyyet qarşısında gözden salmaq isteyenler neye nail olmaq isteyirler? Fikirleriniz maraqlidi.

  9. Bakılı says:

    Salam, Novruz bayramınızı təbrik edirəm.

    Rəsmi şəxslər Sizin mitinqin zəif olduğunu və müxalifətin əxlaqına uyğun ifadələr işlətdiyini bildirib. Gənclərin mitinqi yalnız bundan ibarət idi? Və ya başqa tələbləriniz də var idi? Rəsmi hakimiyyət Sizin tələbləriniz barədə nə deyir?

    Mitinqləriniz davam etdirələckmi? Növbıti mitinq nə vaxt olacaq?

  10. İslam says:

    Samir bəy, mitinqin aparıcısı siz idiniz, olmazdımı ki, özünüz Camal Əlinin söyüşlə danışdığı anda müdaxilə edib yaranacaq problemin qarşısını alardınız? düşünürəm ki, bu elə də çətin olmazdı

  11. Uzeyir says:

    Samir bəy, bu uğurlu mitinqdən sonra yenidən mitinq keçirtməyi düşünürsünüzmu?
    17 mart mitinqində 2000 nəfər yaxın gənc iştirak etmişdi. Bundan sonraki mitinqlərdə artim gozlənilirmi? Universitet tələbələrinin maksimum iştirakıni necə sağlaya biləcəyinizi düşünübsünüzmü?

  12. vüsal says:

    Azerbaycan gencliyine ne meslehet görerdiniz? genclik xeyallarındakı gələcəyə sahib olacaqlarmı?

  13. oxudlu genclik says:

    samir bey bölgelerde de mitinqler teşkil etmeyi düsünürsünüz? VHP 2013 seçkileri öncesi bölgelerde tebliğat kampaniyasını lazımı derecede aparacaqmı? umumiyyetler 2013 seckilerinden ne gözleyirsiniz?

  14. Perviz says:

    Ölkənin, xalqin taleyine bigane qalan gənclərə sözünüz nedir?

    • Samir says:

      Ölkəsinin və xalqının taleyinə biganə qalan gənc, özünə və öz yaşamına biganədir. Bu ölkə bizimdir və biz onun uçurma aparılmasına göz yuma bilmərik.

  15. Asif says:

    salam .Samir bey 17 mart mitinqi insanlarda az da olsa inam hissi yaratdi .Bildiyime gore muxalif partiyalarin gencler teskilatlarinin ekseriyyeti bura qatilmisdi .Novbeti mitinqler ucun diger muxalif partiyalarin bir yerde olmasi ucun hansisa tesebbus gosterirsizmi ? Her halda hami bir yerde daha guclu olur .

    • Samir says:

      Təbii biz gənclik olaraq bir yerdə olmalı və birgə mübarizə aparmalıyıq. GHMK-də 4 partiyanın (VHP, AXCP, Müvavat, ADP) gənclər təşkilatları, 4 müstəqil (Nida, MD, AGT, Dalğa) gənclər hərəkatı və 1 hüquq müdafiə təşkilatı təmsil olunur. Mitinqə isə AMİP, KXCP, VİP və Ümid partiyalarının gəncləri dəstək verdilər. Onu qeyd edim ki, komitəyə qoşulmaq üçün bir neçə təşkilat artıq müraciət edib. Bu bizim uğurumuzun nəticəsidir və biz ölkə gəncliyin birləşdirəcəyik.

  16. Tural says:

    salam. sualım budu ki, hakimiyyət iştirakçıların sayının 350 nəfər, müxalifətsə 1500-2000 nəfər olduğun açıqlamışdı. bu rəqəmlər nəyə əsasən açıqlanır?? bir də ki, bundan sonra da GHMK miting keçirəcəkmi?

Leave a Reply to Cefer Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR