Eldar Namazov: Hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur!

Posted June 11th, 2013 at 1:28 pm (UTC-4)
8 comments

Azərbaycanda prezident seçkilərinə 4 ay qalmış, ölkənin gündəmində olan əsas məsələ Milli Şuradır. Artıq qurumda ilk təyinatda baş tutub. Belə ki, sədri Rüstəm İbrahimbəyov rəhbər seçildikdən sonra sərəncam imzalayaraq “EL” hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib.

Milli Şuranın bundan sonrakı fəaliyyətinin necə olacağına aydınlıq gətirmək və Milli Şura  barədə suallara cavab tapmaq üçün bu həftə Sərbəst Kürsüyə Eldar Namazovu dəvət etmişik. İyunun 12-si Bakı vaxtı ilə axşam saat 9:30-dan 11:00-dək  “El” hərəkatının sədri Eldar Namazov oxucularımızın suallarını cavablandırıb.

————————————————————————————————————————————————-

21:30/12 iyun 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsüdə sizin suallarınızı isə El Hərəkatının lideri Eldar Namazov cavablandırır.

21:31
Emil Quliyev [moderator]: Eldar bəy, sizi öz adımdan və oxucularımız adından Sərbəst Kürsüdə salamlayıram.

21:32
Eldar Namazov: Minnətdaram!

21:32
Emil Quliyev: Biz də sizə dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq! Vaxtı uzatmadan oxucularımızdan daxil olan ilk suala keçmək istəyirəm. İlkin adlı oxucu  yazır:
– Xahiş edirəm, çalışın əziyyət çəkin, vuruşun amma REAL-ı, AMİP-i və Bəxtiyar Hacıyevi Milli Şuraya üzv edin. Qüruru bir tərəfə buraxmağın vaxtıdır.

21:40
Eldar Namazov: Onların hamısı ilə bizim çox ciddi müzakirələrimiz olub və MŞ-da onları görmək istərdik. Ancaq bu gün onlar müəyyən gözləmə mövqeyindədirlər. Biz MŞ-nın qapılarını açıq saxlayırıq və gələcəkdə onların qərarları qətiləşsə məmuniyyətlə bir yerdə olacağıq.

21:41
Sual [Vafiq]: MŞ Aparatında bütün partiyalar (yeni MŞ da olanlar) temsil olunacaqmı?

21:50
Cavab: Milli Şuranın İcra Aparatı, komissiyaları, komitələri və Məşvərət Məclisi yaradılacaq. Onların hamısında MŞ-ya daxil olan siyasi partiyaların, ziyalıların, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunacaqlar.

21:51
Sual [Süleyman Sultanlı]: Eldar müəllim, sizin İcra Aparatının rəhbəri seçməyinizin səbəbi nə idi. Yəni konkret hansı işlər sizin üzərinizə düşür bu prosesdə?

22:11
Cavab: Milli Şuranın təsis edilməsi ilə bağlı bir neçə ay çox gərgin proses gedirdi. İctimai Palataya, Məşvərət Məclisinə daxil olan siyasi partiyalarla, ziyalılarla, ictimai qurumlarla, gənclər təşkilatları ilə çoxsaylı məsələləri razılaşdırmaq lazım idi. Eyni zamanda, ideya müəllifi Rüstəm İbrahimbəyovla bu məsələləri müzakirə etmək vacib idi. Bu danışıqların xeyli hissəsini mən aparırdım və bir neçə dəfə xaricə səfər edib Rüstəm bəylə də müzakirələr aparırdım. Bu heç kəsə sir deyil və mətbuatda kifayət qədər işıqlandırılmışdır. İcra Aparatının sədri funksiyası da təqribən eynidir və proses başa çatanda, təsis konfransına hazırlaşanda artıq bir sıra partiya sədrləri də mənə bu işi gələcəkdə də həvalə olunması ilə bağlı təkliflər səsləndirdilər. Ona görə də MŞ-nın sədrinin qərarı onlar üçün gözlənilməz olmadı.

22:12
Emil Quliyev: “Sabina KasimovaTwitter istifadəçisi soruşur:

– Eldar bəy, Rüstəb İbrahimbəyovun hazırda məcburi mühacirətdə olduğunu söyləmək mümkündürmü?

22:18
Cavab: Xeyr, Rüstəm bəy hal-hazırda könüllü olaraq ABŞ-a, sonra Avropaya səfərlər edir, Milli Şuranın məqsədləri və planları haqqında çox mühüm və vacib danışıqlar aparır. İnşallah, iyun ayının təqribən 25-də Bakıya qayıdacağı gözlənilir.

22:19
Sual [Rasim]: Rüstəm bəyin vahid namizəd olması qarşısında başlıca problem nədən ibarətdir?

22:26
Cavab: Mən böyük və ciddi problem görmürəm. Sadəcə olaraq bir sıra vacib məsələləri (xüsusən keçid dövrünə aid olan məsələləri) bəzi partiya liderləri ilə üz-üzə oturub, müzakirə edib razılığa gəlmək lazımdır. Rüstəm bəyin Bakıya qayıdandan sonra, bu məsələlər öz həllini tapacaq.

22:27
Emil Quliyev:  Akşin Elli-Milli Facebook vasitəsilə yazır:

 – Rüstəm bəyin Amerikada olduğunu dediniz. Burada kimlərlə görüşür. ABŞ dövlət rəsmiləri onu qəbul edəcəkmi?

22:32
Eldar Namazov: Rüstəm bəylə hər gün əlaqə saxlayırıq. ABŞ-da görüşlərlə bağlı səfər başa çatandan sonra özü geniş açıqlama KİV-lərə verəcək. Yalnız onu deyə bilərəm ki, səfər çox uğurludur və MŞ-ya maraq çox böyükdür.

22:36
Sual [Rasim]: Mətbuatda gedən məlumata görə, Rüstəm bəy namizəd ola bilməz, çünki o, son 10 ili Azərbaycanda yaşamalıdır. Belə bir şey var? Əgər varsa, digər vahid namizəd kim ola bilər?

22:44
Cavab: Belə bir problem yoxdur. Rüstəm bəy daimi Bakıda yaşayır. Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədridir. Bakıda fəaliyyət göstərən İBRUS teatrının rəhbəridir. Sadəcə olaraq, onun dünyada çox tanınmış sənətkar olduğundan tez-tez xaricə səfərlər edir, müxtəlif ölkələrdə kino və teatr layihələrinə rəhbərlik edir, həyata keçirir. Dünya şöhrətli, karifey sayılan insanlar üçün bu tez-tez rast gələn adi haldır.

22:45
Sual [Rauf Ağayev]: Hormetli Eldar muellim! Milli Shurada aparici insanlardan biri olaraq sizden bir sual sorushmaq isterdim. Aslan Ismayilovun Milli Shurada olmamasini nece qiymetlendirirsiz?

22:53
Cavab: Onun mətbuata açıqlamasından bəlli oldu ki, o MŞ-nı dəstəkləyir, ancaq heç bir qurumda təmsil olunmaq fikrində deyil. Mən Azərbaycanda bir-sıra məşhur adamları tanıyıram ki, onlar da bu mövqedən çıxış edirlər. Onların arasında tanınmış yazıçılar, şairlər, elm və mədəniyyət xadimləri var. Hesab edirəm ki, MŞ-da təmsil olunmayan məşhur adamların da MŞ-ya açıq dəstəyi böyük əhəmiyyət kəsb edir.

22:54
Sual [Nərmin]: Rüstəm İbrahimbəyovun namizədliyinidə problem görmədiyinizi qeyd etmisiniz. Bəs ikili vətəndaşlıq və konstitusiya? Əgər hökümət bunu irəli sürüb namizədliyi qeydə almaqdan imtina etsə, bu ehtimalda namizəd kimi İcra Aparatının rəhbəri əvəzləyəcək, ya necə?

22:57
Cavab: Rüstəm bəy ikili vətəndaşlıq ilə bağlı uydurmaları təkzib edir. Güman etmirəm ki, MŞ hansısa başqa namizəd axtarışına başlasın. Mən Rüstəm bəydən başqa MŞ-nin vahid namizədi ola biləcək şəxsi görmürəm. MŞ-da layiqli adamlar çoxdur, ancaq hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur.

22:58
Emil Quliyev [moderator]: Eldar bəy, vaxtınızı ayırıb sualları cavablandırdığınız üçün sizə dərin minnətdarlığımızı bildiririk!

22:59
Eldar Namazov: Suallarınıza görə təşəkkür edirəm! Hamınıza uğurlar diləyirəm!

23:00
Emil Quliyev: Mən oxuculara da təşəkkür edirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR Sərbəst Kürsünün növbəti sayında görüşənədək…

8 responses to “Eldar Namazov: Hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur!”

  1. İlkin says:

    Xahiş edirəm, çalışın əziyyət çəkin, vuruşun amma REAL-ı, AMİP-i və Bəxtiyar Hacıyevi Milli Şuraya üzv edin. Qüruru bir tərəfə buraxmağın vaxtıdır.

  2. Vasif says:

    MŞ Aparatında bütün partiyalar (yeni MŞ da olanlar) temsil olunacaqmı?

  3. suleyman sultanli says:

    Eldar müəllim, sizin İcra Aparatının rəhbəri seçməyinizin səbəbi nə idi. Yəni konkret hansı işlər sizin üzərinizə düşür bu prosesdə?

  4. rasim says:

    Rüstəm bəyin vahid namizəd olması qarşısında başlıca problem nədən ibarətdir?

  5. Rauf Agaev says:

    Hormetli Eldar muellim! Milli Shurada aparici insanlardan biri olaraq sizden bir sual sorushmaq isterdim. Aslan Ismayilovun Milli Shurada olmamasini nece qiymetlendirirsiz?

  6. Kamran says:

    Salam Bəy. Adətən iki ilə vacib islahatlar keçirməyin mümkünsüz olduğunu qeyd edənlər var. Mən də bu fikri qismən bölüşürəm, amma əsasən yönlərdə , hətta da qismən də olsa , uğura nail olmaq olar?

  7. Nərmin says:

    Rüstəm İbrahimbəyovun namizədliyinidə problem görmədiyinizi qeyd etmisiniz. Bəs ikili vətəndaşlıq və konstitusiya? Əgər hökümət bunu irəli sürüb namizədliyi qeydə almaqdan imtina etsə, bu ehtimalda namizəd kimi İcra Aparatının rəhbəri əvəzləyəcək, ya necə?

  8. Tofiq Hacili says:

    Eldar muellim yaxin gelecekde Rustem muellim vahid namized oldugu teqdirde xalqa efirden xitabi zamani onun Azerbaycan dili danisiginin mehdud oldugunu nezere alaraq effektivlik cehetden menfi tesiri ola bilermi sizce?

Leave a Reply to Kamran Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR