Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!

Posted September 4th, 2013 at 9:20 am (UTC-4)
22 comments

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmamasından sonra ehtiyat vahid namizəd tarix emləri doktoru Cəmil Həsənlinin namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyası artıq onun namizədlik müraciətini qəbul edərək Milli Şuraya imza vərəqələrini təqdim edib. Bu gün Modern.az-ın verdiyi məlumata görə isə, tələb olunan 40 min imzadan da çox – 45 min imza qısa müddət ərzində toplanaraq Bakıya göndərilib. Bununla yanaşı Milli Şuranın fəaliyyəti və vahid namizədi haqda müxtəlif təbəqələrdə müxtəlif suallar qaldırılmaqdadır.

Bu suallara cavab tapmaq üçün bu həftə Sərbəst Kürsü canlı onlayn forumuna Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəvət etmişik. Sentyabrın 4-ü Bakı vaxtı ilə axşam saat 21-dən 23-dək Cəmil Həsənli oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

———————————————————————————————————————–
21:00 / 04 sentyabr 2013
Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlidir.

21:02
Emil Quliyev [moderator]: Cəmil bəy, sizin Sərbəst Kürsüdə salamlayırıq. Vaxtınızı ayırıb Sərbəst Kürsəyə gəldiyiniz üçün minnətdarıq.

21:05
Cəmil Həsənli: Təşəkkür edirəm, Emil bəy! Maraqlı suallar olacağını düşünürəm. Azərbaycanda mühüm bir siyasi kampaniya başlanılıb. Biz seçki hazırlıqları dövrünü yaşayırıq. Ölkəmizdə bu məsələlərlə bağlı ciddi problemlər var. Ümid edirəm ki, bu istiqamətdə sizin suallarınızı cavablandıra biləcəyəm.

21:06
Emil Quliyev: Cəmil bəy, biz də ümid edirik bugünkü suallar məhz bu mövzuda olacaq və sizun Sərbəst Kürsüdə iştirakınız oxucularımızın Milli Şura və prezident seçkilərində iştirakla bağlı suallarına cavab  tapmaq imkanı yaradacaq. Foruma ilk sualı Süleyman Sultanlı adlı oxucu göndərib. O yazır:
– Cəmil müəllim salam. Biz sizə güvənirik. Mən şəxsən Rüstəm İbrahimbəyovdansa sizin namizəd olmanızı istəyirdim və şükürlər olsun, nəhayət namizəd oldunuz. Sualım belədir ki, siz əvvəl namizəd olmaq istəmirdiniz. Nə üçün? Və hansı hadisədən sonra namizədliyi qəbul etmək qərarına gəldiniz. Uğurlar!

21:13
Cavab: Süleyman bəy təşəkkür. Milli Şura modeli Rüstəm bəyin şəxsiyyəti üzərində qurulmuşdu. Bu uğurlu bir model idi. Rüstəm İbrahimbəyov Azərbaycan ziyalı elitasının yüksək pilləsində dayanan bir fikir adamıdır və Milli Şura doğru olaraq onun namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Lakin məlum prosedur çətinliklər, Rüstəm bəyin namizədliyi üçün əlavə çətinliklər yaratdı. Milli Şura ciddi bir böhranla qarşılaşdı. Bu halda həm Rüstəm bəy, həm də Milli Şurada təmsil olunan aparıcı partiyalar bu missiyanı üzərimə götürməyi məndən xahiş etdilər. Baxmayaraq ki, mən əvvəl bu yükü üzərimə götürməkdən imtina etmişdim. Yaranmış böhranlı vəziyyət və qeyd etdiyim rəhbər xadimlərin xahişlərini nəzərə alaraq mən Milli Şuranın yeni namizədi olmağa razılıq verdim.

21:14
Sual [Cenublu]: Sizin siyasətinizdə Güney Azərbaycan hansı yeri tutur. Bizim hüquqları müdafiə edən ata dövlətimizi görəcəyikmi? Allahdan Elçibəyə rəhmət diləyirəm

21:22
Cavab: Əbülfəz bəyə sayğılı münasibətinizə görə təşəkkür edirəm. Güney sevgisi bizim içərimizdə unudulmaz müəllimimiz Əbülfəz bəy yaradıb. Əlbəttə, Güney Azərbaycanla bağlı insan haqları, dil və mədəniyyət haqları, tarixi keçmişə sahiblik haqqı kimi məsələlərdə zəruri addımların atılması vacibdir. Güneyli dostlarımızın müstəqil Azərbaycanda hər hansı ayrı-seçkiliyə məruz qalması ədalət anlayışından çox uzaqdır. Güneyin milli mübarizə tarixinin yazılması ilə bağlı bir sıra araşdırmalar aparmışam. Hesab edirəm ki, Güney probleminin müzakirə gəlməsi baxımından bu araşdırmalar müəyyən rol oynayıb. Bununla belə qonşu dövlətlərə münasibətdə beynəlxalq münasibətlərin universal prinsipləri, beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən yanaşılmasının vacib hesab edirəm.

21:23
Emil Quliyev [moderator]: Kemale Resid adlı Twitter istifadəçisi soruşur:

– Londona seferinizin meqsedi nedir? Bu seferi kim teskil edib?

21:28
Cavab: Sualınız üçün təşəkkür edirəm Kəmalə xanım.
Bu dəvət Londonda fəaliyyət göstərən bir cəmiyyət tərəfindən həyata keçirilir. Burada söhbət Azərbaycanda prezident seçkiləri ilə bağlı, seçki mühiti, seçki demokratiyası və hazırkı seçki şəraiti ətrafında müzakirələr keçirməkdir. Britaniya Parlamentində, Xarici İşlər Nazirliyində və seçki demokratiyası ilə məşğul olan bir sıra QHT-lər və vətəndaş cəmiyyətləri ilə müzakirələrin keçirilməsi nəzərdə tutulur.

21:29
Sual [Rauf Binnetov]: Salam Emil bey ve Cemil muellim milli surayla bagli menim fikrim beledir ki men milli suranin semimiyetine inanmiram Azerbaycan muxalifetinin liderleri 1988-1993 illerin romantizmen cixa bilmeyib iyulun 2deki iclasda Eldar Namazavovun vahid namizedliyi elan olunsaydi daha mentiqli olardi Cenab Rustem Ibrahimbeyovun xalqi nece aldadmasini ise men basa duse bilmirem eger Rustem muellimin ciddi sekilde seckilerde istirak etmekfikri var idise o gerek Rusiya vetendasligindan cixmaq qerarini kecen ilden gerek vereydi mence Cemil muellim sizin namizedliyiniz yerine Eldar Namazovun vahid namizedliyi elan olunsaydi milli sura mence daha cox sizce semimi olmasmiydi?

21:42
Cavab: Milli Şura ilə bağlı və Azərbaycan müxalifət partiyaları ilə bağlı sizin fikirlərinizi bölüşmürəm. Rüstəm İbrahimbəyov haqqında dediklərinizə şübhəsiz ki, qatılmıram. Mən bu prosesin içərisində olan bir şəxs kimi bildirirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycanda demokratik bir dövlətin qurulmasına, xalqın hakimiyyəti formalaşdırmaq haqqını özünə qaytarılmasını vacib hesab edən və bunun üçün böyük işlər görmüş tanınmış bir fikir adamıdır. Onu yaxından tanımadan haqqında belə ifadələr işlətməyi sizə məsləhət görməzdim. Bir il bundan əvvəl Rüstəm bəyin seçkilərə qatılmaq, namizəd olmaq heç ağlından keçmirdi. O, mənəvi cəhətdən çox yüksəkdə dayanan adamdır. Xalqımızın düşdüyü vəziyyət onu aktiv siyasətə qoşulmağa vadar edib.
Eldar Namazova gəldikdə deməliyəm ki, Eldar bəy son illərin siyasi və mənəvi proseslərində fəal iştirak edən bir dostumuzdur. Son vaxtlar hakimiyyət orqanları tərəfindən ona və “EL” hərəkatının rəhbərliyində təmsil olunan şəxslərə qarşı apardığı böhtan və təqib kampaniyasının heç bir mənəvi və siyasi əsası yoxdur. Hakimiyyətin hücumlarına qarşı biz Eldar bəyi və “El” hərəkatının rəhbərliyini müdafiə edirik. Əgər Milli Şura Eldar bəyin namizədliyini müzakirəyə gətirsəydi, mən böyük məmuniyyətlə ona səs verərdim.

21:43
Sual [Asim Məmmədov]: Salam, Cəmil müəllim. Məlum olduğu kimi sizin siyasi baxışlarınız müəyyən qədər anti-Rusiya və anti-İran yönümlüdür. Belə olan halda, prezident seçiləcəyiniz təqdirdə bu iki ölkə ilə münasibətlərimiz pozula bilərmi? Rusiya və İrana qarşı müvafiq olaraq Dərbənt və Cənubi Azərbaycana görə ərazi iddiaları sürmək fikriniz varmı?

21:51
Cavab: Biz ərazisi işğal olunmuş bir ölkəyik. 20 ildən çoxdur ki, Azərbaycanın əraziləri işğal altındadır. Ona görə də qonşu dövlətlərə qarşı ərazi iddiaların irəli sürməsi fikrindən uzaq olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiyada iki milyon azərbaycanlı yaşayır. Bunlar qonşu ölkədə iş, çörək və dolanışıq əldə edirlər. Qonşularla və bütövlükdə xarici dövlətlərlə münasibətləri inkişaf müstəvisinə aparan yola üstünlük vermək lazımdır. Azərbaycanın ərazisi və sərhədləri ATƏT prinsipləri, BMT-nin sənədləri ilə təsbit olunub. Bunu qoruyub saxlamaq lazımdır. Azərbaycanın pozulmuş ərazi bütövlüyünü bərpa etməyə üstünlük vermək lazımdır. Nəinki, qonşu dövlətlərlə münaqişəli vəziyyət yaratmağa. Post-sovet məkanında müasir sərhədlər SSRİ dağılandan sonra Ermənistan istisna olmaqla bütün digər dövlətlər tərəfindən tanınıb. Sovet dövründə bu respublikalar mövcud olduqları ərazilərlə ATƏT-ə və BMT-yə daxil olublar. Buna hörmətlə yanaşmaq lazımdır.
İranla sərhədlərimiz 1921-ci il Sovet Rusiyası ilə İran arasında imzalanmış müqavilə ilə tənzimlənir və bu sərhədlər bu gün də qüvvədədir. Hesab edirəm ki, buna da hörmətlə yanaşmaq lazımdır.

21:52
Emil Quliyev [moderator]: Emin Nuraddinov Facebook istifadəçisi soruşur ki, İlqar Məmmədova münasibətiniz necədir?

21:57
Cəmil Həsənli: Çox yaxşıdır. İlqar bəy son illərdə Azərbaycan cəmiyyətinin yetirdiyi çox istedadlı adamlarından biridir. Onun həbsi qanunsuz xarakter daşıyır və biz dəfələrlə İlqar bəyin qanunsuz həbsinə qarşı öz münasibətimizi bildirimişik. Mənə belə gəlir ki, İlqarın həbsi yalnız İsmayıllıya gedib hadisə yerinə baxmasıyla bağlı deyildir. Bu daha çox onun Azərbaycan siyasi mühitində iradə nümayiş etdirməsiylə bağlıdır. İlqar bəyin fəaliyyətini yüksək qiymətləndirirəm, ona və ReAL Vətəndaş Hərəkatında təmsil olunan dostlarımıza uğurlar arzulayıram.

21:58
Sual [Ramin]: Salam Cemil bey,
Sizin prezidentliye namized olmaginiza cox sevindim,Inwallah qalib gelib Azerbaycanin layiqli prezidenti olarsiz.
Sizden 1 xaiwim var Siz Lenkerana gelin secicilerle goruwun.Insanlarin inamini yalniz canli unsiyyetle qazanmag mumkundur. mende elimden gelni edirem sizin tebligatinizi apariram, Size Ugurlar.

22:02
Cavab: Ramin bəy çox sağ olun. Sizin ümidlərinizi doğrultmağa çalışacağam. Seçkilərdə təbliğat kampaniyası başladıqdan sonra Lənkərana gəlməyi də planlaşdırırıq. Təbliğat üçün vaxt cəmisi 21 gün olsa da, düşünürəm ki, Lənkəran regional mərkəz olaraq bu 21 günün içərisinə sığaşacaq.

22:03
Sual [Leman]: Salam Cemil müellim. Men de BDU tarix mezunuyam ve sizin kimi ziyalımızın prezidentliye namized olması meni hedsiz derecede sevince qerq edir. Ancaq bu xalq seçkiye inanmır ve hakimiyyete narazılıqlarını seçkiye getmemekle ifade edirler.Dolayısıyla bu yolla hakimiyyetin deyırmanına su tökdüklerinden xeberleri bele yoxdu. Bu veziyyetde qısa müddet erzinde xalq nece maariflenecek ki, seçkide iştirak etsin? Bu sahede sistematik plan varmı? Bir balaca haşiye çıxmaq isteyirem tarixi müqaise ederek. İnönü zamanında CHP indiki bizim iqtidar kimi repressiya keçirirdi, tek parti dönemi idi. Ancaq 50.illerde Demokrat Partinin CHP-ye qalib gelmesi sırf her bir regionada teşkilatlanması ve xalqın her birine qapı açaraq onların yanında yer alması idi. Baxmayaraq ki CHP hakimiyyeti yeni yaranmış seriştesiz partiyanın siyasi manevrlerini daha da mehdudlaşdırmaq üçün seçkilerin gününü ireli çekmişdi.. Nece ki indi hakimiyyet etdi. Tarixden bu hadiseni yada salmaqda meqsedim budur ki 21 günlük tebliğat ve teşviqat dönemini çox semerili keçirilsin ve imkansız kimi görünsede her bir regionda yüksek seviyyede teşkilatlanma aparılsın.

22:15
Cavab: Ləman xanım təkliflərinizə görə təşəkkür edirəm. Lakin inanın Türkiyədə hətta tək partiyalı dönəmdə bu gün Azərbaycandan müşahidə edilən biabırçılıqlar olmayıb. Türkiyə 1946-cı ildə çox partiyalı sistemə keçdi və 1950-ci il seçkilərində müxalifət qələbə çaldı. Bu Türkiyənin böyük tarixi nailiyyəti idi. Prezident İnönü çoxpartiyalı sistemə keçəndə CHP-nin qarşıdakı seçkilərdə iqtidardan gedəcəyini açıq şəkildə demişdi. Və əlavə etmişdi ki, vətənimizin taleyi bizi demokratik seçimlərə keçməyə vadar edir. Onlar öz məğlubiyyətini bilə-bilə bu seçimlərə getdilər. Azərbaycanda isə ayrı bir şəraitdir. Faktiki olaraq bu gün Azərbaycan təkpartiyalı sistemlə idarə olunur. Hesab edirəm ki, on il yəni, iki dönəm prezident olmaq millətə xidmət etmək üçün böyük imkanlar verir. Eyni şəxsin üçüncü dəfə seçkiyə qatılması geriyə doğru bir addımdır. Sadəcə olaraq Azərbaycanda xalqın hakimiyyəti formalaşdırmaq haqqı əlindən alınıb. Biz millətimizin seçim haqqını özünə qaytarmasına xalqın öz gücünə inam hissini bərpa olunmasına çalışacağıq. Daimi xalq siyasi proseslərdən uzaqlaşdırıla bilməz. Hakimiyyət qarşısında güc görməlidir. Xalqın haqqına sayğı ilə yanaşmalıdır. Ölkəmizdə seçki yolu ilə hakimiyyətdən getmək ənənəsi formalaşmalıdır.

22:15
Sual [Turkan]: Salam Cemil Bey Ugurlar size. Sizin planinzda Azerbaycanin vahid gomruk ittifaqina daxil olmaq meselesi varmi? Men istemerem ki, olkem musteqilliyni itirsin ve kecmiw zulumkar ssri berpa olunsun.

22:21
Cavab: Bilirsiniz, mən Milli Şura tərəfindən prezidentliyə namizəd göstərilmişəm və Azərbaycanın xarici siyasət strategiyası ilə bağlı Milli Şuranın həm Memorandumunda, həm də Bəyannaməsində mühüm müddəalar vardır. Bunlara əməl edilməsi vacibdir. SSRİ keçmişin hadisəsidir, onun bərpa olunmaq təhlükəsi yoxdur, Azərbaycanın müstəqilliyi ümumdünya prosesidir və çalışmalıyıq ki, vətəndaşlarımız müstəqilliyin bəhrələrini öz həyatlarında hiss etsinlər.

22:22
Emil Quliyev [moderator]: Natiq Adilov Facebook vasitəsilə yazır:
– Cemil bey, sıZi salamlayıram. Sualım: xezerin neftin demirem, prezident olsaz denizin kenarina cekilen o hasarlari ne edeceksiz?

22:29
Cəmil Həsənli: Məqsədimiz ədalətli bir cəmiyyətin bərqərar edilməsidir. Azərbaycan xalqının pozulmuş hüquqları, normal həyat haqqı bərpa edilməlidir, nəinki Xəzərin sahillərindən Azərbaycan neftindən də xalq pay almaq haqqını təsbit etməlidir. Azərbaycan xalqından başqa ölkənin neftindən bütün işbazlar faydalanır. Təəssüf ki, neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Bunun sirri açılmalıdır. Bu gün Xəzərin sahəlləri ayrı-ayrı işbazlar tərəfindən Çin səddi kimi bir hasarlarla əhatə edilib. Hələ Milli Məclisdə Xəzərin sahiliylə bağlı məsələlər müzakirə ediləndə mən dedim ki, dənizdən 20 metr məsafədə olan sahilin ayrı-ayrı adamlara verilməsi Azərbaycan xalqını dənizin üzünə həsrət qoyacaq. Sosial cəhətdən müdafiə olunmayan, çörək pulu tapmayan adamların dənizdən ödənişli formada istifadə etməsini heç nə ilə izah etmək olmaz.

22:29
Sual [Aliaga]: Salam Cəmil bəy. Seçkinin nəticəsində qalib gəlsəniz, aparacağınız aqrar islahatlar nədən ibarət olacaq?

22: 39
Cavab: Aqrar məsələ ciddi bir məsələ kimi Azərbaycan cəmiyyətinin qarşısında dayanır. Təəssüf ki, barlı-bərəkətli Azərbaycan rayonlarının böyük əksəriyyəti son illərdə mərkəzdən verilən dotasiyalar hesabına yaşayır. Ölkəmizdə büdcə daxil olmalarının 92 faizi Bakının, qalan 8 faizi bütün Azərbyacanın payına düşür. Bu o deməkdir ki, Bakıdan kənar həyat yoxdur. Qanunsuz və nəzarətsiz idxal kənd təssərrüfatının belini qırdı. 25-30 faizlik kreditlərlə kənd təsərrüfatını qaldırmaq mümkün deyil. Bu gün kənd yerlərində demək olar ki, bütün əhali bankların əsarətinə düşüb. Bu sadəcə olaraq soyğunçuluqdur. Dövlətin maliyyə resursları ilə bankları ələ keçirmiş ayrı-ayrı hakim elita üzvləri bir qayda olaraq belə yüksək kredit faizləri ilə əhalini diz çökdürüb. Buna son qoymaq lazımdır. Azərbaycanın taleyi Kənd Təsərrüfatının dirçəldilməsindən keçir. Əhalimiz zəhmətkeşdir. Zəhmətinin bəhrəsini görməyə ona əlverişli şərait yaratmaq torpaqdan səmərəli istifadə haqqı verilməlidir. Bu hakimiyyətin təəssüf ki, Kənd Təssərrüfatının inkişafında heç bir marağı yoxdur.

22:40
Sual [Bəyim Həsənli]: Axşamınız xeyir, Cəmil bəy! Sualım gənclərlə bağlıdır. Prezident seçildikdən sonra gənclərin xaricdə təhsilini necə dəstəkləyəcəksiniz? Bu əsasda xüsusi işlər görüləcəkmi və planlarınız varmı?

22:49
Cavab: Xaricdə təhsil Azərbaycanın dünyaya inteqrasiya olmasının əsas vasitələrindən biridir. Lakin bu ölkə içində təhsilin unudulması hesabına olmamalıdır. Təxminən ay yarım öncə rəsmən elan olundu ki, ölkəmizin 18 rayon və şəhərlərinin bütün məktəblərində 9-cu sinif şagirdlərinin 46,6 faizi ana dili üzrə buraxılış imtahanlarından qeyri-kafi qiymət alıb. Bu böyük fəlakətdir. Bu yalnız təhsil məsələsi deyil. Ölkədə savadsızlığı stimullaşdırma siyasətinin məntiqi nəticəsidir. Bu cəmiyyətin sabahının hansı səviyyədə olmasının göstəricisidir. Xaricdə təhsilin daha effektli formalarından istifadə edilməlidir. Əhalinin sosial cəhətdən az təminatlı ailələrinin istedadlı uşaqlarının da bundan faydalanmaq imkanı olmalıdır. 2008-2015-ci illəri əhatə edən 5 min gəncin xaricdə təhsil alması barədə dövlət proqramı olsa da, lakin çox az gənc bu proqramdan faydalana bilib. Bir qayda olaraq müxtəlif yoxlamalar adı altında sosial cəhətdən aktiv olan gənclərin valideynləri müxalifət düşərgəsində təmsil olunan istedadlı gənclərin bu proqramlardan istifadə imkanları minimuma endirilib. Təhsildə ayrı seçkiliyi özündə ehtiva edən bu eybəcər yanaşmanı aradan qaldırmaq lazımdır.

22:50
Sual: [Nurane Suleymanova]: Salam Cemil muellim.
Sualim choxdur amma esas olanlari sorushacam sizden. Siz Hakimiyyete gelseniz yashlilarin teqaüdü, 1-ci, 2-ci ve 3-cü qrup elillerin teqaüdünde artim gozlenilir? Ipoteka ile ev almağin shertleri agir oldugu üçün çox müraciet edilmir amma halbu ki, en asan bu olmalidir. Ipoteka shertlerinde deyishiklik gozlenilir? Aydindir ki, Azerbaycanda agir xesteliklere göre müalice almaq hem chox pul teleb edir hemde ki, bir chox imkanlar yoxdur. Hekimlerimizin savadi da buna imkan vermir. Camaat Irana, Rasiyaya, qardash ökle olan Türkiyeye üz tutur. Tv kanallarinda verlishler hazirlanir ki, imkansiz ailelerin xeste ushaqlarina maddi destek verilmesi uchun. Halbu ki, bu desteyi xalq yox dovlet vermelidir. O, imkansiz ailelere, ushaqlara dovlet sahib chixmalidir. Buna imkan oldugu halda sahib chixilmir. Tv kanallara muraciet edirler ve en acinacaqlisi ise budur ki, tv kanallar da bundan oz shexsi xeyirlerini gudurler. Bu sadaladiğim her bir problem hell olunacaqmi?

22:57
Cavab: Azərbaycan xalqı layiqli və ləyəqtli həyat haqqına malikdir. Millətin haqqı ona sədəqə kimi verilməməlidir. Yalnız qeyd etdiyiniz əlil qrupları deyil, bütövlükdə əmək haqları və təqaüdlər ölkəmizin imkanlarından çox aşağı səviyyədədir. Ötən günlərdə hökumətin müşavirəsində orta təqaüd həddinin 200 dollar olması ilə fəxr etdiklərinin bildirdilər. Lakin rəqəmi yüksək göstərmək üçün bunu ABŞ-ın pul vahidi olan dollarla elan etdilər. Halbuki orta təqaüd həddi 120-130 manat həcmindədir. Bir milyon 250 min təqaüdçünün təxminən bir milyonu bu həddə təqaüd alır. Analoqsuz inkişaf edən ölkə üçün bu elə də yaxşı göstərici deyil. İnsanlar 30 il, 40 il öz əməyini, sağlamlığını, intellektini ona görə cəmiyyətə verməyib ki, ahıl yaşında 130 manat təqaüd alsın. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin dövlət müəssisələrində çalışan çox saylı məmur ordusunun əmək haqqı onların yaşayış xərclərinə uyğun deyildir. Müəllim normal əmək haqqı almasa ən yaxşı qanunla belə təhsili inkişaf etdirmək mükün deyildir . Azərbaycanda böyük tibb potensialı olduğu halda gözümüzün qarşısında ölkəmizin səhiyyə sistemi etimadsız bir vəziyyətə düşdü. Bir anlığa düşünün: Hansı vəzifəli şəxs öz ölkəsində müayinə olunur, tibbi yardım alır? Hansı vəzifəli şəxsin ailəsində uşaqlar məhz öz ölkəsində dünyaya gəlir. Ölkə səhiyyəsinə etimadsız münasibət ilk növbədə ölkəni idarə edənlərdən gəlir. Azərbaycanda bir çox səhiyyə müəssisələri artıq tibb müəssisəsi kimi deyil, biznes müəssisəsi kimi fəaliyyət göstərir. Bu dəhşətli mənzərədir. Yoxsul təbəqənin kütləvi şəkildə İranın sərhədyanı şəhərlərinə üz tutması ölkəmizin səhiyyə müəssisələrinin biznes obyektinə çevrilməsi ilə bağlıdır. Ölkə səhiyyəsinə etimadın bərpa olunması uzun və ağrılı bir proses olacaq. Tibbi sığorta sistemi işləmir, əhali tibb müəssisələrində tətbiq edilən qiymətlərə heyrət edirlər. Qonşu ölkələrə axın bilavasitə bununla bağlıdır. Mən özəl tibb müəssisələrinin əleyhinə deyiləm, lakin cərahiyyə əməliyyatına ehtiyacı olmayan adamların biznes maraqlarına görə əməliyyat olunduğunu eşitdikdə dəhşətə gəlirəm. Bunun bir çarəsi olmalıdır. Müayinə zamanı Azərbaycanda əməliyyat olunmağı tövsiyyə olunmuş xəstələrin böyük bir hissəsi qonşu ölkələrdə buna ehtiyac olunmadığını eşitdikdə onun bizim səhiyyəyə münasibəti şübhəsiz ki dəyişəcək,etimadı itəcək.

22:58
Emil Quliyev [moderator]: Cəmil bəy, 2 saatınızı ayırıb, oxucularımız və eləcə də sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırdığınız üçün sizə minnətdarlığımi bildirirəm. Çox sağ olun!

22:59
Cəmil Həsənli: Çox sağ olun, təşəkkür edirəm!!!

23:00
Emil Quliyev: Təəssüf ki, 2 saatlıq vaxt məhdudiyyəti çoxsaylı sualın cavabsız qalmasına səbəb oldu. Buna baxmayaraq mən oxucularımıza göstərdikləri yüksək marağa görə minnətdarlığımı bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

22 responses to “Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!”

  1. suleyman sultanli says:

    Cəmil müəllim salam. Biz sizə güvənirik. Mən şəxsən Rüstəm İbrahimbəyovdansa sizin namizəd olmanızı istəyirdim və şükürlər olsun, nəhayət namizəd oldunuz. Sualım belədir ki, siz əvvəl namizəd olmaq istəmirdiniz. Nə üçün? Və hansı hadisədən sonra namizədliyi qəbul etmək qərarına gəldiniz. Uğurlar!

  2. Cenublu says:

    Salamlayıram

    Sizin siyasətinizdə Güney Azərbaycan hansı yeri tutur. Bizim hüquqları müdafiə edən ata dövlətimizi görəcəyikmi? Allahdan Elçibəyə rəhmət diləyirəm

  3. Salam Emil bey ve Cemil muellim milli surayla bagli menim fikrim beledir ki men milli suranin semimiyetine inanmiram Azerbaycan muxalifetinin liderleri 1988-1993 illerin romantizmen cixa bilmeyib iyulun 2deki iclasda Eldar Namazavovun vahid namizedliyi elan olunsaydi daha mentiqli olardi Cenab Rustem Ibrahimbeyovun xalqi nece aldadmasini ise men basa duse bilmirem eger Rustem muellimin ciddi sekilde seckilerde istirak etmekfikri var idise o gerek Rusiya vetendasligindan cixmaq qerarini kecen ilden gerek vereydi mence Cemil muellim sizin namizedliyiniz yerine Eldar Namazovun vahid namizedliyi elan olunsaydi milli sura mence daha cox sizce semimi olmasmiydi ?

  4. Salam, Cəmil müəllim. Məlum olduğu kimi sizin siyasi baxışlarınız müəyyən qədər anti-Rusiya və anti-İran yönümlüdür. Belə olan halda, prezident seçiləcəyiniz təqdirdə bu iki ölkə ilə münasibətlərimiz pozula bilərmi? Rusiya və İrana qarşı müvafiq olaraq Dərbənt və Cənubi Azərbaycana görə ərazi iddiaları sürmək fikriniz varmı?

  5. Ramin says:

    Salam Cemil bey
    Sizin prezidentliye namized olmaginiza cox sevindim,Inwallah qalib gelib Azerbaycanin layiqli prezidenti olarsiz.
    Sizden 1 xaiwim var Siz Lenkerana gelin secicilerle goruwun.Insanlarin inamini yalniz canli unsiyyetle qazanmag mumkundur. mende elimden gelni edirem sizin tebligatinizi apariram, Size Ugurlar.

  6. Lemam says:

    Salam Cemil müellim. Men de BDU tarix mezunuyam ve sizin kimi ziyalımızın prezidentliye namized olması meni hedsiz derecede sevince qerq edir. Ancaq bu xalq seçkiye inanmır ve hakimiyyete narazılıqlarını seçkiye getmemekle ifade edirler.Dolayısıyla bu yolla hakimiyyetin deyırmanına su tökdüklerinden xeberleri bele yoxdu. Bu veziyyetde qısa müddet erzinde xalq nece maariflenecek ki, seçkide iştirak etsin? Bu sahede sistematik plan varmı? Bir balaca haşiye çıxmaq isteyirem tarixi müqaise ederek. İnönü zamanında CHP indiki bizim iqtidar kimi repressiya keçirirdi, tek parti dönemi idi. Ancaq 50.illerde Demokrat Partinin CHP-ye qalib gelmesi sırf her bir regionada teşkilatlanması ve xalqın her birine qapı açaraq onların yanında yer alması idi. Baxmayaraq ki CHP hakimiyyeti yeni yaranmış seriştesiz partiyanın siyasi manevrlerini daha da mehdudlaşdırmaq üçün seçkilerin gününü ireli çekmişdi.. Nece ki indi hakimiyyet etdi. Tarixden bu hadiseni yada salmaqda meqsedim budur ki 21 günlük tebliğat ve teşviqat dönemini çox semerili keçirilsin ve imkansız kimi görünsede her bir regionda yüksek seviyyede teşkilatlanma aparılsın.

  7. Turkan says:

    Salam Cemil Bey Ugurlar size,
    Sizin planinzda Azerbaycanin vahid gomruk ittifaqina daxil olmaq meselesi varmi?
    Men istemermki olkem musteqilliyni itirsin ve kecmiw zulumkar ssri berpa olunsun,

  8. Bəyim Həsənli says:

    Axşamınız xeyir, Cəmil bəy! Sualım gənclərlə bağlıdır. Prezident seçildikdən sonra gənclərin xaricdə təhsilini necə dəstəkləyəcəksiniz? Bu əsasda xüsusi işlər görüləcəkmi və planlarınız varmı?

  9. Aliaga says:

    Salam Cəmil bəy. Seçkinin nəticəsində qalib gəlsəniz, aparacağınız aqrar islahatlar nədən ibarət olacaq?

  10. salam Cemil bey meni maraqlandiran mesele budur ki siz Allahin komekliyi ile seckilerde qalib gelsez Azerbaycanli genclerin tehsile olan ehtiyaci temin edilecekmi? 2 Qarabag meselesi sizin ucun en vacib meseledir yoxsa………….

  11. Hüseyn says:

    Salam Cəmil bəy. Əgər xalq sizi dəstəkləsə və hər hansı bir hərəkat, üsyan olsa siz xalqın önündə gedəcəksiniz, üsyana rəhbərlik edəcəksiniz?

  12. Mesud suleymanov says:

    Salam Cemilbey,demokratik quuvvelerin milli surasinin vahid namizedi olduqunuz ucun cox sevindim. Gelecey tariximizi yazmaqi size hevale etdik. ve otarixde genclerimizin işsizlik problemlerini nece hell etmeyinizi bilmey isterdim. onceden teşekkurler.

  13. Nurane Suelymanova says:

    Salam Cemil muellim.
    Sualim choxdur amma esas olanlari sorushacam sizden. Siz Hakimiyyete gelseniz yashlilarin teqaüdü, 1-ci, 2-ci ve 3-cü qrup elillerin teqaüdünde artim gozlenilir? Ipoteka ile ev almağin shertleri agir oldugu üçün çox müraciet edilmir amma halbu ki, en asan bu olmalidir. Ipoteka shertlerinde deyishiklik gozlenilir? Aydindir ki, Azerbaycanda agir xesteliklere göre müalice almaq hem chox pul teleb edir hemde ki, bir chox imkanlar yoxdur. Hekimlerimizin savadi da buna imkan vermir. Camaat Irana, Rasiyaya, qardash ökle olan Türkiyeye üz tutur. Tv kanallarinda verlishler hazirlanir ki, imkansiz ailelerin xeste ushaqlarina maddi destek verilmesi uchun. Halbu ki, bu desteyi xalq yox dovlet vermelidir. O, imkansiz ailelere, ushaqlara dovlet sahib chixmalidir. Buna imkan oldugu halda sahib chixilmir. Tv kanallara muraciet edirler ve en acinacaqlisi ise budur ki, tv kanallar da bundan oz shexsi xeyirlerini gudurler. Bu sadaladiğim her bir problem hell olunacaqmi?

  14. Samire Guney says:

    Salam Cemil bey , sizin namizedliyiniz sizin haqqinizda az cox fikir sahibi olan her kesin ureyincedir ve inaniram sizin temiz ziyali sexsiyyetiniz xalqi oz ardiyca apara bilecek. Sualim ise secki kompaniyanizla baglidir cunki cox az vaxt qalib ve efsus ki xalqin da seckilere hec bir inami yoxdur . Siz xalqi ruhlandirmaq ozunuzu yaxindan tanitmaq ve sizi ses vermesi ucun neler edeceksiz ,secki kompaniyaniz butun bu saheleri ehate edecek ve xalqda bu inami yarada bilecekmi ?

  15. Habil Mahiroglu says:

    Her vaxtiniz xeyir Cemil bey!
    Azerbaycanda seckilerin saxtalasdirilacagini tek men deyil boyuk bir kutle bilir,onsuz da bu hakimiyyetin xalqdan alacagi ses var idise, o da artiq tukenib, bes bele oldugu halda, seckiler saxtalasdirilarsa Sizin ve Milli Suranin bu mesele ile bagli yanasmasi nece olacaq, her hansi tedbirler toplusu varmidir ve varsa onlar neden ibaretdir?
    Hormetle Ukraynadan
    Habil Mahiroglu

  16. Salam Cemil bey sualimi vermeden once demek isdeyirem ki orduda adi olan her bir kes orduda ses verir ve texrisler saxlanilir ve bundan elave orduda olan butun sexslerin adi oz daire secki komisiyalarindada var. Orduya gelen bulitenler hamisi doldurulmus sekilde olur yeni artiq ozleri namizedin adini isareleyirler.
    Sualim ise beledir ki silahli quvveler sizin secildiyiniz halda muharibeye baslayacaqmi?

  17. ali says:

    Cemil beyden soruşmaq istirdim prezident olsalar guney azerbaycan siyasetleri bnece olacaq

  18. Adile says:

    Salam.İnşallah, prezident olsanız dövlet universitelerinin ödenişli olmasını leğv edersinizmi?

  19. Asaf says:

    Salam Hormetli Cemil bey. Sizin milli suraya namized olmaniz bizi sevindirdi.sizin gelebenize umid edir,buna gelbden inanirig.sadece narahatciligimiz ondadir ki,hakimiyyet secki neticelerini sistematik sekilde saxdalasdirsa hansi addimlar atilacag,bunun garsisini almag mumkundurmu.cavabiniz ucun onceden tesekkur edirem.

  20. Adile says:

    Salam, inşallah gelecekde prezident olsanız dövlet universitetlerinin ödenişli olmasıni leğv edeceksinizmi?

  21. ibrahim says:

    Cemil bey seckilerde saxtacarliq olaraq meglubiyyte ugrasaniz seckilerden hemen sonra siz ozunuz basda olmaqla size ses verenleri meydanlara sesleyeceksinizmi yoxsa kimlerse kimi meni xaric qoymadi yoxsa prezident olacaqdim deyeceksiniz?

  22. Firuz Rza says:

    Seçki seçim deməkdir. Seçim maraq deməkdir. Azərbaycan insanın inamı yoxdur. Əgər ikinci tur olsa bəlkəm onda insanlarda inam oyana. Bu prezident seçkilərində biz ya xaosu seçirik, ya da gələcəyimizin inkişafını.

Leave a Reply to Bəyim Həsənli Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

Categories

  • No categories