Rəsul Quliyev: İştirak etməyə nail olsam mən, ola bilməsəm Əliyev!

Posted December 10th, 2012 at 3:38 pm (UTC-4)
18 comments

1996-cı ildən ABŞ-a mühacirət etmiş Azərbaycan Milli Məclisinin keçmiş spikeri Rəsul Quliyev Azərbaycanın siyasi gündəmini diqqətdə saxlayan siyasətçilərdəndir. Açıq Cəmiyyət Partiyasının lideri habelə 2013-cü ildə prezidentliyə namizəd olacağını bəyan edib. 1990-cı illərdə Azərbaycanın siyasi həyatında mühüm rol oynamış Rəsul Quliyev 2013-cü ili hakimiyyət dəyişikliyi üçün son şans kimi görür.

Bu və digər məsələlərlə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün sabiq spikeri Sərbəst Kürsü canlı forumuna dəvət etmişik. Rəsul Quliyev dekabrın 12-si sizin suallarınızı cavablandırıb.

————————————————————-

21:00 / 12 dekabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Bugünkü qonağımız iki gün əvvəl 65 yaşı tamam olan Azərbaycan Milli Məclisinin sabiq spikeri Rəsul Quliyevdir.

21:02
Emil Quliyev [moderator]: Rəsul bəy, hər vaxtınız xeyir olsun. Sizi Sərbəst Kürsüdə salamlayırıq və 65 illik yubileyiniz münasibəti ilə təbrik edirik!

21:03
Rəsul Quliyev: Sağ olun!

21:04
EQ: Sualların çox olduğunu nəzərə alaraq birbaşa ilk suala keçirik. Mirzə adlı oxucu soruşur:

Salam Rəsul məllim..icazənizlə belə bir sualım var. Azərbaycanın daxilindəki siyasilərin nə vaxtsa seçkiyə əl qoyub 2013-də qalıb ola biləcəkləri şansına siz inanırmısınız?

21:08
Cavab: Azərbaycan xalqı tamamilə şansını itirmiş xalq deyildir,bu günkü siyasətçilər ilə olmasa sonradan gələnlərlə olacaq,yaxşı olardı indikilər reallığı anlayıb düzgün siyasət yeritməyi bacarardılar. Hələki reallığa söykənənlərin sayı çox azdır.

21:10
Sual [Rəşad]: Rəsul müəllim bu “bədbəxt dövlətin” yaxın 10 ildə taleyini necə görürsünüz?

21:15
Cavab: Əgər 2013-cü ildə normal seçki atmosferi yaradılıb azad seçkilər keçirilməsə bu bədbaxt dövlətin 2020-ci ilə qədər iflasını görürəm. Bədbaxt xalqın qanının tökülməsini görürəm. Xarici ölkələrin öz maraqlarını təmin etmək üçün bu neqativ hadisələri daha da alovlandırdığını görürəm.

21:16
Sual [Elvin]: Rasul bey biz hemishe sizinle fexr etmiwik sonadek sizinleyik.sizin gelewinizi gozleyirik.

21:18
Rəsul Quliyev:
Sağ olun.

21:20
EQ [moderator]: Adını açıqlamayan oxucu soruşur:  Salam Rəsul bəy. Məni bir sual maraqlandırır. Əgər 2013 ci il seçkisində sizin seçkidə iştirak etmək imkanınız olmazsa, sizin Mirmahmud Mirəlioğlunun namizədliyini müdafiyə etmək fikriniz olmazkı ? Əgər Mirmahmud bəyin namizədliyi keçərsə. Mən ona görə Mirmahmud bəyi dedim ki, 2003 ci ildə siz İsa Qəmbəri dəstəklədiniz yaqin ki,nəticə sizidə məyus etdi.

21:30
Cavab: İlk növbədə Mir Mahmud bəy və ya başqa birisi özü kifayət qədər dəstəyi olduğuna inanmalı və nəyin xatirinə prezident olmaq istədiyini bilməlidir. Əgər prezident seçilərsə bu işləri görə biləcəyinə əmin olmalıdır. Məsələn Qarabağı azad edəcəyəm bəyanəti ilə Qarabağı real azad etmək arasında uçurumlu fərq var. 2003-cü dəstəyin tamamilə başqa səbəbi var idi. O vaxt danışılmışdı ki,seçilmiş prezident bir il müddətində həm parlament həmdə prezident seçkiləri təşkil edir vəssəlam.Yəni müvəqqəti keçid höküməti kimi bir strukturanın yaradılmasından söhbət gedirdi. Təəssüf ki buna nil ola bilmədik. Bu dəfə real şansı olmayan heç kimə dəstək verilməyəcək. Yəni mən Azərbaycanda dərin demokratiyanın yaradılması üçün konkret və real planı olan, kimisə dəstəkləyə bilərəm. O adamın Mir Mahmud Ağa və ya bir başqasının olmasını hələ deyə bilmərəm. İdeal variantə özümə dəstək verməkdə görürəm.

21:31
Sual [Elçin]: Salam Rəsul bəy bu günədək Azərbaycanla arası heçdə mehriban olmayan iranın son zamanda belə yaxınlaşması hətta hərbi təlim belə keçirmək sazişini imzalamasını və azad ticarət zonasını yaratmasını nə ilə əlaqələndirmək olar? Təxmini bilirəm amma sizdən eşitmək daha maraqlı və dəqiq olardı…

21:39
Cavab: Azərbaycanın Rusiya ilə müəyyən problemləri var və onlar inkişaf etməkdədir. Bu problemlərin başında Türkmən ola bilərki Qazax və Özbək qazının xəzər dənizinin altı ilə çəkilmiş truba vasitəsilə Avropaya daşınmasına qarşı RF və İranın çıxış etməsidir.Qəbələ radiolokatorunun istifadə müddətinin uzadılmamasıda əlaqələrin kəskinləşməsindən xəbər verir. Azərbaycan İrana yaxınlaşmaqla cənubdan baş verə biləcək aqresiyadan özünü sığorta etmək istəyir. Həmin bu qaz boru kəməri vasitəsilə həm rejiminin ömrünü uzatmaq,həmdə korrupsiya və rüşvətin yeni mərhələsinə başlamaq istəyir,daha doğrusu xalqdan oğurlanmış pulların problemsiz xaricdə investisiyaya qoymasına qarant alsın.

21:40
Sual [Rafiq]: Salam Resul bey siz uzun zaman bu olkenin siyasetine yaxin olan adamlardan biri olmusuz.Menim size vereceyim sual mende olan umudleri oldurede biler yashadada biler. sualim beledir bu hakimyeti nece kreslodan qopartmag olar ve birde bu yaxin geleceyde bash vere bilerdmi? Teshekur edirem..

21:46
Cavab: Hakimiyyəti kreslodan qoparmağın iki yolu var.1. Hərbi yolla dövlət çevrilişi etmək. Bildiyiniz kimi bu yol adətən yeni diktatorun gəlməsi ilə qurtarır. 2.Xalqın etiraz iradəsi mitinqlərlə, insanların kütləvi şəkildə küçələrə çıxmasıdır. Azərbaycanda ikinci variantın baş verməmə şansı yoxdur,xüsusilə enerji xammalın qiymətləri aşağı düşəcəyi şəraitdə. Pessimizə qapılmaq əvəzinə əl ələ verib indiki rejimi 2013-cü il seçkilərində kreslolarından qaldırıb tullamaq lazımdır.

21:47
Sual [Tofiq]: Salam, Rəsul bəy! Ölkəmiz elə bir vəziyyətdədir ki, komplmentlər və təriflər yeri deyil. Görürük ki, Siz siyasətlə, iqtisadiyatla, dövlətçiliklə yanaşı, dünyanın tarixi hadisələrindən də mükəmməl səviyyədə məlumatlısınız. Dünya tarixində bizim ölkə səviyyəsində olan avtoritar, totalitar, monarxiya rejimli bir ölkədə AZAD DEMOKRATİK SEÇGİ keçirilmə halı müşahidə olunubmu? Axı bu loqikaya görə də uyğun gəlmir… belə seçgi keçirilən ölkəyə bu adlari da vermək omaz… Belə halda biz nəyə ümuduq?

Bir də ki, bəlkə, gözü diletantlar İsa bəyin spikerliyi, Elçi bəyin prezidentliyindən qorxmuş və bu gün özləri də dolanmaları üçün hakimiyyət kimi əyri yollarla pul əldə edən xalqın 80- 90%-i elə İlhamın yenidən seçilməsini istəyir?

21:53
Cavab: Sözsüz dedikləriniz həqiqətdir. Ancaq əhalinin 80-90 faizi Əliyevin seçilməsini istəyir şişirdilib. Əgər biz prezidentliyə ləyaqətli namizəd tapa bilməsək,40 faizə yaxın doğrudanda Əliyevə səs verəcək. Məsələ ondadırki ikinci yerdə gələn maksimum 10 faiz səs toplayacaq. Seçkilərdə isə ən azı 10-12 nəfər iştirak edəcək.İndiki hökümət seçkiləri rahat saxtalaşdırmaq üçün hörməti və şansı olmayanlardan namizədlər təşkil edəcəkdir.

O ki qaldı dünyada bizim ölkə vəziyyətində olub sonradan demokratiyaya keçən ölkələrin siyahısına o çox genişdir. Yəni 20-ci əsrin 60-cı illərindən 10-larla ölkələrdə belə dəyişiklər baş verib. Meksika, Brazilya, Çili, Argentina, Kolumbiya son Ərəb ölkələrində baş verənlər,cənubi Koreya BƏƏ,Qatar və sairələri misal göstərmək olar.İndoneziya,malaziya və sair.

21:55
Sual [Hikmət İbrahimoğlu]: Salam Resul müellim. Bilindiyi kimi rejimin ölkemizden qacirdigi 50 milyard pulun aqibeti qaranliqlara qerq olsa da, teyinati üzre sef etdikleri deqiq ünvanlar müeyyenlesmeye baslamisdir. Bele ki, ogurlanan pullar vasitesiyle xaricde alinan mülk ve emlaklari (dasinan ve dasinmayan emlaklar) Azerbaycanin mülkiyyeti olaraq geri qaytarmaq mümkün olacaqmi? 2 ci sual: Dünyanin bir nece inkisaf etmis demokratik dövletlerinin ölkemizdeki rejimle six biznes fealiyyetleri mövcuddur ve istenilen meqamlarda bu ölkelerin bir sira diplomatlari sülale rejiminin xeyrine dolayisiyla ve ya birbasa süarlar seslendirir, ona haqq qazandirmaqdan bele cekinmirler. Bu kimi neqativ hallarin qarsisini almaq ve bu dövletlere tesir etmek ücün hansi addimlari atib, diplomatik vasitelerden istifade etmeyi düsünürsünüz? Önceden Size tesekkürlerimizi bildiririk.

22:07
Cavab: Rejimin oğurladığı pulların onların və ya övladlarının rahat yeyəcəkləri mümkün olan məsələ deyildir. Tək İran Şahı Rza Pəhləvinin taleyi göstərir ki,bu heç 70-ci illərdə mümkün olmayıb indi necə ola bilər. Ancaq o mülkiyətlərin,pulların qaytarılması çox uzun çəkən bir prosesdir.O mülkiyətlərə həbs qoyulması bir il ərzində mümkün olacaq,ancaq geri qaytarılması 10 illər uzanacaq. 2-ci sualla əlaqədar deyə bilərəmki o tip ölkələr var.Türkiyə,Fransa,qismən İtaliya,şərq Avropa ölkələri bu qəbildən olan ölkələrdir. Ancaq xalq hərəkətə gəlsə bu ölkələr bir gündə dostlarının arxasından çəkiləcəklər.

22:08
Sual [Hatəm Əsədov]:

Salam Resul müellim!

Bildiyiniz kimi, ABS Dövlet katibinin müavini Tomas Melia Azerbaycana sefer edib ve ölke prezidenti ile görüshüb. Görüshle bagli ona ünvalnan “Azerbaycan resmiləri ile görüslərinizde prezident seckisi erefesinde veziyyeti deyisecek hansı sehrli sözlerden yararlandınız?” sualina “Bu meseleleri Azerbaycanın yüksek rütbeli resmileri ile müzakire etdim. Onlar cözüm yollarını bilirler. Azerbaycanın problemini ne ABS cözecek, ne de basqa ölkeler – bunu yaddan cıxarmaq olmaz. Öz geleceyini Azerbaycan xalqı ve resmiler tapıb-bilmelidir. Bizim Azerbaycana yatırımlarımız var” kimi cavablandirmishdir.

Bu cavab onu demeye esas verir ki, gelen il kecirilecek prezident seckisinde evveliki illerdeki kimi, ABS ve Avropa dövletleri yenede öz maraqlarini üstün tutaraq Azerbaycanin demokratikleshmesi prossesinin daha besh il yubanmasina göz yumacaqlar?

Xalqin hal-hazirki veziyyeti yüksek faizle, 20 il erzinde hedsiz varlanan rejim qarshisinda imkansiz ve taqetsiz durumdadir.

22:16
Cavab: Məsələ ondadır ki, qərb ölkələri və ABŞ-ın maraqları Azərbaycanda demokratiyanın bərqərar olmasındadır. Məgər demokratiyalı Azərbaycan qərbin maraqlarının əksinə çıxacaq,bu ki,absurddur. İndi ABŞ maraqlarının yerinə yetrilməsi üçün məcburdu Azərbaycan höküməti ilə çirkin alver etsin. Məsələn insan haqlarını pozmağa ,korrupsiya və rüşvətə kəskin reaksiya verməsin. Elə bilirsiniz bu ABŞ-ın xoşuna gəlir,yox.Ancaq bu rejimdən xilas olmaq üçün ABŞ-ın söykənəcəyi güc yoxdu ölkədə. Bu gücün konturlarının görünməsi ilə,ABŞ-ın mövqeyinin sərtləşməsi üst üstə düşəcək.

22:18
Sual [Şahin]: Salam Resul bey 2 sualım var 1. hakimiyyətə gəldiyiniz tədqirdə xalqımız üçün heçde fəxr sayılmıyan heyder əliyevin məzarını fəxri xiyabandan çıxarılması üçün qərar qəbul edəcəksinizmi bilirsiniz ki onun məzarından ötrü xalqımızın fəxri sayılan şəxslərin məzarlarının yeri dəyişdirilib.2. ümuiyyətlə H. Əliyevin cəsədinin həmin məzarda olduğuna inanırsınızmı.

22:28
Cavab: Ümumiyyətlə fəxri xiyaban adlandırılan yerin və orada dəfn olunanların statusu nəhayət müəyyənləşdirilməlidir. Əgər orada insanların dəfn edilməsi davam edəcəksə əvvəlcədən o insanların adları müəyyən qanunlar çərçivəsində müəyyənləşməlidir. Düşünürəm ki, komisiya yaranmalıdır və o komisiya kimliyindən asılı olmayaraq orada dəfn olanların o statusa uyğun gəlib gəlmədiyi müəyyənləşdirilməlidir. Düşünürəmki orada dəfn olunların 90 faizi o statusa uyğun gəlməyəcək.Meyitləri çıxarmamaq üçün qohumlarının qəbrini orada saxlamaq istəyənlərə imkan verməliyik ki, məsələn ildə yer haqqı qəbrə qulluq etmək haqqı kimi 10 min manatdan tutmuş 1 milyona qədər pul ödəməlidir və ya qohumunun qəbrini başqa qəbrstanlığa keçirməlidir. Çox ehtimal H.Əliyev bu qrupa daxil olacaq. Həmçinin atasının məsələn qəbrini orada saxlamaq istəyənlərin nəzərinə çatdırılacaq ki,qəbr daşının üstündə atasının xalqa qarşı törətdiyi bütün cinayətlər yazılacaq.

22:30
Sual [Ədalət]: Salam! Rəsul müəllim, siz necə düşünürsünüz, ilk öncə vahid namizədi müəyyən etmək üçün indiki müxalifət liderlərinin keçmişdən indiyəqədərki mövqeyini nəzərdən keçirib vahid müxalif mövqeli lideri üzə çıxarmaq lazım deyilmi?
Məncə, buna razı olsalar yeganə şəxs siz olacaqsınız.

22:40
Cavab: Mənim yeganə namizəd kimi düşündüyünüz şəxslər tərəfindən dəstəklənib dəstəklənməməsinin elə bir fərqi yoxdur. Mən Azərbaycana gəlib seçkilərdə iştirak etmək istəyirəm. Mənim Azərbaycanı tamamilə başqa bir Azərbaycan etmək niyyətim və planım var. Mənim kimlərləsə məni dəstəklə baş nazir və ya nazir və ya kimsə olacaqsan kimi alver etməyə nə həvəsim var nə də əxlaqım imkan verməz. Çünki mənə kreslo ancaq ideyalarımı keçirmək üçün lazımdır.Bu işdə mənə kömək edə bilməyənlə istənilən variantda işləyə bilmərəm.Bir çoxlarının özlərini real yox miraj prezident kreslosunda görməsi xalq heç vaxt xidmət edə bilməz.Başqa sözlə heç vaxt kimlərləsə vəzifə alveri üzərində qurulmuş danışıqlar aparmaram.

22:41
Sual [Razi Nurullayev]: Xalq birlik və vahid namizəd axtarışındadır. Çətinliklər var. Xalqı siz də hərdən qınayırsınız ki, ayağa qalxmır, mitinqə çıxmır. Haqlısınız. Azərbaycnada kifayət qədər siyasətçilər də bu cür düşünür. Amma, məncə xalq elə həmin xalqdır ki, yüz minlərlə meydanlara çıxırdı və tankın tırtılları altına uzanırdı. Heç hərdən özünüzə sual verirsinizmi ki, bu xalqa birdən-birə nə oldu? Bu xalq niyə üz döndərdi? Xalq, bir çoxları təsdiq edir ki, həm iqtidardan, həm də müxalifətdən üz döndərib. Bununla yanaşı, müxalifətin xalqı öz tərəfinə çəkmə ehtimalı tam tükənməyib. Potensial çoxdur. Onu inandırmaq lazımdır. O müxalifətin səmimiliyinə inanmalıdır. Bu inam olmasa, 2013 çətin olacaq. Bu inamın ayranması üçün birlik lazımdır. Birliyin başında xalqın inandığı, ziyalıların istədiyi, hamının pis-yaxşı qəbul edəcəyi bir lider olmalıdır. 2013 yalnız iqtidar üçün yox, həm də müxalifət üçün bir imtahandır. Bunun üçün nələr edə bilərsiniz? Gələcəyi necə görürsünüz?

Hörmətlə,

Razi Nurullayev,
AXCP sədrinin xarici əlaqələr üzrə müavini

22:52
Rəsul Quliyev: 100 minlərlə çıxan xalqla nə baş verdi indi belə passivləşib sualını verirsiniz və sonra qeyd edirsinizki xalq həmin xalqdır. Birincisi xalq həmin xalq deyildir. Çünki 1990-cı ilin yanvarından sonra xalq demək olarki bir dəfədə ayağa qalxa bilmədi. 1991-ci ildə SSSR-i tərkibində qalmaq istəyirsən referendumu,avqust putçundan sonra Mütəllibovun özünü prezident elan etməsində heç bir müqavimət göstərmədi.Xalq niyə passivləşdi.Gördükü önun özünü tankın altına atması heç bir xoşbəxtlik gətirmədi. Müxalifətin xalqı öz tərəfinə çəkmək imkanı tükənməyibsə niyə istifadə etmir,kim mane olur.O çox potensialdan niyə istifadə edilmir. Birliyin başında sadaladığınız keyfiyətlərə malik lider dayanmalıdır. Daha doğrusu saydığınız qruplar elan etməlidirki filan vaxtdan filankəs bizim liderimizdir. Siz bilirsiniz ki,lideri seçmirlər o elan olunmamış liderlik statusunu özünün keçmişi və bu günü ilə qazanır. Bunun üçün məni dəstəkləyənlərin qondarma yox real lideri olmaq istəyirəm. Özümə və silahdaşlarıma lider axtarışında deyiləm.

22:52
Sual [Nailə Hüseynzadə]: Növbəti prezident kim ola bilər?

22:53
Cavab: İştirak etməyə nail olsam mən, ola bilməsəm Əliyev.

22:54
Sual [Salman Əliyev]: Salam Rəsul müəllim! Rusiya Azərbaycanda kecirilən bütün seckilərə güclü dəstək verib. Seckilərin nəticələrini taniyan ilk dövlət olub. Sizcə 2013-ci ildə keciriləcək seckidə yenə bu hakimiyyətə dəstək verəcəkmi?

22:57
Cavab: Rusiyanın seçkilərin saxtalaşdırılmasına dəstək verməsinin nə isti soyuğu var bilmirəm. Rusiya kim udsa istənilən variantda onada dəstək verəcək.

22:58
Emil Quliyev [moderator]: Rəsul bəy, Sərbəst Kürsüdə iştiraka görə minnətdarlığımızı bildiririk!

22:59
Rəsul Quliyev: Sizdə sağ olun!Sürətiniz zəif idi, yoxsa daha çox sualları cavablandıra bilərdim.

23:00
EQ: Demək olar ki, daxil olan bütün suallara cavab vermək imkanımız oldu. Bir daha təşəkkürlər.
Mən eyni zamanda forumda iştirak edən oxucularımıza da təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…

18 responses to “Rəsul Quliyev: İştirak etməyə nail olsam mən, ola bilməsəm Əliyev!”

  1. Mirzə says:

    Salam Rəsul məllim..icazənizlə belə bir sualım var. Azərbaycanın daxilindəki siyasilərin nə vaxtsa seçkiyə əl qoyub 2013 də qalıb ola biləcəkləri şansa siz inanırmısınız

  2. Rashad says:

    Resul muellim bu “bedbext dovletin” yaxin 10 ilde taleyini nece gorursuz?

  3. elvin says:

    Rasul bey biz hemishe sizinle fexr etmiwik sonadek sizinleyik.sizin gelewinizi gozleyirik.

  4. elvin says:

    Rəsul bəy sizin ölkəyə qayıdışınız maksimum avqust ayına kimi tamamlanacaqmı?

  5. Salam says:

    Salam Rəsulbəy. Məni bir sual maraqlandırır. Əgər 2013 ci il seçkisində sizin seçkidəiştirak etmək imkanınız olmazsa sizin Mirmahmud Mirəlioğlunun namizədliyini müdafiyə etmək fikriniz olmazkı ? Əgər Mirmahmud bəyin namizədliyi keçərsə. Mən ona görə Mirmahmud bəyi dedim ki, 2003 ci ildə siz İsa Qəmbəri dəstəklədiniz yaqin ki,nəticə sizidə məyus etdi.

  6. Elchin says:

    Salam Rəsul bəy bu günədək Azərbaycanla arası heçdə mehriban olmayan iranın son zamanda belə yaxınlaşması hətta hərbi təlim belə keçirmək sazişini imzalamasını və azad ticarət zonasını yaratmasını nə ilə əlaqələndirmək olar? Təxmini bilirəm amma sizdən eşitmək daha maraqlı və dəqiq olardı..

  7. Rafiq says:

    Salam Resul bey siz uzun zaman bu olkenin siyasetine yaxin olan adamlardan biri olmusuz.Menim size vereceyim sual mende olan umudleri oldurede biler yashadada biler. sualim beledir bu hakimyeti nece kreslodan qopartmag olar ve birde bu yaxin geleceyde bash vere bilerdmi? Teshekur edirem..

  8. Tofiq says:

    Salam, Rəsul bəy! Ölkəmiz elə bir vəziyyətdədir ki, komplmentlər və təriflər yeri deyil. Görürük ki, Siz siyasətlə, iqtisadiyatla, dövlətçiliklə yanaşı, dünyanın tarixi hadisələrindən də mükəmməl səviyyədə məlumatlısınız. Dünya tarixində bizim ölkə səviyyəsində olan avtoritar, totalitar, monarxiya rejimli bir ölkədə AZAD DEMOKRATİK SEÇGİ keçirilmə halı müşahidə olunubmu? Axı bu loqikaya görə də uyğun gəlmir… belə seçgi keçirilən ölkəyə bu adlari da vermək omaz… Belə halda biz nəyə ümuduq?

    “Bir də ki, bəlkə, gözü diletantlar İsa bəyin spikerliyi, Elçi bəyin
    prezidentliyindən qorxmuş və bu gün özləri də dolanmaları üçün
    hakimiyyət kimi əyri yollarla pul əldə edən xalqın 80- 90%-i elə
    İlhamın yenidən seçilməsini istəyir?”

  9. Hikmet Ibrahimoglu says:

    Salam Resul müellim. Bilindiyi kimi kriminal rejimin ölkemizden qacirdigi 50 milyard pulun aqibeti qaranliqlara qerq olsa da, teyinati üzre sef etdikleri deqiq ünvanlar müeyyenlesmeye baslamisdir. Bele ki, ogurlanan pullar vasitesiyle xaricde alinan mülk ve emlaklari (dasinan ve dasinmayan emlaklar) Azerbaycanin mülkiyyeti olaraq geri qaytarmaq mümkün olacaqmi? 2 ci sual: Dünyanin bir nece inkisaf etmis demokratik dövletlerinin ölkemizdeki rejimle six biznes fealiyyetleri mövcuddur ve istenilen meqamlarda bu ölkelerin bir sira diplomatlari sülale rejiminin xeyrine dolayisiyla ve ya birbasa süarlar seslendirir, ona haqq qazandirmaqdan bele cekinmirler. Bu kimi neqativ hallarin qarsisini almaq ve bu dövletlere tesir etmek ücün hansi addimlari atib, diplomatik vasitelerden istifade etmeyi düsünürsünüz? Önceden Size tesekkürlerimizi bildiririk.

  10. Hatəm Əsədov says:

    Salam Resul müellim!

    Bildiyiniz kimi, ABS Dövlet katibinin müavini Tomas Melia Azerbaycana sefer edib ve ölke prezidenti ile görüshüb. Görüshle bagli ona ünvalnan “Azerbaycan resmiləri ile görüslərinizde prezident seckisi erefesinde veziyyeti deyisecek hansı sehrli sözlerden yararlandınız?” sualina “Bu meseleleri Azerbaycanın yüksek rütbeli resmileri ile müzakire etdim. Onlar cözüm yollarını bilirler. Azerbaycanın problemini ne ABS cözecek, ne de basqa ölkeler – bunu yaddan cıxarmaq olmaz. Öz geleceyini Azerbaycan xalqı ve resmiler tapıb-bilmelidir. Bizim Azerbaycana yatırımlarımız var” kimi cavablandirmishdir.

    Bu cavab onu demeye esas verir ki, gelen il kecirilecek prezident seckisinde evveliki illerdeki kimi, ABS ve Avropa dövletleri yenede öz maraqlarini üstün tutaraq Azerbaycanin demokratikleshmesi prossesinin daha besh il yubanmasina göz yumacaqlar?

    Xalqin hal-hazirki veziyyeti yüksek faizle, 20 il erzinde hedsiz varlanan rejim qarshisinda imkansiz ve taqetsiz durumdadir.

  11. Şahin says:

    Salam Resul bey 2 sualım var 1. hakimiyyətə gəldiyiniz tədqirdə xalqımız üçün heçde fəxr sayılmıyan heyder əliyevin məzarını fəxri xiyabandan çıxarılması üçün qərar qəbul edəcəksinizmi bilirsiniz ki onun məzarından ötrü xalqımızın fəxri sayılan şəxslərin məzarlarının yeri dəyişdirilib.2. ümuiyyətlə h. əliyevin cəsədinin həmin məzarda olduğuna inanırsınızmı.

  12. Edalet says:

    Salam! Rəsul müəllim, siz necə düşünürsünüz, ilk öncə vahid namizədi müəyyən etmək üçün indiki müxalifət liderlərinin keçmişdən indiyəqədərki mövqeyini nəzərdən keçirib vahid müxalif mövqeli lideri üzə çıxarmaq lazım deyilmi?
    Məncə, buna razı olsalar yeganə şəxs siz olacaqsınız.

  13. Emin Ibadov says:

    Resul bey, ABŞda yaşadığınız iller erzinde bu ölkede müşahide etdikleriniz siyasi görüşünüze ne kimi tesir edib ve gelecekde Azerbaycanda hakimiyyete gelseniz bu tesir neticesinde evvel hakimiyyetin terkibinde olduğunuzda ettiklerinizden ferqli neler ederdiniz? Teşekkür edirem!

  14. Nailə Hüseynzadə says:

    Növbəti prezident kim ola bilər?

  15. Salman Əliyev says:

    Salam Rəsul müəllim! Rusiya Azərbaycanda kecirilən bütün seckilərə güclü dəstək verib. Seckilərin nəticələrini taniyan ilk dövlət olub. Sizcə 2013-ci ildə keciriləcək seckidə yenə bu hakimiyyətə dəstək verəcəkmi?

  16. Xalq birlik və vahid namizəd axtarışındadır. Çətinliklər var. Xalqı siz də hərdən qınayırsınız ki, ayağa qalxmır, mitinqə çıxmır. Haqlısınız. Azərbaycnada kifayət qədər siyasətçilər də bu cür düşünür. Amma, məncə xalq elə həmin xalqdır ki, yüz minlərlə meydanlara çıxırdı və tankın tırtılları altına uzanırdı. Heç hərdən özünüzə sual verirsinizmi ki, bu xalqa birdən-birə nə oldu? Bu xalq niyə üz döndərdi? Xalq, bir çoxları təsdiq edir ki, həm iqtidardan, həm də müxalifətdən üz döndərib. Bununla yanaşı, müxalifətin xalqı öz tərəfinə çəkmə ehtimalı tam tükənməyib. Potensial çoxdur. Onu inandırmaq lazımdır. O müxalifətin səmimiliyinə inanmalıdır. Bu inam olmasa, 2013 çətin olacaq. Bu inamın ayranması üçün birlik lazımdır. Birliyin başında xalqın inandığı, ziyalıların istədiyi, hamının pis-yaxşı qəbul edəcəyi bir lider olmalıdır. 2013 yalnız iqtidar üçün yox, həm də müxalifət üçün bir imtahandır. Bunun üçün nələr edə bilərsiniz? Gələcəyi necə görürsünüz?

    Hörmətlə,

    Razi Nurullayev,
    AXCP sədrinin xarici əlaqələr üzrə müavini

  17. Elbrus says:

    Salam Rəsul müəllim.Dünyanin idarə olunmasinin yeni modeli nə vaxt ola bilər?Yəni bu evcik dövlət modellərinin sonu necə olmalidir?

  18. Cavabınız sarkazm və təkzibdən ibarət oldu və təbii ki, məni qane etmədi. Fikirlərinizə hörmət etməklə yanaşı, deməliyəm ki, sizin cavablarınız və yanaşmanız ziddiyyətlidir. Məncə, lider siyasətçi hər bir məsələnin fövqündə dayanmalıdır. AXCP-ni təmsil edirəm və bu gün bu partiya Azərbaycan xalqının mübarizə simvoluna çevrilib. Onun sədri ən çox məhrumiyyət yaşayan siyasətçilərdən biridir. Bununla bərabər, birlik üçün əlindən gələni edir və hər bir bəyanat və yanaşmasını yüz ölçərək bir biçir. Xalqın birliyi naminə. Ümid edirəm ki, sarkazmlı yanaşmanız bəzi zamanlarda sizinlə bağlı verdiyim açıqlamalar olub. Həmişə sərhədləri gözləmişəm və doğru bildiyimi demişəm. İddia etmirəm ki, mən hər şeyi doğru bilirəm. Amma, yenə də deyirəm ki, iddialı siyasətçi bir çox məsələlərin fövqündə dayanmalıdır. Uğurlar arzulayıram və ümid edrəm ki, vətənə də
    tezliklə dönərsiniz

Leave a Reply to Salman Əliyev Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR