2011-ci ildə yadda qalan və Azərbaycan ictimaiyyətini narahat edən hadisələrdən biri də aktivlik nümayiş etdirən rekord sayda gənc fəalın müxtəlif ittihamlarla həbs edilməsi oldu. Beynəlxalq təşkilatlar demək olar ki, onların hamısını vicdan məhbusu kimi tanıyır. 2011-ci ildə həbs edilən vicdan məhbuslarından yalnız AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı ötən ilin son günlərində – dekabrın 26-da […]
Cabbar Savalanlı: Bu mübarizə şərəf borcumuzdur!
Hikmət Hacızadə: Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir
2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı? 2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın […]
İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşdiyini bildirib. Hava limanda məmurun pis rəftarına etiraz edən cənab Əliyev Türkiyədən deportasiya olunmamışdan əvvəl iki dəfə döyüldüyünü deyib. Elə həmin gecə Bakıya qayıdan hüquq müdafiəçisini hava limanında çoxsaylı fəal qarşılayıb. Cənab Əliyev Türkiyədə vəkil tutduğunu və baş verən […]
Eldar Namazov “Canlı Forum”da: “Ziyalılar Forumu gənclərlə sıx əməkdaşlıq etmək arzusundadır”
Azərbaycanda Ziyalılar Forumunun keçirdiyi toplantılar zamanı ölkədəki vəziyyət barədə həyacan təbili çalmasından sonra Forumun təsisçiləri və üzvlərinə qarşı təzyiqlər başlayıb. Çoxları düşünür ki, tanınmış alim Rafiq Əliyevin işdən çıxarılması bu istiqamətdə ilk addım olub. Bundan sonra Bakı Dövlət Universitetinin müəllimlər heyəti adından Ziyalılar Forumu üzvlərinə qarşı bəyanat açıqlanıb. Daha sonra buna oxşar bir neçə bəyanatlar […]
Canlı Forum: Müstəqillikdən 20 il sonra Azərbaycanda Rus dilinin rolu nə olmalıdır
Bu yaxınlarda Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsinin iyirminci ili tamam oldu. Bu münasibətlə müstəqil Azərbaycanın son iyirmi illik tarixinə müxtəlif cəhətlərdən qiymət verildi. Bəs təxminən son 200 ildə, yəni Azərbaycanın Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsindən bəri ölkədə ictimai həyatın və elmin bir parçasına çevrilmiş və hətta müəyyən dövrlərdə Azərbaycan dilini qabaqlamış rus dilinin […]
Cəmil Həsənli Canlı Forumda: “Bisavad gənclik vətən qoruya bilməz”
1991-ci il oktyabr ayının 18-də Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bu günlərdə Azərbaycanın müstəqilliyinin 20 ili tamam oldu. Keçən bu 20 illik tarixi, Azərbaycanın üzləşdiyi çətinlikləri və nailiyyətləri müzakirə etmək üçün redaksiyamıza tarix elmləri doktoru, professor Cəmil Həsənlini dəvət etmişik. Canlı forum oktyabr ayının 26-sı Bakı vaxtı ilə axşam saat 9:30-da başlayaraq 11:00-da sona çatıb. Hər […]