Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!

Posted February 5th, 2013 at 12:31 pm (UTC-4)
23 comments

Fevralın 4-ü Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçib. Hər iki müxalifət lideri ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməkdə ittiham olunur.

Hadisədən bir gün sonra fevralın 5-i mətbuat konfransı keçirən REAL Hərəkatının üzvləri İlqar Məmmədovun prezidentliyə namizədliyini irəli sürüb.

Məsələ ilə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün Sərbəst Kürsü canlı forumuna REAL: Respublikaçı Alternativ Hərəkatının idarə heyətinin üzvü Erkin Qədirlini dəvət etmişik. Fevralın 6-sı Erkin Qədirli Sərbəst Kürsü oxucularının suallarını canlı olaraq cavablandırıb.

—————————————————————————————————————————-

21:00 / 06 fevral 2013

Salam əziz oxucular, 3 həftəlik fasilədən sonra Sərbəst Kürsüsündə yenidən xoş gördük. Canlı forumun qonağı Erkin Qədirli, moderatoru isə mən Emil Quliyevəm.
22:02
Emil Quliyev [moderator]:
Erkin bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz.
21:03
Erkin Qədirli: Əməkdaşlarınızı salamlayıram və yaratdığınız fürsətə görə hər birinizə təşəkkür edirəm..
21:05
EQ: Erkin bəy, ilk sual “Murad613″ adlı istifadəçidən daxil olub. Oxucumuz soruşur: – Erkin bəy,
İlqar bəyin həbs olunması (hüquqi baxımdan) prezidentliyə namizəd olmasına
bir maneə törədərmi?
21:11
Cavab: Həbsin özü namizədliyin verilməsi üçün əngəl törətmir. Həbsdə ola-ola da namizəd olmaq mümkündür. Yalnız barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü olarsa, o zaman əngəl yarana bilər. Bütün prosessual müddətləri, o cümlədən müdafiə fürsətlərini nəzərə alaraq, belə bir hökmün seçkilərə qədər qanuni qüvvəyə minəcəyi ehtimalının az olduğunu söyləyə bilərik.
21:14
Sual [Emin]: Mənə maraqlıdır: Niyə REAL hərəkatı həmişə tısbağa kimi yavaş-yavaş hərəkət edir bütün məsələlərdə. İndiyə kimi bir məsələ olmayıb ki siz ona vaxtında reaksiya verəsiniz, ya da bir işi vaxtında görəsiz. Elə İlqar müəllimin prezidentliyə namizəd elan olunması misalı buna əyani sübutdur. Bu yanaşma ilə sizdən cumhuriyyət quran olmaz. İndi çevik qurumların dövrüdür.
21:24
Cavab: “Tısbağa” bənzətməsini, guman ki, mənfi mənada işlətdiniz, amma onun müsbət mənaları da var. Yox, mən Zenonun aporiyasındakı tısbağanı demirəm. Roma qoşunlarının (legionların) “tısbağa” adlanan döyüş düzülüşü var idi. Bənzətmənizi REAL-a daha çox bu mənada aid edərdim. Yəni, biz tələsmədən, itki vermədən irəliləyirik, adamlarımızı və çevrəmizi qoruyuruq, onları güdaza vermirik, bütün məsuliyyəti də rəhbərlik öz üzərinə götürür.

İlqar Məmmədovun namizədliyi fevralın 9-da rəsmən elan olunacaqdı. Biz bu haqda bir ay öncə xəbər vermişdik. Onun həbsi, namizədliyinin onsuz və daha erkən elan olunmasını şərtləndirdi.

Cümhuriyyət quruculuğuna dair yanaşmamız sürətimizdən asılı deyil. REAL-a artan ümidlərin böyüdüyünü görürük, hamı dəyişikliklərin daha tez olmasını arzulayır, amma bizim səhv etməyə haqqımız yoxdur. Biz böyük bir mənəvi məsuliyyətin altına girmişik. Biz də səhv etsək, onda bütöv bir yeni nəslin, artmaqda olan orta sinfin ümidlərini birdəfəlik qırmış olacağıq. Odur ki, nə etdiyimizi çox yaxşı anlayırıq və tərəfdarlarımızın anlayışına güvənirik.
21:26
Emil Quliyev [modaretor]: Növbəti sualı “Elgunois” adlı “Twitter” istifadəçisi göndərib. O soruşur:

– REAL hakimiyyətə gəlsə konkret olaraq atdığı ilk addım nə olacaq?
21:32
Erkin Qədirli: REAL hakimiyyətə gələndə, ilk olaraq bu sistemi təməldən dəyişdirməyə başlayacaq. Mahiyyətcə yeni ana yasanın hazırlığına başlayacağıq. Milli Məclisi və Nazirlər Kabinetini dərhal buraxacağıq, məhkəmə hakimiyyətini gücləndirəcəyik, iqtisadiyyatı liberallaşdıracağıq. Maliyyə amnistiyasını həyata keçirəcəyik. Amma insan haqlarının kobud pozulmasında iştirak edənlər cəzalandırılacaq. Maliyyə amnistiyasına məruz qalanlar 10 il müddətinə siyasi fəaliyyətlə məşğul ola bilməyəcəklər (müvafiq qadağalar təyin olunacaq). Biznesi hakimiyyətdən tamamilə ayıracağıq. Media azad olacaq. Bir müddət bəzi siyasi məhdudiyyətlər təyin olunacaq (keçici olaraq). 5 ildən sonra ölkə parlament respublikası formasına keçəcək. Planlarımız böyükdür, burada çox qısa yazdım.
21:34
Sual [Ruslan]: Salam,

İlqar bəy həbs olunmasaydı, REAL-ın namizədi kim olacaqdı qarşıdakı seçkidə???
21:36
Cavab: İlqar Məmmədovun namizədliyi öncədən razılaşdırılmışdı REAL-ın İdarə Heyətində. Biz seçkiyə İlqar Məmmədovla getdiyimizi qərarlaşdırmışdıq. Odur ki, onun namizədliyi ilə həbsi arasında heç bir əlaqə yoxdur.
21:38
Sual [Elçin]: Binədə və İsmayıllıda baş verənlərdən və bu qədər mitinqlərdən sonra Bakının özündə prezident niyə susur?
21:45
Cavab: Prezident çoxdan susur. 2003-dən bu yana bir dəfə də olsun yerli KİV-lərə müsahibə vermədi, heç bir vacib məsələyə dair millətə səslənmədi, aydınlıq gətirmədi, hakimiyyətin yanlışqlıqlarına görə üzr istəmədi, ölən əsgərlərin ailələrinə baş sağlığı vermədi və d. Hansını deyim? Amma maşın plenkaları, yumurta qiymətləri kimi əhəmiyyətsiz, hər alda Prezident səviyyəli olmadığına şübhə olmayan məsələlərə dair uzun-uzadı danışdı, müşavirə keçirdi və s. Sistemin mahiyyəti budur, getdikcə qapanır, xalqdan uzaq düşür. Artıq böyük bir uçurumun astanasındayıq.
21:46
Sual [Farhad]: 2013-cü il oktyabrda prezident seçkilərində səslərin sayılmasında saxtalaşdırmanın olmayacagına inanırsınızmı? Əgər inanmırsınızsa, iştirak etməkdə REAL-ın məqsədi nədi?
21:52
Cavab: Səslərin saxtalaşdırılmayacağına inanmıram. Bu iqtidar, həmişəki kimi, seçkiləri saxtalaşdırmağa çalışacaq. Biz, REAL olaraq, bir neçə səbəbdən iştirak edəcəyik: 1) təşkilatımızı gücləndirmək və ilk böyük seçkidə sınamaq; 2) çevrəmizi genişləndirmək; 3) xalqa alternativ siyasətin mümkünlüyünü və bu siyasətə uyğun ağıllı və vicdanlı siyasətçilərin olduğunu göstərmək; 4) cəmiyyətimizə ümid vermək – insanlarımızı “olanımız budur”, “başqaları gəlib neyniyəsidi”, “kimimiz var ki” tipli stereotiplərdən qurtarmaq; və s.
21:53
Emil Quliyev [moderator]: “Hsynli” adlı Twitter istifadəçisi soruşur:

– Regionlarda Yap və Müsavatdan başqa heç bir partiya tanınmır. Niyə digər ölkə müxalifətləri kimi siz də bütün ölkədən səs istəmirsiniz?
21:58
Cavab: REAL regionlarda artıq bölgə ocaqlarını yaradır. REAL rəhbərliyi bölgələrə səfərlər edir, bu il daha çox edəcəyik belə səfərləri. Biz təşkilatımızı yuxarıdan-aşağıya qururuq, hansı mühitdə çalışdığımızı yaxşı anlayırıq. Üzvlərimiz və tərəfdarlaımızı güdaza verməməyə çalışırıq. Bölgələrdə də eyni yanaşmanı tətbiq edirik.
21:59
Sual [Sosioloq]: Erkin bey, Azərbaycandakı dindar zümrə ilə bağlı konkret planlarınız varmı? Varsa bir az açıqlaya bilərsinizmi?
22:07
Cavab: Heç bir konkret planımız yoxdur! Biz dini siyasətə gətirmirik. Bizim üzvlərimiz və tərəfdarlarımız arasında inanclı insanlar az deyil, amma onların hamısı dünyəvi cümhuriyyət quruluşunun müdafiəçiləridirlər. Ümumiyyətlə, dünyəvi cümhuriyyətin tərəfdarı olmayanların REAL-da yeri yoxdur. Amma REAL, elə məhz dünyəvi cümhuriyyətin müdafiəçisi olduğuna görə, dini etiqad azadlığını da müdafiə edir. Biz bütün dinlərin bərabər hüquqlu fürsətlərdən yararlanmasının tərfdarlarıyıq. Odur ki, biz inanclı kəsimin haqlarını qorumağa hazır olduğumuzu dəfələrlə nümayiş etdirmişik. Bizim bir neçə dini icma ilə saf münasibətimiz var. Onlara hər şeyi açıq ifadə edirik, onlardan da anlayışlı münasibət görmüşük. Biz, inanclı insanlara “dini ekstremizm” damğası altında edilən basqılara və digər haqsızlıqlara qarşıyıq. Cümhuriyyətimizi bərpa edəndən sonra dini azadlıqlar da öz yerini tutacaq və hər kəs bundan faydalana biləcək.
22:08
Sual [Rüfət Abdulla]: Erkin müəllim, sizi salamlayıram!
Sizi 15 ildir ki, tanıyıram, əvvəl Universitetdə müəllimim olmusunuz, sonra qısa müddət də olsa həmkar olmuşuq, ində də ictimai-siyasi fəaliyyətinizi yaxından izləyirəm. 2 sualım olacaq:

– Birincisi, biraz eqostik səslənəcək, çünki özüm də hüquqşünasam, mən hər zaman hüquqşünasları ziyalıların elitası hesab etmişəm, əlbəttə ki, idealda. BDU-nun el arasında “prokurorluq fakultəsi” və onun məzunlarının bu siyasi rejimin susan cəza alətinə çevrildiyi vəziyyəti deyil. Amma 90-ların sonu, 2000-lərin əvvəlində o cümlədən və birinci növbədə sizin sayənizdə hüquqa hələ romalıların dediyim “haqq-ədalət elmi” kimi baxan yeni nəsil hüquqşünaslar yetişməyə başladı. Nədən siz siyasətə qoşulmaq qərarına gəldiniz? Bəyəm biz, hüquqşünaslar bundan üstün olmalı deyilikmi?

– İkinci sual: İlqar Məmmədov sizin təşkilatın sədridir və “ən yaxşı” Azərbaycan ənənələrində məhz sədrin namizədliyinin irəli sürülməsi ağlabatandır. Halbuki, məsələn ABŞ ənənəsində namizədlər heç də partiyanın liderləri olmaya bilər. Nədən məhz İlqar Məmmədov? Alternativ partiyadaxili müzakirələr oldumu? Yoxsa onun həbsi bu seçimi alternativsiz etdi. Sizin gənclər arasında daha populyar olduğunuzu desəm yəgin ki, yanılmaram. Çünki sizin ən azından daha yaxın tanıyırq.

Təşəkkür.
22:15
Cavab: Mən siyasətə xəcalətimə görə qoşuldum. Peşə daxilində nə mümkün idi, etməyə çalışdım. Amma vəziyyət getdikcə pisləşdi, siyasi səhnə daraldı. Artıq heç bir peşənin nüfuzu qalmadı cəmiyyətdə. Digər tərəfdən, cəmiyyətimizə “siyasət” və “siyasətçi” adı altında elə pis örnəkləri sırıyırlar ki, şəxsən mən buna etiraz olaraq, “var millətimizdə layiqli adamlar” yanaşması ilə siyasətə gəldim. Çox şadam ki, REAL-da məndən də layiqli insanlarla birlikdə çalışıram.

İlqar Məmmədov REAL-da heç də alternativsiz namizəd deyildi. REAL-ın İdarə Heyətində buna dair ciddi müzakirələr oldu. Mənim də namizədliyimi istəyənlər var idi REAL-da. Elə, İlqar Məmmədov da mənim namizədliyimi təklif etmişdi iclaslarımızın birində. Sadəcə, mən hələ özümü hazır saymadığıma görə, namizədliyimin verilməsinə razı olmadım. İlqar Məmmədov bu gün REAL-da ən hazırlıqlı, təcrübəli və tanınmış siyasətçidir. Bu, çox böyük resursdur. Təşkilat olaraq bundan faydalanmamaq ağıllı olmazdı.
22:16
Sual [Mixail]: İlqar Məmmədovdan ən son nə xəbər var?
22:22
Cavab: İlqar Məmmədov Kürdəxanı təcridxanasındadır. Şəraiti yaxşıdır, yeganə şikayəti içməli su ilə bağlıdır, onu da həll etməyə çalışırıq (su göndərəcəyik ona). Vəkillərdən başqa kimsə onunla görüşə bilmir. Həbsi ilə bağlı bir şikayət artıq bu gün verildi, biri də sabah veriləcək (apelyasiya şikayətlərini nəzərdə tuturam). Ailəsinə də yardım edəcəyik, şübhəsiz ki. 9 yaşlı qızı var, atası üçün çox darıxır. Elə İlqar da qızına görə narahatdır. Uşaqdır, axı hələ. Başqa məsələlərdə isə İlqar mökhəmdir!
22:23
Sual [J.A.]: Erkin bəy, salamlar! Rasul Quliyev axırıncı video-danışığında müxalifətdən yeganə namizəd olmasının tam əleyhinə olduğunu söylədi, heç olmasa təmiz seçkilərə nail olana kimi. Siz bu barədə nə düşünürsünüz?
22:31
Cavab: REAL dəfələrlər (ilk dəfə 2012-nin iyulunda) buna dair mövqeyini ifadə edib. Biz müxalifətin birləşməsini çox istəyirik. Biz istəyirik ki, vahid namizəd olsun. Vahid namizədin kimliyi də bizi qayğılandırmır. Əsas odur ki, ideoloji şərtlər razılaşdırılsın və ona uyğun komanda formalaşsın. REAL bu komandada yer almamağa da razı ola bilər, təki müxalifətin birləşmiş səyləri nəticəsində bu rejim dəyişdirilə bilsin. İdeoloji şərtlər çox vacibdir. Hər kəsə aydın olmalıdır ki, vahid namizəd və onu irəli verən komanda nələri heç zaman etməyəcək və nələri ilk olaraq edəcək. Dəstək və seçim kor-koranə olmamalıdır.  Bizim təklifimizə cavab gəlmədi. Odur ki, biz də öz namizədimizlə gedirik hələki. Biz başqaların əvəzinə onların işini görəsi deyilik, bizim öz planlarımız var. Amma görsək ki, müxalifət öncə qeyd etdiyim şərtlərlə birləşə bilir, biz bu birləşmiş müxalifəti dəstəkləyəcəyik. Hətta, öz namizədimizi geri çəkmək ehtimalını da istisna etmirik. Amma, ancaq dedyimiz şərtlər gerçəkləşə bilərsə, biz oyun pozan deyilik. Biz, tarixi vəzifəni bu rejimi dəyişdirməkdə, ölkədə gerçək demokratik cümhuriyyəti qurmaqda görürük. Gerisi detallardır.
22:32
Sual [Cavad]: Erkin bəy, elektoratın yalnız virtual aləmdəki “follower/user”-lərdən ibarət olmadığı aydındır. Böyük bir kütlə var ki, sizin kimi insanlardan, REALlıqdan bixəbərdirlər. İndiki məhdud şəraitdə onlarla əlaqə qurmağın ən məntiqli yolunu nədə görürsünüz?
22:37
Cavab: Mən “virtual-real” bölgüsünü qəbul etmirəm. Hər şey realdır və REAL da bunun üçündür. Son etirazlar, xüsusilə 12 yanvar etirazı, facebook vasitəsilə təşkil olunmadımı? Minlərlə adam gəldi, özü də necə adamlar gəlmişdi oraya. Yüksək maaş alan şirkət işçiləri, kiçik sahibkarlar, aşağı rütbəli məmurlar və s. Əvvəllər belə adamlar etirazlara çıxmaq haqqında heç düşünmürdülər. Amma, o cümlədən elə REAL-ın internet vasitəsilə qurduğu təbliğatın sayəsində, onlar fəallaşıblar. “REAL-dan bixəbər”lər məsələsi də xeyli dərəcədə uydurmadır. Bizi getdikcə daha çox adam tanıyır, o cümlədən bölgələrdə. Nə etdiyimizi, haraya getdiyimiz yaxşı bilirik.
22:37
Emil Quliyev [moderator]: Twitter vasitəsilə Aleksey Karamazov yazır:

– Erkin bəy, internetə girməyən və məncə girənlərdən sayca daha çox olan seçici kontingenti REALa lazım deyil? Lazımdırsa belələri ilə işi necə aparırsınız? Məsələn, “İlqar Məmmədovu tanıyırsanmı” sualına internetə girən və ya girməyən heç kimdən müsbət cavab ala bilməmişəm.
22:43
Erkin Qədirli: İnternet məsələsində bu sualın cavabı əvvəlki sualın cavabı ilə üst-üstə düşür.

İlqar Məmmədov və ya başqa üzvümüz haqqında “müsbət cavab” ala bilməmənizin səbəblərini şərh etməkdə çətinlik çəkirəm (aydınlatmaya ehtiyac var). Biz özümüzü “yaxşı adamlar” kimi təqdim etməkdən çox uzağıq. Siyasətdir bu! Burada sentimental və ya romantik olmağa dəyməz. Biz özümüzü başqalarından üstün saymırıq. Siyasətə başqalarına ağıl vermək, əxlaq dərsi keçmək üçün gəlmirik. Biz çox adi adamlarıq, cəmiyyətimizdə bizdən də yaxşıları var, heç şübhəsiz. Amma biz bütün səmimiyyətimizlə gəlirik siyasətə, yanlışlıqlarımızı görürük, tənqidlərdən nəticələr çıxarırıq, haqsız olduğumuz halda üzr istəməyi bacarırıq. Məsuliyyətin də altına girməkdən çəkinmirik.
22:43
EQ: Twitter vasitəsilə daxil olan digər sual Samir Gulusoy adlı istifadəçidəndir:

– Erkin bəy, səhv etmirəmsə, siz qələbəni 2018-ə planlaşdırırsınız, bu belədirmi?
22:45
Cavab: 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olacaq. Mən həmin ildə Azərbaycanda parlament respublikasının bərpası uğrunda çalışıram. REAL-da, demək olar ki, hamı belə düşünür. Əsl qələbəmizi də bunda görürük, ona doğru gedirik.
22:46
Sual [Subhi]: Hormətli Erkin bəy, salam…Necə düşünürsünüz son hadisələrdən sonra demokratik düşərgə seçkilərə az müddət qalmış vahid namizəd məsələsini müsbət reallaşdıra biler?

22:51
Cavab: Səmimi deyirəm – bilmirəm. REAL öz planları ilə məşğuldur, digər müxalif partiyaların arasında vasitəçilik etmək niyyətində deyil. Zaman bizə işləyir, tələsən yerimiz yoxdur, gələcək bizimdir. Onlar isə ciddi düşünməlidirlər, hələ də gec deyil. Biz ümid etmirik onların birləşəcəyinə, amma birləşəcəkləri təqdirdə onları dəstəkləyə bilərik. Birləşmənin də sağlam təməli və aydın üfüqləri olmalıdır. Sözdə birlikləri çox gördük. Yetər!
22:52
Sual [Kamran]: REAL mənə Baltikada 80-ci illərin sonlarında fəaliyyət göstərən intellektual klublari xatırladır. Onlar o zamanlar xalq hərəkatına çox böyük təkanlar vermişdilər. Amma sonradan böyük bir siyasi qüvvəyə çevrilə bilməmişdilər. Siz, bu il Azərbaycanda seçki ili olduğunu nəzərə alıb, daha çox elektorata malik olan müxalif güclərlə birleşib, hərəkat şəklində seçkilərə getmək haqqında düşünmürsünüzmü (meselen “EL”? Azərbaycanda böyük hərəkat yaratmadan, məhz normal seçkilərlə hakimiyyəti dəyişmək Sizcə mümkündürmü?
22:55
Cavab: Bu sualın cavabı əvvəlki suallara cavablarımla üst-üst düşür. Odur ki, təkrarlanmaq istəmirəm.
Tək bir şeyi əlavə edim. Siyasi təşkilat mütləq seçkilərə hazırlaşmalıdır (seçkilərin necə keçirilməsindən asılı olmayaraq).
Fürsət + Fərasət > İmkan
22:56
Sual [Selim Milli]: Erkin bəy, REAL-ın seçkiyə qatılmağının əsas məqsədi? Real təşkilatlandırma baxımında seçkiyə hazırdır, yoxsa təşkilatlanmamış müxalif elektoratın səsləri uğrunda mübarizə aparacaq?
22:58
Cavab: Bu sualın da cavabı əvvəlki sualların cavablarında var.

Ölkəmizdə seçicilərin böyük əksəriyyəti heç kimindir. Nə iqtidarındır, nə də müxalifətin. REAL həmin bu əksəriyyətin səsləri uğrunda çalışır.
22:59
Emil Quliyev [moderator]: Erkin bəy, təəssüf ki, bizə ayrılan vaxt artıq başa çatdı.
İki saatdan çox vaxtınızı Sərbəst Kürsüyə ayırıb sualları cavablandırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

23:00
Erkin Qədirli: Siz də çox sağ olun. Bu fürsətə görə bir daha təşəkkür edirəm. Suallara görə də hər kəsə təşəkkür edirəm. Yazılı formatda məhdud vaxt ərzində hamının sualına cavab vermək mümkün olmadığına görə iştirakçılardan üzr istəyirəm. İnanıram ki, əlavə fürsətlərimiz olacaq və onları sualları cavabsız qalmayacaq. Sağ olun!
23:00
Emil Quliyev: Mən də eyni zamanda oxucularımıza göstərdikləri diqqətə görə minnətdaram. SƏRBƏST KÜRSÜ SİZİN BLOGUNUZDUR! Sərbəst Kürsünün növbəti sayında görüşənədək.

23 responses to “Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!”

  1. Murad613 says:

    #skvoa

    Erkin bey,
    İlqar beyin hebs olması (hüquqi baxımdan) prezidentliye namized olmasına
    bir manea töreder mi?

  2. Emin says:

    Mənə maraqlıdır: Niyə REAL hərəkatı həmişə tısbağa kimi yavaş-yavaş hərəkət edir bütün məsələlərdə. İndiyə kimi bir məsələ olmayıb ki siz ona vaxtında reaksiya verəsiz ya da bir işi vaxtında görəsiz. Elə İlqar müəllimin prezidentliyə namizəd elan olunması misalı buna əyani subutdur. Bu yanaşma ilə sizdən cumhuriyyət quran olmaz. İndi çevik qurumların dövrüdür.

    • Cavid says:

      Yazılış tərzinizdən aydın olur ki məqsədiniz sual vermək yox fikir bildirməkdir və fikir yönəltməkdir. Prezidentliyə namizədlik məsələsi beynəlxalq və yerli təcrübədən məlum olduğu kimi 1 ildən yaxın müddətdə bəyan edilir. İndiyə qədər mövcüd siyasi partiyalar arasında vahid namizəd məsələsi müzakirə edildiyniə görə heç bir partiya namizədini açıqlamağa tələsmirdi. ilk olaraq İsa bəy namizədliyini irəli sürdü və vahid namizədlik məsələsinin müzakirəsi demək olar ki dayandırıldı amma hadisələrin gedişi bu müzakirələri bərpa edə bilər. Yalnızca İsa bəy prezidnetliyə namizədliyini irəli sürdü və bu bir çoxları tərəfindən pozuluculuq cəhdi kimi dəyərləndirildi. və İsa bəydən sonra İlqar bəyin prezidentliyə namizədliyi bəyan edildi. amma bundan öncə də bir neçə dəfə REAL ın namizədinin İlqar bəy olacağı müəyyən səviyyədə bildirilmişdi. və hələ prezident seçkilərinə ən az 8 ay var

  3. Эльчин says:

    Уважаемый Эркин б,Мой Вам вопрос…. .Почему после всех стольких митингов, а в частности в Бина, в Исмаиллах ,в самом Баку президент молчит?

  4. Ruslan says:

    Salam,
    Ilqar bey hebs olunmasaydi, REALin namizedi kim olacaqdi qarshidaki seçkide???

  5. Farhad says:

    2013 oktyabr prezident sechkilerinde seslerin sayilmasinda saxtalashdirmanin olmayacagina inanirsinizmi? eger inanmirsizsa, ishtirak etmekde REALin meqsedi nedi?

  6. Sosioloq says:

    Erkin bey, Azerbaycan’daki dindar zümre ile bağlı konkret planlarınız varmı? Varsa bir az açıqlaya bilersinizmi?

  7. Rüfət Abdulla says:

    Erkin müəllim, sizi salamlayıram!
    Sizi 15 ildir ki, taıyıram, əvvəl Universitetdə müəlimim olmusunuz, sonra qısa müddət də olsa həmkar olmuşuq, ində də ictimai-siyasi fəaliyyətinizi yaxından izləyirəm. 2 sualım olacaq:
    – Birincisi, biraz eqostik səsləncək çünki özüm də hüquqşünasam, mən hər zaman hüquqşünasları ziyalıların elitası hesab etmişəm, əlbəttə ki, idealda. BDU-nun el rasında “prokurorluq fakultesi” ve onun mezunlarının bu siyasi rejimin susan cəza alətinə çevrildiyi vəziyyəti deyil. Amma 90-ların sonu, 2000-lərin əvvəlində o cümlədən və birinci növbədə sizin sayənizdə hüquqa hələ romalıların dediyim “haqq-ədalət elmi” kimi baxan yeni nəsil hüquqşünaslar yetişməyə başladı. Nədən siz siyasətə qoşulmaq qərarına gəldiniz? Bəyəm biz, hüquqşünaslar bundan üstün olmalı deyilikmi?

    – İkinci sual: İlqar Məmmədov sizin təşkilatın sədridir və “ən yaxşı” Azərbaycan ənənələrində məhz sədrin namizədliyinin irəli sürülməsi ağlabatandır. Halbuki, məsələn ABŞ ənənəsində namizədlər heç də partiyanın liderləri olmaya bilər. Nədən məhz İlqar Məmmədov? Alternativ partiyadaxili müzakirələr oldumu? Yoxsa onun həbsi bu seçimi alternativsiz etdi. Sizin gənclər arasında daha populyar olduğunuzu desəm yəgin ki, yanılmaram. Çünki sizin ən azından daha yaxın tanıyırq.

    Təşəkkür

  8. Михаил says:

    Эркин бей, скажите какие есть новости от Ильгара Мамедова?

  9. J.A. says:

    Erkin bey, salamlar! Rasul Guliev axirinci video-danishiginda muxalifetden egane namizad olmasinin tam eleyhine oldugunu soyledi, hech olmasa temiz sechkilere nail olana kimi. Siz bu barede ne dushunursuz?

  10. Cavad says:

    Erkin bey,

    elektoratin yalniz virtual alemdeki follower/user-lerden ibaret olmadigi aydindir. boyuk bir kutle var ki, sizin kimi insanlardan, REALliqdan bixeberdirler. indiki mehdud sheraitde onlarla elaqe qurmagin en mentiqli yolunu nede gorursuz?

  11. Subhi says:

    Hormetli Erkin bey salam…Nece dusunursuz son hadiselerden sonra demokratik duserqe seckilere az muddet qalmis vahid namized meselesini musbet reallasdira biler,,,?
    Twk edirem…Allah komeyiniz olsun…

  12. Kamran says:

    Salam Erkin müellim,

    REAL mene Baltikada 80-ci illerin sonlarinda fealiyyet gösteren intellektual klublari xatirladir. Onlar o zamanlar xalq herekatina chox böyük tekanlar vermishdirler. Amma sonradan böyük bir siyasi quvveye chevrile bilmemishdirler. Siz, bu il Azerbaycanda sechki ili oldugunu nezere alib, daha chox elektorata malik olan müxalif güclerle birleshib, herekat sheklinde sechkilere getmek haqqinda düshünmürsünüzmü (meselen “EL”? Azerbaycanda böyük herekat yaratmadan, mehz normal sechkilerle hakimiyyeti deyishmek Sizce mümkündürmü?

  13. Selim Milli says:

    Erkin bey Real-ın seçkiyə qatılmağının əsas məqsədi? Real təşkilatlandırma baxımında sekiyə hazırdır yoxsa təşkilatlanmamış müxalif elektoratın səsləri uğrunda mübarizə aparacaq?

  14. Emin says:

    Salam. Mənim iki sualım var.
    1-ci sualım belədir ki, yaxın aylarda REAL-ın fəaliyyətinin genişləndirilməsi istiqamətində nəzərəçarpan addımlar (regionlara səfərlər, üzvlüyə çağırışlar, xalq görüşlərinin keçirilməsi və sair kimi) atması gözlənilirmi ?

    2. Çıxışlarınızda qeyd edirsiniz ki, REAL yaranmaqda olan bir partiyadır, və hələ bu proses davam edir. Sizcə İlgar Məmmədovun prezident seçkiləri ilində həbsi REAL-ın partiya kimi formalaşdırılmasının yekunlaşması üçün bir fürsət ola bilərmi ?

  15. Rüfət Həsənov says:

    Müsavat Partiyasının bir nümayəndəsi REAL-ı ittiham etdi ki, REAL 5 ildə öz nizamnaməsini, məramnaməsini hazırlaya bilməyib. Niyə REAL 5 il ərzində ortaya ciddi bir sənəd qoya bilməyib? Bu il seçkilər ilidir, ənənəvi müxalifəti ittiham edirdiniz ki, platforma yox, komanda yox. Sizdə də hələ də ortada sənəd yoxdur, komanda elan edilməyib. Fərqiniz nədir?

  16. venry says:

    Erkin Bey salam. Bir cox muxalif qruplar ve partiyalarin istediyi kimi ani, suretli ve radikal deyisiklik evezine sizin daha yavas, konstruktiv ve daha mulayim addimlarla deyisiklik getirmek isteyinizi beyenirem. Shexsi fikrim budur ki, cemiyyetde radikal deyisiklikler her zaman her sahede tsunamiler yaradir, tsunamileri kontrol etmek ise, imkansiz olmasa da, cetindir. Menim sualim budur ki, bu prinsipinizi ve yanasmanizi ne vaxta qeder davam etdirmeye dusunursunuz, bunun da bir heddi varmi? Xususiyle getdikce artan tezyiq, ozbasinaliq ve qanunsuzluqlar isiginda..

    Tesekkurler..

  17. Bayram says:

    Hadisələrin inqlabi xarakter alacağına REAL nece baxır və buna hazırdırmı?

  18. Ilkin Huseynli says:

    Facebook’da “Secki2013” səhifəsinin prezident seçkilərinə dair keçirdiyi sorğunun nəticəsində REAL Hərəkatından namizəd kimi göstərilən hər iki şəxsin – Erkin Qədirli və İlqar Məmmədov – topladığı səslərin cəminə nəzər saldıqda REAL Hərəkatının seçkilərdə AXCP, YAP və Müsavat’dan sonra 4-cü yerdə qərər tutduğunu görərik. O səhifədə 90 minə yaxın sorğunu görmüş, leyk, cavablandırmamışdır və orada bir çox saxta profillər və s. olma ehtimal böyükdür, lakin bütün bunlara baxmayaraq həmin sorğudan müəyyən nəticə çıxarmaq olar REAL adına. Sizin fikrinizcə, REAL’ın həqiqi prezident seçkilərində qalib gəlmə ehtimalı nə qədərdir? Və əgər ehtimal azdırsa o zaman, REAL özü namizəd irəli sürməyib, hansısa müxalif siyasi partiyanı dəsdəkləyə bilməzdimi? (gələcəkdə koalisiya höküməti qurmaq şərti ilə). Misal üçün AXCP.

  19. Elchin says:

    Erkin bey,
    Size universitetden bir orator ve savadli shexs kimi simpatiyam var. Odur ki sualimisemimiyyetine inanin. İlqar bey hansi xususi bilik bacariqlarina gore sizi usteleyir ki prezidentliye onun namizedliyi verilir?

  20. Orik says:

    Salam Erkin m. Təəssüf edirəm ki, Rusiya qonşumuzdur. Mən Rusiyada heqiqi mənada demokratiya olmadan ölkəmizdə də bunu görə bilmirəm. REALın hakimiyyete geleceyi teqdirde sizin yuxarıda bildirdiklərinizi reallaşdıra biləcəyinə inanmıram. Azərbaycanda hakimiyyətdə olan istənilən qüvvə Rusiyanın diqtə etdikləri əsas məqamlarla razılaşmasa, ölkədə terror da olar, müharibə də başlayar, əlavə ərazi itkisi də olar və sair. Nə Avropa, nə ABŞ 1-2 bəyanatdan başqa heç nə edə bilməz. Gürcüstan foks göstərmək istədi, amma alınmadı. Heç alına da bilməzdi, reallıq budur. Azərbaycanda oxşar praktikanın daha agir nəticələrə səbəb olacagini düşünürəm. Səmimi münasibətiniz rica edirəm. Gəlin bir-birimizi aldatmayaq!

  21. Johny G says:

    Yuxarıda cavablarınızın birində “Bir müddət bəzi siyasi məhdudiyyətlər təyin olunacaq (keçici olaraq)” yazdınız. Hansı siyasi məhdudiyyətlər nəzərdə tutulur? İndiki sistemin məhdudiyyətlərindən fərqi nə olacaq?

    Siyasi sistemin yenidən qurulacağını, parlamentin və nazirlər kabinetinin buraxılacağını qeyd edirsiniz, boşluqları doldurmaq üçün REAL-da kifayət qədər səviyyəli, təcrübəli və təhsilli kadr, resurslar var?

    Erkin bəy, daxildə görüləcək işlər və reformlar barədə REAL-ın mövqeyi az-çox aydındır. Maraqlıdır, REAL xarici siyasətdə, beynəlxalq səhnədə və regionda Azərbaycanın yeni imic, rol və mövqeyini necə görür? Dəyişiklər hansı dəyərlər əsasında həyata keçirilcək?

    Qarabağ məsələsində mövcud vəziyyətdən çıxış yolu kimi REAL ölkənin daxili və xarici siyasətində hansı dəyişikliklər təklif edir? Problemin həll olunması üçün cəmiyyətin rolu nə olacaq?

    Və sonda, Azərbaycanda keçid dövrü üçün hansısa başqa ölkənin modellindən istifadə olunacaq, yoxsa sizcə Azərbaycanın öz keçid yolu var?

    Çox sağ olun!

Leave a Reply to Bayram Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR