Nərgiz Yaqublu: “Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil!”

Posted September 13th, 2012 at 10:13 am (UTC-4)
4 comments

Sentyabrın 10-da Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu şübhəli şəxs kimi saxlanılıb. Həmin gün məhkəmə onun barəsində 2 aylıq qətimkan tədbiri seçib.

Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi həbsdə heç bir siyasi çaların olmadığını bildirsə də, bəzi qurumla həbsinn siyasi motivli olduğunu iddia edir.

Həbsi müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Nigarın bacısı, gənc fəal Nərgiz Yaqublunu dəvət etmişik. Sentyabrın 13-ü Nərgiz Yaqublu sizin suallarını cavablandırıb.

———————————————————————————-

21:00 / 13 sentyabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün bu həftə qonağı gənc fəal, Nigar Yaqublunun bacısı Nərgiz Yaqubludur. Canlı forumda oxucularımızla N.Yaqublu  arasındakı təması isə Emil Quliyev qurur.

21:04
Emil Quliyev: Axşamınız xeyir, hörmətli oxucular. sizi və qonağımız Nərgiz xanımı salamlayırıq.

21:05
Nərgiz Yaqublu: Salam

21: 07
EQ (moderator): Nərgiz xanım, ilk sualı Dilbər adlı xanım göndərir: Nigarın səhhəti necədi? Onunla görüşə bilmisiniz son iki gündə?

21:15
Nərgiz Yaqublu: Nigarin səhhəti cox yaxşıdır, heç bir narahatçılıq yoxdur. Xeyr, biz ailəsi görüşə bilməmişik, yalnız vəkillər görüşə bilir.Vəkillər onun saxlanma şəraiti ilə bağlı suallar veriblər, ruhdan düşməməya çağırıblar. Nigar bu barədə heç bir problem olmadığını deyib, hər şey öz qaydasındadir. Demek olar ki, heç bir sıxıntı yoxdur. Nə göndərilibsə hamısı Nigara çatıb.

21: 22
Sual (Sabir): Nigarı konkret nədə ittiham edirlər? qətldə, yoxsa yol hərəkəti qaydalarını pozmaqda?

21:25
Cavab: Nigarı yol hərəkəti qaydalarını pozaraq ölümlə nəticələnmiş avtomobil qəzası törətməktə ittiham edirlər. Cinayət Məcəllsinin 263.2 maddəsinə əsasən ölümlə nəticələnmiş avtomobil qəzasının törədilməsi. Bu maddə baş vermiş hadisəyə uyğundur və bununla bağlı bizim heç bir narazılığımız yoxdur. Biz istintaqın obyektiv getmesində maraqlıyiq.

21:30
Sual (Rufat): Bu adi qəza hadisəsidir. Burada siyasi çalar axtarmaq nəyə lazımdır?

21:36
Cavab: Bəli, bu adi qəza hadisəsidir, Rüfət bəy. Biz də elə bunu subut etmeye çalışırıq. Ancaq nəyə görə Nigar haqqında məhkəməyə qədər həbs qərarı verilib? Bunun başqa bir nümunəsi varmı? Ölkədə hər gün onlarla ağır yol hadisəsi baş verir. Başqalarını niyə həbs etmirlər? Nigar istintaqdan heç vaxt yayınmayıb, bu uydurmadır. Bu məhz siyasi səbəbdən baş verib.
İşi bu həddə çatdıran hakimiyyətdir. Cinayət işi açırlarsa heç olmasa obyektiv olsunlar. Sadəcə absurddur.

21:42
Sual (Vüsal Tağıyev): Nigar Yaqublunu şübhəli şəxs kimi saxlayanlar özləri nədən şübhələnir? Yada şübhələr şübhəliləri niyə şübhələndirir?

21:47
Cavab: Nigar şubhəli şəxs kimi yox, təqsirləndirilən şəxs kimi saxlanılıb. Onu saxlayanlar heç nədən şübhələnmirlər, həqiqəti tam bilirlər. Sadəcə olaraq iqtidar yaranmış fürsətdən öz ləyaqətinə uyğun olaraq yararlanmaq istəyir. O, elə düşünur ki, müxalifəti əzməklə nəyəsə nail olmaq mümkündür. Şəxsən Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil.

21:50
Sual: Nigarın məhkəməsi nə vaxt olacaq? Sizin gözləntiləriniz nədən ibarətdir? Məhkəmənin obyektivliyinə inanırsınızmı?

21:52
Cavab: Artiq apelyasiya şikayəti verilib, üç gün ərzində şikayətə baxılmalıdır. Bu şikayət Nigarın qanunsuz həbsi ilə bağlı məhkəmə qərarındandır. Əsas məhkəmə isə istintaq yekunlaşandan sonra olacaq. O isə 2 ay müddətinə qədər çəkə bilər.

Qətiyyən inanmırıq. Azərbaycanda müstəqil məhkəmə və istintaqın olmadığı butun dünyada qebul olunmuş aşkar bir faktdir. Məhkəmələr ya rüşvət, ya da siyasi sifariş əsasında hökmlər çıxardır.

21: 54
Sual:
Nərgiz xanım Aydın bəyin ailəsi şikayətçidir Nigar xanımın törətdiyi qəzayla bağlı yəni israrlıdır onun həbs olunmasında və yaxud onun ailəsi də digərləri kimi həbsinə qarşıdır?

21:59
Cavab: Aydın bəyin yeganə oğlu Rəşad bəy artıq istintaqa rəsmən bildirib ki, heç bir şikayəti yoxdur, işin xətm olunmasını xahiş edib.

22:03
Sual (Rasim): Nigara hər hansı təhdid olubmu ki, siyasi fəallığını azaltsın yoxsa həbs ediləcək?

22:12
Cavab: Xeyr, belə bir rəsmi təhdid olunmayıb. Ancaq hakimiyyətin Nigarı qanunsuz həbs etməsi bir növ Nigar ve Nigarin timsalında siyasətlə məşğul olan qızlara təsir etmək anlamına gəir. Elə haqqında danışılan siyasi səbəb də məhz budur.

22:13
Emil Quliyev (moderator): Nərgiz xanım təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün. Əgər əlavə etmək istədiyiniz başqa bir məsələ varsa, buyurub yaza bilərsiniz.

22: 15
Nərgiz Yaqublu: Onu dəyə bilərəm ki, dəstəyimiz Nigara sonsuzdur. Tezliklə haqq-ədalət öz yolunu tapacaq.

22:17
EQ: Çox sağ olun bir daha. Mən sizə və oxucularımıza öz təşəkkürümü bildirirəm. Gecəniz xeyrə qalsın.

22:18
Nərgiz Yaqublu: Məni dəvət etdiyinizə görə sizə minnətdaram. Gecəniz xeyirə qalsın.

22:20
Emil Quliyev: Sərbəst Kürsünün növbəti sayında görəşənədək!

4 responses to “Nərgiz Yaqublu: “Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil!””

  1. Dilber says:

    Nigarın səhhəti necədi? Onunla görüşə bilmisiniz son iki gündə?

  2. sabir says:

    Nigarı konkret nədə ittiham edirlər? qətldə, yoxsa yol hərəkəti qaydalarını pozmaqda?

  3. mikayil says:

    Nigarın məhkəməsi nə vaxt olacaq? Sizin gözləntiləriniz nədən ibarətdir? Məhkəmənin obyektivliyinə inanırsınızmı?

  4. Seva says:

    Nərgiz xanım Ənver bəyin ailəsi şikayətçidir Nigar xanımın törətdiyi qəzayla bağlı yəni israrlıdır onun həbs olunmasında və yaxud onun ailəsi də digərləri kimi həbsinə qarşıdır ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər