Tural Abbaslı: “Biz hər zaman prinsiplər üzrə hərəkət etmişik”

Posted January 7th, 2014 at 5:08 pm (UTC-4)
7 comments

Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasını tərk edib. Bu barədə qərar Müsavat Partiyasının yanvarın 6-da keçirilən divanında qəbul edilib.

tural abbasliMəsələni müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Müsavat Partiyasının divan üzvü Tural Abbaslını dəvət etmişik. Yanvarın 8-də Tural Abbaslı oxucularımızın suallarını cavablandırıb.

————————————————————————————————————————————

21:00 / 08 yanvar 2014
Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə Müsavat Partiyasının divan üzvü Tural Abbaslıdır.

21:02
Emil Quliyev [moderator]: Tural bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz.

21:04
Tural Abbaslı: Dəvət etdiyiniz üçün təşəkkür edirəm.

21:06
Emil Quliyev: Mən oxucularımıza da salamlayıram və onları sizə ünvanladığı ilk sualı təqdim etmək istəyirəm. Adnan Kamilli yazır:

– Əminəm ki, özünüz də bilirsiniz ki, bu, yanlış qərar idi. Mənə maraqlıdır ki, partiyada o qədər dəyərli insan var, onlar necə icazə verdilər belə bir qərarın qəbuluna?

21:18
Cavab: Əvvala onu qeyd edim ki, bu qərarın qəbulunda mən də bir Divan üzvü kimi iştirak etmişəm və qərarın lehinə səs vermişəm.Odur ki, qətiyyən qərarın səhv olduğu ilə razı deyiləm.Mən əminəm ki, çox yaxın zamanda bu qərarın nə qədər doğru və vaxtında verilmış olduğunu qərəzsiz hər bir vətəndaşımız görəcək.Çünki biz bu qərarı verməzdən öncə partiya daxili çox uzun və hər tərəfli müzakirə və analiz etmişik.Onu da unutmaq lazım deyil ki, Müsavat Partiyası Milli Şuranın yaranmasında və uğur əldə etməsində ən çox əziyyət çəkən bir təşkilat olub.Hətta MŞ nın namizədi xeyirinə İsa Qəmbər kimi güclü bir siyasətçinin namizədliyindən imtina edib.Ümumiyyətlə MŞ naminə Müsavatdan daha çox güzəştə gedən ikinci bir siyzsi qüvvə olmayıb.

21:20
Sual [Rovsane Rehimova]: Bu muttefiqliq meselesi ne mesele idi? siz evveller onlarla muttefiq deyildiniz?

21:33
Cavab: Rövşənə xanım yəqin ki, Müsavatın MŞ da təmsil olunan partiya və qurumlara təklif etdiyi sazişləri nəzərdə tutur.Qeyd edim ki, eyni məntiqlə yanaşsaq deyə bilərik ki, Müsavat və orada təmsil olunan bəzi qurumlar İctimai Palata başda olmaqla bir çox digər formasiyalarda zatən müttəfiq idi. Elə isə Milli Şura adlı quruma nə ehtiyac var idi.Bizim təklif etdiyimiz müttəfiqlik və əməkdaşlıq daha çox həmin təşkilatlarla iki tərəfli və daha uzun müddətli münasibətləri nəzərdə tuturdu.Ancaq təəssüflər olsun ki,bizimlə müxtəlif qurum və bloklarda səmimi müttəfiqlik münasibətlərində olduqlarını iddia edənlər bizimlə iki tərəfli müttəfiqlikdən imtina etdi.Bəs hanı münasibətlərdəki səmimiyyət? Əslin bu bir daha sübüt edir ki, Müsavat Rəsulzadə və Elçibəy yolundakı bütün təşkilatlarla əməkdaşlıqda daha səmimi və israrkardır nəinki digərləri.

21:35
Sual [Rəhim Qasımov]: Mən Müsavatın bu qərarını gecikmiş qərar hesab edirəm. Ümumiyyətlə Müsavat gərək İsa Qəmbərlə seçkilərə gedərdi. Sualım isə belədir ki, nə üçün Müsavat Milli Şuranın namizədinə üstünlük verdi, başqanın namizədliyini saxlamadı?

21:45
Cavab: Mən qərarın vaxtında verildiyinə əminəm.Niyə Müsavat siyasi və təcrübə baxımından daha güclü və şanslı olduöğu MŞ namızədlərinə güzəştə getdi? Çünki biz həmişə Əliyev rejimi üzərində qələbənin həll edici qüvvəsini xalqın prossesslərə daha aktiv qoşulmasında görmüşük.Ancaq təssüf olsun ki, hakimiyyətin də bu yönümündəki təbliğatının birbaça nətıcəsi olaraq yalnış bir fikirformalaşıb ki,qələbə qazanılmamasının günahı müxalifətdədir.Yəni hakimiyyətin seçkiləri total şəkildə saxtalaşdırmasının,azad sözün boğıulmasının,sərbəst toplaşmaq yasağının ,repressiyaların və s. məsələlərin deyildə müxalifətin vahid namizədinin olmamasının bu məsələyə həll edici təsiri var.Müsavat Partiyası da bu məsə ilə bağlı ictimaiyyətdə yaranmış yalnış fikrin aradan qalxmasi üçün öz real şanslı namizədindən imtina etdi.Sonda həmişə olduğu kimi bu məsələ də də Müsavatın haqqlı olduğu bir daha sübut olundu.

21:46
Sual [Seva A-va]: Musavat evvel dedi, İbraqimbekov namized olmasin sonra dedi sedr olmasin, sonra dedi sedr olmasin. İstediyi her shey olandan sonra dedi voobshe cixiram. Evvelden cixa bilmezdizmi?

22:00
Cavab: Əvvala onu qeyd edim ki, Müsavat Partiyası siyasətini heç bir zaman şəxslər üzərində qurmayıb.Biz hər zaman prinsiplər üzrə hərəkət etmişik.Yəni burada məsələ qətiyyən İbrahimbəyov deyil.Həm Müsavat heç zaman onun namizədliyinin əlehinə olmayıb,sadəcə olaraq ən təbii və vacib tələblər irəli sürüb ki, namızəd Bakıda olmalı və onun namizədliyini müdafiə edən xalq qarşısında bəəzi öhdəlikləri qəbul etməlidir.Rüstəm müəllimin MŞ-ya sədr olmasında Müsavatçılar yekdilliklə səs veribsə necə demək olar ki,biz onun sədrliyi əlehinə olmuşuq.Ancaq,həmsədrlik və fəxri sədrlik məsələsində İbrahimbəyovu ona görə dəstəkləməəyib ki, o Rusiya vətəndaşlığından imtina etmək fikrindən daşındığönö bəyan etdi.Tam anlaşılandır ki,Azərbaycanın gələk inkişafını Avrointerasiyada görən və bu məsələdə heç bir güzəştə yola verməyəcəyini bəyan edən Müsavat Partiyası üçün Rusiya vətəndaşının rəhbərliyi altında fəaliyyət qətiyyən qəbul edilməzdir.

22:05
Sual [Nihad Murselov]: Qarşıda Müsavat partiyasının qurultayı olacaq. Bilirik ki, sizdə həmin qurultayda başqanlığa namizədliyinizi irəli sürəcəksiniz. Arif Hacılı ilə isə bu məsələ ilə bağlı olaraq aranızda soyuq müharibənin getdiyi də heç kəsə sirr deyil. Seçkidə Arif bəy qalib gəlsə sizin Müsavatdakı karyeranıza son qoyula bilər. Əgər, Müsavatda sizə qarşı təzyiqlər olsa, nə qərar verəcəksiz?

22:20
Cavab: Müsavat Partiyası hər bir demokratik təşkilat kimi öz Nizamnaməsi üzrə fəaliyyət göstərir.Burada da göstərildiyi kimi Müsavat Partiyasının qurltayını yaxın zamanlarda keçırmək niyyətindədir.Ancaq hamıya məlum olduğu kimi hakimiyyətin qetri qanuni və qərəzli münasibəti nəticəsində bizə quruitayımızı keçirə biləcəyimiz məkan ayrılmır.Bu süni problem aradan qalxan kimi Müsavat öz qurultayını keçirəcək.Keçiriləcək qurultayda namizəd olub olmamaq məsələsi isə də bizim üçün açiq qalır. Ancaq , deməzdim ki, bu məsələyə görə mənim Arif bəy də daxil olmaqla digər namızədlərlə münasibətim soyuqdur.Biz müsavatcıyıq vər hər zaman da müsavatçı olaraq qalacağıq.Yəni qurultay nümayəndələri olan müsavatçıların iradəsi digər müsavatçılar kimi mənim üçün də əsasdır və biz bu iradəyə sözsüz tabe olacağiq.Əminəm ki,növbəti Başqanın kim olmasından aslı olmayaraq Müsavatdakı bu günkü birlik bə bütövlük davam edəcək və biz birlikdə bundan sonrada bir yerdə mübariizəmizi davam etdirəcəyik.

22:22
Sual [Bəxtiyar Hacıyev]: Tural bəy, İsa Qəmbər Müsavat başqanlığından istefa versə (çox maraqlıdır, hakimiyyətin 3-cü müddətinə etiraz edən Müsavat başqanı faktiki olaraq Müsavat nizamnaməsinə görə 3-cü müddətdir ki, başqandır) Müsavat başqanı olmaq uğrunda mübarizəyə qoşulacaqsınızmı?

İkinci sual: Keçən il bir müsahibəmdə “Milli Şuraya Qərbdən dəstək hiss etmədim” dediyimə görə rəhbərlik etdiyiniz Müsavat Gənclər Təşkilatı mənə qarşı qarayaxma kampaniyasına başlamışdınız ki, Milli Şura haqqında mənfi fikirlər səsləndirmişəm. Hətta bu kampaniyaya həbs yoldaşım olan sizlər rəhbərlik edirdiniz. Amma indi “müxalifətin birliyi Müsavatsız mümkün deyil” deyib, müxalifətin indiyə qədər ən geniş birliyi olan Milli Şuranı tərk etdiniz. Belə çıxmırmı ki, Müsavatın bu addımı müxalifətin birliyinə son qoyur? Həm də bu tərk etmə qərarı üçün ciddi əsas olmadan bunu etdiniz. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olaraq MŞ sədrliyi, fəxri sədrliyini bəhanə edirdiniz, o da istefa verdi ki, getmək istəyirsinizsə, bəhanəsiz gedin.

22:33
Cavab: Bəxtiyar bəyin 1-ci sualına yuxarıda qismən cavab vermişəm.Ancaq onu da xatırladım ki, Partya nizamnaməəsində Başqanlığa İsa bəyin təklifi ilə qoyulan məhdudiyyətdən sonra isa bəy 2 dəfə Başqan seçılııb.Bəxtiyar bəyin 3-cü dəfə məsələsini haradan çıxardığını anlamadım.Nə mənim rəhbərliyim nə də müstəqil şəkildə Bəxtiyar bəyə qarşı qarayaxma kampaniyası aparıldığını isə xatıtlamıram.Biz MŞ nı müxalifətin sonsuza qədər yarattdığı biir birlik olduğunu isə qəbul etmirik.MŞ-a prezident seçkilərini hədəf götürərək yaradılmış bir birlik idi və misiyasını başa vurdu.Müsavat Partiyası yenii siyasi situasiyaya uyğun yeni addımların atılması tırıfdarıdır.Odur ki,biz müxalifətin hansısa böyük birliklərini dağıtdıığımız fikrini qətiyyən qəbul etmirikk vəə bu fikri özümüzə qarşı qərəz kimi qəbul edirik.Sonda Bəxtiyar bəəyə bir daha xatırladıram ki, qeyd etdiyi qurumu yaradan elə Müsavatın özü idi.

22:35
Sual [Rüfət Hacıyev]: Tural bəy, nə zamansa Müsavat başqanı olmağı planlaşdırırsınızmı?

22:43
Cavab: Təbii ki, nə vaxtsa Müsavat Başqanı seçilmək mənum üçün böyük fəxr və şərəf olar.Müsavat kimi bir partiyanın rəhbəri olmaq adını Azərbaycan tarixinin ən şərəfli səhifələrinə yazdırmaq deməkdir.Həm zamanında bizim həmyaşıdlarımız olan bu günkü siyasi liderlərimiz Azərbaycanın idarəçiliyində önəmli və məəsuliyyətli postlarda təmsil olunduqları halda , biz niyə belə bir gücü özümüzdə görməyək.Həm gənclərin rəhbərliyə gəlməsi əhalinin böyük qismini təşkil edən gənclər ordusunun da prosseslərə daha aktiv qoşulmasına stimul verı bilər.Odur ki., bu barədə ciddi düşündüyümüzü və sonda xeyirli bir qərar verəcəyimizi düşünürəm.

22:45
Sual: Musavatın bundan sonraki fəaliyyət planı nədən ibarətdir?

22:50
Cavab: Müsavat Partiyası Məclisinin son iclasında partiyanın 2014-cü il fəaliyyət planı qəbul olunub.Bu fəaliyyət planında 2014-cü ildə Müsavatın fəaliyyətinin əsas istiqamətləri öz əksini tapıb və biz də təbii ki, bu istiqamətdə fəaliyyətimizi təşkil edəcəyik. Həm bu il bələdiyyə seçkiləri keçirilməsi nəzərdə tutulur.Bu seçkilər onunla fərqlənir ki,burada minlərlə namızəd iştirak edirşVə bu da partiya daxili təşkilatlamaya öz tövhəsini verəcək.

22:51
Sual [Məhəmməd]: Milli Suradan cixdiginizi beyan etdikden sonra partiyadan istefalar baslayib bu istefalarin artacagini dusunmursunuzmu???

22:55
Cavab: Bu qərardan sonra istefaların başladığı fikrii ilə razı deyiləm.Minlərlə üzvü olan bir partiyanın sıralarından hələlik 1 adamın istefa verməsi hələ göstərici deyil.Və əminəm ki, partiya üzvləri bu qərarı dəstəkləyərək öz fəaliyyətlərini davam etdirəcəklər.Belə qərarlar Müsavat kimi partiyaya təsir edə bilməz.

22:57
Emil Quliyev [moderator]: Tural bəy, iki saata yaxın vaxtınız ayırıb oxucularımızın suallarını cavablandırıdığınız üçün sizə minnətdarlığımı bildirirəm.

22:58
Tural Abbaslı: Emil bəy, bu inkanı yaratdığınız üçün mən sizə minnətdaram.Təşəkkürlər!

23:00
Emil Quliyev: Mən oxucularımıza təşəkkürümü bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək

7 responses to “Tural Abbaslı: “Biz hər zaman prinsiplər üzrə hərəkət etmişik””

  1. Adnan Kamilli says:

    Əminəm ki, özünüz də bilirsiniz ki, bu, yanlış qərar idi. Mənə maraqlıdır ki, partiyada o qədər dəyərli insan var, onlar necə icazə verdilər belə bir qərarın qəbuluna?

  2. Nihad Murselov says:

    Qarşıda Müsavat partiyasının qurultayı olacaq. Bilirik ki, sizdə həmin qurultayda başqanlığa namizədliyinizi irəli sürəcəksiniz. Arif Hacılı ilə isə bu məsələ ilə bağlı olaraq aranızda soyuq müharibənin getdiyi də heç kəsə sirr deyil. Seçkidə Arif bəy qalib gəlsə sizin Müsavatdakı karyeranıza son qoyula bilər. Əgər, Müsavatda sizə qarşı təzyiqlər olsa, nə qərar verəcəksiz?

  3. Bəxtiyar Hacıyev says:

    Tural bəy, İsa Qəmbər Müsavat başqanlığından istefa versə (çox maraqlıdır, hakimiyyətin 3-cü müddətinə etiraz edən Müsavat başqanı faktiki olaraq Müsavat nizamnaməsinə görə 3-cü müddətdir ki, başqandır) Müsavat başqanı olmaq uğrunda mübarizəyə qoşulacaqsınızmı?

    • Mehemmed says:

      Milli Suradan cixdiginizi beyan etdikden sonra partiyadan istefalar baslayib bu istefalarin artacagini dusunmursunuzmu???

  4. Bəxtiyar Hacıyev says:

    İkinci sual: Keçən il bir müsahibəmdə “Milli Şuraya Qərbdən dəstək hiss etmədim” dediyimə görə rəhbərlik etdiyiniz Müsavat Gənclər Təşkilatı mənə qarşı qarayaxma kampaniyasına başlamışdınız ki, Milli Şura haqqında mənfi fikirlər səsləndirmişəm. Hətta bu kampaniyaya həbs yoldaşım olan sizlər rəhbərlik edirdiniz. Amma indi “müxalifətin birliyi Müsavatsız mümkün deyil” deyib, müxalifətin indiyə qədər ən geniş birliyi olan Milli Şuranı tərk etdiniz. Belə çıxmırmı ki, Müsavatın bu addımı müxalifətin birliyinə son qoyur?

    Həm də bu tərk etmə qərarı üçün ciddi əsas olmadan bunu etdiniz. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olaraq MŞ sədrliyi, fəxri sədrliyini bəhanə edirdiniz, o da istefa verdi ki, getmək istəyirsinizsə, bəhanəsiz gedin.

  5. Mehemmed says:

    Necə iddia etmək olar ki, Milli Şuranın hədəfi müəyyənləşməyib? Necə iddia etmək olar ki, Milli Şura prezident seçkilərində iştirak etmək üçün yaranmışdı?
    Milli Şuranın təsis sənədi olan bəyannamədən bu hissəni mütləq yenidən oxumaq lazımdır:

    “Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar
    – Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək;
    – Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq;
    – Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq;
    – Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında – Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik.

  6. Seymour says:

    Bugünkü Xalq Cəbhəsi çox dayaz, indiki zamana uyğun olmayan siyasət aparan, yalnız hadisələrə çox səthi baxışları olan şəxsləri ətrafına toplayacaq və əslində bir qədər də qaragüruhçu bir mövqe sərgiləyən bir partiyaya cevrilib.
    Və bir də… “Əjdaha başı” tamaşasıda polis rəisinin (Səyavuş Aslan) öz bacısı oğlunu “KPZ”-yə saldırma səhnəsini xatırlayın: Polis rəisi(hakimiyyət), Bacoğlu(XCP). Sadəcə bəzən bacoğlunun yerinə onun dostlarından da kimsə həbsə düşə bilər.
    ….Bu qədər…

Leave a Reply to Adnan Kamilli Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR