Sentyabrın 10-da Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu şübhəli şəxs kimi saxlanılıb. Həmin gün məhkəmə onun barəsində 2 aylıq qətimkan tədbiri seçib. Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi həbsdə heç bir siyasi çaların olmadığını bildirsə […]
Nərgiz Yaqublu: “Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil!”
Əhməd Obalı zəlzələdə ölənlərin siyahısını açıqladı
Keçən həftənin şənbə günü Təbriz yaxınlığında baş verən güclü zəlzələdən sonra ölənlərin sayının 300-ü keçdiyi bildirilir. İran Azərbaycanından gələn məlumatlarda dağıntılar nəticəsində on minlərlə insanın evsiz-eşiksiz qaldığı, küçələrdə gecələdiyi, qidaya, suya, sığınacağa və s. ilkin təchizata ehtiyacı olduğu istisna edilmir. İran Azərbaycanında baş vermiş zəlzələnin nəticələrini və eləcədə oradakı insanlara yardım göndərməyin yollarını müzakirə etmək […]
Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür
Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂 Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib […]
Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!
İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı […]
Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”
Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]
Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”
Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib. Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə […]
Samir Əsədli: “Mitinqi gözdən salmağa çalışanlar bizi yox, özlərini gözdən salırlar”
Martın 17-də Bakıda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə sanksiyalaşdırılmış mitinqi keçirilib. Mindən çox insanın qatıldığı mitinqdə “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Təhsildə rüşvətə yox” şüarıları səsləndirilib. Aksiyanın rəsmi hissəsindən sonra keçirilən konsertdə rokçu Camal Əlinin ifası münaqişə və davaya səbəb olub. Baş vermiş hadisəni müzakirə etmək üçün Sərbəst Kürsüyə mitinqin təşkilatçılarından Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin […]
Əbülfəz Qurbanlı: “Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyün” adamlar kimi bəslənir”
Quba hadisələri ölkədə yerli hakimiyyət nümayəndələri və icra başçılarından narazılığın nə ilə nəticələnə biləcəyinə bir nümunə oldu. İcra başçısının təhqiramiz çıxışı Quba xalqının qəzəbinə səbəb oldu, nümayişlərə, toqquşmalara, həbslərə gətirib çıxardı. Hadisələrin ardınca isə mart ayının 6-da AXCP Gənclər Təşkilatının üzvləri Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiya polis tərəfindən amansızcasına dağıdılıb. […]