Showing Archived Posts

İsa Qəmbər namizəd olmaqdan bezibmi?

Posted January 8th, 2013 at 3:19 pm (UTC-4)
10 comments

Müsavat Partiyasının Məclisi partiyanın başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.  2003-cü ildə namizəd olmuş İsa Qəmbər bu dəfəki seçkilərdə qələbəsinə əminlik ifadə edib.  Onun fikrincə, son video qalmaqalları Azərbaycanın hakim rejimini tamamilə ifşa edib, onun korrupsiyaya uğradığını və hakimiyyətin kriminal xarakterini nümayiş etdirib. Oxucularımızın suallarını cavablandırmaq üçün […]

Rəsul Quliyev: İştirak etməyə nail olsam mən, ola bilməsəm Əliyev!

Posted December 10th, 2012 at 3:38 pm (UTC-4)
18 comments

1996-cı ildən ABŞ-a mühacirət etmiş Azərbaycan Milli Məclisinin keçmiş spikeri Rəsul Quliyev Azərbaycanın siyasi gündəmini diqqətdə saxlayan siyasətçilərdəndir. Açıq Cəmiyyət Partiyasının lideri habelə 2013-cü ildə prezidentliyə namizəd olacağını bəyan edib. 1990-cı illərdə Azərbaycanın siyasi həyatında mühüm rol oynamış Rəsul Quliyev 2013-cü ili hakimiyyət dəyişikliyi üçün son şans kimi görür. Bu və digər məsələlərlə bağlı oxucularımızın […]

Nərgiz Yaqublu: “Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil!”

Posted September 13th, 2012 at 10:13 am (UTC-4)
4 comments

Sentyabrın 10-da Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu şübhəli şəxs kimi saxlanılıb. Həmin gün məhkəmə onun barəsində 2 aylıq qətimkan tədbiri seçib. Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi həbsdə heç bir siyasi çaların olmadığını bildirsə […]

İsa Qəmbər: “Emin Milli savadlı, təşəbbüskar bir gəncdir!”

Posted August 28th, 2012 at 10:24 am (UTC-4)
25 comments

Son günlər sosial şəbəkələrin başlıca müzakirə mövzularından biri Müsavat Partiyası başqanı İsa Qəmbərdir. Əvvəlcə gənc yazıçı Emin Millinin Müsavat başqanını  illərdir partiya rəhbərliyində qalmasını sual etməsi və daha sonra İsa Qəmbərin 2013-cü ildə prezidentliyə yenidən namizəd olacağını bəyan etməsi bizi bu dəfə Sərbəst Kürsüyə məhz cənab Qəmbəri dəvət etməyə sövq etdi. Avqustun 29-u Sərbəst Kürsünün […]

Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür

Posted July 24th, 2012 at 1:36 pm (UTC-4)
22 comments

Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂 Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib […]

Ərəstun Oruclu: Qərbdə qoşun yeritmə praktikası son vasitə kimi qəbul edilir

Posted July 18th, 2012 at 10:39 am (UTC-4)
8 comments

Bir il yarım əvvəl Suriyada Prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı başlanan kütləvi nümayişlər artıq kuliminasiya nöqtəsinə çatmaqdadır. BMT ölkənin bəzi yerlərində vətəndaş müharibəsinin getdiyini etiraf edib. İyulun 18-də isə Suriya dövlət televiziyası intiharçı hücumçunun Dəməşqdə Dövlət Təhlükəsizlik binasını partladaraq Suriyanın müdafiə naziri Davud Racanı və bir neçə başqa rəsmini ağır yaraladığını bildirib.  Dövlət televiziyası hücum […]

Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!

Posted June 4th, 2012 at 12:24 pm (UTC-4)
18 comments

İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı […]

Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”

Posted May 7th, 2012 at 1:34 pm (UTC-4)
31 comments

Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı  meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib. Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.  CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə […]

Əbülfəz Qurbanlı: “Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyün” adamlar kimi bəslənir”

Posted March 5th, 2012 at 8:50 pm (UTC-4)
30 comments

Quba hadisələri ölkədə yerli hakimiyyət nümayəndələri və icra başçılarından narazılığın nə ilə nəticələnə biləcəyinə bir nümunə oldu. İcra başçısının  təhqiramiz çıxışı Quba xalqının qəzəbinə  səbəb oldu,  nümayişlərə, toqquşmalara, həbslərə gətirib çıxardı. Hadisələrin ardınca isə mart ayının 6-da AXCP Gənclər Təşkilatının üzvləri Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiya polis tərəfindən amansızcasına dağıdılıb. […]

Rafiq Əliyev: “Sərbəst Kürsü-70 ildə ən yadda qalan tədbir”

Posted February 6th, 2012 at 4:15 pm (UTC-4)
20 comments

Keçən həftə Ziyalılar Forumu gənclərin problemlərini müzakirə edib. Bir neçə hotel bu görüşün öz zalında keçirilməsinə icazə verməyəndən sonra toplantı yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyovun İçəri şəhərdəki evində keçirilib. Görüşdə gənclərin problemlərinə toxunulub. Toplantıdan dərhal sonra orada iştirak etmiş “İnam” plüralizm mərkəzinin rəhbəri Vahid Qazi naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bu həftənin əvvəli isə hakim Yeni […]

BLOGLAR

RSS Xəbərlər