Adil İsmayılov: “Elşad Abdullayevi Gülərin həbsindən çox, qardaşı Mahirin taleyi maraqlandırır”

Posted October 2nd, 2012 at 3:10 pm (UTC-4)
11 comments

Son günlər deputat Gülər Əhmədovaya oxşayan qadınla fəaliyyətinə son qoyulmuş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev arasındakı milyon dollarlıq sövdələşmə videosu gündəmdə qalmaqdadır. Video ilə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün Sərbəst Kürsüyə Elşad Abdullayevin vəkili Adil İsmayılovu dəvət etmişik.

Oktyabrın 3-ü Adil İsmayılov sizin suallarınızı cavablandırıb.


————————————————————-

21:00 / 03 oktyabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Bugünkü qonağımız Adil İsmayılovdur.

21:03
Emil Quliyev [moderator]: Adil bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.

21:05
Adil İsmayılov: Hər vaxtınız xeyir. Sizi və oxucularınızı salamlayıram.

21:06
EQ: İlk sualı “Azim” adlı istifadəçi göndərib:

Hörmətli Adil Bəy,

Sualım belədir, əgər hakimiyyət bu çirkin olaya göz yumarsa, və Gülərlə bağlı heç bir tədbir görmərsə, Elşad Abdullayev bu tip materialların davamının gəlməsinə qərarlımıdır ??

Təşəkkür Edirəm.

21:12
Cavab: Elşad Abdullayev Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edərkən onun məqsədi bu hadisənin obyektiv olaraq sona qədər araşdırması olub. Əgər hüquq-mühafizə orqanları üzərilərinə düşən vəzifəni yerinə yetirməyəcəksə o zaman yəqin ki, E.Abdullayev digər materialları da ictimailəşdirməyə məcbur olacaq. Amma nə o, nə də mən bunu istəyirik.

21:13
Sual [ Mikayıl ]: Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı bugünkü açıqlamalarına necə şərh verərdiniz? Açıqlamada Abdullayevin hərəkatı təxribat adlandırılır.

21:17
Cavab: Heç bir cavab verməməkdənsə bizi qane etməyən cavabın verilməsini daha yüksək qiymətləndirirəm. Ramiz Mehdiyev səviyyəsində olan dövlət görəvlisinin bir qədər gec də olsa bu məsələyə münasibət bildirməsi olayın iqtidarı ilgiləndirməsindən xəbər verir.

21:19
Sual [ Sedaget ]: Bu videoda səsləndirilən faktlar hüquqi dəyərini almazsa, o zaman biz özümüzü hansı tip ölkənin vətəndaşları adlandıra bilərik?

21:23
Cavab: Hesab edirəm ki, bir videoya hüquqi qiymət ver(mə)məklə biz nə ölkəmizi, nə də vətəndaşlığımızı dəyişə biləcəyik. Amma çox arzu edərdim ki, verilən qiymətdən sonra Azərbaycan vətəndaşı olmağımla fəxr edim.

21:25
Sual [ Elçin ]: Adil müəllim məlum videonun prokurorluğa iyulun sonlarında göndərilməsi, amma heç bir reaksiyanın olmaması, prokurorluğun Sizin E.Abdullayevin vəkili olmağınıza etiraz etməsi, huququnuzu məhkəmə vasitəsi ilə reallaşdırmağınız kimi ciddi faktlar qabarıq təqdim olunmur. Bunlar iş üzrə olduqca əhəmiyyətli məqamlardır. Niyə belə passivlik hökm sürür?

21:30
Cavab: Hesab edirəm ki, bu məsələdə bizim tərəfimizdən heç bir passivliyə yol verilməyib. Passivlik daha doğrusu hərəkətsizlik edən prokurorluq və məhkəmə orqanlarıdır. Biz ölkə daxilində mümkün olan bütün hüquqi vasitələrdən istifadə etmişik. Növbə Avropa İnsan Haqları Məhkəməsinindir. Əgər sualınız hüquqmühafizə orqanlarınadırsa, bunu onlardan soruşun.

21:31
Sual [ Adil ]: Bu masalanin sonu —— Gularin uzaglashdirilmasi ila galdimi? Yoxsa Elshad bey haggini talabini davam.. bela desak bu igtidarin ic uzunu acmaga davam edacak ?

21:34
Cavab: Hesab edirəm ki, bu suala yuxarıda cavab verdim. E. Abdullayev məsələnin axıra qədər araşdırılmasında israrlıdır. Bunun üçün qanunun yol verdiyi bütün vasitələrdən istifadə olunacaq.

21:35
Emil Quliyev [ moderator ]: Kamil adlı oxucumuz email vasitəsilə 3 sual göndərib:

Salam

Üç sualım var. Ümid edirəm ki, tanınmış və iradəsi olan vəkil kimi sullarıma hüquqi cavab verəcəksiniz.

1. Sizcə Gülər Əhmədova bu qədər rüşvət almaq iqtidarında olan şəxsdir? Onun belə təsir imkanları var?

2. İstintaq hansı səbədən konkret kiməsə qarşı deyil, fakt üzrə cinayət işi qaldırıb?

3. Hansı səbəbdən rüşvətin yüksək vəzifəli dövlət məmuruna çatdırılması ilə bağlı deyilənləri araşdırmır. Bu istiqamətdə istintaq hərəkətləri aparılıbmı?

Sağ olun.

21:42
Adil İsmayılov: Razılaşın ki, birinci sualınız E.Abdullayevin özünə və vəkilinə aid deyil. 2-ci suala cavab olaraq bildirirəm ki, cinayət işinin hansı maddə ilə fakta görə və ya konkret şəxsə qarşı başlanmasında prinsipial fərq görmürəm. Əsas odur ki, obyektiv istintaq getsin və təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalmasın. İstintaqın konkret nə araşdırmasından məlumatım yoxdur. Təkcə onu bilirəm ki, üç gündür ABU-da və E.Abdullayevin qayınatasına məxsus evdə axtarış aparırlar.

21:44
E.Q.: Növbəti sual isə Facebook sosial şəbəkəsi vasitəsilə göndərilib. “Isa Abbasov” adlı oxucu soruşur:

Adil bəy salam. E.Abdullayevi dələduzluq maddəsilə Azərbaycana ekstradisiya etmək mümkündürmü?

21:51
Cavab: Əgər söhbət videodan gedirsə orada E.Abdullayevin dələduzluğundan söhbət ola bilməz. Videodakı görüntülərə əsasən demək olar ki, E.Abdullayev ya dələduzluğun qurbanı olub, ya da rüşvət verən şəxsdir. Azərbaycan qanunlarına görə Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeydinə əsasən rüşvət verən şəxs bu barədə könüllü olaraq dövlət orqanlarına məlumat verirsə məsuliyyətdən azad olunur. Deməli, hər iki halda E.Abdullayevin Azərbaycana ekstradisiyasından söhbət belə gedə bilməz.

21: 53
Sual [ Zeynel ] : Salam.

Sualım belədir: Məlum video hakimiyyət dairələrində təsirsiz ötüşmədi. Lakin, Gülər xanım barədə hər hansı bir addım atılmasında ehtiyyatlılıq hiss olunur. Bu yuxarıdan verilən tapşırıq deyilmi? Yəqin Gülər xanımın sandığı açıb-pambığı tökməsindən qorxurlar.

21:57
Cavab: Bu sual mənə aid olmasa da Əli Həsənovun sözünə inansaq bu iqtidar heç bir videodan qorxmur.

22:01
Sual [ Rauf ]: Elşad Abdullayev özü Bakıda olmasa da, ailə üzvləri Azərbaycandadır. Elə indilərdə yayılan məlumatlarda da deyilir ki, hazırda E.Abdullayevin evini sökürlər.

Onun ailə üzvlərinə də təzyiqlər var? Yoxsa bu təzyiqlər yalnız mülklərin araşdırılması ilə məhdudlaşır?

22:10
Cavab: Bu gün şəxsiyyətləri məlum olmayan bir qrup şəxs təxminən 7-8 nəfər heç bir sənəd təqdim etmədən E.Abdullayevin evinin hasarını sökdükləri üçün ailəsi polisə müraciət etməyə məcbur olub. Hələ ki, bundan başqa ailə üzvlərinə və qohumlarına qarşı heç bir təzyiq olmayıb. Qeyd edim ki, dünən və sırağa gün məhkəmə qərarı olmadan prokurorluq əməkdaşları ABU-da axtarış etməyə cəhd ediblər və qaynatasına məxsus evdə axtarış aparıblar. E. Abdullayev bunu da təzyiq kimi qiymətləndirir.

22:11
Sual: Elşad Abdullayevin vəkili kimi sizin özünüzə təzyiqlər varmı?

22:13
Cavab: Hələ ki, heç bir təzyiq hiss eləmirəm. İnsallah bundan sonra da olmaz.

22:14
Sual [ Əhməd ] : Hakimiyyәt nümayәndәlәrinin E.Abdullayevlә “bazarlığ”a başlaması, yәni video çәkilişlәrin yayılmaması üçün mәxfi danışıqlara başladığı xәbәrlәri yayılmışdır. Bunlar nə dәrәcәdә doğrudur?

22: 18
Cavab: Hakimiyyət nümayəndələrinin E. Abdullayevlə “bazarlııq” aparmasından mənim məlumatım yoxdur. Belə bir fikirlər varsa, məsləhət görərdim ki, E. Abdullayevin barəsində fikir söyləyəndə ona dələduz deməsinlər. Çünki E.Abdullayev bu söhbətlərdən sonra ona əl uzatsalar belə tutmayacaq.

22:20
Sual [ Ramile ] : Sizin Gülər Əhmədova ilə görüşmək imkanınız olub? Onun səhhəti ilə bağlı yayılan məlumatlar nə dərəcədə doğrudur?
2. O, həbs olunacağı təqdirdə onu neçə il həbs gözləyir?

22:25
Cavab: Gülər Əhmədova ilə əvvəllər görüşmüşəm. E.Abdullayev prokurorluğa müraciət edəndən sonra onu görməmişəm. Səhhəti barədə mən də sizin kimi, qəzetlərdən oxumuşam. Səhhətində problem varsa, tezliklə sagalmasını arzulayıram. Cəza barəsində indidən danışmaq tezdir. Şəxsən mən onun həbsdə olmasını istəmirəm. E.Abdullayev də mənimlə söhbətində deyib ki, onu Gülərin həbsindən çox, qardaşı Mahirin taleyi maraqlandırır.

22:27
Sual [ Mardan, Shamistan, Qurban ]: Adil muellim! Qorxmursuz ki?

22:30
Cavab: Kimdən və nədən qorxmalıyam?

22:32
Sual [ Cəlil ] : Adil bəy, Elşad Abdullayev əvvəllər 2 milyon dollarlıq sövdələşmədən danışsa da, videoda konkret 1 milyondan gedir. Buna necə aydınlıq gətirərdiniz?

22:35
Cavab: Mən pulun verilməsində və alınmasında iştirak etməmişəm,yəqin ki, məbləği alan və verən daha yaxşı bilər.

22:38
Emil Quliyev [ moderator ]: Adil bəy, dəvətimizi qəbul edib, Sərbəst Kürsüyə əyləşdiyiniz və oxucularımızın suallarını canlı olaraq cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk.

22:40
Adil İsmayılov: Sağ olun, vəd etdiyim kimi, vaxtaşırı iş barəsində kütləvi informasiya vasitələrinə məlumat veriləcəkdir.

22:45
Emil Quliyev: Mən oxucularımıza da təşəkkür edirəm ki, maraqlı sualları ilə canlı forumu daha da maraqlı etdilər. Sərbəst Kürsünün növbəti sayında görüşənədək.

11 responses to “Adil İsmayılov: “Elşad Abdullayevi Gülərin həbsindən çox, qardaşı Mahirin taleyi maraqlandırır””

  1. Azim says:

    Hörmətli Adil Bəy,

    Sualım belədir, əgər hakimiyyət bu çirkin olaya göz yumarsa, və Gülərlə bağlı heç bir tədbir görmərsə, Elşad Abdullayev bu tip materialların davamının gəlməsinə qərarlımıdır ??

    Təşəkkür Edirəm

  2. mikayil says:

    Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı bugünkü açıqlamalarına necə şərh verərdiniz? Açıqlamada Abdullayevin hərəkatı təxribat adlandırılır.

  3. sedaget says:

    bu videoda seslendirilen faktlar hüquqi deyerini almazssa, o zaman biz özümüzü hansı tip ölkənin vətəndaşları adlandıra bilərik?

  4. Elchin says:

    Adil muellim melum videonun prokurorluqa iyulun sonlarinda gonderilmesi, amma hec bir reaksiyanin olmamasi, prokurorluqun Sizin E.Abdullyevin vekili olmaqiniza etiraz etmesi, huququnuzu mehkeme vasitesi ile reallasdrimaqiniz kimi ciddi faktlar qabariq teqdim olunmur. Bunlar is uzre oldquca ehemiyyetli meqamlardir. Niye bele passivlik hokm surur?

  5. Adil says:

    Adil Bey.
    Bu masalanin sonu —— Gularin uzaglashdirilmasi ila galdimi? Yoxsa Elshad bey haggini talabini davam.. bela desak bu igtidarin ic uzunu acmaga davam edacak ?

    Hormala
    ADIL

  6. Kamil says:

    Sual emaillə göndərilib.

    Salam

    Üç sualım var. Ümid edirəm ki, tanınmış və iradəsi olan vəril kimi sullarıma hüquqi cavab verəcəksiniz.

    1. Sizcə gülər Əhmədova bu qədər rüşvət almaq iqtiarında olan şəxsdir? Onun belə təsir imkabları var?

    2. İstintaq hansı səbədən konkret kiməsə qarşı deyil fakt üzrə cinayət işi qaldırb?

    3. Hansı səbəbdən rüşvətin yüksək vəzifəli dövlət məmuruna çatdırlması ilə bağlı deyilənləri araşdırmır. Bu iostiqamətdə istintaq hərəkətləri aparılıbmı?

    Sağ olun.

  7. Zeynel says:

    Salam. Sualım belədir: Məlum video hakimiyyət dairələrində təsirsiz ötüşmədi. Lakin, Gülər xanım barədə hər hansı bir addım atılmasında ehtiyyatlılıq hiss olunur. Bu yuxarıdan verilən tapşırıq deyilmi? Yəqin Gülər xanımın sandığı açıb-pambığı tökməsindən qorxurlar.

  8. Әhmәd says:

    Hakimiyyәt nümayәndәlәrinin E.Abdullayevlә “bazarlığ”a başlaması, yәni video çәkilişlәrin yayılmaması üçün mәxfi danışıqlara başladığı xәbәrlәri yayılmışdır. Bunlar nə dәrәcәdә doğrudur?

  9. Mardan, Shemistan, Qurban says:

    Adil muellim!

    Qorxmursuz ki?

  10. Men azerbaycanli oldugum ucun Norveclilere bele hadiselerin cavabini vermekde ezab cekirem . Ayib olsyn 1 milyon gacgini olan, 20faiz torpaglari elden getmis xalgin deputatlarina ! ! ! Belke bir az yavasiyag?

  11. Gülər Əhmədova hakimiyyətin karrupsiya qurbanı olmuşdur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər