Showing Archived Posts

Eldar Namazov: Hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur!

Posted June 11th, 2013 at 1:28 pm (UTC-4)
8 comments

Azərbaycanda prezident seçkilərinə 4 ay qalmış, ölkənin gündəmində olan əsas məsələ Milli Şuradır. Artıq qurumda ilk təyinatda baş tutub. Belə ki, sədri Rüstəm İbrahimbəyov rəhbər seçildikdən sonra sərəncam imzalayaraq “EL” hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib. Milli Şuranın bundan sonrakı fəaliyyətinin necə olacağına aydınlıq gətirmək və Milli Şura  barədə suallara […]

Əli Kərimli: Rüstəm bəyin Rusiya ilə yanaşı Fransa və ABŞ-da da evi var!

Posted May 27th, 2013 at 1:58 pm (UTC-4)
29 comments

Uzun danışıqlardan sonra mayın 28-i axşam saatlarında Milli Şura elan olunub. Milli Şuraya “El” Hərəkatı, Müsavat Partiyası və başqa partiyalar, eləcə də bəzi fərdi şəxslər dəstək bildirib. Milli Şuranı dəstəklədiyini elan edən partiyalardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Qarşıdan gələn prezident seçkilərində AXCP-nin planları, partiyanın Milli Şurada gələcək fəaliyyəti və Milli Şuranı dəstəklənməsinin səbəblərinə […]

Aslan İsmayılov: Siyasətə meylim yoxdur

Posted May 14th, 2013 at 3:22 pm (UTC-4)
9 comments

Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün  məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib. Qərarı müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış vəkil Aslan İsmayılovu dəvət etmişik. Mayın 15-i Aslan İsmayılov […]

Aygün Pəncəliyeva: Adnan və Eminin həbsindən sonra bütün qorxularımı atmışdım

Posted April 30th, 2013 at 4:23 pm (UTC-4)
4 comments

7 üzvü həbsdə olan N!DA Vətəndaş Hərəkatının fəaliyyətində son zamanlar  ləngimə hiss edilməkdədir. Martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da “Nida”çı Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də isə Zaur Qurbanlı barəsində həbs qəti imlan tədbiri seçilib. N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü […]

İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik

Posted March 26th, 2013 at 3:37 pm (UTC-4)
28 comments

O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə […]

Zaur Qurbanlı: “Mən Məhəmmədlə, Bəxtiyarla, Şahinlə fəxr edirəm!”

Posted March 12th, 2013 at 4:30 pm (UTC-4)
4 comments

N!DA Vətəndaş Hərəkatı! –  Təşkilat 2 il əvvəl təsis edilsə də, 10 martda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasınadək əsasən gənclər arasında populyar idi. Ancaq aksiyadan bir neçə gün öncə 3 üzvünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dövlət çevrilişində və narkotik vasitələrin daşınmasından ittiham olunduqdan və üzvlərin Azərbaycandakı telekanallar vasitəsilə yayımlanan ifadələrindən sonra bütün Azərbaycanda danışılan başlıca […]

Turqut Qəmbər: O televizor məndən də yaşlıdır

Posted February 19th, 2013 at 12:02 pm (UTC-4)
5 comments

Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadirəsini həyata keçirir.Aksiya zamanı yüksək cərimə olunanlardan 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər. Fevralın 19-u Nida Vətəndaş Hərəkatının idarə […]

Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!

Posted February 5th, 2013 at 12:31 pm (UTC-4)
23 comments

Fevralın 4-ü Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçib. Hər iki müxalifət lideri ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və […]

İsa Qəmbər namizəd olmaqdan bezibmi?

Posted January 8th, 2013 at 3:19 pm (UTC-4)
10 comments

Müsavat Partiyasının Məclisi partiyanın başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.  2003-cü ildə namizəd olmuş İsa Qəmbər bu dəfəki seçkilərdə qələbəsinə əminlik ifadə edib.  Onun fikrincə, son video qalmaqalları Azərbaycanın hakim rejimini tamamilə ifşa edib, onun korrupsiyaya uğradığını və hakimiyyətin kriminal xarakterini nümayiş etdirib. Oxucularımızın suallarını cavablandırmaq üçün […]

Qənimət Zahid: Azadlıq yarananda Qubadlıda rota komandiri idim!

Posted December 24th, 2012 at 3:42 pm (UTC-4)
9 comments

Dekabrın 24-də Azərbaycanın ilk müstəqil mediası – “Azadlıq” qəzetinin 23 yaşı tamam olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, baş redaktor Nəcəf Nəcəfovun rəhbərliyi ilə qəzetin ilk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görüb. Kommunist rejimi dövründə hökm sürənalternativsizlik səbəbi ilə qəzetin ilk nömrələri Azərbaycan boyu əldən-ələ gəzir, bütün meydanlarda, küçələrdə, evlərdə oxunurdu. Keçmiş kommunist rejiminin […]

BLOGLAR