İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik

Posted March 26th, 2013 at 3:37 pm (UTC-4)
28 comments

O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə də, aksiyaların təşkilatçısı olmaqdan çəkinmədiyini bildirir.

Bu həftə Sərbəst Kürsünün qonağı Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadədir. Martın 27-də İlkin Rüstəmzadə sizin suallarınızı cavablandırıb.

—————————————————————————————

21:00 / 27 mart 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsüdə sizin suallarınızı İlkin Rüstəmzadə cavablandırır.

21:02
Emil Quliyev [moderator]:
İlkin bəy, axşamınız xeyir. Sərbəst Kürsüyə xoş gəlmisiniz.

21:03
İlkin Rüstəmzadə: Çox sağ olun. Hər vaxtınız xeyir

21:04
EQ: İlkin bəy, ilk sualı Xeybər adlı oxucu göndərib, o, aktiv gənclərin taleyindən narahatdır:

 – İlkin bəy,Siz bildirirdiniz ki,bu aksiya sırf ictimai aksiyadır və tələb birmənalı olaraq orduya nəzarətin güclənməsi,qayğının artırılması və buna oxşar digər istəklərdən ibarət idi.Bu məsələdə siyasi amil olaraq nəsə görürsünüzmü?Aktiv gənclərə qarşı bir çox dövlət orqanlarının apardığı gülünc,standart hərəkətləri necə təsvir edərsiz?
21:08
Cavab: Aksiya tamamilə sivil, dinc aksiya idi. Bu aksiya heç bir siyasi qurum, təşkilat tərəfindən yox, fərdlər-gənclər tərəfindən təşkil olunmuşdu. Siyasi çalar verməmək üçün maksimum dərəcədə çalışdıq. Amma, əks tərəfin-hökümətin, hüquq mühafizə orqanlarının atdığı addımlar hadisəni siyasiləşdirdi. Həbslər birmənalı olaraq siyasi motivlidir və haqsızdır.
21:09
Sual [Kamil Quliyev]: Sizi 6 günlük saxlamışdılar. Nəsə səbəb göstərmişdilər?
21:14
Cavab: İnzibati Xətalar məcəlləsi 310cu maddə. Polisə tabe olmamaq. Məhkəmədə polis(şahidliyi qanunsuzdur) şahid oldu, daha doğrusu üzümə durdu ki, söyüş söymüşəm. 6 sutka həbs verdilər. Polis 2 gün saxlarkən sanksiyanı 1 gün sonra verdiyindən 7 sutka sayıla bilər.
21:15
Sual [Turan]: Salam Ilkin bey mene maraqlidir?Sizin ve sizin etrafindakilar siz niye daima soyusw vasitesiyle dansirsiz?Qeyd edimki facebook ictimai sosial sebekedir,Facebookdada soyuslerniz kesilmek bilmir,Hardasa sohbet dusende kimse sizi 50 faiz muadife etse onun 30 faizi sizin soyus soyen edebsiz kimi taninmaqnizda dusur ,yeni cemiyyetde mudafie faizniz asaqi dusur.Xususiyle nida teskilati haqqinda cemiyyetde yaxsi fikirler hec yoxdur ,Avropa ya da amerkalasaq deyirsinzse hec bu olklerde bu qeder edebsizlik yoxdur, sozum size Eger lider olmaq istyrsinzse hec bir noqsan etmememlisiz.
21:19
Cavab: 1. Mən lider olmaq istəyirəm deyə bi cümlə heç vaxt işlətməmişəm
2. Söyüşü mən də dəstəkləmirəm, amma söyüş azadlığın bir formasıdır. Söyüşlə mədəniyyət olmadığı kimi mədəniyyətsizlik də olmur. Söyüşdən maksimum istifadə etməməyə çağırıram. Sadəcə, hərdən elə hisslər olur ki, artıq söyüşə zərurət yaranır
3. N!DAçıları bəyənməyən ancaq savadsız, mübarizədən qorxan və cahil insanlar ola bilər. Bu gənclər bizim kimi qapalı cəmiyyətlər üçün yanan işıqdırlar.
21:20
Emil Quliyev: Rasim Alışov adlı oxucu email vasitəsilə yazır ki, Turxan Qarışqanın sizinlə bağlı yazdığına münasibətiniz necədir?
21:23
İlkin Rüstəmzadə: Turxan mənim dəyərli dostumdur. Sadəcə zarafat edir və mən də bunu normal qarşılayıram.
21:25
Sual [Tehmasib]: Axsaminiz xeyir Ilkin bey, Icazeli aksiya teskil etmeyi fikirlesirsiniz?
21:29
Cavab: 1. Axşamınız xeyir. Konstutusiyada kütləvi toplaşma azadlığı açıq şəkildə təsbit olunub və orda icazə sözü yoxdur, xəbərdarlıq var. Sərbəst toplaşma azadlığı haqqında qanun bu baxımdan konstitusiyaya ziddir.
2. Gənclərə qarşı repressiyalara cavab olaraq razılaşdırılmış aksiya təşkil etmək fikrimiz var. Amma, bu halda da cəmiyyətin bir qismindən əks təpki gələ bilər deyə bu barədə müzakirələr aparırıq.
21:30
Sual [GrayWolf]: Salam, sence Azerbaycanda hakimiyyet ne vaxt deyishecek?
21:35
Cavab: Bu siyasi situasiyadan, insanların aktivliyindən və beynəlxalq güclərin məsələyə reaksiyasından aslıdır. Amma, beynəlxalq güclərin dəstəyini qazanmaqçün xalq sözünü deməli, özünü göstərməliyik. Xalqın mövcud siyasi rejimdən narazılığının sürətlə artığını nəzərə alsaq ən geci 2015-ci ildə, məncə, mövcud rejim gedəcək

21:36
Sual [Rehman]: Salam. Ilkin bey Rehim Qaziyeve munasibetiniz necedir ?

21:41
Cavab: Rəhim Qazıyev müdafiə naziri olanda mən hələ yenicə anadan olmuşdum. Bu səbəbdən o dövrü, prosesləri olduğu kimi bilməyim mümkün deyil. Sadəcə oxuduqlarımdan, öyrəndiklərimdən müəyyən bir fikir bildirə bilərəm ki, Azərbaycan tarixi üçün önəmli simalardandır. Pis və ya yaxşı, bunu gələcəkdə həmin illərin arxivləri açılanda dəqiq biləcəyik.

21:42
Emil Quliyev: Oxuculardan biri belə bir şərh yazıb: “Kimə işdiyirsennn ? 😀 ”

21: 47
İlkin Rüstəmzadə: Bu suallarla tez-tez rastlaşıram. Hətta ailəm belə mənim hansısa dövlətə işlədiyimə, kiminsə agenti olduğuma, xarici təşkilatlardan pul aldığıma inanırlar. Ətrafdakı insanları bu səbəbdən qınaya bilmirəm. AzTv, Eynulla Fətullayev təbliğatına inanan bir cəmiyyətə sahibik. İnsanların bu reaksiyası normaldı. Kimə işləməyimə gəlincə, hal-hazırda işsizəm və iş axtarıram.

21:48
Sual [Gunel]: Ilkin size ilk defe Eventler Krali statusun kim vermishdir?

21:50
Cavab: Bu sualı qeyri-ciddi qəbul edirəm və cavablandırmaq istəmirəm.

21:51
Sual [Cəmilə Şəms]: İlkin Rüstəmzadənin ən böyük qorxusu nədir?

21:55
Cavab: İtlər

21:57
Sual [Könül]: Bu gün sizinlə eyni fikirdə, əqidə də olan bir chox gənclər var, amma bezi sərhədlər onlara sizinle daha yaxin əlaqədə olmaga mane ola bilir. Ve siz nece onlarla əlaqə yaradib, daha mohkəm movqedə dayan bilərsiz?

22:02
Cavab: Mən heç vaxt heç kimə sərhəd qoymamışam. Bunun mənfi nəticələrini də görsəm də, sərhəd demək olar ki, yoxdur. Sosial şəbəkələrdə hər kəsə cavab verməyə çalışıram, proseslərə qoşulmaq istəyən insanlarla görüşürəm. Hal-hazırda özüm Azad Gənclik Təşkilatının üzvüyəm. Gənclər qüvvətlənmək, birləşmək, səslərini eşitdirmək, biliklərini artırmaq, dünya görüşlərini artırmaq istəyirlərsə bizim təşkilata qoşula bilərlər.

22:03
Sual [Marshall]: Salam Ilkin. Neye gore “facebookda mehshur olan” bir neche adama (Mehman, Turxan…ve s.) sert reaksiya vermirsen? “Onlar zarafat eliyib, sozum bashqalarinadi” deyib ustunnen kechirsen?

22:07
Cavab: Mehman da, Turxan da dəyərli dostlarımdı. Tənqid də edə bilərlər, zarafat da. Digər insanlar kriteriyasına isə haqsız tənqid edənləri aid edirəm.

22:08
Sual [Orxan]: İlkin nə vaxt birdə aksiya olacaq? Artıq 2-3 aksıyadı və heç bir dəyişiklik yoxdu gənclərdə azadlıq ruhu azda olsa oyandı ama dövlət isə heç bir dəyişiklik etmir.Hansısa planız varmı?

22:12
Cavab: Hal-hazırda bir planımız yoxdur. Müxakirələr aparırıq. Dəyişiklik yoxdu yanlış yanaşmadır. Dəyişiklik var və biz bunu hiss edirik. Dəyişikliyi hökümət etmir, gənclər edir.

22:14
Sual [Prostoy Vətəndaş]: Bu hakimiyyətə aksiya zad təsir etmir, bunu bilə-bilə aksiya təşkil edəndə ruhdan düşmürsən?

22:18
Cavab: Təsir etməsəydi saxta ittihamlarla həbslər olmazdı, hakimiyyət bütün repressiya maşınını işə salıb əks-təbliğat aparmazdı, nazir, PA rəhbəri səviyyəsində reaksiya verilməzdi. Təsir edir.

Digər tərəfdən lap ən pis halı düşünək:
Soljenitsın tək idi, qarşısında 200 milyon var idi. Amma bezmirdi,ruhdan düşmürdü.
22:19
Sual [Samira]: Sizce milletimizde hansi keyfiyyetler tamamlansaysdi rejimde istediyiniz dəyişikliye nail olardiq?
22:22
Cavab: Mübarizlik, mədəni səviyyə, aydın fikir, dünyəvi dəyərlərə inam və bir az səmimilik olsaydı daha yaxşı olardı.
22:23
Emil Quliyev: Email vasitəsilə daxil olan digər bir sual: Sizin fəaliyyətləriniz sizə nələrə başa gəlib, hansı təzyiqlərlə üzləşmisiniz?
22:29
İlkin Rüstəmzadə:
2 dəfə polis tərəfindən saxlandım,birində 6(7) sutka həbsdə yatdım. Bunu keçək, işimdən oldum. Universitetdən qovulmağım an məsələsidir. Şəxsi həyatım pozuldu. Ailəmin, nəsil-kökün etibarını itirdim, “Vətən xaini” damğası aldım. Rayonlarda qalan qohumlarım belə hüquq-mühafizə orqanları tərəfindən incidildi. Və ən pisi N!DAçı dostlarım həbs olundu.
22:30
EQ: Sevil adlı oxucudan daxil olan şərhdə deyilir:
 – Sualim yoxdur sadece bunu demek isteyerdim , sene halal olsun ve bele de davam et, ugurlar sene.
22:31
İlkin Rüstəmzadə: Çox sağ olun. Birlikdə davam edəcəyik!
22:32
Sual [Zabil]: Sen heqiqeten bu torpagi sevirsen ve bu torpaqdaki edaletsizliye qarwi cixirsan, yoxsa yox?

22:33

Cavab: Torpağı sevmirəm, insanları sevirəm.
22:35
Sual [Burhan]: Salam. Ilkin bey siz bu qeder teziqlere meruz qalmissiz , qohumlarinizla da uz – goz olmusuz (fb statusunda yazdiginiza esasen ) bbes siz ozunuzde bu mubarize ezmini hardan tapirsiz ?
22:40
Cavab: Demokratik, ədalətli, sosial cəhətdən bərabər, insanların hüququnun qorunduğu cəmiyyətdə yaşamaq istəyi, arzusu, yanğısı. Motivasiya mənbəyim budur.
22:42
Emil Quliyev:
Sakina adlı izləyici email vasitəsilə yazır:
 – Ilkin, burda dediklərinlə facebookda yazdıqların üst-üstə düşmür. Orada sənə event yaradan deyənləri tənqid edirsən, burada isə dostlarımdır deyirsən. Hansına inanaq?
22:46
İlkin Rüstəmzadə: Siz səhv oxumusunuz. Mən ad çəkmişəm, və həmin insanların dostum olduğunu bildirmişəm. Digər tənqidçilərin yox.
22:47
Sual [Ülvi]: Salamlar. İlkin, yaratdığın eventlər uzun müddətdən sonra Azərbaycanda oyanmaya səbəb oldu. Amma hər aksiyada bir neçə istedadlı gəncimizi qurban verdik. Bəs bundan sonra necə, bu tip aksiyalardan uzaq – uzunmüddətli də olsa insanların maariflənməsi üçün daha təhlükəsiz fəaliyyət göstərmək sənə daha məqsədəuyğun görsənmir ki? Onu da deyim ki, mən bu gün proseslərdə iştirak edən bir çox insanlara tam güvənməsəmdə sənin səmimiyyətinə tam inanıram. Əminəm ki, çoxlarında belədir. Sən indi gənclərin baxıb nümunə götürdüyü bir insansan. Odur ki, şəxsən mən sənin tutulma riskinin yüksəlməsini istəmirəm. İndi maarifləndirmə yolu ilə daha çox fayda verə bilərsən. Özündən muğayat ol.
22:51
Cavab: Mənim həbs olunmağım çox kiçik məsələdir. Mən həbs olunacam, onlarla gənc qoşulacaq. Artıq həbslər xof yaratmır, əksinə, bumeranq effekti verərək gəncləri prosesə yönəldir. Maarifləndirmə məsələsinə gəlincə. Mənim ixtisasım iqtisadiyyatdır və iqtisadi biliklərimin indiki halda cəmiyyətdə maarifləndirməyə xeyri dəyəcəyini düşünmürəm. Sosiologiya, fəlsəfə və ədəbi biliklərimi isə o qədər də yüksək qiymətləndirmirəm və düşünürəm ki, maarifçilik işi üçün mənə baxanda daha uyğun namizədlər var.

22:52
Sual [Nurane]: Ilkin son zamanlar xususile qizlarin sene olan maragindan şikayetlenirsen. Mubariz gencsen ureklisen gencler arasinda mueyyen qeder taninirsan. Bes xanimlarin seni yolda gorerken conub baxmalarini niye normal qarsilaya bilmirsen?

22:54
Cavab: Mən insanların hansısa dividentə, populyarlığa önəm verməsini yaxşı hal saymıram. O ki qaldı mənim münasibətimə. Mənim münasibətim sırf başıma gələnlərlə bağlıdı.

22:55
Sual [Tehmasib]: Sosial sebekeden istifade edenlerden basqa hec kimin bele bir aksiyalardan,hadiselerden xeberi yoxdu.bu meseleni daha cox insana catdirmaq ucun nese fikirlesirsiniz?kanallarimizda sagolsun millete lay-lay deyir.

22:58
Cavab: Yox, hamının xəbəri olur. Hətta, rayonlardakı internetsiz insanların belə. Ən az xəbəri olan kəsim facebook işlətməsinə baxmayaraq səviyyəsiz səhifələrin istifadəçisi olan, düşük sevgi nağıllarıyla nəfəs alan universitet gəncliyidir. Məhz onlar ən passiv kəsimdir. Digər tərəfdən vərəqələrin yayılması, divarlara şürarların yazılması, stikerlərin yapışdırılması və digər vasitələr hələlik ən aktiv istifadə olunan PR metodlarıdır.

22:59
Emil Quliyev [moderator]: Ilkin bəy, Sərbəst Kürsüdə iştirak etdiyiniz üçün sizə minnətdaram. Vaxtınızı ayırdığınız və sualları cavablandırdığınız üçün çox sağ olun.

23:00
İlkin Rüstəmzadə: Siz sağ olun. Buyurun.

23:00
Emil Quliyev: Oxucularımıza da aktiv iştiraka görə təşəkkür edirik. Sərbəst Kürsünün növbəti sayında görüşənədək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

28 responses to “İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik”

  1. Xeybər says:

    İlkin bəy,Siz bildirirdiniz ki,bu aksiya sırf ictimai aksiyadır və tələb birmənalı olaraq orduya nəzarətin güclənməsi,qayğının artırılması və buna oxşar digər istəklərdən ibarət idi.Bu məsələdə siyasi amil olaraq nəsə görürsünüzmü?Aktiv gənclərə qarşı bir çox dövlət orqanlarının apardığı gülünc,standart hərəkətləri necə təsvir edərsiz?

  2. Kamil Quliyev says:

    Sizi 6 günlük saxlamışdılar. Nəsə səbəb göstərmişdilər?

  3. Turan says:

    Salam Ilkin bey mene maraqlidir?Sizin ve sizin etrafindakilar siz niye daima soyusw vasitesiyle dansirsiz?Qeyd edimki facebook ictimai sosial sebekedir,Facebookdada soyuslerniz kesilmek bilmir,Hardasa sohbet dusende kimse sizi 50 faiz muadife etse onun 30 faizi sizin soyus soyen edebsiz kimi taninmaqnizda dusur ,yeni cemiyyetde mudafie faizniz asaqi dusur.Xususiyle nida teskilati haqqinda cemiyyetde yaxsi fikirler hec yoxdur ,Avropa ya da amerkalasaq deyirsinzse hec bu olklerde bu qeder edebsizlik yoxdur, sozum size Eger lider olmaq istyrsinzse hec bir noqsan etmememlisiz.

  4. Tehmasib says:

    Axsaminiz xeyir Ilkin bey. Icazeli aksiya teskil etmeyi fikirlesirsiniz?

  5. GrayWolf says:

    Salam, sence Azerbaycanda hakimiyyet ne vaxt deyishecek?

  6. Rehman says:

    Salam. Ilkin bey Rehim Qaziyeve munasibetiniz necedir ?

  7. Enka says:

    Sizin qıdınız var?

  8. Sizoofrenn says:

    Kimə işdiyirsennn ? 😀

  9. Alik says:

    20 yaşda inqilab etmək arzusunda olmayanın ürəyi, 40 yaşdan sonra isə hələ də inqilab etmək arzusunda olanın başı yoxdur sözləri barədə nə düşünürsünüz ?

  10. Gunel says:

    Ilkin size ilk defe Eventler Krali statusun kim vermishdir?

  11. Filankəs says:

    Əssalamin aleykum.Sualim Emilə yox İlkinədi.Bilməy istərdim neçə yaşinnan eynək taxir.

  12. Cəmilə Şəms says:

    İlkin Rüstəmzadənin ən böyük qorxusu nədir?

  13. Könül says:

    Bu gün sizinlə eyni fikirdə, əqidə də olan bir chox gənclər var, amma bezi sərhədlər onlara sizinle daha yaxin əlaqədə olmaga mane ola bilir. Ve siz nece onlarla əlaqə yaradib, daha mohkəm movqedə dayan bilərsiz ?

  14. Enka says:

    İlkin, uşaq vaxtı məktəbdə qızların xatirə dəftərlərindən nəşə hazırladığınız doğrudur?

  15. Marshall says:

    Salam Ilkin. Neye gore “facebookda mehshur olan” bir neche adamin (Mehman, Turxan…ve s.) sennen mezelenmesine sert reaksiya vermirsen? “Onlar zarafat eliyib, sozum bashqalarinadi” deyib ustunnen kechirsen?

  16. Orxan says:

    İlkin nə vaxt birdə aksiya olacaq?artıq 2-3 aksıyadı və heç bir dəyişiklik yoxdu gənclərdə azadlıq ruhu azda olsa oyandı ama dövlət isə heç bir dəyişiklik etmir.Hansısa planız varmı?

  17. Prostoy Vətəndaş says:

    Bu hakimiyyətə aksiya zad təsir etmir, bunu bilə-bilə aksiya təşkil edəndə ruhdan düşmürsən?

  18. Vusal says:

    Ilkin Rustemzade yene aksiya kecirtmek fikrin var?

  19. Enka says:

    Dünyaya bir daha gəlsəydin, dünyaya bir daha gəlmək istəyərdin?

  20. Samira says:

    Sizce milletimizde hansi keyfiyyetler tamamlansaysdi rejimde istediyiniz dəyişikliye nail olardiq?

  21. Kamale says:

    Ilkin bey sizden xaiw etdiyim meseleye nevaxt baxacaqsiniz

  22. burhan says:

    Salam . Ilkin bey siz bu qeder teziqlere meruz qalmissiz , qohumlarinizla da uz – goz olmusuz (fb statusunda yazdiginiza esasen ) bbes siz ozunuzde bu mubarize ezmini hardan tapirsiz ?

  23. zabil says:

    sen HEqiqeten bu torpagi sevirsen ve bu tarpaqdaki. edaletsizliye qarwi cixirsan yox sa yox.

  24. sevil says:

    Sualim yoxdur sadece bunu demek isteyerdim , sene halal olsun ve bele de davam et, ugurlar sene

  25. Ülvi says:

    Salamlar. İlkin, yaratdığın eventlər uzun müddətdən sonra Azərbaycanda oyanmaya səbəb oldu. Amma hər aksiyada bir neçə istedadlı gəncimizi qurban verdik. Bəs bundan sonra necə, bu tip aksiyalardan uzaq – uzunmüddətli də olsa insanların maariflənməsi üçün daha təhlükəsiz fəaliyyət göstərmək sənə daha məqsədəuyğun görsənmir ki? Onu da deyim ki, mən bu gün proseslərdə iştirak edən bir çox insanlara tam güvənməsəmdə sənin səmimiyyətinə tam inanıram. Əminəm ki, çoxlarında belədir. Sən indi gənclərin baxıb nümunə götürdüyü bir insansan. Odur ki, şəxsən mən sənin tutulma riskinin yüksəlməsini istəmirəm. İndi maarifləndirmə yolu ilə daha çox fayda verə bilərsən. Özündən muğayat ol.

  26. Nurane says:

    Ilkin son zamanlar xususile qizlarin sene olan maragindan şikayetlenirsen. Mubariz gencsen ureklisen gencler arasinda mueyyen qeder taninirsan. Bes xanimlarin seni yolda gorerken conub baxmalarini niye normal qarsilaya bilmirsen?

  27. Tehmasib says:

    Sosial sebekeden istifade edenlerden basqa hec kimin bele bir aksiyalardan,hadiselerden xeberi yoxdu.bu meseleni daha cox insana catdirmaq ucun nese fikirlesirsiniz?kanallarimizda sagolsun millete lay-lay deyir.

Leave a Reply to Alik Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər