Ərəstun Oruclu: Qərbdə qoşun yeritmə praktikası son vasitə kimi qəbul edilir

Posted July 18th, 2012 at 10:39 am (UTC-4)
8 comments

Bir il yarım əvvəl Suriyada Prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı başlanan kütləvi nümayişlər artıq kuliminasiya nöqtəsinə çatmaqdadır. BMT ölkənin bəzi yerlərində vətəndaş müharibəsinin getdiyini etiraf edib. İyulun 18-də isə Suriya dövlət televiziyası intiharçı hücumçunun Dəməşqdə Dövlət Təhlükəsizlik binasını partladaraq Suriyanın müdafiə naziri Davud Racanı və bir neçə başqa rəsmini ağır yaraladığını bildirib.  Dövlət televiziyası hücum zamanı müdafiə nazirinin müavini, Assef Şövkətin də öldürüldüyünüdə bildirib. Şövkət Suriya prezidenti Bəşər Əsədin qaynıdır.

Suriyada davam edən gərginliyi müzakirə etmək üçün Sərbəst Kürsünün bu dəfəki qonağı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu olub.
———————————————————
22:00 / 19 iyul 2012
Axşamınız xeyir, 1 aylıq fasilədən sonra yenidən sizi Sərbəst Kürsüdə salamlayırıq. Canlı forumun moderatoru mən Emil Quliyevəm. Bugünki mövzumuz Suriyadakı son hadisələr, qonağımız isə politoloq Ərəstun Orucludur.

22:03
Emil Quliyev: Ərəstun bəy, axşamınız xeyir. Dəvətimizi qəbul etdiniz üçün minnətdarıq.

22:04
Ərəstun Oruclu: Axşamınız xeyir! Dəvət üçün sağ olun!

22:05
EQ: İlk sual Mikayıl adlı oxucudan daxil olub. Oxucumuz soruşur: Qərbin Suriyaya qoşun yeritməməsinin başlıca səbəbi nədir? Yəni Qərbin burada bir marağı varmı?

22:15
Cavab: Qərbdə qoşun yeritmə praktikası ümumiyyətlə son vasitə kimi qəbul edilir və Qərb cəmiyyətlərində etirazla qarşılanır. Bundan savayı, bu həm beynəlxalq qərar (Məsələn BMT qərarı), həm də ağır maliyyə xərcləri tələb etdiyindən hakimiyyətlər qoşun yeritmə məsələsinə ehtiyatla yanaşırlar. Konkret Suriya misalında isə başqa amillər də rol oynayır, məsələn, qonşu İran amili və Yaxın Şərqdəki həssas situasiya. Qərbin əsas marağı isə məncə İrana müttəfiq olan diktator Suriya rejiminin daha loyal rejimlə əvəzlənməsidir.

22:17
Sual (Sabir): Suriyada insanlar, korpe usaqlar qetliamin qurbani olur. Rusiya, Cin bu qeder qansizdirmi?

22:24
Cavab: Belə qarşıdurmalar olan halda humanitar məsələlər təssüf ki, arxa plana keçir. Rusiya və Çin Qərbin Suriya siyasətinə müqavimət göstərməklə əslində bir növ Qərb qarşısında güc gnümayiş etdirmək və bununla da bölgədə öz geosiyasi maraqlarını təmin eləməyə çalışırlar. Əslində, bu iki ölkənin marağı həm də ümumilikdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslərdə iştiraklarını təmin eləmək istəyidir.

22:27
Sual: Axşamınız xeyir. Sizin şərhləriniz həmişə doğru çıxır.

– Əsədin Qafqaz regionuna təsiri nə olacaq?

– Deyirlər dünyada bütün diktatorlar süqut edəcək? Elədirsə MDB regionu nə vaxt sevinəcək?

22:38
Cavab: Axşamınız xeyir! Təşəkkür edirəm!
Təsir birbaşa olmasa da dolayı təsir olacaq əlbəttə. Belə ki, Əsəd rejimi mahiyyətcə Qafqazdakı və Mərkəzi Asiyadakı MDB ölkələri rejimləri ilə çox oxşardır və bütün bu rejimlər qeyri-rasionallıqları üzündən müasir dünyada gedən qlobal transformasiya ilə ayaqla.a bilmirlər və bu səbəbdən də eyni proseslərin, bir qədər yumşaq şəkildə olsa da, MDB məkanına keçməsi istisna deyil. Bütün bu tipli rejimlərin əsas problemi onların sistem böhranıdır. Rejim səmərəsizdir, amma onu islah eləmək də hakimiyyəti saxlamaq baxımından risqlidir. Odur ki, məncə bu qaşılmazdır. Əslində bütün bu avtoritar və diktatura rejimlərinin çökməsinin səbəbləri ilk növbədə daxili səbəblərdir. Bütün ərəb ölkələrində biz proseslərə beynəlxalq müdaxiləni səbəb kimi deyil, başlanan qarşıdurmaların nəticəsi kimi müşahidə elədik. Diktator rejimlərin hamısı süqut eləməsə də, hər halda yaxın illərdə dünyanın ümumi mənzərəsi xeyli şəffaflaşacaq, yəni demokratikləşmə şübhəsiz ki gedəcək dünyada. O, artıq başlayıb.

22:40
Emil Quliyev (moderator): Ərəstun bəy, növbəti sual Manuvohr Azizi adlı oxucudan daxil olub. Cənab Azizi soruşur:

Iranin Suriyadaki roluna detalli sekilde aydinliq getire bilersinizmi?

Tesekkur edirem

22:51
Cavab: Sağ olun suala görə! Bu ilk növbədə İranın Suriyadakı şiə azlığından təşkil olunmuş Əsəd sülalə rejimini öz tərəfdaşı kimi görməsidir əlbəttə. Detallara gəldikdə isə bu ilk növbədə İranın Suriya rejiminə siyasi, hərbi və iqtisadi dəstəyindən ibarətdir. Bildiyimiz kimi İran həm də Suriya vasitəsilə özünün bölgədəki digər müttəfiqi olan “hezbollah”ın Yaxın Şərqdəki (ilk növbədə Livanda) fəaliyyətinə dəstək verməsidir. Bundan başqa İran Suriyaya həm də informasiya və kəşfiyyat dəstəyi, hərbi mütəxəssislərin hazırlığı və s. kimi məsələlərdə də dəstək verir. Nəhayət, İranın bir sıra silahlı dəstələrinin (məsələn, bəsicilərin) Əsəd rejiminın tərəfində döyüşməsi haqda dünya mətbuatında məlumatlar dərc olunsa da, hələlik bu haqda tutarlı faktlar ortaya qoyulmayıb. Bir sıra mənbələr həmçinin Suriya ərazisində guya İranın nüvə proqramının elementlərinin olduğunu iddia edirlər, amma bu də hələ öz təsdiqini tapmayıb.

22:52
Sual (Yusif Kərimov): Salam Ərəstun bəy və Emil bəy. İcazə versəniz mən Suriya məsələsi ilə bağlı öz fikrimi paylaşmaq istərdim. Mənə elə gəlir ki, Amerika və başqa Qərb ölkələri istəsələr, maraqlarında olsa, BMT qərarı zad gözləmədən hücum edərdilər və Suriya xalqını qorumaq adı altında öz maraqlarını qoruyardılar. Amma Amerikanın Suriyada konkret olaraq hec bir marağının olmadığı üçün ciddi addım atmır. ABŞ ucun Rusiyanı veto qoymamağa məcbur etmək çox asandır. Sadece istəmir. Qarşılığında isə Türkəni alova atmağa çalışır. Türkiyənin iqtisadi inkişafını və nüfuzunun Şərq dünyasında artmasından narahat olan ABŞ Türkiyəni Suriya məsələsində alət kimi istifadə edərək Ankaranı müharibəyə sürükləmək istəyir. Müharibə aparan ölkənin iqtisadiyyatının nə vəziyyətə düşməsini isə özünüz müəyyən edin.
Bunun nəticəsində isə Suriyada hər gün körpə uşaqlar həlak olur, ölürlər. Bu, dünya çox ədalətsizdi. Qərbi də, Rusiyası da, Şərqi də, Suriyası da!
Sizin də bu fikirlərə münasibətinizi öyrənmək istərdim.

Hörmətlə Yusif

23:06
Cavab: Fikirləriniz üçün təşəkkür edirəm Yusif bəy! Razılaşmaq mümkün olan və olmayan xeyli məqamlar var. Detallara varsaq uzun zaman lazım olacaq, amma bir sıra məqmlara icazənizlə münasibətimi ifadə edim. Razıyam ki, siyasət maraqlar üzərində qurulur, amma hətta ABŞ-ın maraqları bunu tələb etsə belə Suriyaya hərbi müdaxilə ABŞ-da hökmən kütləvi etirazlarla qarşılanardı və ən azı qarşıdan gələn seçkilərdə demokrat administrasiyaya ciddi zərbə vurardı. Bundan savayı iqtisadiyyata neqativ təsir də hökmən olacaqdı. Türkiyə məsələsinə gəlincə, düşünmürəm ki, bölgədəki ən sabit və güclü müttəfiqini zəiflətmək ABŞ-ın qlobal maraqlarına xidmər edərdi. Amerika siyasəti rasional notlar üzərində qurulur və mövcud administrasiyanın “Multipolyar dünya doktrinası”na söykənən xarici siyasəti güclü bölgəsəl müttəfiqlərə ehtiyac duyur ki, dünyanın ən önəmli bölgələrindən birində də bu müttəfiq Türkiyədir. Güman eləmirəm ki, Türkiyəni belə Suriya ilə müharibəyə təhrik edərək zəiflətmək ABŞ-ın maraqlarına uyğun olardı.

23:08
Sual (Kamil Quliyev): Ərəstun bəy, görəsən Azərbaycanda Bəşər Əsədin ya onun atası Hafizin də heykəli var? :))

23:11
Cavab: ))))) Atasının oxşarının heykəli, özününsə canlı surəti var. Məncə bu bəs edir!

23:13
Sual (Mikayil): Suriya muxalifetinin El-Qaide ile elaqeine dair iddialar var. Bu mumkun ola bilermi?

23:17
Cavab: Rejimə qarşı olan hansısa kiçik qrupların əlaqələri ola bilər bəlkə də, amma bütövlükdə müxalifətin Al-Qaeda ilə əlaqələri olsaydı, güman eləmirəm ki, o Qərb tərəfindən belə açıq dəstəklənərdi.

23: 19
Emil Quliyev (moderator): Son sualı Emin Kərimov adlı oxucu verir:

Salam. Sizin fikrinizcə Əsəd rejiminin sonu, hansı diktatorluğu gündəmə gətirəcək? Yoxsa bütün bunlar təxmin olunmayan bir prosesdir?

Təşəkkürlər!

23:23
Cavab: Dəqiq təxmin eləmək çətindir əlbəttə, amma yüksək ehtimalla dəyişikliklər dalğası İrandan yan keçməyəcək. Prosesin Mərkəzi Asiyaya və Cənubi Qafqaza keçmək ehtimalı da yetərincə real görünür. Digər bir namizəd də Rusiya ola bilər.

23:25
EQ: Ərəstun bəy, dünən oxucularımıza ünvanladığımız sorğunun bu günə olan nəticələrinə görə Amerikanın Səsinin oxucularının 66.7 faizi Bəşar Əsədin devriləcəyini, 16,7 faiz isə Əsədin devrilməsi üçün Qərbin müxalifəti dəstəkləməli olduğunu düşünür. Siz bu fikirləri bölüşürsünüzmü?

23:28
Ərəstun Oruclu
: İkinci rəqəmlə razılaşmaq bir qədər çətindir. Mən daha yüksək rəqəm gözləyirdim düzü. Devrilmək ehtimalı isə 66,7%-dən daha yüksəkdir və bu rəqəm günbəgün artmaqdadır məncə.

23:29
EQ: Cox sag olun Ərəstun bəy, oxucularımıza dəyərli suallarına, sizə isə dəyərli cavablarınıza görə minnnətdarlığımızı bildiririk.

23:30
Ərəstun Oruclu: Siz sağ olun!
Mən də bütün iştirakçılara və Emil bəy sizə təşəkkür edirəm! Güman edirəm sualların hamısına olmasa da xeylisinə cavab axtarmağa çalışdım.

Uğurlar Emil bəy!

23:30
EQ: Sərbəst Kürsünün gələn buraxılışlarında görüşənədək!

8 responses to “Ərəstun Oruclu: Qərbdə qoşun yeritmə praktikası son vasitə kimi qəbul edilir”

  1. mikayil says:

    Qərbin Suriyaya qoşun yeritməməsinin başlıca səbəbi nədir? Yəni Qərbin burada bir marağı varmı?

  2. sabir says:

    Suriyada insanlar, korpe usaqlar qetliamin qurbani olur. Rusiya, Cin bu qeder qansizdirmi?

  3. tquliyev says:

    Axşamınız xeyir. Sizin şərhləriniz həmişə doğru çıxır.

    – Əsədin Qafqaz regionuna təsiri nə olacaq?

    – Deyirlər dünyada bütün diktatorlar süqut edəcək? Elədirsə MDB regionu nə vaxt sevinəcək?

  4. Manucohr Azizi says:

    Iranin Suriyadaki roluna detalli sekilde aydinliq getire bilersinizmi?

    Tesekkur edirem

  5. Yusif Kərimov says:

    Salam Ərəstun bəy və Emil bəy. İcazə versəniz mən Suriya məsələsi ilə bağlı öz fikrimi paylaşmaq istərdim. Mənə elə gəlir ki, Amerika və başqa Qərb ölkələri istəsələr, maraqlarında olsa, BMT qərarı zad gözləmədən hücum edərdilər və Suriya xalqını qorumaq adı altında öz maraqlarını qoruyardılar. Amma Amerikanın Suriyada konkret olaraq hec bir marağının olmadığı üçün ciddi addım atmır. ABŞ ucun Rusiyanı veto qoymamağa məcbur etmək çox asandır. Sadece istəmir. Qarşılığında isə Türkəni alova atmağa çalışır. Türkiyənin iqtisadi inkişafını və nüfuzunun Şərq dünyasında artmasından narahat olan ABŞ Türkiyəni Suriya məsələsində alət kimi istifadə edərək Ankaranı müharibəyə sürükləmək istəyir. Müharibə aparan ölkənin iqtisadiyyatının nə vəziyyətə düşməsini isə özünüz müəyyən edin.
    Bunun nəticəsində isə Suriyada hər gün körpə uşaqlar həlak olur, ölürlər. Bu, dünya çox ədalətsizdi. Qərbi də, Rusiyası da, Şərqi də, Suriyası da!
    Sizin də bu fikirlərə münasibətinizi öyrənmək istərdim.

    Hörmətlə Yusif

  6. Kamil Quliyev says:

    Ərəstun bəy, görəsən Azərbaycanda Bəşər Əsədin ya onun atası Hafizin də heykəli var? :))

  7. mikayil says:

    Suriya muxalifetinin El-Qaide ile elaqeine dair iddialar var. Bu mumkun ola bilermi?

  8. Emin Kərimov says:

    Salam. Sizin fikrinizcə Əsəd rejiminin sonu, hansı diktatorluğu gündəmə gətirəcək? Yoxsa bütün bunlar təxmin olunmayan bir prosesdir?

    Təşəkkürlər!

Leave a Reply to mikayil Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR