Urmiyə və Təbrizdə ailələr 27 Avqustda keçirilən nümayişdə itkin düşən qohumlarını axdarmağa davam etdikləri bir zamanda, İran Azərbaycanlılarının gələn şənbə günü Qərbi və Şərqi Azərbaycan vilayətlərinin irili-xırdalı şəhərlərində əlavə nümayişlərə hazırlaşdığı bildirilir. Bu arada kürdlər və ərəblərə əlavə olaraq bəzi fars qrupların və Yaşıl hərəkatın da azərbaycanlıların tələblərini dəsdəklədiyi bildirilib və bəzi müxalif fars qruplar […]
Bəzi fars, kürd, ərəb qrupları da azərbaycanlıların şənbə gününə planlaşdırdıqları nümayişləri dəstəkləyir
Markus Löninq: Almaniya Cənubi Qafqazı azad görmək istəyir
Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb. TAPDIQ FƏRHADOĞLU Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım […]
Ceymstaun Fondunun rəhbəri: “ABŞ-ın Cənubi Qafqaza yönəlik konkret siyasəti yoxdur” (VİDEO)
Dağlıq Qarabağ son günlər əsas müzakirə mövzusu olaraq qalır. Mövzunun müzakirəsi intensivləşsə də, nizamlanmanın intensivləşməsinə dair hər hansı bir işarə görünmür, ən azı ictimaiyyət üçün. Kazan görüşü, Sergey Lavrovun Yerevan, Bakı və ardınca da Vaşinqtona səfərləri, indi də Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri – tərəflərin münaqişənin nizamlanması istiqamətdə son aylar göstərdiyi səylərdir. Bunlar nədən […]
Bəxtiyar Hacıyevin ‘Harvard’dakı professoru ilə müsahibə
Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Rikardo Hausmann deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetində magistr dərəcəsi aldığını təsdiqləyib və deyib: ” Bəxtiyar Hacıyevin əleyhinə onun Harvard Universitetinin Kennedi Hökumət Məktəbində yüksək rəqabətli hesab olunan İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi aldığını inkar edən gözdənsalma kampaniyası aparılmasından […]
Kamran Səxavət jurnalist fəaliyyətinə görə məruz qaldığını dediyi təzyiqlərə görə kömək istəyir
Abşerondan Zakir Fərəcovun e-maili: “Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun himayədarlıq etdiyi mafiyanın korrupsiya cinayətlərini üzə çıxartdığıma görə əməkdaşı olduğum “Güzgü”qəzetinə reket mənə isə xuliqan damğası vurmaq istəyirlər. Məni ölümlə hədələyirlər.Xahiş edirəm kömək edin. Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun himayədarlıq etdiyi mafiyanın korrupsiya cinayətlərini üzə çıxartdığıma görə əməkdaşı olduğum “Güzgü” qəzetinə reket […]