Eynulla Fətullayev: “İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir”

Posted July 30th, 2012 at 3:46 pm (UTC-4)
16 comments

Son həftə ərzində sosial şəbəkələrdə sabiq vicdan məhbusu Eynulla Fətullayev və onun bəzi fikirləri sərt tənqidlə üzləşib. Tənqidlərə səbəb hazırki hüquq müdafiəçisinin həmrakı Emin Hüseynov, sabiq həmkarı Şahvələd Çobanoğlu və Xədicə İsmayılova, daha sonra kino-rejissor Rüstəm İbrahimbəyov haqqında fikirləridir. Başlıca mübahisə isə Facebook-da iqtisadi ekspert Zöhrab İsmayılın bu məlumatı öz tənqidi şərhi ilə bölüşməsindən və Eynulla Fətullayevin elə oradaca sərt cavabından sonra başlamışdı. Bunun ardınca köşə yazarı Şahvələd Çobanoğlu “Elmarla işləmək, sonra isə Elmarın qatili olan rejimə işləmək” başlıqlı yazısına Eynulla Fətullayev www.faktxeber.com saytına müsahibəsində cavab verdi.

Mübahisənin sosial şəbəkələrdə rezonans doğurmasını nəzərə alaraq bu həftə Sərbəst Kürsüyə hüquq müdafiəçisi Eynulla Fətullayevi dəvət etmişik. Avqustun 1-i Eynulla Fətullayev sizin suallarını cavablandırıb.

—————————————————————–

21:00 / 1 avqust 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün bu həftə qonağı hüquq müdafiəçisi Eynulla Fətullayevdir. Canlı forumda oxucularımızla E.Fətullayev arasındakı təması isə Emil Quliyev qurur.

21:04
Emil Quliyev (moderator):

Eynulla bəy axşamınız xeyir olsun. Sizi və oxucularımızı Sərbəst Kürsüdə salamlayırıq.

21:04
Eynulla Fətullayev: Axşamınız xeyir olsun, təşəkkür edirəm.

21:06
EQ: İlk sualı İkram adlı oxucu göndərib. O yazır:

1. Həbsdən çıxandan sonra nə üçün həbsinizə səbəb olmuş keçmiş peşənizə jurnalistikaya qayıtmadınız, hüquq müdafiəçiliyinə üz tutdunuz?

2. Siz özünüzü biznesmen sayırsınızmı?

21:14
Cavab:  ))) Uğursuz zarafatdı.

Jurnalistika ilə məşğul olmur deyəndə Siz nəyi nəzərdə tutursunuz? Həbsdən çıxandan sonra fəal olaraq həm jurnalistika   (publisistika), həmdə hüquq-müdafiə fəaliyyətilə məşğ\ul oluram. Öncə, təqribən 6 ay ərzində Azadlıq radiosunun rus bölməsində məqalələrlə çüxış edirdim, indi isə aprel ayından Zəfər bəy Quliyevlə birgə yaratdığımız haqqın.az saytında yazıram və fəaliyyət göstərirəm.

Bəlkə sualı başqa cür səsləndirmək istədiniz – niyə print-media ilə (əvvəllər, olduğu kimi) məşğul deyilsiniz? Azərbaycanda bunun üçün hazırda münbit şərait yoxdur – bütün nəşriyyatlar hakim zömrənin nəzarəti altındadır. hətta qeyri-leqal şəraitdə qəzet nəşrini gerçəkləşdirə bilsəm də, fəqət son illər ərzində yayım sektorunun məhvindən sonra qəzetin yayılması üçün köşk qalmayıb. Ona görə də, bizim ölkədə bütövlükdə postsovet məkanında olduğu kimi həm media, həm də oxuculara virtual aləmə köç edib.

Print-medianın erası Azərbaycanda bitdi. 2015-ci ildə dünyada da bitəcək – aparıcı media ekspertlərin qiymətləndirməsinə görə. Ona görə də mən fəal jurnalistika ilə məşğulam – fəqət internetdə.

21:16
Sual (Hikmet): Salam Eynulla bey. 2 sualim var.
Sual 1. İshlediyiniz yerde bashinizin uzerinde merhum prezident Heyder Aliyevin sheklinin asilmasi bir menali qarshilanmadi. Bu meseleye aydinliq getirmeyinizi xahi edirem.
Sual 2. Facebook-daki dostlarinizla mubahise zamani ” Aşırdaram” kimi sözlər işlətmisiniz. Siz mübahisələrin hüquqi yolla yoxsa zor tətbiq etməklə həllinin tərəfdarısınız?
Təşəkkürlər.

21:21
Cavab: Dostumla mübahisədə heç vaxt aşaram yaxud aşırdaram kəlməsindən istifadə etmərəm. Söhbət bir böhtançıya cavabdan gedir. Həmin şəxs rəhmətlik Elmar Hüseynovun əziz xatirəsindən istifadə edərək, mənə çamur atmaq istədi. Cavabım sərt oldu. Mübahisələrin hüquqi yolla həllinin əleyhinəyəm, çünki Azərbaycanda ədalət mühakiməsi yox səviyyəsindədir. Həm də keçmiş dustaq kimi buna pis baxıram.

21:23
Sual (Elmir): Eynulla bey salam. Hebsxanada ele bir hadise olubmu ki, bundan size qarshi shantaj kimi istifade edirler ve bu da sizin evvelki movqeyinizi qorumaginiza mane olur?

21:25
Cavab: Əlbəttə, yox.

21:26
Sual (Atilla): Salam Eynulla Bey !
Sualim beynelxalg siyasete amma eynile Azerbaycan regionuna aiddir, Suriya ve sonra Iran, Iranda rejimin deyisdiyi anda Azerbaycana ne kimi tesirler ola biler ?!

21:30
Eynulla Fətullayev: Zənnimcə heç bir təsiri olmayacaq. Çünki Yaxın Şərqdə cərəyan edən proseslərin bizim məkana demək olar ki heç bir siyasi, iqtisadı və sosio-mədəni təsiri yoxdur. Azərbaycanda hansısa dəyişikliklər yalnız Rusiyanın suveren demoktatiyasının iflasından sonra baş verə bilər. Ancaq bu da aksioma deyil. Baxın, ötən əsrdə bütün Amerika qitəsində solların məğlubiyyəti yaşandı, fəqət Kastronun rejimi davam gətirməkdədir.

Postsovet məkanı Yaxın Şərqdən və ya elə İrandan fərqli olaraq tam ayrı, özünəməxsus tarixi inkişaf yoluna malıkdır. Ona görə ərəb baharı modelinin regionda tətbiqini belə təsəvvür etmirəm. Məncə, bizim avtoritar məkanda fərqli bir model işləyəcək, yeni domino çöküşü labüddür, fəqət zaman barəsində nəsə desəm hadisələri qabaqlamış olaram.

21:37
Sual (Çingiz Sultansoy): 1 il əvvəl siz həbsdən çıxanda ictimaiyyət tərəfindən çox böyük hörmət və rəğbətlə qarşılandınız. Sizcə, indi ictimaiyyət arasında sizə münasibət necədi? Və dəyişiklik varsa, nə ilə izah olunur?

21:46
Cavab: İctimaiyyət deyəndə biz kimi nəzərdə tuturuq – Azərbaycan ictimaiyyətini, oxucuları, sadə azərbaycanlıları, yoxsa şəxsi iddiaları və kompeksləri naminə mənə qarayaxan insanı? Əgər oxucularda və vətandaşlardan söhbət gedirsə – Sizə deyə bilərəm ki hər gün mənə zəng edib həm dəstək olurlar, həm də bir hüquq-müdafiəçisi kimi məndən dəstək umurlar. Bir neçə saat bundan öncə ofisimizə İslam partiyasının həbsdə olan qohumları təşrif buyurmuşdu, hər gün siyasi məhbusların problemlərinin həlli ilə məşğulam… Mən özümə münasibətdə heç bir dəyişiklik hiss etmirəm. Sadəcə həbsdən əvvəl siyasi qaraguruh məni Kəmaləddin Heydərovla MTN-ə işləməkdə ittiham edirdisə, həbsdən sonra Prezident Administrasiyası və Ədliyyə Nazirliyinin adlarını hallandırırlar. Fərq yalnız bundadır.

Qısa zaman kəsiyində yeni layihəm – haqqin.az saytı böyük uğur qazanaraq çox asanlıqla rusdilli oxucuları yenə də cəllb edə bildi. Təxminən 1-2 ay içində. Pis münasibət olsaydı oxumazdılar. Baxın, təvazökarlıqdan uzaq olsa da, deyəcəm, hər məqaləm böyük rezonansa səbə olur. Bu onu göstərir ki, oxucular gözləyir və umur. Bədxahlarıma da yaradıcılıqda (fitnəkarlıqda yox) uğurlar diləyirəm. Yaxşı şüardı – Rədd olsun fitnəkarlıq, yaşasın yaradıcılıq!

21:51
Emil Quliyev (moderator): Yorğun Demokrat adlı istifadəçi belə bir şərh yazıb: Bir Qarabag gundeliyi de orda yazsin.

21:53
Cavab: Başa düşmədim sualı

21:55
EQ: Bizə daxil olan şərh yalnız bundan ibarət olduğundan əlavə heç bir şey deyə bilmərik.

21:57
Sual (Günay): Eynulla bey 10 iyulda haqqin.az saytinda derc olunmus meqalede tehqiramiz ve diskriminasiya xarakterli ifadələr işlətmisiniz. Sizcə özünü jurnalist və hüquq müdafiəçisi hesab edən və saytını xarici donorların hesabına yaradan şəxsi, yəni Sizi Azərbaycanda demokratiyanın və söz azadlığının inkişafına tövfə verən Xədicə İsmayılovanı və Emin Hüseynovu təhqir etməyə nə vadar edib?

Qeyd etdiyim məqalədən çıxarış:
“Heç cür 140 kiloluq yarımçıqlıq kompleksindən xilas ola bilməyən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova. Emin Hüseynov – özünə jurnalistlərin hüquqlarının əsas müdafiəçiliyi ləqəb vermiş savadsız bambılıdır, amma onun gerçək obrazı qrantsifət və digər zibildir. İnanın, mənim bu zibilə nə gücüm, nə də vaxtım var”

«Я знаю этих людей. Хадиджа Исмайлова из радиостанции Свобода, которая никак не может избавиться от 140 кг комплекса неполноценности. Эмин Гусейнов – необразованный выскочка, прозвавший себя главным защитником прав журналистов, но в реальности олицетворяющий образ грантоморды и прочая дрянь. Поверьте, что на эту дрянь у меня нет ни сил, ни времени»

22:02
Cavab: Adını çəkdiyiniz şəxslər mənə qarşı diskriminasiya edərək, şər ataraq bütün beynəlxalq təşkilatlara Sovrlər dönəmində olduğu kimi “anonimkalar” yazıb bildirirlər ki, bəs xəbəriniz yoxdur Eynulla Fətullayev hökumətə satılıb.

Mən bir neçə dəfə Emin Hüseynovdan xahiş etdim ki, bu fitnəkarlığa son qoysun, lakin o daha da qızışdı… Səsləndirdiyiniz ittihamları isə mən yox Ekonomist jurnalının müxbiri söyləyib, o bu iki şəxslə görüşdən sonra yanıma gəlin bir sual verdi – Emin Hüseynovla Xədicə sənə niyə belə nifrət edirlər? – sualını verdi. Mən də bu sualdan sonra çox düşünərək qoca Freydi xatırlamalı oldum. Vəssalam.

22:05
Sual (Xanlar Xocalı): 1)Siz Rüstəm Ibrahimbəyovu dahi hesab etdiyinizi bildirmisiz,onun dahi olduğunu necə əsaslandıra bilərsiz?Rüstəm İbrahimbəyov dahidirsə onda Alfred Hiçkok,Nikita Mixalkov kimdir?
2)Bəzən Azərbaycan Türkiyə ilə birləşsin kimi utopik fikirlər səsləndirilir, sizin buna münasibətiniz necədir?
3)Azərbaycanda fərqli fikrə qarşı tolerantlıq yox dərəcəsindədir, bunu özünüz də görürsüz, sizcə nə etmək lazımdır ki, cəmiyyətdə tolerantlıq bərqərar olsun?

22:15
Cavab: Nikita Mixalkov – dahi deyil, bəlkə də zamanında dünyadan köçsəydi daho ola bilərdi. Məsələn, Утомленные Солнцем-1 filminin yaradıcısının, Утомленные Солнцем-2 filminin müəllifinin eyni insan olduğunu zənn etmək çox çətindir. Rüstəm İbrahimbəyov isə Azərbaycanın miyası üçün çox böyük şəxsiyyət və yazıçıdır, bu şəksizdir.

2) Heç bir halda Azərbaycanın Osmanlı dövlətinin (Ərdoğan məqsədinə nail olmaqdadıq, çünki kəmalçılıq tarixi irsə çevrilməkdədir) parçasına çevrilməsini arzu etmərəm.Yalnız – Avrointeqrasiya və ABŞ-la strateji müttəfiqlik, dövlət və millət kimi xilasımız bundadır.

3) Təkrar etdiyim kimi, əvvəllər zənn edirdim ki, Azərbaycanda ifadə azadlığının bir qənimi var – hökumət. Son həftələrdə, özümə münasibətdə anladım ki yox, artıq ikinci qənim də meydana çıxıb – narıncguruh (90-cı illərdə onlara qaraguruh da deyirdilər). Görünür bu daha çox siyasi mədəniyyətlə, ictimai tənəzzülə bağlanan problemdi. Cəmiyyətimizdə siyasi polyarlaşma kosmik sürətlə gedir. Mərkəz üçün yer yoxdur artıq. Mərkəzdə yalnız barrıkadalar düzülüb, hələ ki ideoloji, lakin bu virtual ideoloji barrikadalar həqiqi qarşıdurmaya çevrilə bilər. Tərəflər dəhşətli dərəcədə bir-birinə nifrət püskürür, siyasi münasibətlər radikal və düşmənçi konfrantasiyaya keçib. Bunu axırı pis qurtara bilər – hər iki tərəf üçün. Mərkəzdə qalan isə əzilir. Müxalifət deyir – seçim et, iqtidar da bunu təkrar edir, seçim etmək istəməyənlər isə hər iki tərəfdən daşqalaq olunur. Bu anarxiyanın başlanğıcıdır.

22:23
Sual (Günay): haqqin.az Saytinizda geden diqer meqalede de huquq mudafiecisi Emin Huseynov barede tehqir ve bohtan xarakterli fikirler yer alib http://haqqin.az/1367-grantopozhiratel.html , zennimce bu addiminiz jurnalist peshe davranish qaydalarinia emel etmeden bilerekden qarrayaxma etmekdi. Sizce UNESCO -nun Qilyermo Kano mukafatini alan adam bu cur ucuz ve ciliz jurnalistika ile meshqul olmalidirmi? Umumiyetle sayta Internet qazeta yazmaqla ve hec bir subut teqdim etmeden insanlari tehqir etmek ve onlara bohtan atmaq jurnalistikadirmi?

22:28
Cavab: Xanım kimi təhqir etmişəm? Siz lap Əli Həsənov kimi danışdınız? Məgər AzTV-nın monitorinqi kimi sərsəm bir ideyaya 320 min avro üfürmək təhqirdi? Hakimiyyətə də Dubay villaları barəsində sual verəndə – deyir təhqirdi?!

Düzəliş – Üfürmək barəsində Emin Hüseynova sual vermək təhqirdi?
Təsəvvür edirsinizmi 320 min Avroluq qrantı AzTV kimi telekanalın monitorinqinə xərcləyiblər, halbuki istənilən 1 sosioloji sorğu bu TV-nin avtoritarizmin güzgüsü olduğunu aşkara çıxarar
320 min Avroya 50 dənə demokratik dərgi yaratmaq olardı
Mən haqqin.az saytını bilirsinizmi hansı vəsaitlə yaratmışam?
14 min avro!!!
Bu məni necə də qəzəbləndirməsin? Azərbaycan mətbuatının indiki vəziyyətində bu qrantın müəllifi və icraçısı korrupsioner deyilsə, bəs kimdir?
Bəs necə olur ki, Siz hər çıxışınızda Kəmaləddin Heydərovu, Ziya Məmmədovu təhqir edirsiniz – büdcə vəsaitlərinin talanmasına görə? Əcəb edirsiniz! Mən də Avropanın büdcəsinin talanmasına etiraz edirəm!!!! Avropa xalqlarını aldatmaqdı bu, yazıq hollandlar və ya norveçlilər də düşünür ki, demokratiyaya yardım edirlər!!!! Demə AzTV-nin monitorinqinə 320 min Avro gedib… Vay-vay
22:36
Sual (Jurnalist):Eynulla bəy, sizin kredonuz nədir?22:38
Eynulla Fətullayev: Мы просто обязаны заставить всех, кто имеет власть, чувствовать себя некомфортно22:39
Emil Quliyev (moderator):Oxuculardan biri belə bir sual verib: Eynulla muellim, siz Rüstem Ibrahimbeyov haggindaki “yazini” onun gardashi Magsud Ibrahimbeyova göre yazmisiz? Bir vaxtlar Magsud Ibrahimbeyov da sizi tengid edirdi, indi onun heyfini gardashi Rüstem Ibrahimbeyovdan cixirsiz?
22:44
Cavab:Yox, nə heyif. Doğrudur, Rüstəm bəyin qardaşı Maqsud (ona bəy deməyə dilim gəlməz) Elmar Hüseynovun əziz xatirəsini təhqir etmişdi, ölümündən sonra Elmar barəsində dəhşətli iftiralar uydurmuşdu. Amma Rüstəm bəyə qalanda, əminəm, o, sadəlövh romantik deyil, ciddi praqmatikdir. Cavanlıqdan indiyə qədər keçdiyi yol bunu sübut edir. Mən, sadəcə bunu çatdırmaq istədim oxucuya ki, böyük yazıçıl Rüstəm İbrahimbəyov – sadəlövh romantik deyil.
22:46
Sual (Xüsusi müxbir):Son günlərin ənənəvi suallarından vermək istəmirəm. Amma mənim üçün maraqlıdı.1.Siz hazırkı hakimiyyətə alternativ görürsünüzmü?2. Yazılarınız “Pandorra sandığı”nı xatırladır. Orada vaxt keçirməyə dəyərmi?3. Cənab prezidentlə bağlı maraqlı təhlillərin müəllifi olmusunuz. Hazırda İlham Əliyev və hakimiyyət komandası barədə hansı qənaətləriniz var?22:48
22:48
Cavab:
Bəli, görürəm. Məncə, müxalifətdən prezidentliyə iki real namizəd var – Əli Kərimli və İlqar Məmmədov. Ancaq söhbət ədalətli seçkilərdən gedirsə…Pandorra sandığı – məgər mən yalnız şərdənmi yazıram?İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir. Bunu zaman sübut etdi. Əslində, rəhmətlik Heydər Əliyevin – obyektiv səbəblərdən edə bilmədiyini, İlham Əliyev etdi. Mütləq siyasi hakimiyyətə sahib çıxdı. İlham Əliyev barəsində onun alternativləri nələr yazırdı – bir keçmişin səhəfələrini vərəqləyin? Mən həmişə İlham Əliyevi güclü insan kimi tanımışam və rəyim rəhmətlik Anar Məmmədxanovun onun barəsində söylədiklərinə əsaslənab. Anar yanımazdı və qiymətləndirməsində yanılmadı. İlham Əliyevin şəxsiyyəti və qabiliyyəti barəsində yazılanların 90% əsatirlər idi və cəmiyyəti də bu əsatirlərə inandırmışdılar. Ona görə də cəmiyyət hakimiyyətə məğlub oldu.İlham Əliyevin komandasında bir xüsusiyyət müxalifəti üstələməyə kömək edir. Təhlükə zamanı bütün daxili umu=küsü unudulub, yumruq kimi birləşirlər. Müxalifət isə əksinə – təhlükə və həlledici məqam vaxtı parçalanır.

İlham Əliyevi və onun komandasını bir fərqləndirən cəhət də var – pis yaxşı bu insanların bir Əxlaq Kodeksi var. Qaraguruhun heç bir Kodeksi yoxdur.

22:58
Sual (Gənc tərcüməçi): Gənc tərcüməçi adlı istifaçı yazır: Eynulla bəy haqqın.az-da iyunun 10 da ““Ekonomist” qalmaqallı məqalə dərc etdib” başlığı altlnda bir məqalə dərc olunub. Bu məqaləni üç minə yaxın oxucu oxuyub, mən də o cümlədən. Bilmək istərdim ki bu məqalənin müəllifi kimdir ? Və nədən günlərin bir günü bu cür qalamqall və qoca Freyd sayağı məqalə saytınizdan itib? Kimdənsə qorxub pozmusuz, yoxsa texniki səhf nəticəsində pozulub ,ya da xaker hücümu nəticəsində pozulub?
P.S Yadınızdan cixibsa və yaxud məqalə it bata düşübsə hər ehtimala qarşı məqaleni əlavə edirem. Azərbaycan və inqlis dilli dilli oxucular ücün öz tərcüməmi də əlavə edirəm, qüsurlu olsa üzürlü hesab edin . Xoşunuz qəsə azərbaycan və inqlis dilində də saytınızda yerləşdirə bilərsiniz. (EQ: Məqalələri şərhlər bölməsində görə bilərsiniz)

23:05
Cavab: Məndən dostum İlqar Məmmədov xahiş etdi və mən onun xahişini yerə sala bilmədim, halbuki heç bir vəchlə bu məqaləni saytdan çıxarmaq istəmirdim

23:06
Emil Quliyev (moderator): Təşəkkür edirik Eynulla bəy, 2 saatınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün.

23:07
Eynulla Fətullayev: Sizə də təşəkkür edirəm, və fürsətdən istifadə edərək Amerikanın Səsi radiostansiyasına bir daha təşəkkür edirəm ki, həbsdə olduğum illərdə mənə dəstək olub və azadlığa çıxmağım üçün əlindən gələni əsirgəməyib.

23:10
EQ: Çox sağ olun.
Oxucularımıza da öz dəyərli suallarını və şərhlərini yazdıqları üçün minnətdarıq.
Sərbəst Kürsü Sİzin Bloqunuzdur! Gələn həftə Sərbəst Kürsüdə görüşənədək.

16 responses to “Eynulla Fətullayev: “İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir””

  1. IKRAM says:

    1. Həbsdən çıxandan sonra nə üçün həbsinizə səbəb olmuş keçmiş peşənizə jurnalistikaya qayıtmadınız, hüquq müdafiəçiliyinə üz tutdunuz?

    2. Siz özünüzü biznesmen sayırsınızmı?

  2. Asger Musayev says:

    Özün yatanda özün dura bilir?

  3. Samad says:

    Ozunden razi adamsanmi?

  4. Hikmet says:

    Salam Eynulla bey. 2 sualim var.
    Sual 1. İshlediyiniz yerde bashinizin uzerinde merhum prezident Heyder Aliyevin sheklinin asilmasi bir menali qarshilanmadi. Bu meseleye aydinliq getirmeyinizi xahi edirem.
    Sual 2. Facebook-daki dostlarinizla mubahise zamani ” Aşırdaram” kimi sözlər işlətmisiniz. Siz mübahisələrin hüquqi yolla yoxsa zor tətbiq etməklə həllinin tərəfdarısınız?
    Təşəkkürlər.

  5. Elmir says:

    Eynulla bey salam. Hebsxanada ele bir hadise olubmu ki, bundan size qarshi shantaj kimi istifade edirler ve bu da sizin evvelki movqeyinizi qorumaginiza mane olur?

  6. Atilla says:

    Salam Eynulla Bey !
    Sualim beynelxalg siyasete amma eynile Azerbaycan regionunaвф aiddir, Suriya ve sonra Iran, Iranda rejimin deyisdiyi anda Azerbaycana ne kimi tesirler ola biler ?!

  7. Çingiz Sultansoy says:

    1 il əvvəl siz həbsdən çıxanda ictimaiyyət tərəfindən çox böyük hörmət və rəğbətlə qarşılandınız. Sizcə, indi ictimaiyyət arasında sizə münasibət necədi? Və dəyişiklik varsa, nə ilə izah olunur?

  8. Gunay says:

    Eynulla bey 10 iyulda haqqin.az saytinda derc olunmus meqalede tehqiramiz ve diskriminasiya xarakterli ifadələr işlətmisiniz. Sizcə özünü jurnalist və hüquq müdafiəçisi hesab edən və saytını xarici donorların hesabına yaradan şəxsi, yəni Sizi Azərbaycanda demokratiyanın və söz azadlığının inkişafına tövfə verən Xədicə İsmayılovanı və Emin Hüseynovu təhqir etməyə nə vadar edib?

    Qeyd etdiyim məqalədən çıxarış:
    “Heç cür 140 kiloluq yarımçıqlıq kompleksindən xilas ola bilməyən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova. Emin Hüseynov – özünə jurnalistlərin hüquqlarının əsas müdafiəçiliyi ləqəb vermiş savadsız bambılıdır, amma onun gerçək obrazı qrantsifət və digər zibildir. İnanın, mənim bu zibilə nə gücüm, nə də vaxtım var”

    «Я знаю этих людей. Хадиджа Исмайлова из радиостанции Свобода, которая никак не может избавиться от 140 кг комплекса неполноценности. Эмин Гусейнов – необразованный выскочка, прозвавший себя главным защитником прав журналистов, но в реальности олицетворяющий образ грантоморды и прочая дрянь. Поверьте, что на эту дрянь у меня нет ни сил, ни времени»,

  9. 1)Siz Rüstəm Ibrahimbəyovu dahi hesab etdiyinizi bildirmisiz,onun dahi olduğunu necə əsaslandıra bilərsiz?Rüstəm İbrahimbəyov dahidirsə onda Alfred Hiçkok,Nikita Mixalkov kimdir?
    2)Bəzən Azərbaycan Türkiyə ilə birləşsin kimi utopik fikirlər səsləndirilir, sizin buna münasibətiniz necədir?
    3)Azərbaycanda fərqli fikrə qarşı tolerantlıq yox dərəcəsindədir, bunu özünüz də görürsüz, sizcə nə etmək lazımdır ki, cəmiyyətdə tolerantlıq bərqərar olsun?

  10. Gunay says:

    haqqin.az Saytinizda geden diqer meqalede de huquq mudafiecisi Emin Huseynov barede tehqir ve bohtan xarakterli fikirler yer alib http://haqqin.az/1367-grantopozhiratel.html , zennimce bu addiminiz jurnalist peshe davranish qaydalarinia emel etmeden bilerekden qarrayaxma etmekdi. Sizce UNESCO -nun Qilyermo Kano mukafatini alan adam bu cur ucuz ve ciliz jurnalistika ile meshqul olmalidirmi? Umumiyetle sayta Internet qazeta yazmaqla ve hec bir subut teqdim etmeden insanlari tehqir etmek ve onlara bohtan atmaq jurnalistikadirmi?

  11. Jurnalist says:

    Eynulla bəy, sizin kredonuz nədir?

  12. Eynulla says:

    Eynulla muellim, siz Rüstem Ibrahimbeyov haggindaki “yazini” onun gardashi Magsud Ibrahimbeyova göre yazmisiz? Bir vaxtlar Magsud Ibrahimbeyov da sizi tengid edirdi, indi onun heyfini gardashi Rüstem Ibrahimbeyovdan cixirsiz?

  13. Xüsusi müxbir says:

    Son günlərin ənənəvi suallarından vermək istəmirəm. Amma mənim üçün maraqlıdı.

    1.Siz hazırkı hakimiyyətə alternativ görürsünüzmü?

    2. Yazılarınız “Pandorra sandığı”nı xatırladır. Orada vaxt keçirməyə dəyərmi?

    3. Cənab prezidentlə bağlı maraqlı təhlillərin müəllifi olmusunuz. Hazırda İlham Əliyev və hakimiyyət komandası barədə hansı qənaətləriniz var?

  14. Gənc Tərcüməci says:

    Eynulla bəy haqqın.az-da iyunun 10 da ““Ekonomist” qalmaqallı məqalə dərc etdib” başlığı altlnda bir məqalə dərc olunub. Bu məqaləni üç minə yaxın oxucu oxuyub, mən də o cümlədən. Bilmək istərdim ki bu məqalənin müəllifi kimdir ? Və nədən günlərin bir günü bu cür qalamqall və qoca Freyd sayağı məqalə saytınizdan itib? Kimdənsə qorxub pozmusuz, yoxsa texniki səhf nəticəsində pozulub ,ya da xaker hücümu nəticəsində pozulub?
    P.S Yadınızdan cixibsa və yaxud məqalə it bata düşübsə hər ehtimala qarşı məqaleni əlavə edirem. Azərbaycan və inqlis dilli dilli oxucular ücün öz tərcüməmi də əlavə edirəm, qüsurlu olsa üzürlü hesab edin . Xoşunuz qəsə azərbaycan və inqlis dilində də saytınızda yerləşdirə bilərsiniz

    “Ekonomist” qalmaqallı məqalə dərc etdi
    10 IYUN 2012
    Bir neçə gün əvvəl Britaniyanın populyar “Ekonomist” jurnalında jurnalist Eynulla Fətulayevə həsr olunmuş redaktorun bloq yazısı dərc olunub. Bloqun müəllifi Avroviziya ərəfəsində Azərbaycanda səfərdə olmuş jurnalın baş redaktoru Qideon Liçfelddir.

    Bloq yazısında bəlli olur ki, kimsə ciddi cəhdlə jurnalisti britaniyalının gözündə salmağa çalışır, bundan sonra onun özü azərbaycanlı jurnalistlə görüşmək qərarına gəlir. Eynulla Fətullayevin üzərinə kim palçıq yaxmağa cəhd edir? Bu sualla biz jurnalistin özünə müraciət etdik.

    “Düşmənlərim, bədxahlarım və qısqananların kifayət qədərdən çoxdur. Mənim həbsimə qədər və sonra da belə olub. Jurnalistin bloq yazısından da göründüyü kimi, onun özü axırda belə nəticəyə gəlir ki, ola bilər ki, insanlar mənim arxamda pis danışaraq mövqelərimi zəiflədib özlərinə daha geniş meydan əldə etmək istəyirlər.
    Hərçənd tapançalardan daha qorxunc dedi-qoduçular olsa da, yenə də özü jurnalist düzgün nəticəyə gəlib.

    “Kimlər arxamca danışır . Mən bu adamları tanıyıram. Heç cür 140 kiloluq yarımçıqlıq kompleksindən xilas ola bilməyən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova. Emin Hüseynov – özünə jurnalistlərin hüquqlarının əsas müdafiəçiliyi ləqəb vermiş savadsız bambılıdır, amma onun gerçək obrazı qrantsifət və digər zibildir. İnanın, mənim bu zibilə nə gücüm, nə də vaxtım var”, – deyə şərhində Eynulla Fətullayev qeyd etdi.

    Экономист опубликовал скандальную статью
    10 ИЮЛЯ 2012 HAQQIN.AZ
    Несколько дней назад в популярном британском журнале «Экономист» был опубликован блог редактора, посвященный журналисту Эйнулле Фатуллаеву. Автором блога является редактор журнала Гидеон Личфелд, посетивший Азербайджан накануне Евровидения. Из блога становится ясно, что кто-то усиленно пытается очернить журналиста в глазах британца, после чего он сам решил встретиться с азербайджанским журналистом. Кто же попытался облить грязью Э.Фатуллаева? С этим вопросом мы обратились к самому журналисту.
    «Врагов, недоброжелателей и завистников у меня более чем достаточно. Так было и до моего ареста, и после. И как видно из блога журналист сам в конце приходит к выводу, что может быть люди, злословившие у меня за спиной пытаются подорвать мои позиции и завоевать себе больше пространства. Хотя злые языки и страшнее пистолетов, но все-таки сам журналист пришел к правильному выводу. Кто поливал меня? Я знаю этих людей. Хадиджа Исмайлова из радиостанции Свобода, которая никак не может избавиться от 140 кг комплекса неполноценности. Эмин Гусейнов – необразованный выскочка, прозвавший себя главным защитником прав журналистов, но в реальности олицетворяющий образ грантоморды и прочая дрянь. Поверьте, что на эту дрянь у меня нет ни сил, ни времени», сказал в своем комментарии Э.Фатуллаев.

    “The Economist” published a scandalous article
    10 June, 2012 haqqin.az

    A few days ago famous British magazine “The Economist” published an editorial blog dedicated to Azerbaijani journalist Eynulla Fatullayev. The author of this editorial is the editor-in-chief of the magazine, Gideon Litchfield, who visited Azerbaijan on the eve of Eurovision 2012 Song Contest.
    It becomes obvious from the blog, that someone really makes an effort to discredit the journalist (Fatullayev) before Brit (Litchfield). After all, Litchfield decided to meet Fatullayev. Who wanted to smear Fatullayev? We decided to address this question to ithe journalist himself..
    “I have more than enough enemies, enviers and foes. It’s always been like this– both before my arrest and after my release. As one could see from the blog, at the end of the day the author comes to conclusion that those backbiters probably try to weaken my reputation and win larger space for themselves. While backbiters are more dangerous than guns, yet the journalist (Litchfield )came to the right conclusion.
    I know the people who threw mud at me: they are Radio Liberty correspondent Khadija Ismayilova, who cannot get rid of her 140 kilograms of inferiority complex, and Emin Huseynov, an uneducated squirt who declared himself “the main defender of journalist’s rights” but in fact is a“devourer of grant funds” and another kind of a rotter. Believe I have neither time nor energy for this piece of trash” commented Eynulla Fatullayev.

  15. Gənc Tərcüməci says:

    Eynulla bəy haqqın.az-a sizə 14 min avro pul yıran qərb donorları biliblər mi ki bu pulu alib azərbaycan jurnalistikasının vicdan simvolu sayılan Xədicə İsmayılovaya qarşı aşağıdakı ifadələrli işlətmisiniz -“Хадиджа Исмайлова из радиостанции Свобода, которая никак не может избавиться от 140 кг комплекса неполноценности Heç cür 140 kiloluq yarımçıqlıq kompleksindən xilas ola bilməyən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova they are Radio Liberty correspondent Khadija Ismayilova, who cannot get rid of her 140 kilograms of inferiority complex “

  16. Gənc Tərcüməci says:

    Siz yenə də səmimi deyilsiniz cənab Fətullayev, siz son bir ildə 4 donordan Soros fondundan , Qaradəniz əməkdaşlıq fondundan , Norveç və Almaniya səfirlıklərindən 100 min avroya yaxın pul almısınız , ortaya qoydugünuz izə haqqın.az-dır o da ancaq demokratik düşərqənin nümayəndələrinə qarşı yönəlmiş qarayaxmalarla tanınıb, nə zaman siz İlham Əliyev barədə sərt və kəskin ifadələrlə dolu məqalələr yazacaqsınız?

Leave a Reply to Eynulla Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR