İqbal Ağazadə: Demokratikləşmə üçün hər kəslə müttəfiqlik etməyə hazırıq

Posted October 1st, 2013 at 1:14 pm (UTC-4)
14 comments

Azərbaycanda oktyabrın 9-da keçiriləcək Prezident Seçkiləri yaxınlaşdıqca, ölkədə seçkilərə maraq da artmaqda davam edir. Namizədlərin bəziləri görüş-mitinqlər keçirərək, bəziləri sadəcə debatlarda çıxış edərək, bəziləri isə sadəcə səlahiyyətli nümayəndələrini debatlara göndərərək elektorat qazanmağa çalışır.  Bu vasitələrin hamısından istifadə edən namizədlərdən biri də İqbal Ağazadədir.

Oxucularımızın suallarına cavab verməsi üçün bu həftə Sərbəst Kürsüyə Milli Məclisinin üzvü İqbal Ağazadəni dəvət etmişik. Oktyabrın 2-si İqbal Ağazadə sizin suallarınızı cavablandırıb.

——————————————

21:00 / 02 oktyabr 2013
Salam əziz Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə prezidentliyə namizədi İqbal Ağazadədir.

21:02
Emil Quliyev [moderator]: İqbal bəy, sizi Sərbəst Kürsüdə salamlayırıq. Seçkiyə cəmi bir həftə qalmış vaxtınızı ayırıb Sərbəst Kürsəyə gəldiyiniz üçün minnətdarıq.

21:05
İqbal Ağazadə: Hər vaxtınız xeyir. Bütün Amerikanın Səsi dinləyicilərini salamlayıram.

21:06
Emil Quliyev: Təşəkkkür edirik. İqbal bəy, ilk sual Fərid adlı istifadəçidən daxil olub. O yazır:

– Salam İqbal bəy, əvvəlcə onu deyim ki, çıxışlarınız çox təqdirəlayiqdir və ümidvericidir, çünki konkret öz proqramınız haqqında danışırsınız, hər sıravi vətandaşın edə biləcəyi quru tənqid üzərində qurmamısınız seçki kampaniyanızı. ***

Elə ona görə də sizə təhsil siyasəti ilə bağlı sual vermək istərdim. Konkret doktorantura pilləsindəki təhsillə bağlı hansı islahatları aparmağı düşünürsünüz? Hal-hazırda ki, elmi-tədqiqatla məşğul olan inistutların, inkişaf etmiş ölkələrdə olduğu kimi universitetlərə inteqrasiyasını nəzərdə tutan bir proqramınız var mı?
Əvvəlcədən təşəkkür edirəm və uğurlar arzulayıram.

21:15
Cavab: Elmə dövlət sifarişi həyata keçirilməlidir. Elmə dövlət sifarişi həyata keçirilməyəndə, sifariş tərəfi olmayanda elmin məhsuldarlığı aşağı düşür. Qondarma akademiya sistemi qurulub, köhnə elmi işləri tədqiq etməklə praktikada tətbiq olunmayan elmi sahələri tədqiq edir. Biz düşünürük ki, elmi sahələr ayrı-ayrı ölkə daxilində inkişaf etmiş sənaye strukturları ilə birləşdirilməlidir. Azərbaycanın bütün sahələri üzrə elmi işlərə sifarişlər həyata keçirilməlidir. Məsələn, Dövlət Neft Şirkəti tərkibindəki institutlar birləşdirilməlidir və Neft Şirkətinin sifarişlərini həyata keçirilməlidir. İndi sifarişləri daha çox xarici mütəxəsssislər həyata keçirir, dövlət sifariş həyata keçirmədiyinə görə illərlə eyni sahələr təkrarlanır.  
Dövlət təqdiqata pul ayırmarıdır. Bizdə isə əksinə pul verib müdafiə edirlər. Biz isə pul verməliyik ki, daha yaxşı tədqiqatlar etsinlər. Sistemli elmi işlər üçün də “Elm haqqında qanun ” qəbul olunmaqla çox ciddi maliyyə ayrılmalıdır.

21:18
Sual [Mehman]: İqbal Agazadeye sualim beledir ki : siz prezdent seçildiyiniz teqdirde avropaya inteqrasya siyasetini davam etdirceksiz yoxsa Rusiya ve Iran kimi olkelerle muttefiqlik siyaseti apatacaqsiz?

21:25
Cavab: Çox qısa cavab budur: Birinci növbədə Avropaya Birliyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Assosiativ üzvlük məsələsini dərhal həll edəcəyik, ondan sonra Cənubi Qafqaz Birliyi ideyasının müəllifi kimi bu birliyin yaranması və 3 Cənubi Qafqaz respublikasının Avropa ailəsinə, Avropa Birliyinə daimi üzv olması üçün üç respublikanın birgə mübarizəsini və qanunlarımızın, idarəetməmizin, yaşam tərzimizin Avropa standartlarına uyğunlaşdırılmasını təmin edəcəyil. Xarici siyasətimizlə bağlı ətraflı bizim saytımızdan (www.iqbalagazade.com ) məlumat ala bilərsiniz.

21:27
Sual [Mahir Məmmədli]: Milli Şuranın bəzi tərəfdarları sizin Cəmil Həsənlinin lehinə namizədlikdən imtinanızı təklif edirlər. Buna münasibətiniz necədir?

21:40
Cavab: Mən hesab edirəm ki, bu gün Milli Şuranın namizədin lehinə yox, əksinə, Cəmil müəllim bizim xeyrimizə öz namizədliyini geri götürməlidir. İki sadə səbəbə görə. 1) Mən şəxsən Cəmil müəllimdən siyasi təcrübəyə və siyasətçi olaraq daha çox imkanlara malikəm və cəmiyyətin daha böyük kəsimini birləşdirməyə gücüm çatar. Nəinki məhdud Milli Şura çərçivəsində olan həm də Milli Şuradan kənar, həm də cəmiyyətin digər hissələri ilə münasibətdə gərginlik yaşayan tərəf kimi 2) İkinci tərəfdən isə Cəmil Həsənli Milli Şura tərəfindən namizədliyi irəli sürülsə belə bütövlükdə xalqın namizədi ola bilsəydi , bu barədə düşünərdim. Amma təəssüf ki, Milli Şuradan da daha çox iki partiyanın – AXCP və Müsavatın namizədi oldu və bu istiqamətdə namizədliyimi Müsavat və AXCP-nin namizədinin xeyrinə geri götürməyimin elə bir perspektivini görmürəm. Amma cəmiyyətdə döyüşən, vuruşan tərəflərdən daha çox barışa və dialoqa ehtiyac olduğu üçün Cəmil müəllim məhz bu etapda, hələ ilk günlərdən qeyd etmişdim, namizədliyini mənim xeyrimə geri götürsə, məncə cəmiyyət daha çox qazanacaq. Hərhalda Milli Şura və Cəmil müəllim bu barədə düşünməlidir.

21:42
Sual [Rasim Həsənli]: Salam İqbal bəy,
Əvvəla sizi uğurlu təbliğat və maraqlı çıxışlarınıza görə təbrik edirəm. Namizədlər arasında seçilirsiniz. Amma xeyli suallarım da var. Yaxşı cavab versəniz bəlkə sizə səs verdim.
1. Seçiləcəyinizə inanırsınız? İnanmırsınızsa, niyə seçkidə iştirak edirsiniz?
2. Tutaq ki, prezident seçildiniz. Komandanız varmı ölkəni idarə etməyə? Kimlər idarə edəcək Azərbaycanı?
3. İlham Əliyev seçkidən sonra sizə nazir postu təklif etsə, razılaşarsınızmı?
4. Milli Şuranın şansını necə qiymətləndirirsiniz bu seçkidə?
5. Niyə hər çıxışdan sonra studiyadan tez çıxırsınız?
6. 9 oktyabr 2013-cü il saat 21:00-da (tam bir həftə sonra) məlum olsa ki, siz ya da Cəmil Həsənli qalib gəlib, amma İlham Əliyevi qalib elan edirlər, nə edəcəksiniz?

22:12
Cavab: 1) Seçiləcəyimə inanıram və inanıram ki, Azərbaycan xalqı gec-tez məhz mənim tərəfimdən aparılan siyasətin qalib gəlməsinə səs verəcək. Nə zaman olacaq, bunu hissə-hissə, addım-addım gərək xalqa çatdırasan. Yoxsa, qucağında saxlayınca və fikirləri seçiciyə çatdırmadan başımızda saxlasaq seçicinin bizim haqqımızda məlumatı olmaz. Mən Azərbaycanda seçicilərin məhz bizim konsepsiyaya səs verəcəyini görürəm. Amma təbii ki, seçici ilə ünsiyyət məsələsində problemlər var, siyasi maarfiflənmə məsələsində problemlər var, hakimiyyətin yaratdığı əngəllər var, nəticəsizlik sindromu var, bütün bunların hamısını üst-üstə gələndə bəlkə kiməsə real görünmür. Amma siyasi fəaliyyətlə məşğul olduğumuz gündən bu günə qədər həm partiya sədri kimi, həm də prezidentliyə namizəd kimi biz cəmiyyət üçün qazanclarımızı artırmışıq və bu qazancın bir gün bizi hakimiyyətə gətirəcəyinə inanırıq. Bu, gec-tez mütləq olacaq. Biz istəyirik ki, 2013-cü ildə olsun. Biz seçiciyə doğru mesajımızı veririk, gerisi seçiciyə qalıb.

2)Azərbaycanı mənim rəhbərliyimlə Azərbaycanın ən layiqli insanları idarə edəcək. Bu xalqa xidmət etmək istəyən, xalqın problemlərini bilən kifayət qədər yeni nəsil nümayəndələri var. Nədənsə, hər kəs bu ölkəni kimin edəcəyindən narahatdır. Doğrudanmı bu ölkədə onun problemlərini bilən və bu ölkəyə layiqincə xidmət edəcək insanlar yoxdur? Ola bilər ki, onlar bizim partiyada deyillər, amma biz cəmiyyət üçün çalışırıq və cəmiyyətdə belə insanlar çoxdur. Onların hamısının bizim quracağımız hakimiyyətdə yeri var. Biz xalqın hakimiyyətini quracağıq.

3) Mən Azərbaycanın demokratikləşməsi üçün çalışıram. Hesab etsəm ki, bu post Azərbaycanın demokratikləşməsinə zərrə qədər də töhfə verəcəksə, mütləq orada iştirak etmək lazımdır. Çalışaram ki, bu barış və dialoq pəncərəsi olsun və cəmiyyət yeni münasibətlər sisteminə daxil olsun. Bu, məncə hakimiyyətin də yeni müstəviyə keçidini təmin edən addım olar.

4) Bu seçkidə Milli Şuranın şansı mənim şansımdan azdır. Ona görə ki, Milli Şura elektoratını, dairəsini olduqca kiçiltdi. Cəmil müəllimin şansı vardı ki, dairəni genişləndirsin. Amma o ənənəvi çevrəni də kiçiltdi. Biz isə əksinə, daha böyük açılım etdik, cəmiyyətin bütün təbəqələrinə mesaj verdik, cəmiyyətin siyasətə neytral qalan və seçicilərin əksəriyyətini təşkil edən hissəsinin də bizə xoş münasibətini qazana bildik. Əgər görsəydim ki, Milli Şuranın şansı mənim şansımdan daha artıqdır, 2003-cü ildə olduğu kimi, demokratikləşmə prosesi naminə şansın çox olduğu yerdə dayanardım.

5) Birinci bizim tərəf müqabilimiz hakimiyyətdir və hakimiyyətin namizədi şəxsən orada olmadığına görə, bunu real debat saya bilmərik. İkincisi, Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, efir vaxtından istifadə namizədin öz əlindədir. Hakimiyyətin müəyyənləşdirdiyi debat formasına etiraz edirəm, çıxış formamı özüm müəyyənləşdirirəm və studiyanı ona görə tez tərk edirəm. Üçüncüsü, həm də debat səhnəsinin acınacaqlı mənzərəsi mənim tez çıxmaqla haqlı olduğumu bir daha sübut etdi.

6) Biz bütün imkanlarımız çərçivəsində seçkilərin nəticələrinin gerçək nəticələr olmasına çalışacağıq. Amma bu təkcə İqbal Ağazadənin yerinə yetirə biləcəyi bir missiya deyil. Cəmiyyət, siyasi qüvvələr, vətəndaş institutları və beynəlxalq ictimaiyyət bu sahədə bizə dəstək verməsə, təkbaşına və partiyamla edə biləcəyim çox az şey var. Ona görə də bu istiqamətdə hər bir kəsin mövqeyinin ədalətli, obyektiv və mübariz olmasını istəyirəm.

22:15
Emil Quliyev [moderator]: Twitter vasitəsilə Shebnem Karsli adlı istifadəçi yazır:
– 5 il önce baykot etmiş kesimin bu il seçkilere qatılması üçün hansı deyişiklik baş verib?

22:17
İqbal Ağazadə: Adamlar daha yaxşı düşünməyə başlayıblar.

22:19
Sual [Leyla Məmmədova]: Iqbal bey, sizin cixislarinizi ailelikce maraqla izleyirik. Tebligat materiallarinizi da paylayirdilar, facebookda da izleyirem sizi. En yuksek seviyyede tebligatinizi davam etdirirsiniz. Size ses verecem.
Bir genc kimi diqqetimi ceken bir sozunuz var. Heqiqeten genclere ayda 100 manat odemekle menzil vere bilersiniz? Bu bosh veddir yoxsa hesablanmish bir platforma teklifi? Bir de niye 100 manata ev verirsiniz ki? olmaz ki ele genclerin ishi cox olsun, maashi cox olsun ve ozleri ev alsinlar ozlerine?
Teshekkur edirem cavaba gore.

22:26
Cavab:
Hörmətli Leyla xanıma dəstəyinə və xoş sözlərə görə təşəkkür edirəm. 100 manata mənzil almaq çox sadədir. Mənzilin 1 kvm 320 manata başa gəlir. – Təbii ki, rüşvətsiz və korrupsiyasız sistemdə. Bu gün ipotekaya ayrılan kreditlər 25-30 illiyə verilir, qiymətlər bazar qiymətinə uyğunlaşdırılır, üzərinə bank faizləri gəlir, faizləri isə banklar götürür, dövlət yox. Nəticədə, 80 kvm-lik bir mənzil 100-120 min manata başa gəlir. Biz isə 21 il ərzində ayda 100 manat almaqla, həm dövlətin pulunu geri qaytarırıq, həm də vətəndaşa xidmət edirik. İpotekaya ayrılan 80 milyon manata, biz bu şərtlərlə 3000-dən artıq mənzil tikə bilərik. Halbuki, ayrılan 80 milyon manat 3000 mənzil üçün ipotekaya kifayət etmir. Biz çox istərdik ki, gənclərə mənzil verməyək, özlərinin yüksək maaşlı işləri olsun və özləri mənzil ala bilsinlər. Amma bütün cəmiyyətlərdə mənzilə ehtiyacı olan kəsim olur və biz o ehtiyacı ödəmək istəyirik. Biz eyni zamanda gənclərimizin daha çox iş yerləri ilə təmin olunması və daha yüksək maaş alması üçün də çalışacağıq və düşünürük ki, gənclərə ayda 100 AZN ödəməklə mənzil sahibi olmağı təklif etməyimiz heç də onların iş yerləri və yüksək maaşla təmin olunmasına zidd deyil.

22:27
Sual [Nigar]: Salam, İqbal bəy. Sizə bu seçkilərdə uğurlar arzu edirəm. Sizə bir sualım var. Sizin Qarabağla bağlı fikrinizi bilirəm. Çox dəstəkləyirəm amma cəmiyyətin bunu qəbul edəcəyinə inanmıram. Siz İctimai televiziyada teledebatda Qarabağla bağlı proqamınızı səsləndirəcəksiniz? Bir Qarabağlı olaraq bu fikri səsləndirmək sizə ağır deyil ki?

22:29
Cavab: Nigar xanıma da təşəkkür edirəm arzuları üçün. Bəzən cəmiyyət üçün reallıqları qəbul etmək ağır olur. Amma problemin başqa həlli yolu da olmur. Mənə Qarabağlı kimi ən ağır gələn itirdiklərimdir, şəhidlərim, torpağım, doğmalarım. Bundan sonra itirməmək üçün çıxış yolları axtarırıq və itirdiklərimizi qazanmaq üçün. Məncə, bu ən optimal yoldur və bu proqramı səsləndirəcəyik, nə qədər çətin və ağır olsa da. Biz ermənilərlə dost olmağa məhkum olmasaq da, qonşu olmağa məhkum olduğumuzu unutmamalıyıq.

22:30
Sual [Elvin]: Salam, İqbal bəy. Sizə seçkidə bol uğurlar diləyirəm və namizədimin sizsiniz. Sizə sualım odur ki, Milli Şura ilə birləşmədən hansısa bir müttəfiqlik etməyi düşünürsünüz?

22:34
Cavab: Elvin bəyə də təşəkkür edirəm seçiminə görə. Biz demokratikləşmə üçün hərkəslə müttəfiqlik etməyə, masa arxasında oturmağa hazırıq. Yetər ki, bunu istəyənlər olsun.

22:35
Sual [Vaqif]: Salam İqbal bəy, ilk öncə icazə verin sizi Azərbaycan standartlarında fərqli, yeni, orijinal seçki kampaniyası üslublarınza görə təbrik edim, hesab edirəm siz 9 nəfərdən fərqli olaraq Azərbaycanın gələcəyi üçün ciddi perspektiv vəd edən yeni nəslin lideri obrazını yaratmısınız. Məncə düşünən insanlarımız üçün məhz sizin obrazınız daha cəlbedicidir.
Sualım isə belədir ki sizcə hakimiyyət özü daha maraqlı görsənmirmi ki muxalifetin obrazi deyismesin, her sey ancaq dava ve soyush mustevisinde olsun, cunki hakimiyyet numayendeleri sizin fundamental arqumentlerinize reaksiya vermeden daha cox Cemil Hesenlinin uzerine getmekle bu enenenin deyismemesine calismirmi? fikirleriniz cox maraqli olardi, tesekkur edirem, ugurlar size

22:39
Cavab:
Kampaniyamızı diqqətlə izlədiyinizə görə Vaqif bəyə təşəkkür edirəm. Sizinlə çox razıyam ki, hakimiyyət ona müxalif olanların obrazının mənfi çalarlarla zəngin olmasının marağındadır və hər zaman bunu yaratmağa çalışır. Müstəvini ona uyğun qurur. Bizim gücümüz və ağlımız onda olmalıdır ki, o müstəviyə çıxmayaq. Təəssüf ki, hər zaman bunu bacarmırıq. Biz güclü olduğumuz yerdə mübarizə aparmalıyıq və məncə qismən də olsa, buna nail oluram.

22:40
Emil Quliyev [moderator]:
Twitter vasitəsilə  Fariz Məmmədzadə sizə belə bir sual ünvanlayıb:

– IQBAL BEY sizce bu seckilerde xalqim verdiyi duzgun sesler hesablanacaq..yoxsa bosu bosuna umidlenirik??

22:43
Cavab: Fariz bəy, ümid sonuncu ölər. Biz bircə şeyə ümidliyik. Azərbaycan mütləq demokratikləşəcək. Azərbaycanda mütləq demokratik seçkilər keçiriləcək. Azərbaycanda mütləq demokratik mühit formalaşacaq. Bu gün və ya sabah. Hakimiyyətlər Azərbaycanda xalqın səsi ilə formalaşacaq.  Bir qədər artıq səy göstərsək, bir qədər artıq mübarizə aparsaq bu gün, olmasa, sabah buna nail olacağıq. Amma bunun olacağına heç bir şübhəm yoxdur.

22:45
Sual: [Samir]: Salam İqbal bəy, çıxışlarınızı dinləyirik. Siz namizədlər içərisində ən layiqlisiniz prezident olmağa. Sizə bir sualım var və cəmiyyətində məncə düşündüyü bir sualdır bu. Bir dəfə siz İlham Əliyevi 2008 seçkilərindən sonra təbrik etdiniz. Bu demokratik ölkələrdə siyasi əxlaqdır. Amma təbrikdən sonra bu hakimiyyətin əxlaq anlayışının olmadığını bu 5 ildə bir daha gördünüz. Bu seçkilərdə də siz yox İlham Əliyev qalib gəlsə yenə təbrik edəcəksinizmi?

22:50
Cavab: Səmimi sualınıza görə sizə təşəkkür edirəm. Bir şey ki, əxlaqdır və yaxşı əxlaq nümunəsidirsə, nədən biz onu dəyişməliyik? Əksinə, qarşı tərəfin o yaxşı əxlaqa gəlməsi üçün uzun müddət mübarizə aparmalıyıq. Əks təqdirdə, biz o nümunələri göstərməsək, cəmiyyət deqradasiyaya uğrayacaq, cəmiyyət daha pis ənənələrin şahidi olacaq. İttihamlardan da qorxmuruq, biz çalışırıq ki, Azərbaycan insanı yeni dəyərlərin, yeni yanaşmaların obrazını yarada bilsin. Nə qədər çətin, nə qədər ağır olsa da.

22:51
Sual [Nərmin]: İqbal bəy, kampaniyanız digərlərinə nisbətdə uğurlu görünür. Normal seçkilər keçirilən ölkədə kifayət qədər uğur qazana bilərdi. Reallıq isə sizə də, bizə də bəllidir. Sualım belədir: MŞ-dan sizə təklif gəlsə son anda gücləri birləşdirmək barədə yanaşmanız necə olar? Real dəyişiklik üçün siz özünüz ilkin addım atıb digər MŞ üzvləri ilə yox, məhz Cəmil Həsənli ilə bu prespektivləri müzakirə etmək istərdinizmi?

22:53
Cavab: Təşəkkür edirəm Nərmin xanıma. Demokratiya üçün hər şeyə hazırıq. Demokratikləşmə üçün iddialarımızdan da geri durmağa hazırıq. Amma hər şey reallığa və məntiqə söykənməlidir. Cəmil müəllimə hörmətim böyükdür, istənilən məsələni müzakirə etməyə hazırıq.

22:53
Sual [Kamran]: Axşamınız xeyir Hörmətli İqbal bəy. Əvvala sizə bu çətin yolda uğurlar arzu edirəm. Sualım isə belə olacaq:
Əgər seçkidə qalib gəlməsəniz lakin əvvəlki seçkiyə nisbətən çox səs toplasanız bunu özünüz ve patiyanız üçün uğur sayacaqsınızmı? Əvvəlcədən təşəkkür edirəm

22:56
Cavab: Ən böyük uğurumuz cəmiyyətin qazanması olar. Bizim partiya olaraq qazancımız da cəmiyyətin qazancından keçir. Mənim az və ya çox faiz səs almağım cəmiyyətin maraqları içərisində olacaqsa, sevə-sevə qəbul edərik. Yox, 80 faiz səslə qalib gəlim, amma cəmiyyət uduzsun, ona çox məyus olaram. 1 faiz səs alsam, cəmiyyət qazansa, ona sevinərəm.

22:57
Emil Quliyev [moderator]: İqbal bəy, iki saata yaxın vaxtınızı ayırıb oxucularımızın və eləcə də bir həftə sonra səs verməyə hazırlaşan seçicilərin suallarını cavablandırdığınız üçün Sizə minnətdarlığımızı bildiririk.

22:59
İqbal Ağazadə: Mən də təşəkkür edirəm və mənim də bütün dinləyicilərə bir sualım var. Seçiminizi etmisinizmi? Etməmisinizsə, məni seçməkdə tərəddüd etməyin. Hamının ümidlərini və etimadlarını doğruldacam. Təşəkkür edirəm.

23:00
Emil Quliyev: Mən forumda iştirak edən izləyicilərə də suallara dərin təşəkkürümü  bildirirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR! Növbəri Sərbəst Kürsüdə görüşənədək…

14 responses to “İqbal Ağazadə: Demokratikləşmə üçün hər kəslə müttəfiqlik etməyə hazırıq”

  1. Fərid says:

    Salam İqbal bəy, əvvəlcə onu deyim ki, çıxışlarınız çox təqdirəlayiqdir və ümidvericidir, çünki konkret öz proqramınız haqqında danışırsınız, hər sıravi vətandaşın edə biləcəyi quru tənqid üzərində qurmamısınız seçki kampaniyanızı. ***

    Elə ona görə də sizə təhsil siyasəti ilə bağlı sual vermək istərdim. Konkret doktorantura pilləsindəki təhsillə bağlı hansı islahatları aparmağı düşünürsünüz? Hal-hazırda ki, elmi-tədqiqatla məşğul olan inistutların, inkişaf etmiş ölkələrdə olduğu kimi universitetlərə inteqrasiyasını nəzərdə tutan bir proqramınız var mı?
    Əvvəlcədən təşəkkür edirəm və uğurlar arzulayıram.

  2. Mehman says:

    Iqbal Agazadeye sualim beledir ki : siz prezdent seçildiyiniz teqdirde avropaya inteqrasya siyasetini davam etdirceksiz yoxsa Rusiya ve Iran kimi olkelerle muttefiqlik siyaseti apatacaqsiz ?

  3. Rasim Həsənli says:

    Salam İqbal bəy,

    Əvvəla sizi uğurlu təbliğat və maraqlı çıxışlarınıza görə təbrik edirəm. Namizədlər arasında seçilirsiniz. Amma xeyli suallarım da var. Yaxşı cavab versəniz bəlkə sizə səs verdim.

    1. Seçiləcəyinizə inanırsınız? İnanmırsınızsa, niyə seçkidə iştirak edirsiniz?
    2. Tutaq ki, prezident seçildiniz. Komandanız varmı ölkəni idarə etməyə? Kimlər idarə edəcək Azərbaycanı?
    3. İlham Əliyev seçkidən sonra sizə nazir postu təklif etsə, razılaşarsınızmı?
    4. Milli Şuranın şansını necə qiymətləndirirsiniz bu seçkidə?
    5. Niyə hər çıxışdan sonra studiyadan tez çıxırsınız?
    6. 9 oktyabr 2013-cü il saat 21:00-da (tam bir həftə sonra) məlum olsa ki, siz ya da Cəmil Həsənli qalib gəlib, amma İlham Əliyevi qalib elan edirlər, nə edəcəksiniz?

  4. Leyla Məmmədova says:

    Iqbal bey, sizin cixislarinizi ailelikce maraqla izleyirik. Tebligat materiallarinizi da paylayirdilar, facebookda da izleyirem sizi. En yuksek seviyyede tebligatinizi davam etdirirsiniz. Size ses verecem.

    Bir genc kimi diqqetimi ceken bir sozunuz var. Heqiqeten genclere ayda 100 manat odemekle menzil vere bilersiniz? Bu bosh veddir yoxsa hesablanmish bir platforma teklifi? Bir de niye 100 manata ev verirsiniz ki? olmaz ki ele genclerin ishi cox olsun, maashi cox olsun ve ozleri ev alsinlar ozlerine?

    Teshekkur edirem cavaba gore.

  5. Nigar says:

    Salam, İqbal bəy. Sizə bu seçkilərdə uğurlar arzu edirəm. Sizə bir sualım var. Sizin Qarabağla bağlı fikrinizi bilirəm. Çox dəstəkləyirəm amma cəmiyyətin bunu qəbul edəcəyinə inanmıram. Siz İctimai televiziyada teledebatda Qarabağla bağlı proqamınızı səsləndirəcəksiniz? Bir Qarabağlı olaraq bu fikri səsləndirmək sizə ağır deyil ki?

  6. Vaqif says:

    Salam İqbal bəy,

    ilk öncə icazə verin sizi Azərbaycan standartlarında fərqli, yeni, orijinal seçki kampaniyası üslublarınza görə təbrik edim, hesab edirəm siz 9 nəfərdən fərqli olaraq Azərbaycanın gələcəyi üçün ciddi perspektiv vəd edən yeni nəslin lideri obrazını yaratmısınız. Məncə düşünən insanlarımız üçün məhz sizin obrazınız daha cəlbedicidir.

    Sualım isə belədir ki sizcə hakimiyyət özü daha maraqlı görsənmirmi ki muxalifetin obrazi deyismesin, her sey ancaq dava ve soyush mustevisinde olsun, cunki hakimiyyet numayendeleri sizin fundamental arqumentlerinize reaksiya vermeden daha cox Cemil Hesenlinin uzerine getmekle bu enenenin deyismemesine calismirmi? fikirleriniz cox maraqli olardi, tesekkur edirem, ugurlar size

  7. samir says:

    Salam İqbal bəy, çıxışlarınızı dinləyirik. Siz namizədlər içərisində ən layiqlisiniz prezident olmağa. Sizə bir sualım var və cəmiyyətində məncə düşündüyü bir sualdır bu. Bir dəfə siz İlham Əliyevi 2008 seçkilərindən sonra təbrik etdiniz. Bu demokratik ölkələrdə siyasi əxlaqdır. Amma təbrikdən sonra bu hakimiyyətin əxlaq anlayışının olmadığını bu 5 ildə bir daha gördünüz. Bu seçkilərdə də siz yox İlham Əliyev qalib gəlsə yenə təbrik edəcəksinizmi?

  8. Elvin says:

    Salam, İqbal bəy. Sizə seçkidə bol uğurlar diləyirəm və namizədimin sizsiniz. Sizə sualım odur ki, Milli Şura ilə birləşmədən hansısa bir müttəfiqlik etməyi düşünürsünüz?

  9. Nərmin says:

    İqbal bəy, kampaniyanız digərlərinə nisbətdə uğurlu görünür. Normal seçkilər keçirilən ölkədə kifayət qədər uğur qazana bilərdi. Reallıq isə sizə də, bizə də bəllidir. Sualım belədir: MŞ-dan sizə təklif gəlsə son anda gücləri birləşdirmək barədə yanaşmanız necə olar? Real dəyişiklik üçün siz özünüz ilkin addım atıb digər MŞ üzvləri ilə yox, məhz Cəmil Həsənli ilə bu prespektivləri müzakirə etmək istərdinizmi?

  10. Kamran says:

    Axşamınız xeyir Hörmətli İqbal bəy. Əvvala sizə bu çətin yolda uğurlar arzu edirəm. Sualım isə belə olacaq:

    Əgər seçkidə qalib gəlməsəniz lakin əvvəlki seçkiyə nisbətən çox səs toplasanız bunu özünüz ve patiyanız üçün uğur sayacaqsınızmı? Əvvəlcədən təşəkkür edirəm

  11. İdris says:

    Salam İqbal bəy, apardığınız seçki kampaniyasını bizim reallıqda xeyli uğurlu saymaq olar. Zatən bizim yəni orta iş adamları dost çevrəmizin də ən çox maraqla izlədiyi namizəd sizsiniz.
    Mənə çox maraqlıdır Prezident seçiləcəyiniz təqdirdə 1. ilk fərman və ya sərəncamınız nəyi özündə ehtiva edəcək , 2. ilk 100 gün üçün planlarınız haırdırmı? 3. Korrupsiya və rüşvəti necə həll etməyi düşünürsüz və bu çərçivədə biz sahibkarları nə gözləyi?

    Təşəkkür və uğurlar.

  12. Yusif says:

    Salam Iqbal bəy, sizə uğurlar seçkidə məncə düşüncəli adamların tək ümid yerisiniz.

    Necə düşünürsüz bizim umidlər doğrulacaqmı? Bu sahədə Beynəlxalq dəstəyiniz yeterincədirmi, hansı ki siz Rusiya və İrana qarşı həmişə kəskin mövqedəsiniz, onlar sizə hakimiyyətə gəlməyə imkan verərmi?

  13. Orxan says:

    İqbal bey, sizce Azerbaycanda milli sosializmi qurmaq mumkundurmu?

  14. Fərid says:

    Axşamınız xeyir İqbal bəy,

    sizə sual ünvanlamaqdan qurur duyuram, inanıram ki hamımız sizin BMT-nin baç məclisində çıxışınıza baxaraq Sakaşvili kimi qurur duyacağımız gün gələcək inşallah.

    Sizdə Azərbaycanda siyasi sistemin, iqtidar-müxalifet münasibətlərinin, meydanda hansı qüvvələrin əsas aparıcı rol almasını və son 20 ildə o qədər də dəyişməməsini hakimiyyət qəsdən təşkil edir, yoxsa burda regional güclər də var? nəzərə alsaq ki Gürcüstanda və Ukrayinada siyasi sitemə yeni quvvələr gəldi deyə hakimiyyətlər dəuişdi və cəmiyyət uddu. Siz bu prosedə xeyli ugurlar əldə etsəniz də tam sitemdə oturuşmağınıza hakimiyyət əsas mane olur yoxsa regional guclər? ya da hakimiyyətin köhnə qaydada müxalifətlə mübarizəsi ona daha asandırmı?

Leave a Reply to Orxan Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR