İsa Qəmbər: “Emin Milli savadlı, təşəbbüskar bir gəncdir!”

Posted August 28th, 2012 at 10:24 am (UTC-4)
25 comments

Son günlər sosial şəbəkələrin başlıca müzakirə mövzularından biri Müsavat Partiyası başqanı İsa Qəmbərdir. Əvvəlcə gənc yazıçı Emin Millinin Müsavat başqanını  illərdir partiya rəhbərliyində qalmasını sual etməsi və daha sonra İsa Qəmbərin 2013-cü ildə prezidentliyə yenidən namizəd olacağını bəyan etməsi bizi bu dəfə Sərbəst Kürsüyə məhz cənab Qəmbəri dəvət etməyə sövq etdi.

Avqustun 29-u Sərbəst Kürsünün qonağı Müsavat Başqanı İsa Qəmbər sizin suallarınızı cavablandırıb.

——————————————————————————-

23:20 / 29 avqust 2012
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Forumda bu gün qonağımız Müsavat başqanı İsa Qəmbərdir.

23:22
Emil Quliyev: Axşamınız xeyir, İsa bəy. Sizi Sərbəst Kürsüdə xoş gördük.

23:22
İsa Qəmbər: Hər vaxtınız xeyir, Emil bəy. Dəvətə görə təşəkkür.

23:23
EQ (Moderator): Siz bu gec saatda vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Mən eləcə də forumu sualları və şərhləri ilə daha da maraqlı edən oxucularımıza təşəkkür edirəm.

23:24
EQ: İlk şərhi Facebook vasitəsilə Məhəmməd Şahverdi yazıb:

Isa Qembere demek isterdim ki, ne qeder ki, muxalifet birleshmeyib, vahid namized secmek taktikasi beyenilmeyibonsuz da saxtakarliqla kecirilen seckilerde muxalifet meghlub olacaq.

23:31
Cavab: Bu sual deyil axı, mülahizədir.
Məhəmməd bəyin öz mülahizəsini söyləmək hüququna hörmətlə yanaşmalıyıq.
Mən isə fikirləşirəm ki, İctimai Palata demokratik düşərgəni toparlamaq missiyasını yerinə yetirə bilsə, cəmiyyəti fəallaşdıra bilsə, seçki mühitini dəyişmək mümkün olacaq.
O zaman namizədlərin sayından asılı olmayaraq xalqın iradəsinin reallaşması, xaıqın seçdiyi qüvvənin hakimiyyət gəlməsi mümkün olacaq.

23:32
Sual (Sədaqət Məmmədova): İsa bəy, salam!
Sizin şəxsi fikrinizi bilmək istərdim, Emil Milli, Xədicə İsmayılova, bu şəxslər nəçidirlər?
Siyasətçi, bloger,ümumiyyətlə hansı məssəbə qulluq edirlər?
Mənim fikrinmcə yalandan çığırıb-bağıran, guya vətən yolunda hansısa işlər görən bununla da xaricdə özlərinə sığınacaq əldə etmək üçün edirlər. Lazım gələndə getməyə yerləri olsun.

23:40
Cavab: Sədaqət xanım, salam,

Xədicə İsmayıl artıq özünü təsdiq etmiş, cəsarətli  jurnalistdir. Əliyev rejimininin və bilavasitə ailənin korrupsiya əməllərini əsaslı araşdırmalarla ifşa etməsi  ilə ölkədə və beynəlxalq miqyasda tanınan, qəbul edilən bir şəxsdir.
Emin Milli savadlı, təşəbbüskar bir gəncdir. Fəal gənclər arasında, xüsusən sosial şəbəkələrdə kifayət qədər populyardır. Keçmiş siyasi məhbusdur.
Onların hər ikisi istəsəydilər çoxdan mühacirətə gedər, istədikləri qərb ölkəsində siyasi sığınacaq ala bilərdilər. Bundan sonra da istəsələr bunu edərlər. Onların bunun üçün əlavə nə isə etməyə ehtiyacları yoxudr. Amma, bildiyim qədər onlar mühacirətə getmək niyyətində deyillər.

23:42
Sual (İsrafil Məmmədov): İsa bey size elə gəlmirmi ki Azərbaycan Respublikasının Prezidentini nə xalq təyin edir nə müxalifət nə də iqtidar? Prezidenti təyin edənlərin kölgəsi sizcə görünür ya yox. görünürsə kimə işıq tutrlar?

23:51
Cavab: İsrafil bəy, yəqin siz hesab edirsiniz ki, Azərbaycanın prezidentinin müəyyənləşməsində xarici qüvvələr həlledici rol oynayır.
Aydın məsələdir ki, hüquqi baxımdan bütün dövlətlər bərabər olsalar da reallıqda  müxtəlif dövlətlərin gücü, təsir imkanları fərqlidir. Dünyada həlledici təsirə malik dövlətlər, qüvvə mərkəzləri var. Və əlbəttə ki, bu qüvvələr digər ölkələrdə hakimiyyətin müəyyənləşməsinə təsir etməyə çalışırlar. Amma, unutmaq lazım deyil ki, bu qüvvələr  qərarlarını qəbul edərkən öz maraqlarına əsaslansalar da, hər bir ölkədə reallığı da nəzərə almaq məcburiyyətindədirlər.
Biz isə çalışmalıyıq ki, o qədər güclü olaq ki, xarici qüvvələr Azərbaycan xalqının iradəsi ilə tam razılaşsınıar. Necə ki, 1992-cı ildə  Elçibəyin xalqımızın iradəsi ilə, demokratik seçki ilə iqtidara gəlişinin labüdlüyünü bütün dünya qəbul etmişdi.
Millət olaraq, cəmiyyət olaraq öz taleyimizə sahib çıxmalıyıq ki, dünya da bizim iradəmizi qəbul etsin.

23:52
Sual (Anar): Salam Isa bey texminen 2 il bundan qabaq Iqbal Aqazade Azadliq radiosuna size 2003 il 16 oktyabr tarixde azadliq meydanindan zeng elediyini ve size meydana gelmeye devet edib siz ise cavabinda men Musavat partiyasinin Qerargahindan cixib eve gedirem cavabini vermisiniz xahish edirem bu sualla etrafli cavab veresiniz?

23:59
Cavab: Belə bir söhbət ola bilməz. Burda nə isə yanlışlıq var. Bu heç xronoloji cəhətdən də mümkün deyildi. 2003-cü il 16 oktyabrda mitinq cəhdi davam etdiyi zaman, iqtidar Azadlıq meydanındakı insanları zorakılıqla dağıtdıqdan sonra da bir müddət mən Müsavatın qərargahında olmuşam. Aydın məsələdir ki, orda ola–ola mən heç kimə deyə bilməzdim ki, “qərargahdan çıxmışam və evə gedirəm”.

00:01 / 30 avqust 2012
Sual (İlahə Səmədova): İsa bəy, salam. Keçən həftə müttəfiqi olduğunuz AXCP partiyasının başqanı Əli Kərimli gərək duyulacağı təqdirdə 2013-də prezidentliyə namizədliyini irəli sürəcəyini dedi. Dünən İşdən Sonranın qonağı olarkən də siz namizədliyinizi irəli sürəcəyinizi dediniz. Bununla bağlı müttəfiq olduğunuz AXCP partiyası ilə məsləhətləşmələr aparılıbmı? Sizin müttəfiqliyiniz hansı sahələri əhatə edir və hansı sahələr bunun xaricində qalır? Sonuncu sualım isə belədir. 2013-də iqtidarın vahid namizədinə qarşı niyə müxalifət vahid namizədlə seçkiyə getmir və gücü parçalayır?Öncədən sizə təşəkkür edirəm.

00:10
Cavab: İlahə xanım, salam,

Biz Müsavat Partiyası olaraq AXCP ilə İctimai Palata formatında əməkdaşlıq edirik. Əsas məqsədimiz ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq, saxta parlamentin buraxılıb azad və ədalətli seçkilərlə həqiqi legitim parlament formalaşdırmaqdır.
Heç kimə sirr deyil ki, Müsavat Partiyası mənim, AXCP isə öz sədrinin namizədlyini məqsədəuyğun hesab edir. Prezident seçkilərində namizəd məsələsi aktuallaşarsa biz həm müttəfiqlərimizlə ikitərəfli məsləhətləşmələr aparmaq, həm İctimai Palatada ciddi müzakirələr keçirmək, həm də cəmiyyətin əhval-ruhiyyəsini nəzərə alaraq xalqımız üçün ən düzgün qərarlar qəbul edəcəyik.
Yeri gəlmişkən, iqtidarın hələlik nəinki vahid namizədi yoxdur, iqtidar bu məsələdə qərar qəbul etməkdə çox ciddi çətinliklər çəkir və çəkəcək.

00:11
Sual (Parvin Kouliev):
Siz Azadlıq radiosunda keçirilən diskussiyada Azərbaycanda rejimin dəyışməsini sülh yolu ilə həyata keçirilməsinə üstünlük verdiyinizi qeyd etdiniz. Bizim əksəriyyətimizdə sözsüz bunu normal şəraitdə optimal və sivil sayır və dəstəkləyir. Amma eyni vaxtda siz müzakirədə 2011-ci ildə başlamış Ərəb Baharı üsyanlarınıda misal gətirib Azərbaycana münasibətdə mövqelərin dəyışməsini və bu gün rejimin dəyışməsində daha çox xaricdən marağın olmasını söylədiniz. Siz nə üçün düşünürsüz ki, Qərb dövlətləri və siyasətçiləri indiki iqtisadi böhran dövründə Azərbaycan kimi ‘müttəfiqi” olan rejimin xaqın müqaviməti olmadan səhnədən getməsini dəstəkləsin? Əgər Ərəb üsyanları bizim üçün bir örnəkdirsə və siz bu üsyanları misal gətirirsinizsə onda dinc yolla keçidi nəyə əsaslandırırsınız? Hətta ən ‘dinc’ baş verən Tunis inqilabında 300 nəfərə yaxın insan həlak olmuşdu və 700-ə yaxın zədələnmışdi. Siz bu halda etiraf edirsinizmi ki, totalitar rejimin hakimiyyətdə nə qədər çox qalması nəticədə çoxlu sayda insanın təlafatına gətirib çıxarda bilər və bu gün hakimiyyətin insanlara qarşı yönəltdiyi zülmlərə baxmayaraq ‘dinc’ yolla yumşaq keçid taktikasının təbliğ olunmasının qiyməti qarşıda gələn illərdə xalqımıza dahada baha başa gələ bilər?

00:28
Cavab: Bəli, biz Müsavat Partiyası olaraq hakimiyyət dəyişikliyinin yalnız dinc yolunu qəbul edirk. Azərbaycanın demokratik düşərgəsi də bu mövqedədir. Biz başa düşürük ki, bu yalnız bizdən aslı deyil, çünki qəddar bir avtoritar rejimlə üz-üzəyik. Bu rejim hakimiyyətini, xalqdan oğurladığı sərvətləri itirməmək üçün hər bir cinayətə hazırdır.
Məncə, bu ağır vəziyyətdən çıxış yolu, prosesin dinc şəkildə reallaşması üç faktordan aslıdır.
1. Xalqın kütləvi fəallığı. Dinc etiraz aksiyalraı, seçki prosesində iştirak nə qədər kütləvi olarsa, rejim o qədər ehtiyatlı olmağa məcbur qalacaq.
2. Beynəlxalq faktor. Yuxarıda da dediyim kimi, biz beynəlxalq birliyi xalqımızın yekdil iradəsi ilə prinsipial mövqe tutmağa sövq etməliyik. Rejim bu faktoru da nəzərə almalı olacaq.
3. Müxalifət və xalq  rejim mənsublarına da hansısa mesaj verməlidirlər ki, onlar “simasını”  qoruya bilsinlər.

00:29
Sual (Elmir Çobanzadə): İsa bəy salam,
Ölkənin idarəçilik strukturunun dəyişdirilməsi ilə bağlı sizin fikirinizi bilmək istərdim. Sizcə prezident yoxsa parlament respublikasi ölkəmiz üçün faydalı ola bilər və niyə?
Təşəkkürlər.

00:35
Cavab: Elmir bəy, salam,
Uzun illərdir ki, Müsavat Partiyası ölkəmizdə parlament modelinə keçidlə bağlı araşdırmalarını davam etdirir. Həm Azərbaycanın açı təcrübəsi, həm də dünya miqyasında son 20 ildə prezidentli respublikalarla parlament respublikalarının inkişaf səviyyələrinin müqayisəli təhlili bizi parlament respublikasına üstünlük verməyə sövq edir.  Əməkdaşlıq etdiyimiz siyasi qüvvələrin də əksəriyyəti bu modelə müsbət yanaşır. Fikir fərqləri əsasən prezident modelindən parlament modelinə keçidin müddəti və dərinliyi ilə bağlıdır.

00:36
Sual (İbrahim): Salam İsa bəy, düşünürəm ki, Azərbaycanda bütün güclər birləşmədiyi müddətcə, bu hakimiyyəti devirmək mümkün olmayacaq. Çox təəssüf ki, AXCP cəbhəsi Müsavata qarşı həmişə ittiham irəli sürürlər. Sizin fikriniz necədir?

00:44
Cavab: Biz Müsavat Partiaysı olaraq AXCP-ni özümüzə müttəfiq hesab edirik və müttəfiqliyi daha da dərinləşdirmək tərəfdarıyıq. AXCP partiya olaraq bizə heç bir ittiham sürmür. Ayrı-ayrı şəxslərin fikir və mülahizələrinə isə hamımız səbirli yanaşmalıyıq.

00:45
Emil Quliyev: İsa bəy, növbəti sualı Cavid Ağa adlı blogger soruşur: İsa bəy, o düzdür ki, siz 2 il əvvəl “partiyanın nizamnaməsinə əsasən bu ilin payızında qurultay təşkil olunacaq və yeni başqan seçiləcək. Mən namizədliyimi irəli sürməyəcəm” demisiz? Əgər elədirsə niyə hələ də postunuzdasınız? Başa düşürəm, stereotipdir amma cavablanmamış stereotipdir.

00:55
İsa Qəmbər: Cavid Ağa, bizim fəaliyyətimizi bu qədər diqqətlə müşahidə etdiyinizə görə təşəkkür edirəm. Amma, o zaman siz bunu da bilməliydiniz ki, Müsavat Partiyasının çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət bizə qurultay keçirmək üçün uyğun zal vermir. Bu günə qədər qurultayı keçirmək mümkün olmadığı üçün siz də bu qədər gözləməyə məcbur olmusunuz.  Məsələ bu qədər sadədir.

00:56
Sual (Rafig): İsa bəy , salam !

Mən 2013cü ildə,ilk dəfə səsvermə hüququna sahib olacam.Mənim və bir çox mənim kimi ilk dəfə səs verəcklərin səsini qazanmaq üçün namizət necə davranmalıdır sizcə?

01:19
Cavab: Rüfət bəy, salam,
Söhbət ölkəmizin, xalqımızn taleyindən gedir. Qəddar və məkrli bir rejimlə mübarizə aparırıq. Bu rejimdən hər şey gözləmək olar. Biz Müsavat, AXCP və  digər fədakar qüvvələrlə birgə on illərlə bu rejimin repressiyaları, böhtanları, təxribatları qarşısında əzm və  iradə ilə davam gətirmişiksə, mübarizənin bu son mərhələsində də hər şeyə hazır olmalıyıq. Rejimin süqutu, xalqın qələbəsi labüddür.  
Onu da demək istəyirəm ki, rejimin təxribatları ilə cəmiyyətdən gələn iradlara fərq qoya bilməliyik. Xüsusən gənclərə qarşı həssas olmalıyıq. Hətta onlar səhv edəndə də biz səbrli olmalıyıq. Biz Müsavat Partiyasıyıq!  Bu xalq bizim xalqımızdır. Bu gənclər bizim gələcəyimizdir!
Səbr, əzm, fədakarlıq qələbəmizi təmin edəcək.

01:20
Emil Quliyev (Moderator): İsa bəy, qısaca olaraq Kənan Qasımlının sualına cavab verə bilsəydiniz, forumu başa vurardıq: Salam, bəy. İctimai Palata, Müsavat partiyası və şəxsən sizin razılaşdırılmış mitinqlərə başlamaq haqqında fikirləriniz nədən ibarətdir? İcitmaiyyət mitinq istəyir. Təşəkkür.

01:22
İsa Qəmbər: Kənan bəy, salam,
biz Müsavat Partiyası olaraq senyabr ayından bu günkü reallıqlara uyğun şəkildə kütləvi tədbirlərə başlamaq tərəfdarıyıq. Müttəfiqlərimizlə müzakirələrimiz olacaq, mən inanıram ki, yekdil qərarlar qəbul edəcəyik.

01:23
Emil Quliyev:
İsa bəy, bu gec saatda dəyərli vaxtınızı ayırdığınız üçün sizə Amerikanın Səsi adından dərin təşəkkürümüzü bildiririk.
Vaxt məhdudiyyəti səbəbilə sualı cavabsız qalan oxucularımızdan üzr istəyirik.
Gecəniz xeyrə qalsın!

01:24
İsa Qəmbər: Emil bəy, mən sizə, həm də maraqlı suallara görə oxuculara təşəkkür edirəm.Zaman olsaydı qalan suallara məmnuniyyıtləı cavab verərdim.

01:25
Emil Quliyev: İsa bəy, istəsəniz aşağıda şərhlər bölməsində cavabsız qalan suallara cavab yaza bilərsiniz. Bir daha təşəkkür edirik. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…

25 responses to “İsa Qəmbər: “Emin Milli savadlı, təşəbbüskar bir gəncdir!””

  1. İsa bəy, salam!
    Sizin şəxsi fikrinizi bilmək istərdim, Emil Milli, Xədicə İsmayılova, bu şəxslər nəçidirlər?
    Siyasətçi, bloger,ümumiyyətlə hansı məssəbə qulluq edirlər?
    Mənim fikrinmcə yalandan çığırıb-bağıran, guya vətən yolunda hansısa işlər görən bununla da xaricdə özlərinə sığınacaq əldə etmək üçün edirlər. Lazım gələndə getməyə yerləri olsun.

  2. İsrafil Məmmədov says:

    İsa bey size elə gəlmirmi ki Azərbaycan Respublikasının Prezidentini nə xalq təyin edir nə müxalifət nə də iqtidar? Prezidenti təyin edənlərin kölgəsi sizcə görünür ya yox. görünürsə kimə işıq tutrlar?

  3. Anar says:

    Salam Isa bey texminen 2 il bundan qabaq Iqbal Aqazade Azadliq radiosuna size 2003 il 16 oktyabr tarixde azadliq meydanindan zeng elediyini ve size meydana gelmeye devet edib siz ise cavabinda men Musavat partiyasinin Qerargahindan cixib eve gedirem cavabini vermisiniz xahish edirem bu sualla etrafli cavab veresiniz?

  4. İlahə Səmədova says:

    İsa bəy, salam. Keçən həftə müttəfiqi olduğunuz AXCP partiyasının başqanı Əli Kərimli gərək duyulacağı təqdirdə 2013-də prezidentliyə namizədliyini irəli sürəcəyini dedi. Dünən İşdən Sonranın qonağı olarkən də siz namizədliyinizi irəli sürəcəyinizi dediniz. Bununla bağlı müttəfiq olduğunuz AXCP partiyası ilə məsləhətləşmələr aparılıbmı? Sizin müttəfiqliyiniz hansı sahələri əhatə edir və hansı sahələr bunun xaricində qalır? Sonuncu sualım isə belədir. 2013-də iqtidarın vahid namizədinə qarşı niyə müxalifət vahid namizədlə seçkiyə getmir və gücü parçalayır?Öncədən sizə təşəkkür edirəm.

  5. Siz Azadlıq radiosunda keçirilən diskussiyada Azərbaycanda rejimin dəyışməsini sülh yolu ilə həyata keçirilməsinə üstünlük verdiyinizi qeyd etdiniz. Bizim əksəriyyətimizdə sözsüz bunu normal şəraitdə optimal və sivil sayır və dəstəkləyir. Amma eyni vaxtda siz müzakirədə 2011-ci ildə başlamış Ərəb Baharı üsyanlarınıda misal gətirib Azərbaycana münasibətdə mövqelərin dəyışməsini və bu gün rejimin dəyışməsində daha çox xaricdən marağın olmasını söylədiniz. Siz nə üçün düşünürsüz ki, Qərb dövlətləri və siyasətçiləri indiki iqtisadi böhran dövründə Azərbaycan kimi ‘müttəfiqi” olan rejimin xaqın müqaviməti olmadan səhnədən getməsini dəstəkləsin? Əgər Ərəb üsyanları bizim üçün bir örnəkdirsə və siz bu üsyanları misal gətirirsinizsə onda dinc yolla keçidi nəyə əsaslandırırsınız? Hətta ən ‘dinc’ baş verən Tunis inqilabında 300 nəfərə yaxın insan həlak olmuşdu və 700-ə yaxın zədələnmışdi. Siz bu halda etiraf edirsinizmi ki, totalitar rejimin hakimiyyətdə nə qədər çox qalması nəticədə çoxlu sayda insanın təlafatına gətirib çıxarda bilər və bu gün hakimiyyətin insanlara qarşı yönəltdiyi zülmlərə baxmayaraq ‘dinc’ yolla yumşaq keçid taktikasının təbliğ olunmasının qiyməti qarşıda gələn illərdə xalqımıza dahada baha başa gələ bilər?

  6. Elmir Çobanzadə says:

    İsa bəy salam,
    Ölkənin idarəçilik strukturunun dəyişdirilməsi ilə bağlı sizin fikirinizi bilmək istərdim. Sizcə prezident yoxsa parlament respublikasi ölkəmiz üçün faydalı ola bilər və niyə?
    Təşəkkürlər.

  7. ibrahim says:

    Salam İsa bəy, düşünürəm ki, Azərbaycanda bütün güclər birləşmədiyi müddətcə, bu hakimiyyəti devirmək mümkün olmayacaq. Çox təəssüf ki, AXCP cəbhəsi Müsavata qarşı həmişə ittiham irəli sürürlər. Sizin fikriniz necədir?

  8. Rafig says:

    İsa bəy , salam !

    Mən 2013cü ildə,ilk dəfə səsvermə hüququna sahib olacam.Mənim və bir çox mənim kimi ilk dəfə səs verəcklərin səsini qazanmaq üçün namizət necə davranmalıdır sizcə ?

  9. Salam, bəy. İctimai Palata, Müsavat partiyası və şəxsən sizin razılaşdırılmış mitinqlərə başlamaq haqqında fikirləriniz nədən ibarətdir? İcitmaiyyət mitinq istəyir. Təşəkkür.

  10. Cavid Hacibeyli says:

    Sayın İsa bəy, bildiyimiz kimi 2013-cü ilin oktyabrında prezident seçkiləri olacaq. Bu seçkilərdə namizəd olacağınızı açıqlamısınız. İlk öncə sizə uğurlar arzulayır, qələbə çalacağınıza əminliyimi bildirirəm. Bəzi dairələr namizədliyinizi açıqlamanızdan qıcıqlandırlarını gizlədə bilmirlər, özəlliklə hakimiyyət dairələri. Sizcə hakimiyyət bundan niyə narahatdır? 2003-cü il seçkilərindəki qalibiyyətinizin təkrarlanacağından narahatçılıq ola bilərmi?

  11. Qalib says:

    Salam.Axsaminz xeyir Isa bey.bUTUN MUXALIFETIN BIR YERDE OLMASI UCUN KIMLER HANSI ADDDIMI ATMALIDIR.

  12. Şəhriyar Əbilov says:

    İsa bəy salam realist siaysətçi olduğunuz üçün sualı belə vermək istərdim….2013-cü ilin seçkisi 2008-ci ilin seçkisindən nə ilə fərqlənəcək….hansı real dəyişilikləri görürsünüz?…

  13. Hamit says:

    İsa bəy Azadlıq radiosundakı çıxışında dedi ki, gəncləri siyasətə gətirmək istəyir, amma eyni zamanda qeyd etdi ki, axıra qədər siyasətdə qalacaq və getmək fikri yoxdur. Bəs o gənclərin siyasi arenadakı konkret rolları nədən ibarət olacaq əgər əsas aparıcı postlar dəyişməz qalacaqsa?

  14. Rövşən says:

    İsa bəy xoş gördük.
    SizəiIki sualım var:
    1. Mübariz olmaq kifayətdirmi ki, hakimiyyət dəyişilsin? yox cavabını verəcəksizsə o zaman mübariz olmaqdan savayı Müsavat bu gün nə edir? (görünən odur ki Müsavatın mübariz, sabit üzvləri var və elə onlarla da işləyir)
    2. Mən İsa Qəmbəri Azərbaycanın Prezidenti olmağa layiq siyasətçi bilirəm. Ama komandasını tanımıram. Komandanızdakı şəxslərin təhsil səviyyələri, idarəetmə səiştələri, orta yaş həddi və s. Sizcə biz bunları İsa bəy Prezident kimi and içdikdən sonra bilməliyik?
    Çox sağ olun! uğurlar! 🙂

    Hörmətlə,
    Rövşən

  15. Rufat DerinTurk says:

    Salam, Isa bey necesiniz? Sizin Azadliq radionuzda cixisiniza baxdim, orda duzgun qeyd etdiniz ki, esas meseleler qalib qiraqda, Elcibeyin zeherlenmesi ve sizin 2003 16 oktyabrda meydana niye gelmemeyiniz irad tutulur..Men bir qeder dusundum ve bu fikre geldim ki, hele bu gunki seslendirdiyiniz esas meseleleri qiraga qoysaq, konkret “16 oktyabr”dan danissaq, hele burda da qeyd olunasi nuanslar var. Nedense Emin Milli ve onu bele destek destekleyen insanlar hemen gun ki, sizin terefdarlariniza qarsi olan zoraciliqlardan, texribatcilarin hereketlerinden danismir, yalniz sizin meydana niye gelmemeyinizden danisir..Sanki hemen gun her sey normal olub, yalniz siz meydana gelmemeyiniz qalib..Bu gun de E.Millinin Eli Kerimliden danismasi onu gosterir ki, bu aciqlamalarda, suallarda maraqli quvveler var..Siz de bele dusunursunuzmu? ve prezident seckisi yaxinlasdiqca bu gur texribatyonumlu suallarin, aciqlamalarin ola bileceyini nezere almisinizmi ve buna qarsi hazirliqlariniz varmi?

  16. Salyanli says:

    Isa bəy, Emin Milli Salyandakı 5 saylı cəza çəkmə müəssisəndə olarkən Müsavat Partiyası Salyan rayon təşkilatının üzvlərinə tapşırmışdınız ki, Emin Milli ilə görüşsünlər, nəyə ehtiyacı varsa həll etsinlər. Belə də oldu, E.Milliyə dəstək oldular.
    Emin Milli soruşur ki,Müsavatın rayon təşkilatları hardan maliyyələşir?
    Guya E.Milli bilmir ki, necə maliyyələşir, bilmir ki, ancaq üzvülük haqqı hesabına maliyyə toplanır? Bilirsə nədən belə qərəzli yanaşa bilər? Bunu savadıs biri soruşsa başa düşmək olar, E.Milli soruşursa burada şübhəli məqamlar ola bilər.

  17. Cavid Ağa says:

    İsa bəy, o düzdür ki, siz 2 il əvvəl “partiyanın nizamnaməsinə əsasən bu ilin payızında qurultay təşkil olunacaq və yeni başqan seçiləcək. Mən namizədliyimi irəli sürməyəcəm” demisiz? Əgər elədirsə niyə hələ də postunuzdasınız? Başa düşürəm, stereotipdir amma cavablanmamış stereotipdir.

  18. Aygül says:

    salam.siz özünüzü vahid namizəd kimi görürsünüzmü?mən istərdimki,siz bu suala tam səmimi cavab verəydiniz..əgər siz olmasaz kim olsa siz bu insana tam dəstəkci ola bilərsiniz?

  19. Aqil says:

    Salam Isa bey,
    Siz taninmish bir siyasetchisiz, ister sovet dovrunde, istersede indiki dovrde cesaretle demakratiya uchun chalishmisiz.
    Bizim cemiyyetde bu problem var ki, inanlar laziminca qiymetlendirilmirler. Sizin heqiqeten azadliq ve demokratiya ughurda mubarize aparan bir siyasetchi kimi imiciniz var mende ve bir chox insanlarda bele dushunur.
    Sadece olaraq sualim bundan ibaretdir ki, 2003-cu ilde Prezident olaghiniz uchun daha elverishli shrait var idi neinki indi 2013-cu ilde.
    Siz ne ucun yeniden namizedliyinizi verirsiniz? Heqiqeten dushunursunuz ki 2013-cu ilde daha chox sechilmek shansiniz var. Etiraf ede bilersinizmi ki, Sizin bu shansiniz 2003-cu ildeki kimi deyil artiq.
    Isa bey, Sizin partiyanizin boyuk kechmishi var, Siz yaxshi olmaz ki vahid namized haqqinda dushunesiniz.? Axi bu 10 il erzinde Sizin fealiyyetiniz o qeder de guclu olmayib, Sizin terfdarlariniz 2003-cu ildeki kimi deyil, Ne uchun adekvat addimlar atib yeni liderlerin yetishdirilmesi uchun ish gormursunuz? Cemiyyetde bele bir imic yaranir ki Sizde iqtidar kimi vezifeden getmek istemirsiniz. Sizin siyasi fealiyyetden ketemeyinizi hech kim istemir. Qalin Siyasi fealiyyetde eminem ki tecrubeli siyasetchi kimi Siz genclerin ve yeni siyasetchilerin yetsihdirilmesinde boyuk rolunuz olacaq. Siz yeni liderler ireli chekmekde ne uchun tereddudlusunuz?
    Gorursunuz ki dunyanin inkishaf etmish olkelerinde siyasi liderler nece addimlar atillar onlar meghlub olduqlari zaman yeni planlar ishe salirlar ve yeni liderleri ireli chekirler
    Yene deyirem ki sizi tecrubeli siyasetchi kimi demokratiya ve azadliq uchun chalishan bir insan kimi hormet edirik
    Lakin indiki apardighiniz ishler sizin imicinizi korlaya biler.
    Siz 2003-de daha sonra 2005-de siyasi sehfler buraxdiniz bunu ozunuzde bilirsiz lakin bunu etriaf edib istefa medeniyyeti numayish etdirmek ve tecrubeli siyasetchi kimi genclerin yene de yaninda olmaq Size yarashar
    Cemiyyetin yeni liderlere ehtiyaci var
    Yeni liderler sizin etrafinizdadir sadece bir addim geri chekilib olari ireli chekin
    Hormetle

  20. Tural Ağayev says:

    İsa bəy salam! Çox sağ olun ki,bizi maraqlandıran suallara sizə ünvanlamaq şansını bizə vermisiniz.Siz hər zaman çıxışlarınızda gəncləri dəstəkləməyin,onları önə çəkməyin,onlara şans verməyin tərəfdarı olduğunuzu qeyd etmisiniz.hər zaman buyurursunuz ki,çalışıram ki,gənclər siyasətə gəlsin.Bəs fikirlərinizin məntiqi davamı kimi gənc Əli Kərimliyə şans verib növbəti prezident seçkilərində onun vahid namizədliyini dəstəkləməyi düşünürsünüzmü? Axı Əli bəy,həm də sizdən fərqli olaraq şansını sınamayıb? Sizdən həmişə olduğu kimi böyüklük gördüyümə görə bu sualı verdim

  21. Başqanlıqdan getmək üçün mütləq sizə bir məkan lazımdırmı?

  22. Vətəndaş says:

    salam. İsa bəy sizə bir ictimai xadim kimi hörmətim var. Dostlardan sizə hörmət insanlar çoxdur. Ancaq insanlar dəyişiklik olacağına inanmır. Bu dəyişikliklərin əsasəndə köhnə qvardiya sayılan müxalifətnən olacağına inanmır. Siz bu inamı bərpa etməyin yolların axtarın. Ətrafınıza gəncləri dəvət edin. Gənclər edəcək nə etsə, ancaq savadlı bir kəsm. Sözdə yox məncə əməldə edilməlidi. Məsləhət vermək kimi çıxmasın. Qalanı düzələcək. Uğurlar arzu edirəm sizə. səsim sizindir.

  23. afqan says:

    Salam Isa bey, size ele gelmirmiki bu gun muxalifetin zeif olmasinin esas sebeblerinden biri onun guclu ideologiyaya soykenmemisidir.?

  24. CAMAL ƏHMƏDOV says:

    hörmətli isa bəy salam,biz bir – birimizi tanıyırıq mən siyasi mötivlərlə dəfələrlə əsassız mühakimə edilərkən digər siyasi müxalif liderlər kimi siz də mənim məhkəmə proseslərimdə iştirak etməyinizlə mənə mənəvi dəstək və güc vermisiniz.həmişəki kimi yenədə bu səbəbdən sizə minnətdaram.son zamanlar müxalif partiyalarda sizə qarşı aşkar bir kampaniya aparılır.bu kompaniyadan belə nəticəyə gəlmək mümükündür ki onlar sizi iqtidarın gizli köməkçisi qismində cəmiyyətə tanıtmaq istəyindədirlər.və yaxudda elə onlar özləri iqtidarın gizli köməkçiləridirlər və məhz iqtidara kömək məqsədi ilə də sizin siyasi və ictimai nüfuzunuza bu üsulla zərbə vurub nüfuzunuzu zəiflətmək istəyirlər.bu barədə fikirlərinizi bilmək istərdim.sağ olun . hörmətlə: camal əhmədov sabiq siyasi məhbus.

  25. nadir says:

    Mənim isə sualım, yerinizi gənclərə ver deyənlərədir,niyə 80 yaşında H.Əliyevə pezident,
    77 yaşında A.Rəsizadəyə baş nazir,76 yaşında R.Mehdiyevə prezident aparatının şefi
    işləmək olar, 54 yaşında İsa Qəmbərə prezident işləmək olmaz?

Leave a Reply to Tural Ağayev Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR