İsa Qəmbər: Güneyli-Quzeyli Azərbaycana canımız qurban!

Posted April 9th, 2012 at 2:21 pm (UTC-4)
16 comments

Aprel ayının 8-i müxalifət qüvvələrini birləşdirən İctimai Palata Bakıda mitinq keçirib. “Siyasi məhbuslara azadlıq!” “Yeni parlament seçkiləri keçirilsin!”, “Rədd olsun yoxsulluq!”,  “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “İstefa! ”şüarları qaldırılmış mitinqdə minlərlə insan iştirak edib. Müxalifət mitinqdə 10 mindən çox, Bakı şəhər Baş Polis İdarəsi isə 1200 nəfərin iştirak etdiyini iddia edir.

Mitinq zamanı növbəti aksiyanın aprel ayının 22-ə təyin edildiyi də bildirilib. Hər iki aksiya barədə oxucularımızın suallarını cavablandırmaq üçün bu həftə Sərbəst Kürsüyə Müsavat başqanı İsa Qəmbəri dəvət etmişik. İsa Qəmbər sizin suallarınızı canlı olaraq cavablandırıb. Forum Bakı vaxtı ilə saat 21:00-dan 23:00-dək davam edib.

————————————————-
21:00 / 11 aprel 2012

Sərbəst Kürsüdə sizi xoş gördük. Bugünkü Sərbəst Kürsünün moderatoru mən Emil Quliyevəm. Söz verdiyimiz kimi qonağımız Müsavat başqanı İsa Qəmbərdir.

Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara İsa Qəmbər canlı olaraq cavab verir. Ən son sualları və cavabları oxumaq üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.

Emil Quliyev: Axşamınız xeyir İsa bəy, Amerikanın Səsinin Sərbəst Kürsüsünə xoş gəlmisiniz.
_____
21:02
İsa Qəmbər: Emil bəy, salam. Təşəkkür edirəm.

_____
21:03
Emil Quliyev: Suallara keçməmişdən əvvəl forumun qaydaları barədə qısaca məlumat vermək istəyirəm. Sualları yalnız internet istifadəçiləri sizə ünvanlayır. Mən sadəcə moderatorluq edirəm. 2 saatlıq vaxt çərçivəsində tərkibində təhqir, söyüş olmayan mümkün qədər bütün sualları sizə ünvanlamalıyam. İstədiyiniz suala cavab verib-verməyək hüququna maliksiniz. Bundan başqa təkrar olduğunu düşündüyünüz sualları da cavabsız qoya bilərsiniz.

_____
21:03
İsa Qəmbər:
Aydındır. Şərtlərinizi qəbul edirəm 🙂

_____
21:04
E.Q.:
İndi isə sualların çox olduğunu nəzərə alıb birbaşa suallara keçmək istəyirəm. İlk sual Anar imzalı oxucudan gəlib. Anar bəyin sualı belədir:
İsa bey biz sizinleyik. Sualim odur ki, cemiyyetde herden suallar verirler ki, 92-93-de gelmishdiniz de ne etdiniz? Siz ne demek isteyerdiniz bele dushunenlere?

_____
21:13
Cavab: Anar bəy, təşəkkür edirəm.
Biz çox ağır dövrdə hakimiyyətə gəldik. Yeni müstəqil dövlət qururduq, müharibə şəraitində idik, Şuşa və Laçının işğal edilməsi əhalidə böyük şok və ruh düşkünlüyü yaratmışdı,  iqtisadi əlaqələrin kəsilməsi, xaricdən təzyiqlər, daxildən xəyanətlər və s. şərtlər.
Əlbəttə, təcrübəmiz də az idi. Əslində kimdə müstəqil dövlət qurmaq təcrübəsi olur ki? Belə missiya və şans, məsuliyyət və şərəf  hər nəslə qismət olmur.
Bütün bu reallıqlar şəraitində Ə.Elçibəyin rəhbərliyi altında mümkün olan-olmayan bir çox uğurlara imza atdıq:
Uğurlu hərbi əməliyyatlara başladıq və işğal altında olan torpaqlarımızın 2/3-ni azad etdik.
Test inqilabını reallaşdırdıq və ali məktəblərə qəbulda rüşvətin, korrupsiyanın kökünü kəsdik. Ümumiyyətlə korrupsiyaya qarşı sərt mübarizə apardıq və xüsusən yuxarı səviyyədə rüşvəti aradan qaldırdıq.
Rusiya ordusunu ölkəmizdən çıxardıq, bilirsiniz ki, bunu Qərbin tam dəstək verdiyi Baltik  ölkələrindən də, Şərqi Avropa ölkələrindən də əvvəl etdik.
İqtisadi islahatlar həyata keçirdik və insanlara azad iqtisadi fəaliyyət və rəqabət imkanları yaratdıq.
Siyasi islahatlar reallaşdırdıq, mətbuat azadlığı, vicdan azadlığı, partiyalar haqqında və digər qanunlarla vətəndaşlarımıza siyasi azadlıqlar verdik.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmasını, dünya  arenasında hörmətlə qəbul olunmasını təmin etdik.
Sonrakı dövrdə reallaşdırılan bir çox istiqamətlərin, təşəbbüslərin əsasını qoyduq, məsələn, Bakı-Ceyhan neft boru kəmərinin.
Sadaladığım və sadalamadığım bir çox başqa addımlar barədə zaman olanda geniş danışmaq olar.

_____
21:13
Sual (Hikmət): Salam Isa bey. 8 Aprel Mitinqinde Ali Karimli ile ciyine-ciyine dayanmishdiniz. Amma AXCP bolunende faktiki olaraq nufuzca ondan ashagida olan MirMahmud Fettayevi desteklediniz. Indi o vaxt verdiyiniz qerarin ne qeder duzgun oldugunu dushunursunuz? Tesekkurler.

_____
21:20
Cavab: Hikmət bəy, salam,
Əvvəla, onu deyim ki, 2000-ci ildə cəbhənin parçalanmaması üçün, 2004-cü ildə isə AXCP ilə klassik cəbhəçilərin birləşməsi üçün əlimdən gələni etdim. Təəssüf ki, mümkün olmadı.
İkincisi, Müsavat partiyasının 2000-ci ildə qəbul etdiyi qərarın düzgün olduğuna əminəm. Ona da inanıram ki, həmin qərarın səbəb və arqumentlərini burda söyləsəm obyektiv müşahidəçilərin əksəriyyəti mənimlə razılaşar.
Amma, bu gün bu mövzunun genişlənməsini demokratik qüvvələrin birliyi açısından faydalı hesab etmirəm. Hesab edirəm ki, keçmişi unutmamaq şərti ilə birliyimizi qorumalı və gələcəyə baxmalıyıq.

_____
21:21
Sual (Shah İsmayıl): Hormetli Isa beyi salamlayiriq. Isa bey,menim fikrimce bu rejimin apardigi siyasetin “boyuk”luyu,mutleq selahiyyete sahib oldugu bir zamanda,Azerbaycanimizda bash alib geden sayi bilinmeyen problemleri muxalifetle 50-50-ye bolmesindedir. Bu bolumun sebebi muxalifetin boyukluyundedir,yoxsa onun zeyifliyinde ? Evvelceden teshekkurler.

_____
21:32
Cavab: Şah İsmayıl, salam,
Sualınız o qədər də aydın olmadı.
Qısaca onu deyim ki, Azərbaycan demokratik müxalifəti postsovet məkanında ən güclülərdən biri, bəlkə də birincisidir. Və bugün Azərbaycan müxalifətinin, demokratik ictimaiyyətin toparlanma mərkəzi İctimai Palatadır.
Siyasi qüvvələrin gücü seçkilərdə bilinir. Azərbaycanda son 19 ildə azad və ədalətli seçki  olmayıb, amma, müşahidəçilərin rəyinə görə 2000, 2005-ci il parlament seçkilərində və 2003-cü il prezident seçkilərində biz qalib gəlmişdik. Əgər normal seçki olsa yenə də qalib gələcəyimizə əminik.
Bugün müxalifət zəif görünə bilər, çünki Əliyev rejiminin yaratdığı qorxu mühitində, azadlıqların boğulduğu, seçkilərin saxtalaşdırdığı və dünyanın bütün bunlara göz yumduğu bir şəraitdə cəmiyyət dinc dəyişikliyə inanmır. Amma, şərait azaçıq dəyişən kimi cəmiyyət demokratik müxalifətlə birlikdə olacaq və o zaman Azərbaycan müxalifətinin əsl gücünü hamı görəcək. Çünki müxalifətin gücü xalqdadır.

_____
21:33
Sual (Rauf): Salam Isa bäy. bilmäk istärdim ki häqiqätändä Räsul Quliyevin täräfdarlarinin 8 Aprel mitinqindä chixishlarina etiraziniz olub mu? Vä gäläcäk mitinqlärdä Müqavimät Häräkati ilä ish birliyinä necä baxirsiniz? täshäkkürlär.

_____
21:41
Cavab: Rauf bəy, salam.
Biz Azərbaycanda köklü demokratik dəyişikliklər istəyən bütün qüvvələrlə əməkdaşlıqda maraqlıyıq.
Təəssüf ki, bəzi qüvvələr var ki, özlərinin hamıdan güclü və ağıllı olduqlarını iddia edirlər, 100 minlik mitinq keçirəcəklərini anons edirlər, bizim 8 aprel mitinqindən əvvəl də, sonra da İctimai Palatanı, burda təmsil edilən partiyaları, təşkilatları, şəxsləri təhqir edirlər, yalan və hədyanlar söyləyirlər. Amma, bizim mitinqdən 2 gün əvvəl gəlib deyirlər ki, biz də İP-nın mitinqində nitq söyləmək istəyirik.
Razilaşin ki, bu məntiqli və məqbul mövqe deyil.
Əgər diqqət etdinizsə, İP-nın 8 aprel mitinqində mənim bütün demokratik dəyişiklik istəyən qüvvələrə mesajım oldu, onları səmimi və real əməkdaşlığa dəvət etdim və bu bütün İP-nın rəsmi mövqeyidir.
İnanmaq istərdim ki, digər qüvvələrin də bu çağırışlara səmimi və ciddi cavabları olacaq.

_____
21:42
Sual (Fidan):
Hakimiyyətə gəlsəniz, ilk edəcəyiniz dəyişiklik nə olardı?

_____
21:50
Cavab: Bu hakimiyyət ölkəmizi elə günə salıb ki, görüləcək işlərin ucu-bucağı yoxdur. Və bizim də planlarımız çox genişdir, bütün sahələrdə ciddi proqramlarımız, konsepsiyalarımız, ideyalarımız var.
İlk addım yəqin ki, siyasi məhbusların azad edilməsi, cəmiyyətə və insanlarımıza iqtisadi və siyasi azadlıqlar vermək olacaq.
Biz istəyirik ki, hər bir vətəndaş inansın ki, bu vətən, bu torpaq, bu xalq onundur. Hər bir insan bu vətənin problemlərinə də sahib çıxmalıdır, sərvətlərində də pay sahibi  olmalıdır.

_____
21:51
Sual (Kənan): İsa bəy Siz mitinqlərdə xalqın nümayəndələrinə söz verilməsinə necə baxırsınız. Xalq öz dərdini və problemlərini daha dəqiq səsləndirə bilər. Birdə musavatda funksionerlər hansı prinsiplə təyin olunur ki, musavatda çox sayda savadlı insanlar ola ola Sizin ətrafınızda bisavadlar doludur.

_____
22:00
Cavab:
Kənan bəy, mitinqlərdə xalqın nümayəndələrinin çıxış etməsinə yaxşı baxıram, yəqin ki, növbəti mitinqlərdə ən müxtəlif kəsimlərin təmsilçilərinin nitqlərini birgə dinləyəcəyik.
Amma, inanın ki, 8 aprel mitinqində danışan natiqlər də Marsdan gəlməyiblər, xalqımızın ziyalıları, siyasi və ictimai xadimləri, xanımları və gəncləridirlər.
Müsavatda savadlı adamların çox olduğunu söyləməkdə haqlısınız. Müsavat əslində bütün  xalqın partiyasıdır və ilk növbədə bu xalqın ziyalılarının partiyasıdır.
Mənim ətrafımdakılardan kimi bisavad hesab etdiyiniz mənə aydın deyil. Onu deyim ki, Müsavat rəhbərliyi və mənim müavinlərim yüksək savada və əxlaqa malik ləyaqətli insanlardır. Onların az qala yarısı elm adamlarıdır, professorlar, elmlər doktorlarıdır. Məsələn, Müsavat Divan üzvlərindən Almaz Əliqızı, Qubad İbadoğlu, Vurğun Əyyub, Nüşabə Sadıxlı, Məryəm Oruclu, Gülağa Aslanlı elm adamlarıdır, Elmlər Akademiyasının müxtəlif institutlarında, ölkəmizin müxtəlif unuversitetlərində uzun illər çalışıblar, dərs deyiblər, əksəriyyəti indi də siyasi fəaliyyətlə yanaşı  elmi-pedaqoji fəaliyyətlərinə davam edirlər. Qalanları da müxtəlif sahələrdə yüksək səviyyəli peşəkar mütəxəssislərdir.
Xahiş edirəm ki, fədakar insanlara qarşı sayğısızlıq etməyin.

_____
22:01
Kəmalə (Oxucu): SALAM ISA BEY BIZ SIZI DESTEKLEYIRIK MITINGLERDE ISTIRAK EDIRIK. INSALLAH QELEBE BIZIMLEDIR

_____
22:04
Cavab: Kəmalə xanım, salam,
Təşəkkür edirəm.
İnanıram ki, 22 aprel mitinqində daha çox insanları cəlb edərək iştirak edəcəksiniz.
İctimai fəallığı və mitnqlərin kütləviliyini təmin edəcəyik və qalib gələcəyik.
Çünki, bizim yolumuz haqq-ədalət yoludur, azadlıq və ləyaqət yoludur, demokratiya yoludur.

_____
22:06
Emil Quliyev (moderator): İsa bəy, sizin və eləcə də oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, artıq 1 saatı geridə qoymuşuq. Sualları cavablandırmaq üçün hələ qarşıda bir saat var.
Növbəti sualları RahimS adlı oxucu göndərib. Onun sizə iki sualı var:

Salam Isa bey.
1. 2013-cü ili analiz etmenizi isterdim. Dünya ictimaiyyeti ve xüsusen de insan haqqlari teshkillatlari bu gün Azerbaycan igtidarini keskin tengid etmekde, davam edirler. Achiqini desem bu ne 2005 ne de 2003- cüillerde görünen bir mesele deyildi. Hetta Türkiye bash naziri ve Gürcüstan prezidenti bele MM-deki kürsüden H.Eliyevden deyil M.E,Resulzadeden sitat getirdiler. Bu yaxinlarda Xocali soyqiriminin 20 illiyi erefesinde hem Isvech Xarici Ishler Nazirliyinde, hem Riksdagende ve hem de chalishdiqimiz Jurnalist teshkilatlari ile görüshlerimde bunu hiss etdim ki, Azerbaycan Hakimiyyetinden naraziliqlar chox qabariq nezere charpir. Bele olan sheraitde Azerbaycan müxalifeti 2013-cü ildeki sechkilere tam hazirdirmi?
2. Vahid namized ve yaxud da vahid platforma meselesi gündemde varmi?

_____
22:18
İsa Qəmbər: Rahim bəy, salam,
1. Sizin təhlillə əsasən razıyam. Son illərdə, xüsusən 2008-ci il ümumdünya iqtisadi böhranından sonra bütün dünyada razılaşmağa başlayıblar ki, dünya bir bütündür, dünyanın bir hissəsində demokratiya, haqq-ədalət, zənginlik və firavanlıq olması, digər hissəsində isə totalitarizm, avtoritarizm, korrupsiya, dərəbəylik, kasıblıq olması daimi ola bilməz.
Və nəticədə dünyada yeni bir azadlıq dalğası başlayıb. Bu özünü ilk növbədə ərəb ölkələrində göstərdi, indi isə daha geniş areala yayılıb və Cənubi Qafqazın sınırlarına dirənib. O cümlədən Azərbaycanda da demokratik dəyişikliklər zəruri və labüddür. Çünki, Azərbaycanda mövcud vəziyyətdən narazı olan, köklü dəyişikliklər istəyən xalq var. Və bu xalqın demokratik ənənələri var, islam şərqində 1918-1920-ci illərdə mövcud olmuş ilk demokratik cümhuriyyəti var, 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin prezidentliyində demokratik respublikası var, 100 illk Müsavatı var,  Xalq Cəbhəsi var, vətənpərvər ziyalıları, azadlıq və demokratiya yolunda fədakarlığa hazır olan savadlı və yetkin gənclik ordusu var.
2013-cü ilə nəzərdə tutulan seçkilərə demokratik müxalifət hazırdır, amma, şərait hələ hazırlanmayıb, daha çox səy göstəməliyik, fədakarlıq göstərməliyik ki, 2013-cü ildə xalqımızın demokratiya gözləntiləri gerçəkləşsin.

2. İctimai Palatada birləşmiş qüvvələrin birlik iradəsi mövcuddur. Biz hələ ötən il (2011) “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni hazırlayıb xalqa və iqtidara təqdim etmişik. Bir sıra digər proqram sənədləri də hazırlanıb. İndi isə Vahid Platforma layihəsi üzərində mütəxəssislərimizlə birgə işləyirik.
Vahid namizəd məsələsinə biz bir az ehtiyatlı yanaşmağın tərəfdarıyıq, çünki indilik müxtəlif partiyalrın, ictimai-siyasi təşkilatların və kəsimlərin bu məsələyə fərqli yanaşmaları var.İndiki mərhələdə bu məsələnin müzakirəsi  birliyə xidmət eləməz. Zamanı gələndə məsələ ciddi müzakirə olunacaq.

_____
22:20
Sual (Fariz): Salam İsa bey necəsiz? Sizə dərin hörmətim var,xalq sizdən bu formatı gözləyir .Xahiş edirəm səmimi cavab verin bu format alınacaq?

İsa Qəmbə
Əli Kərimli
Lalə Şövkət
Əli Əliyev
Rəsul Quliyev

_____
22:32
Cavab: Fariz bəy, salam, təşəkkür edirəm.
Adətən biz siyasətçiləri tənqid edirlər ki, xalqın adından danışırıq.
İndi isə Siz hökm verisiniz ki,xalq məhz Sizin sadaladığınız  bu beşlikdən ibarət format həsrətindədir :)
Mənim bütün Azərbaycan vətəndaşlarına sayğım var və heç bir ləyaqətli siyasətçi ilə əməkdaşlığı istisna etmirəm. Azərbaycanın maraqları naminə hər bir siyasətçimizlə  birliyə hazıram. Demokratiya uğrunda,  movcud avtoritar rejimi dəyişmək naminə hər bir real müxalifət lideri ilə əməkdaşlığa, qarşılıqlı güzəştlərə hazıram. Amma, bu yalnız məndən asılı deyil. Zamanı gələndə baxacayıq.

_____
22:33
Sual (Xasay Səfəroğlu): Salam,Başqan!Mitinqə milli bayraqlarla çıxmamız daha məqsədəuğun olmazdımı?Təəkkür.

_____
22:39
Cavab: Xasay bəy, salam,
Gördüyünüz kimi 8 apral mitinqində fəallarımız, gənclərimi yüzlərlə milli bayrağımızı qürurla dalğalandırırdılar.
Eyni zamanda mitinqlərdə ən müxtəlif partiyaların, təşkilatların üzvləri iştirak edir. Onalrın yüksəltdikləri bayraqlar mitinqə rəngarənglik gətirir, gözəllik gətirir. Həm də açığı  eyni zamanda sağlam bir rəqabət mühiti yaradıb aksiyalarımızın kütləviliyinə müsbət təkan verir.

_____
22:40
Sual (Ramil): Salam Isa bey. Duzunu bilmek isteyirsizse ne sizin kimi muxalifeti ne de indiki hakimiyyeti desteklemirem! Iki terefden (hem muxalifet hem de iqtidar) de zehlem gedir. Neden getmek istemirsiniz? Neden Partiyanin qurultayini, basqan secimlerini ertelediz? Nedir sizi bir bu qeder qalmaga mecbur eden? Belke siz de muxalifetin diktatoru olmaq isteyirsiz?

_____
22:52
Cavab: Ramil bəy, salam,
Əvvəla, bizim qurultayın ləngiməsinin yeganə səbəbi hakimiyyətin yaratdığı maneələr, o cümlədən qurultay keçirmək üçün normal yer verməməsidir. Biz qurultayı keçirməyə tam hazırıq və yer verilən kimi keçirəcəyik.
İkincisi, inanın ki, demokratik müxalifətin, xüsusən də Müsavat kimi 100 illik tarixi olan demokratik bir partiyanın diktatoru olmaq mümkün deyil. Ümumiyyətlə, müxalifətin nəinki lideri, hətta sıravi üzvü olmaq da bir fədakarlıq, qəhrəmanlıqdır.
Üçncüsü, darıxmayın, hər şey yaxşı olacaq.

_____
22:53
Emil Quliyev (moderator): Xabarar adlı istifadəçi sizə mövzumuzdan kənar 4 sual ünvanlayıb. Sualları sizə ünvanlamaq məcburiyyətindəyik, ancaq xahiş edərdik ki, canlı forumun başa çatmasına az vaxt qaldığından cavabları birləşdirib xülasə edəsiniz:

Добрый вечер Иса бей. Мой вопрос может быть не по теме, однако это одна из проблем современного Азербайджана.

Вопрос 1. В 2010 году в Баку сменили название “Лезгинской мечети” на Ашур. Данные действие сильно задело представителей лезгинского этноса. Как вы считаете, правильно ли было данное решение?

Вопрос 2. Считаете ли Вы, что придание статусу регионального лезгинскому языку – угроза для распространение сепаратизма?

Вопрос 3. Реально ли создать в Азербайджане лезгинскую культурную национальную автономию?

Вопрос 4. Учитывая, что некоторые наши соседи пишут постоянно о т.н. проблемах хотелось бы узнать у Вас, на ваш взгляд какие проблемы существую у лезгинского народа в Азербайджане?

Спасибо.

_____
22:58
İsa Qəmbər: Xabarar, добрый вечер,
Если Вы помните или знаете еще 1992 г. президент Эльчибей издал указ о правах национальных меньшинств Азербайджана, в котором предусматривались довольно серьезные возможности для сохранения национальной идентичности и развития национальной культуры всем гражданам страны. Подобный демократичный подход к решению национального вопроса присущ и партии Мусават и нашим союзникам.
Так, что все поднятые Вами вопросы будут рассмотрены с точки зрения демократии и прав человека. Кстати, этого же требует программные документы и Мусавата, и международных организаций, членом которых является Азербайджан.
В случае существования различных взглядов на те или иные вопросы, поднятые Вами (например, название мечети, региональный статус языка ), я думаю, что можно подумать о таких формах решения общественных разногласий, как референдум, плебисцит и т.д.
У лезгинского народа,  во-первых, те же проблемы, которые у всего Азербайджанского народа, а во-вторых, специфические проблемы национальных меньшинств, о которых Вы  знаете лучше, чем я. Но я всегда готов выслушать Вас и других представителей нашего многонационального Азербайджана.

_____
22:59
Emil Quliyev: İsa bəy, Guney Azerbaycan adlı oxucu vaxtımızın bitməsinə baxmayaraq bu sualın verilməsinə israr edir:

Salam İsa bey

Butov Azerbaicanin lideri Elcibeyden sonra, Siz de daxil olmaqla heç bir lider Gueyle maraqlanmir. Axı boyuk Elcibey guneyi mudafie etmeyi Sizlere vesiet etmisdi..

Saq olun…

_____
22:06
Cavab: Güney Azərbaycan, salam,
Bir tərəfdən haqlısınız, liderimiz Əbülfəz Elçibəyi əvəz etmək mümkün deyil.
Amma,digər tərəfdən, bir az insafsızlıq edirsiniz, Güneyli-Quzeyli Azərbaycana canımız qurban!
Güney hər zaman diqqətimdədir və hər zaman diqqətimdə olacaq!

_____
22:07
Emil Quliyev: İsa bəy, dəyərli vaxtınızı ayırıb Amerikanın Səsinin Sərbəst Kürsüsünə “əyləşdiyiniz” üçün təşəkkür edirik.

_____
22:08
İsa Qəmbər: Mən Sizə və sual verən, bu söhbəti oxuyan bütün dinləyicilərinizə təşəkkür edirəm.

_____
22:10
Emil Quliyev: Sərbəst Kürsünün növbəti canlı forumunda görüşənədək…

Samir Əsədli: “Mitinqi gözdən salmağa çalışanlar bizi yox, özlərini gözdən salırlar”

Posted March 19th, 2012 at 2:17 pm (UTC-4)
18 comments

Martın 17-də Bakıda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə sanksiyalaşdırılmış mitinqi keçirilib. Mindən çox insanın qatıldığı mitinqdə “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Təhsildə rüşvətə yox” şüarıları səsləndirilib.

Aksiyanın rəsmi hissəsindən sonra keçirilən konsertdə rokçu Camal Əlinin ifası münaqişə və davaya səbəb olub. Baş vermiş hadisəni müzakirə etmək üçün Sərbəst Kürsüyə mitinqin təşkilatçılarından Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin və VHP-nın gənclər təşkilatının idarə heyətinin üzvü Samir Əsədli çıxıb. O, mart ayının 21-i Bakı vaxtı ilə axşam saat 21:00-23:00-da oxucularımızın aksiyası ilə bağlı suallarını canlı olaraq cavablandırıb.

——————————————————————————-

21:00 / 21 mart 2012

Axşamınız xeyir hörmətli oxucular. Həmişə olduğu kimi yenə Sərbəst Kürsünün moderatoru mən Emil Quliyevəm. Soyuq qışdan sonra hamınızı və eləcə də Sərbəst Kürsünün bugünki qonağı Samir Əsədlini baharın gəlməsi, Novruz bayramı münasibətilə Amerikanın səsinin Azərbaycan redaksiyası adından təbrik edirik.

21:02

Samir Əsədli: Sizin də bayramınız mübarək!

21:02
Emil Quliyev: Samir bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Forumun qaydaları barədə qısaca məlumat vermək istəyirəm. Sualları yalnız internet istifadəçiləri sizə ünvanlayır. Mən sadəcə moderatorluq edirəm. 2 saatlıq vaxt çərçivəsində tərkibində təhqir, söyüş olmayan mümkün qədər bütün sualları sizə ünvanlamaq məcburiyyətindəyəm. İstədiyiniz suala cavab verib-verməyək hüququna maliksiniz. Bundan başqa təkrar olduğunu düşündüyünüz sualları da cavabsız qoya bilərsiniz.

21:06
EQ: İlk sual Sabir adlı oxucudan daxil olub:

– Samir bəy, icazəli mitinq etməklə nəyə nail oldunuz? Heç bir insanın olmadığı bir yerdə, mesajlarınızın heç kəsə çatmadığı bir yerdə mitinq keçirməyin nə faydası var idi?

21:14
CAVAB: Artıq 7 ilə yaxın idi ki, ölkədə razılaşdırılmış mitinq keçirilmirdi. Ötən il müxalifətin 2 aprel icazəsiz aksiyalarında xeyli sayda əqidə yoldaşımız həbs edildi və onların coxu gənc idi. Biz cəmiyyətdə olan passivliyi və ətaləti, həmçinin bu aksiyaları keçirməklə polis xofunu aradan qaldırmağı düşünürdük. İcazəli aksiyalarla polislə qarşıdurma yaratmamaq, insanların beynində polis zorakılığı mifini dağıtmaq istəyirdik və istəyimizədə nail olduq. Yəni insanlar da nikbin əhval-ruhiyyə yaransın. Heç bir təşkilata qoşulmayan gənclər aksiyalara qoşulub haqlarını tələb etsinlər.  Biz mesajlarımızı çatdırdıq, yəni hakimiyyətin bütün vasitələrlə maneə oldu, həmçinin hava şəraitidə pis olmasına baxmayaraq nəzərdə tutduğumuzdan artıq gənc meydana toplandı. Yəni mitinqə 2 gün qalmış bizə yer barədə məlumat verildi. Əgər hava şəraiti yaxşı olsa idi, meydana 2 min yox, 5 min gənc çıxardı. Meydan dalanda, şəhərin ucqar yerində idi və bütün manelərə baxmayaraq biz istəyimizə nail olduq.

21:17
SUAL (Habil):
Aksiyada dava dusmusdu. Hadisenin detallarina aydinliq getire bilersinizmi? Konkret orda hadise nece olub? Her halda siz ozunuz orada olmusunuz.

21:32
CAVAB: Aksiyada dava düşməyib, xirda insident olub, sadəcə reper Camal qeyri-etik söz işlətdi və aksiya iştirakçılarından ona etiraz edildi və biz öz tərəfdarlarımızı tribunadan endirdik. Bu qarışılıqdan istifadə edən mülki geyimli naməlum şəxslər tribunaya qalxaraq Camala hücum etdilər, biz mitinqi dayandırdıq və tərəfdarlarımızdan xahiş etdik ki, ərazini tərk etsinlər. Camal isə tanımadığımız şəxslər tərəfindən döyüldü və polis müdaxilə edib onu apardı və Camalı naməlum şəxslərdən almaq istəyən Etibar Salmanlı və Natiq Kərimov da həbs edildi. Biz dərhal təşkilatçılar olaraq BŞBPİ-nin rəsmisi, rəis müavini cənab S.Bağırovun yanına getdik və ondan həbs edilənlərin azad edilməsini xahiş etdik. Bizə heç bir cavab verilmədi və sonradan bəlli oldu ki, 4 nəfər həbs edilib. Onun 3-nü tanıyırıq və 1-ni bilmədik kimdir. Və məhkəmə biz tanıdığımız məlum 3 nəfərə sutqalıq iş verdi. O 1 nəfəri hələdə bilmədik kimdir. Camal deyək ki, xoşagəlməz ifadə işlədib, amma Etibar və Natiq heç bir əsas olmadan həbs ediliblər. Hələ də istintaq təcridxanasına köçürülməyiblər. Yəni, bu xırda insidentdən istifadə edib mitinqin aurasını başqa istiqamətə dəyişdirməyə çalışdılar və bunu edə bilmədilər. Bu faktdır ki, gənclik mitinq keçirib və ismarıçlarını çatdırıb, əlaqədar qurumlar isə mitinqin qətnaməsinin tələblərini yerinə yetirməlidirlər.

21:34
SUAL (Teymur): Samir bəy kecirdiyiniz möhtəşəm gənclərdən ibarət mitinqinizdə dava düşməsini fikirləşirdinizmi?

21:38
CAVAB: Dava, yox xırda xoşagəlməz insident olub. Mülki geyimli naməlum şəxslər isə aranı qatdılar və biz mitinqi dayandırdıq.  Bu gəncliyin ilk mitinqi idi və nəsə ola bilərdi.  Və sizin dava, bizim xırda insident adlandırdığım məsələyə yuxardakı sualda cavab verdim.

21:40
SUAL (nejatkazim): Samir bey, bir daha genclerin mitinqi gozlenilir?

21:44
CAVAB: Nicat bəy, biz Gənclərin Hüquqlarının Müdafiə Komitəsi olaraq lahiyələrimiz, digər tədbir və mitinqlərimiz olacaq. Yəni Konstitusiyanın 49-cu maddəsinin bizə verdiyi imkandan istifadə edib bundan sonra da möhtəşəm mitinqlər və aksiyalar təşkil edəcəyik.

21:45
SUAL (Vüsal):
Samir bey bildiyimiz kimi uzun iller sonra ilk defe icazeli mitinq keçirildi. ve buna gencler nail oldu. Azerbaycan gencliyinin indiki potensialini nece deyerlendirirsiniz?

21:53
CAVAB: Bu mitinq ümumiyyətlə gəncliyin ilk və tək keçirdiyi mitinqi idi. Çox uğurlu və möhtəşəm oldu. Biz ölkənin aparıcı gənclər təşkilatları olaraq bir yerdə uğurlu əməkdaşlıq edirik. Biz gəncliyin potensialını yüksək qiymətləndiririk. Hakimiyyət isə buna imkan vermir ki, gənclik öz potensialın ortaya qoyub iş görsün, yəni gəncliyin potensialından istifadə edilsəydi Harvard unversitetinin ilk azərbaycanlı məzunu Bəxtiyar Hacıyev həbsdə yox, hənsısa mühüm dövlət postunda təmsil olunub, dövlətinə və millətinə xidmət edərdi. Bu gün gənclər işsizlik ucbatından ölkəni tərk edir, xaricə üz tuturlar.

21:58
Emil Quliyev: Samir bəy, nəzərinizə çatdırım ki, artıq təxminən 1 saat geridə qalıb. Qarşıda sizin ixtiyarınızda 1 saat da var.

Növbəti sual Pərviz adlı oxucumuzdan daxil olub:
Samir bəy, nece düşünürsünüz, 17 Mart mitinqine münasibet ikili oldu. bu normal haldi. ancaq, hakimiyyetden elave 17 Mart mitinqini cemiyyet qarşısında gözden salmaq isteyenler neye nail olmaq isteyirler? Fikirleriniz maraqlidi.

22:06
Samir Əsədli: Baş Polis idarəsi açıqlama verir ki, aksiyada 350 nəfər olub. Məlumdur ki, hər zaman bunlar aksiya iştirakşılarını 9-10 dəfə az göstərməyə çalışırlar. Aksiyada 2 minədək gənc iştirak edib. Və PA-nın iki rəsmisinin isə təcili bəyanatını da anlamaq olar. Cünki hakimiyyətin basqılarına və maneələrinə, havanın əlverişsiz, mitinq yerinin ucqar və şəhərdən kənarda olmasına baxmayaraq biz nəzərdə tutulandan artıq gənci meydana çıxartdıq. Təbii ki, onların narahatlığını da anlamaq olar… mitinqi gözdən salmağa çalışanlar isə bizi yox, özlərini gözdən salırlar.

22:07
SUAL (Bakılı): Salam, Novruz bayramınızı təbrik edirəm.

Rəsmi şəxslər Sizin mitinqin zəif olduğunu və müxalifətin əxlaqına uyğun ifadələr işlətdiyini bildirib. Gənclərin mitinqi yalnız bundan ibarət idi? Və ya başqa tələbləriniz də var idi? Rəsmi hakimiyyət Sizin tələbləriniz barədə nə deyir?

Mitinqləriniz davam etdirələckmi? Növbəti mitinq nə vaxt olacaq?

22:08
Emil Quliyev:
Təşəkkür edirik, biz də sizi Novruz bayramı münasibəti ilə təbrik edirik!

22:20
Samir Əsədli:
Mitinq uğurlu olub ki, bunlar narahat olub tələm-tələsik bəyanat veriblər. Bu onların narahatlığından irəli gəlir. İkincə əxlaq normalarından kim necə istifadə edir biz onu yaxşı bilirik. Mitinqdə gənclər idi və gənci anlamaq və başa düşmək lazımdır, onun üstünə getmək, həbs etmək yox.  Bir reper qeyri-etik ifadə işlədibsə onu müxalifətin ayağına yazmaq da əxlaq norması deyil. Mitinq gəncliyin mitinqi idi. Mitinqdə aranı qatan və provokasiya edənlərdir əxlaqsız.  Tələblərimiz “Siyasi məhbuslar azad edilsin!”, “Rüşvətə yox!”, “Qarabağ”.

Və hakimiyyət bizi əxlaqsız adlandırmaqdansa bu tələbləri yerinə yetirsin. Tələblərimiz ortada, hakimiyyətin mövqeyi də bəlli… Mitinqlərimiz və aksiyalarımız davamlı olacaq.

22:21
SUAL (İslam)
: Samir bəy, mitinqin aparıcısı siz idiniz, olmazdımı ki, özünüz Camal Əlinin söyüşlə danışdığı anda müdaxilə edib yaranacaq problemin qarşısını alardınız? düşünürəm ki, bu elə də çətin olmazdı.

22:30
CAVAB: Mən mitinqin aparıcısı olaraq mitinqi dayandırıldığını elan etdim və hamıdan xahiş etdim ərazini tərk etsin. Və Camal Əliyə təşkilatçılar yaxınlaşıb ondan musiqini dayandırmaqı da xahiş etdilər. Orda təxribat edənlər, ara qatanlar, Camalı döyənlər naməlum mülki geyimli şəxslər idi, biz yaranacaq problemin qarşısını almaq istədik və pravakatorlar araya girdi. Yəni əgər təxribatşılar orda bu məsələni planlaşdırmışdılarsa biz onu əvvəlcədən bilməzdik.  Tanımadıqımız mülki geyimlilər bizdən tez tərpəndilər. Bu bizim təcrübəsizliyimizdən irəli gəldi. Çətin olan o idi ki, polis bizə yardımçı olmalı idi, mülki geyimlilərin müdaxiləsindən sonra tribunaya gəlib müdaxilə etməzdi, yəni  iş-işdən keçəndən sonra.

22:31
SUAL (Üzeyir): Samir bəy, bu uğurlu mitinqdən sonra yenidən mitinq keçirtməyi düşünürsünüzmu?
17 mart mitinqində 2000 nəfər yaxın gənc iştirak etmişdi. Bundan sonraki mitinqlərdə artim gozlənilirmi? Universitet tələbələrinin maksimum iştirakıni necə sağlaya biləcəyinizi düşünübsünüzmü?

22:39
CAVAB:
Üzeyir bəy, biz Gənclərin Hüquqlarının Müdafiə Komitəsi olaraq bu aksiyalarımızı davamlı etməyi nəzərdə tutmuşuq. Əgər hakimiyyətin basqıları, ərazinin əlverişsiz, havanın pis olmasına baxmayaraq biz 2 minədək gənci meydana yığdıqsa, şəhərin yaxın yerlərində bizə yer versələr 10 mində gənc yığarıq. Təbii tələblərdə bizə qoşulacaq, bu bizim ilk mitinqimiz idi. Bundan sonrakılar daha da kütləvi olacaq.

22:40
SUAL (Vüsal):
Azerbaycan gencliyine ne meslehet görerdiniz? genclik xeyallarındakı gələcəyə sahib olacaqlarmı?

22:51
CAVAB: Gənclik haqqın və hüququnu tələb etməlidir. Kölə yox, vətəndaş olmalıdır. Haqsızlıqa və ədalətsizliyə qarşı birləşməlidir. Gənclik dövlət büdcəsinin talan edilməsinə, qanunların pozulmasına, ölkənin avtoritar üsulla idarə edilməsinə, evimizin başımıza uçurulmasına, bizim olanın bizdən alınmasına, təhsilimizin, səhiyyəmizin bərbad günə salınmasına göz yuma bilmərik və buna haqqımız da çatmır. Biz haqq və hüququmuzu tələb etməlidir. Rrüşvətxor və korrupsionerləri ifşa etməyi bacarmalıdır. Ölkədə müsbətə doğru dəyişiklik üçün demokratik düşərgənin yanında olmalıdır. Birlik və bərabərlik göstərməlidir. Ölkənin uçuruma aparılmasına göz yummamalı və haq səsimizi ucaltmalıdır. Təbii ki, gənclik bacaracaq və xəyallarını da, arzularını da gerçəkləşdirəcək.  Cünki biz gənclik olaraq birgə güclüyük…
«Sahibsiz olan millətin batması haqdır,
Sən sahib olursansa, bu Vətən batmayacaqdır!»

22:52
Emil Quliyev: Samir bəy, vaxtımızın sona çatmasına 10 dəqiqədən də az vaxt qalıb. Son suala cavab verməyiniz üçün 5 dəqiqəyə yaxın vaxtınız var. Sual “Oxudlu Gənclik” adlı istifadəçidən daxil olub:
– Samir bey bölgelerde de mitinqler teşkil etmeyi düsünürsünüz? VHP 2013 seçkileri öncesi bölgelerde tebliğat kampaniyasını lazımı derecede aparacaqmı? umumiyyetler 2013 seckilerinden ne gözleyirsiniz?

22:58
CAVAB: Biz, müxalifət olaraq 2013-dən cox ümidliyik. 2013 müxalifətin birlik və bərabərlik ili olacaq.  Qarşıdakı ildə müxalifət birləşib birgə  seçkilərə gedəcək və biz müxalitətçilər olaraq təbliğatımızı birgə quracağıq.
VHP 2013-də təbliğatını yüksək səviyyədə və planına, məqsədinə  uyğun aparacaq.  Cünki Nicatımız Vətəndaş həmrəyliyindədir…

22:59
Emil Quliyev: Bununla da Sərbəst Kürsünün növbəti sayı sona çatır. Biz oxucularımıza, sual ünvanlayanlara və xüsusilə də qonağımız Samir Əsədliyə minnətdarlığımızı bildiririk.

23:00
Samir Əsədli: Məndə, sizlər məni dəvət etdiyinizə və sual verən hər bir şəsə təşəkkürümü və minnətdarlıqımı bildirirəm.

23:00
Emil Quliyev: Bununla da canlı forum başa çatır. Sərbəst Kürsünün növəbti saylarında görüşmək ümidi ilə…

Əbülfəz Qurbanlı: “Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyün” adamlar kimi bəslənir”

Posted March 5th, 2012 at 8:50 pm (UTC-4)
30 comments

Quba hadisələri ölkədə yerli hakimiyyət nümayəndələri və icra başçılarından narazılığın nə ilə nəticələnə biləcəyinə bir nümunə oldu. İcra başçısının  təhqiramiz çıxışı Quba xalqının qəzəbinə  səbəb oldu,  nümayişlərə, toqquşmalara, həbslərə gətirib çıxardı. Hadisələrin ardınca isə mart ayının 6-da AXCP Gənclər Təşkilatının üzvləri Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiya polis tərəfindən amansızcasına dağıdılıb. Bu zaman gənc fəallar Dəyanət Babayev, Məcid Mərcanlı və Cabbar Savalanlı sifət nayihəsindən xəsarət alıb. AXCP-dən Amerikanın səsinə bildirilib ki, polis bölməsinə aparılan fəallar orada da zorakılığa məruz qalıb. Sosial şəbəkələrdə yayılan məlumata görə isə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlıya polis bölməsində elektroşok verilib.
Quba hadisələrinin nəticələri və martın 6-da baş vermiş hadisə ilə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün Sərbəst Kürsü forumuna AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlını dəvət etmişik. Forum mart ayının 7-si saat 21:00-23:00-da canlı olaraq cavablandırıb.
———————————————–
21:00 / 7 mart 2012 (Saat Bakı vaxtı ilə göstərilir)
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında sizi mən Emil Quliyev salamlayıram. Söz verdiyimiz kimi bugünkü Sərbəst Kürsüdə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı əyləşib.

Emil Quliyev: Mən həm bizim oxucularımız, həm də qonağımız Əbülfəz Qurbanlını salamlayıram. Əbülfəz bəy, dünənki hadisədən sonra xəsarət almağınız və ağrılarınızın olmasına baxmayaraq 2 saatınızı bizimlə kompyuter qarşısında keçirməyə razılıq verdiyiniz üçün minnətdaram.

21:05
Əbülfəz Qurbanlı: Mən də Sizi və izləyiciləri salamlayıram. Hər şey qaydasındadır.Buyurun!

21:06
EQ:
Əbülfəz bəy, nəzərinizə çatdırmaq istəyirəm ki, forum sırf oxucularımızın sualların sualları üzərində qurulur. Belə ki, mənim sizə sual vermək hüququm yoxdur.
İlk sual Rüfət adlı oxucumuzdan daxil olub. Rüfət bəy yazır:
Əbülfəz bəy, dünən sizə işgəncə verilməsi barədə xəbəri eşidəndə çox təəssüfləndim. Düzü dünən və bu gün dünənki aksiyasınız və sizə tətbiq olunan işgəncənin növləri barədə facebookda müxləlif məlumatlar dolaşır. Dünənki baş vermiş hadisə barədə təfərrüatı sizin özünüzdən məlumat əldə etmək daha dəqiq olardı.
Amerikanın səsinə sizə suallarımızı birbaşa ünvanlamaq üçün yaratdığı imkana görə minnətdaram.
Hörmətlə, Rüfət

21:14
CAVAB: Təşəkkür edirəm, Rüfət bəy! Dünən aksiyada saxlanıldıqdan sonra Yasamal polis idarəsində iki nəfər mülki geyimli, idamnçı görkəmli polis əməkdaşları bizə yaxınlaşdılar və kobudluq etdilər. Bundan sonra qarşıdurma yarandı. Bu zaman polislərdən biri dizlərimə elektroşok verdi, daha sonra bədənimin müxtəlif nahiyələrinə.Sonra başqa bir otağa aparıb döyməyə və təhqir etməyə başladılar. Onlar israrla və əsəblə deyirdilər ki, siz Ərəb ölkələrində baş verənləri Azərbaycanda görməyəcəksiz, biz qoymacağıq. Həmçinin mənim etnik olduğumu, özlərinin isə Naxçıvandan gəlmiş türk olmaları kimi mənasız sözlər deyirdilər.Deməliyəm ki, polisin bu münasibəti onun hakimiyyətin əlində siyasi dəyənəyə çevrilməsindən və hakimiyyətin əsəb gərginliyindən irəli gəlir.

21:15
SUAL (Sabir): Dunen Hebib Muntezir yazmisdi ki, size elektronsok vurublar. Duz sohbetdi?

21:18
CAVAB:
Bəli, Həbib bəy düz yazmışdı. Elektroşok vurmuşdular, dizlərimə və bədənimin digər nahiyələrinə. Bu ilk dəfə idi ki, baş verirdi. Həmçinin Cabbar Savalanlı, Dəyanət Babayev və Məcid Mərcanlı da döyülərək xəsarət alıblar.

21:19
SUAL (Turkqan):
Çox hörmətli Əbulfəz Qurbanlı, dünənki aksiya hakimiyyətin bir daha ən güclü kimi AXCP-ni görməsi deyildimi?

21:30
CAVAB:
Suala görə təşəkkür edirəm! Hakimiyyət öz dayaqlarının bərk olmadığını yalnız davamlılığını pul və polis üzərində qurduğunu başa düşür. Hakimiyyət bilir ki, apardığı siyasət fonunda onaq qarşı əhalinin müxtəlif soial qruplarının hədsiz narazılığı var. Həmçinin oxşar durumda olan ölkələrdə avtoritar liderlərin və hakimiyyətlərin başına gələnləri də görür. Məhz, bu səsbəbdən qorxaq hakimiyyət təsiri bağışlayır. Hakimiyyətin uzun ömürlü və alternativ qüvvələrin demarşına imkan verməmək üçün hər şeyə əl atırlar. Bu mənada Xalq Cəbhəsinə, onun rəhbərliyinə bir növ düşmən kimi baxırlar, partiyanın ofissiz qoyurlar, partiyanın lideri cənab Kərimlinin pasportunu verimirlər, üzvləinə təzyiqlər edirlər. Bir mənada bu AXCP-nin alternativ olmasını göstərir. AXCP-yə qarşı aqresiyaları həm də ondan doğur ki, AXCP uzun müddətdir ki, demokratik düşərgənin birliyi və cəmiyyətin fəal qruplarının birliyi üçün çalışır. Bu isə İlham Əliyev hakimiyyətinə sərf etmir. Bununla belə, biz partiya olaraq arxayınlaşmırıq, işlərimizi daha yaxşı qurmaq istiqamətində çalışırıq.

21:31
SUAL (Tamerlan): Ebulfez bey, salam. Men indi Isvecde qaliram ve menim orada yeni Azerbaycanda olanda en cox istediyim wey o idiki gencler tewkilatinda iwtirak edim ve Azerbaycanda tehsilimizin her noqtesinde qarwimiza cixan ruwvetin qarwisini almaq ucun olan aksiyalarda iwtirak etmekdi.
Menim soylemek istediyim-burdan size yeni AXCP gencler tewkilatina nece komek ede bilerem?

21:36
CAVAB:
Tamerlan bəy, təşəkkür edirəm. Bu yaxşı təşəbbüsdür. Siz bizə müxtəlif istiqamətlərdə kömək edə bilərsiz. Bizim sosial şəbəkələrdə virtual aksiyalarımız olur, siyasi məhbuslara dəstək və başqa istiqamətlərdə, bunda dəstək ola bilərsiz. Həmçinin Avropa və başqa ölkələrin gənclər təşkilatlarının fəaliyyətini araşdırmaqda, onların təcrübələrini bizə ötürməkdə yardımçı ola bilərsiz. Xarici media ilə təmaslarımızı qura, lobbiçilik edə, Avropa ölkələrinin gənclər siyasətini öyrənməkdə bizə dəstək ola bilərsiz. Eyni zamanda bizim gənc siyasi məhbuslar var ki, onların ailələrinə maddi yardımın təşkil olunmasında kömək edə bilərsiz. Daha ətraflı müzakirəedə bilərik sizinlə.

21:37
SUAL (Əjdaha): 17 martı təklif edən AXCP GK-dır yoxsa ki başqa bir təşkilat? xahiş edirəm səmimi olun

21:44
CAVAB: Biz 9 gənclər təşkilatları olaraq Gənclərin Hüquqlarının Müdafiə Komitəsində birləşmişik. Bura AXCP Gənclər Komitəsi ilə bərabər VHP, Müsavat, ADP gənclər təşkilatları və Nida, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa gənclər təşkilatları, İnsan Haqları Klubu daxildir. Biz birgə çalışırıq. Mitinq qəaraını birgə vermişik. Bundan öncə biz 4 martda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdik, BŞİH qanunsuz olaraq cavabı gecikdirdi və əsassız arqumentlə aksiya keçirməyə yer vermədi. Biz yenidən müraciət etmişik ki, növbəti dəfə şəhərin meydanlarından birində gənclərin Siyasi məhbuslara azadlıq, Qarbağ və rüşvətsiz təhsil tələbi ilə aksiyasın keçirək. Cavab yox da olsa biz mitinqmizi keçirmək fikrindəyik. Səmimi olaraq deyə bilərəm ki, belə bir aksiya ideyası koalisiya daxilində AXCP Gənclər Komitəsi tərəfindən verilib və həmkarlarımız da bunu dəstəkləyib.

21:46
Emil Quliyev (moderator): Əbülfəz bəy, növbəti sual Heydər İsasoy adlı oxucumuzdan daxil olub: 11 mart mitinqinə dəstək verəcəyik?sən də elə fikirləşirsən ki, kimsə xaricdə oturub bizi yönləndirə bilməz?

21:53
Əbülfəz Qurbanlı: Heydər bəy, ölkəmizin azad və xoşbəxt gələcəyi ilə bağlı bütün təşəbbüsləri dəstəkləyirik. Ölkənin içində olmayıb dəyişiklik istəyi ilə təşəbbüslərlə çıxış həmvətənlərimizi n hislərini anlayıram və onlar istəyləri ilə bizim istəylərimiz tam eynidir. Hər kəs istəyir ki, ölkəmiz rəzalətdən qurtulsun. Bu baxımdan xaricdə olan həmyaşıdlarımızın fəallığı və addımları sevindiricidir. Yəni onlar xaricdə, azad Avropa ölkəsində oturub həm özləri üçün rahat yaşamaq fikrindən uzaqdırlar və vətən üçün nələrisə etmək istəyirlər. Sadəcə, mənim fikirmcə təşəbbüslər olanda, hansisa tədbirlər təşkil edəndə ölkə içindəki fəal gənclərlər, təşkilatlarla bunları üzlaşdırmaq lazımdır. O mənada yox ki, bizimlə razılaşmamış kimsə hərəkət etməməlidir. Yox, sadəcə, hədəflərə çatmaq, uğur qazanmaq üçün koordinasiya olunmuş işləməliyik. 11 martla bağlı bizim və həmkarlarımızın mövqeyi budur ki, 11 martda iştirak etməyəcəyik.

21:54
SUAL (Bəyim Həsənli): Əbülfəz bəy, sizcə hakimiyyətin mitinqdə iştirak edən şəxsə qarşı belə aqressiv olması nədən irəli gəlir. Məncə, son dövrlərdə belə hal yaşanmamışdı. (elektroşok)
Bəyim

21:57
CAVAB: Hakimiyyət ərəb ölkələrində, Rusiyada və Qubada baş verənlərdən əsəb gərginliyi yaşayır. Onlar vəd vermişdilər ki, 2008-ci ildə Azərbaycanda müxalifət olmayacaq.
Bunu ölkə başçısı demişdi.Ancaq indi görürlər ki, əksinə, partiyalar güclüdür və İctimai palatada birləşib, daha iddialıdır, onlar görür ki, yeni yeni gənclər partiyalara qoşulur, elə ötən il AXCP sıralarına 300 gənc qəbul edib. Yeni qurumlar, gənclər təşkilatları yaranıb. Bunlar hakimiyyəti narahat edir, bir yolları qalır ki, qorxutsunlar. Həm də hökumətin sturkturlarında cəzasızlıq mühiti var. Bu hüquq mühafizə orqanlarında daha geniş yayılıb. Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyünü”adamlar kimi bəslənir ki, onlar rejimin etirazçıları ilə belə davransın. Ancaq bu çixiş yolu deyil. Bizim iradəmiz və xoşbəxt gələcəyə olan sevgimiz, inamımız onların qolunun zorundan və dəyənəyindən güclüdür!

22:00
SUAL (Hava): Sizdən sonra sədr kim olacaq? siz kimi fikirləşirsiniz?

22:07
CAVAB: Gözəl sualdır.:) AXCP Gənclər Komitəsi böyük təşkilatdır. Komitədə enerjili, cəsarətli və intellektual xeyli gənc var. Bunu mən müəyyənləşdirmirəm. Bir də ki, biz Əliyevlər deyilik ki, yerimizə varis fkirləşək. Kim layiqdir, o olacaq.

22:10
SUAL (Nuru): Quba hadiseleri cemiyyetde xüsusi ile Baki etrafi $eher ve rayonlarda oyani$a sebeb oldu.Sizce növbeti bele hadiseler hansi rayonda ola biler?

22:16
CAVAB: Cəmiyyətdə hər kəsin gördüyü, ancaq hakimiyyətin səylə inkar etmək istədiyi sosial ədalətsizlikdən doğmuş bir narazılıq var. Vətəndaşlar neft gəlirlərinin ədalətsiz bölgüsündən, iş yerlərinin olmamasından, məmurların harınlığından getdikcə cana doyur. Nəticədə Qubadakı kimi hadislər baş verir. Artıq qaçqın rayon olan Laçın rayon sakinləri etiraz edib. Elə bir həftə olmur ki, vətəndaşlar prezident aparatı önündə nəyəsə etiraz etməsin. Ötən ay taksi sürücülərinin etirazı oldu. Qubadakı kimi etirazların olması üçün hakimiyyət bütün şərtləri hazırlayıb. Məncə, Azərbaycanda böyük narazılıq sosial müstəvidə olacaq və bu gec olmayacaq.

22:17
SUAL (Emin Axundov): Salam. Ebulfez bey, Tunisde 1 nefer ozun yandirdi, inqilab baw verdi. Bizde yuzlerle adam ozun yandirib, ancaq millet hele de yatir. Biz de inqilabin olmasi ucun ne catiwmir?

22:23
CAVAB: Salam, Emin bəy. Hər ölkənin məncə, öz şərtləri var. Görünür, biz daha çox işləməliyik ki, dəyişiklik olsun və bu, qanlı dəyişiklik olmasın. Milətimiz yatmır, sadəcə rejim bütün pis toxumları Azərbaycana səpib. İndi nə etməliyik? Vətəndaşlara çatdırmalıyıq ki, onun yaşadığı səfalətdən qurtarması üçün onun vətəndaşlıq mövqeyi olmalıdır və bu bir rayon və ya bir qrupla yekunlaşmamalıdır. Elliklə olmalıdır. Bir qədər çox çalışsaq, təmkinli olsaq, məqsədyönlü çalışsaq və prinsiplərə sadiq olsaq hər şey gözəl olacaq.

22:25
SUAL (Ümid Xəzər): Məlumdur ki, Quba hadisəsindən sonra 20 nəfərdən çox insan həbs olunub. Onların müdafiəsi üçün müxalifət nəsə edəcək?(Məlumdur ki, haqsızlıqlarla həmişə bu ölkədə müxalif insanlar mübarizə aparır)

22:27
CAVAB: Əlbəttə.. Müxalifət belə hallarda həmişə hüququ pozulanların yanında olub. Xatırlayırsınızsa, keçmiş nazirlər, rejimin cinayətlərinə şərik olmuş nazirləri də müdafiə edib müxalifət. Qubalıların daha çox müdafiəyə ehtiyacı var. Artıq İctimai Palata qubalılarla bağlı bəyanat verib və bildirib ki, bunlara görə məsuliyyəti İlham Əliyev daşıyır, bir icra başçısı yox.Bu məsələ partiyada müzakirə olunur. Həm hüquqi, həm informasiya, həm başqa cəhətlərdən dəstək olacağıq onlara.

22:29
Emil Quliyev (moderator): Əbülfəz bəy, təxminən yarım saat vaxtımız qalır. Nəzərinizə catdırım ki, suallara cavab verməmək hüququnuz da var və hətta hansısa sualın təkrar olduğunu düşünsəniz bunu bildirə bilərsiniz. Mən sadəcə oxucularımızın hüquqlarını qorumaq üçün tərkibində təhqir, söyüş və s. elementlər olmayan bütün sualları sizə ünvanlamalıyam.

Növbəti sual Namus adlı istifadəçidən daxil olub:

Əbulfəz bəy, superpartiya haqda daha ətraflı məlumat verin. Musavatla doğurdan birləşmək istəyirsiz?

22:36
Əbülfəz Qurbanlı:
Bu ideya haqda Azərbaycanın siyasi-ictimai fəalları məlumatlıdır. Belə bir fikir Müsavat başqanı tərəfindən irəli sürülüb. Və Xalq Cəbhəsi də bu ideyanı dəsətkləyib, qurultayda Müsavatla bir partiyada birləşmək haqda qərar qəbul edib.2010-cu ilin sentyabrında. Biz cəbhəçi gənclər olaraq bu ərəfədə müsavatçı gənclərə müraciət etdik ki, qurultaydakı nümayəndələriniz vasitəsilə bu ideyanın gerçəkləşməsi üçün çalışın. Superpartiya təkcə cəbhəçi vı müsavatçıların bir ləşməsi deyil, həm də hakimiyyətin dəyənəyəinə, puluna, zoruna qarşı iradələrin, intelleltin, mümkün imkanlarının birləşməsidir. Bu birlik həm də prosesləri izləyən, bir qədər inamsız olanları da bizə qoşa bilər. Biz bunu səmimi olaraq istəyirik.

22:38
SUAL (Əlməmməd): Salam,Əbülfəzz bəy.İlk öncə keçmiş olsun deyirəm.Sizin qorxmaq və yorulmaq bilmədən apardiğiniz mübarizə biz gənclərə impuls verir.Siz 2 milyonluq azəri gəncinin haqq səsisiniz.Sizinlə qürur duyuruq.Sonda bir sualim var.Nə vaxtsa ümidsizliyə qapilib ölkəni tərk etmək istəmisinizmi?

22:43
CAVAB: Sağ olun, bəy, gözəl sözlərə görə. Cəbhəçilər, müxalifətçilər olaraq bir-birimizi bu qədər öymək yaxşı deyil, məncə.:) Ümumiyyətlə, nikbin adamam. Sonun müsbət olacağına inanıram. İnanmaq isə xülyalardan doğmur. Gerçəklikləri dərk edəndə, sistemin xarab elementlərdən təşkil olunduğunu görəndə və ən başlıcası, başnı aşağı salıb yaşamaq istəməyənləri görəndə optimis olursan. Ölkəni tərk etmək fikirm olamyıb.

22:44
SUAL (Rauf İsmayilov): Salam Ebulfez bey siz nece fikirleshirsiniz MUSAVAT VE AXCP birliyi mumkundurmu ?

22:45
CAVAB: Salam. Bu suala demək olar ki, cavab vernişəm. Əlbəttə, mümüknüdür. İradəli olsaq mümkündür.

22:46
SUAL (Aygün): Əgər martın 17-dəki mitinqə də yox cavabı alsanız, aksiyanı keçirməkdə israrısınız?

22:54
CAVAB: Bəli. Bu aksiyaya ehtiyac var. İrəli sürdüyümüz tələblərin cəmiyyətdə gənclər arasında müzakirəsinə, gəncliyin inamının formalaşdığı bir mərhələdə etirazların olması labüddür. Birdə ki bu bizim haqqımızıdır. Artıq toplaşmaq azadlığı bizim üşün mənəvi dəyər məsəlisidir. Biz bu aksiya ilə hakimiyyətə və ya başqa birinə əzələ nümayiş etdirmək fikirindən uzağıq, sadəcə biz gəncliyin inkişafı, gələcək naminə bunu etməliyik. Məhşurlardan biri deyib ki, insan ruhu üçün söz əməl deməkdir. Sözümüzü demək istəyirik, hakimiyyətə də, dünyaya da göstərmək istəyirik ki, bu ölkənin əldən getməsini istəməyən gənc vətəndaşları var, onlar bizik. Bizimlə qanunların dilində rəftar etməyə onları məcbur edəcəyik.

22:55
Emil Quliyev:
Əbülfəz Qurbanlı e-mail vasitəsilə İbrahim Toğruldan daxil olan və şərhlər bölməsinə yazan Asif adlı oxucunun suallarına cavab verməkdən imtina etdi. Buna səbəb kimi o, həmin şəxslərin suallarına sonra da cavab verə biləcəyini hazırda isə tez-tez ünsiyyətdə olmadığı digər oxucuların suallarını cavablandırmaq istədiyini bildirdi.

22:56
SUAL: (İlahə): Salam, Əbülfəz bəy. Sizin başınıza gələnləri sosial şəbəkələrdə oxudum. Suallar da birinə də cavabınızda qeyd etmisiniz ki, polislər kobudluq etdilər və qarşıdurma yarandı. Sizcə onlar bunu qəsdlə etmirlərmi? Onların sizi təhqir etməkdə, kobudluq etməkdə məqsədləri sizi qarşıdurmaya sövq edib daha sonra da ya üzərinizə hər hansı bir maddə qoymaq və ya ictimaiyyətə göstərmək ki, baxın görün bu gənclər dağıdıb tökmək, əlbəyaxa olmaqdan başqa heçnə bacarmırlar mesajını vermək deyil mi?
Öncədən təşəkkür edirəm.

23:05
CAVAB: Salam, İlahə xanım. Onlar bunu məqsədli edirlər. Ya da ki, əsəblərinə sahib ola bilmirlər. Ola bilər ki, sizin ehtimalınız kimi onlar bunu bizi gözdən salmaq üçün edirlər. Hərçənd ki, mən buna inanmıram. Bununla belə, ictimaiyyətə aydındır, məncə, polis idarəsində bizim günahımız ola bilməz. Hər kəsə polisin qanunsuzluğu, xüsusilə, müxalifətçilərə qarşı qanunsuzluğu bəllidir. Cəmiyyət bizi məncə, pis tanımır. Cəmiyyət dəqiq görür ki. rejimin yanında olan gənclər nəyə qdirdir biz nəyə? Biz gənclər olaraq orduda səbəbsiz yerə şəhid olmuş əsgər ailələrinin, evləri sökülənlərin, taksi sürücülərinin, qiymətlər bahalaşdırlanda  və başqa mühüm məqamlarda normal mövqe, ən azından fəal və səmimi vətəndaş mövqeyi ortaya qoymuşuq. Azərbaycan xalıq bunları da, bizi də tanıdığından hər seçkidə bilirlər ki, Məzahir Pənahov seçkini saxtalaşdıracaq, ancaq yenə də gəlib bizim nümayəndələr səs verirlər. Azərbaycanlılar dəqiq görürü ki, hər beş ildən bir hökümət gənclərə qayğı adı altında beş illik proqram ortaya atır, ancaq heç bir gənc ondan yararlanmır. Çünki o proqramlara özləri ayırdıqları pulu ozləri də dağıdıb  talamaqla məşğuldur. Azərbaycanlılar aydın göür ki, bunlar bir heykələ də 5 mln ayırırlar, gənclər fonduna da 5 mln ayırıb, nəticədə hər ikisini ciblərinə, övladlarına xarcidə villalara xərcləyir. Bir qədər olsa da zarafatla deyim ki, Xalq öz qəhramanlarını tanıyır.

23:05
Emil Quliyev (moderator): Əbülfəz bəy, dəyərli vaxtınızı ayırıb iki saat ərzində Sərbəst Kürsüdə əyləşdiyiniz və oxucularımızın suallarını cavablandırdığınız üçün minnətdaram.

22:06
Əbülfəz Qurbanlı: Təşəkkür edirəm, bəy. İnformasiyanın yayılmasının çətin olduğu, ölkə televeziyalarının üzümüzə bağlı olduğu bir anda bizə bu imkanı yaratddığınıza görə sizə və radionun əməkdaşlarına sevgilərimi bildirirəm. Sual ünvanlayanlara da həmçinin.

22:07
Emil Quliyev: Sualı cavabsız qalan oxucularımızdan isə üzr istəyirik. Ancaq Əbülfəz bəy istəsə, şərhlər bölməsində olan və cavablandırılmamış suallara cavab verə bilər. Bizsə Sərbəst Kürsünü burada başa vurmalıyıq. Sağ olun hörmətli oxucular.

Sərbəst Kürsünün növbəti saylarında görüşmək ümidi ilə …

Qüdrət Həsənquliyev: “Iran Azərbaycanda İrandakı kimi teokratik rejim qurmaq istəyir”

Posted February 16th, 2012 at 4:17 pm (UTC-4)
21 comments

Bu yaxınlarda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı təklifini yenidən gündəmə gətirdikdən sonra bəzi millət vəkilləri də bu təklifə dəstəyini ifadə edib. Onlar arasında Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da var idi.

Məsələni müzakirə etmək üçün SƏRBƏST KÜRSÜ canlı forumuna ideyanın müəllifi Qüdrət Həsənquliyevi dəvət etmişik. Millət vəkili Şimali Azərbaycan Respublikası ideyası ilə bağlı sizin suallarınızı CANLI olaraq cavablandırıb.

——————————————————————–
Yenidən sizi Sərbəst Kürsü canlı forumunda salamlayırıq. Bugünkü forumun moderatoru mən Emil Quliyevəm. Qonağımız isə söz verdiyimiz kimi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevdir. Mən Qüdrət bəyi də canlı forumumuzda salamlayıram.

Emil Quliyev: Qüdrət bəy axşamınız xeyir olsun. Əvvəlcə vaxtınızı ayırıb, Sərbəst Kürsünün qonağı olduğunuz üçün sizə təşəkkür edirəm.

Qüdrət Həsənquliyev: Sag olun. Boyuk memnuniyyetle!

EQ: Qüdrət bəy, mən gördüyüm qədərilə sizin təklifinizlə bağlı oxucularımızın şərhləri suallarından daha çoxdur. İlk mövqe Kəmalə adlı istifadəçidən daxil olub. Kəmalə xanım yazır:
SALAM. AZERBAYCANA AD QOYMAQ YOX ,SADECE AZERBAYCANI BUTOV ETMEK LAZIMDIR. HALVA-HALVA DEMEKLE AQIZ SIRIN OLMAZ .VETEN ,TORPAQ UQRUNDA CIHADA QALXMAQ , MUBARIZE ETMEK LAZIMDIR TEESSUF KI ,IQTIDARIN BASI KORRUPSIYA QARISIB,
HER YERDE MANAPOLIYADIR..MILLET ARTIQ HEC NEYE INANMIR

CAVAB: Olkenin adinin deyisdirilmesi Butov olmagomoz ucun ilk addimdir.Biz evvelce gerek birlesmeye dunyanin desteyini almagimiz ucun parcalanmis xalq olmagimizi dunyaya catdira ve qebul etdire bilek. bu qeder.

SUAL (Murtuzayev): Prezidentliye layiq aciq fikirli biri kimi sizi taniyir ve hetta fikirlerinizle maraqlanirdim. Iranda olmush biri kimi sozunuze oz fikrimi bildirirem. Cox sag olun.

CAVAB: XOS SOZLER UCUN TESEKKUR EDIREM.

SUAL (Yunus Qulamov): Manca bela bir masalanin ortaya atilmasi sahv fikirdir.Yaxshi olardi ki Azarbaycanin adi Merkezi Azerbaycan olmalidir!Chunki onun Shimali Darbandda Azerbaycana maxsus olub.Qarbi Azerbaycan da var! Ona gora Mahz Markazi Azerbaycan olmasi daha doqru olar.Ancaq bu Azerbaycanin dushmanlarini daha da artirar. Bu masalani gundama gatiran siyasatchilar Yehudi mafiyasina qulluq edanlardir.

CAVAB: YALNIS DUSUNUR YUNUS BEY. MILLETIMIZIN BUTOVLESMESI VAHID DOVLET QURMASI XALQIMIZIN ALI AMALI OLMALIDIR. BU MESELE HER BIR MILLET UCUN SEREF MESELESIDIR.YUNUS BEYIN MENTIQI ILE MESELEYE YANASSAQ ONDA ONA DEYE BILERIK KI,ODA FARS SOVINIZMINE XIDMET EDIR.BIZ CALISMALIYIQ KI,DUNYADA YARANAN ELVERISLI TARIXI SERAITDEN XALQIMIZIN MARAQLARI UCUN ISTIFADE EDEK.NE QEDER OLKENIN MARAQLARI BIZIM MARAQLARLA UST-USTE DUSURSE BUNA SEVINMEK LAZIMDIR.

Emil Quliyev: Qüdrət bəy, İkram adlı istifadəçi diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldir:
Hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirəndiyi bir vaxt İran üçün qıcıqlandırıcı bir təkliflə çıxış etmək nəyi dəyişdirəcək? Xatırladim ki, 1992-ci ildə İranla münasibətlərin korlanması İranın ermənilərə çox ciddi yardımı ilə müşayiət olundu. Düşünmürsünüz ki, hər an Azərbaycana təzyiq etmək bəhanəsi axtaran molla rejimi üçün bu təklif əlavə bəhanə vasitəsi olacaq və İran-Ermənistan münasibətlərini daha da yaxınlaşdırmaqla bərabər, Azərbaycanın daxili stabilliyi üçün də təhlükələri artıracaq.

Qüdrət Həsənquliyev: IRANIN AZERBAYCANA MUNASIBETI MEGER YAXSIDIR KI,BU TEKLIF DE ONU DEYISDIRSIN?IRAN AZERBAYCANDA IRANDAKI KIMI TEOKRATIK REJIM QURMAQ ISTEYIR VE AZERBAYCANIN MOVCUDLUGUNU OZU UCUN TEHLUKE VE IRANIN BUTOVLUYU UCUN TEHDID HESAB EDIR.QARABAG IRANIN ERMENISTANA VERDIYI DESTEK HESABINA BAS VERIB.BU GUN DE ERMENISTANI AYAQ USTE SAXLAYAN DOVLETLERDEN BIRI IRANDIR.BU OLKE MUSELMAN OLKESI OLDUGUNU ELAN ETSE DE QARABAGDA MUSELMANLARA QRSI BESERI CINAYAETLER TORETMIS ERMENISTANA HER CUR YARDIM EDIR.BIZ IRANIN ERMENISTANA YARDIMININ QARSISINI ALMAQ UCUN CALISMALIYIQ KI,CENUBI AZERBAYCANDAKI SOYDASLARIMIZ MILLI KIMLIKLERINI DERK ETSIN VE FARS MOLLA REJIMINE TEZYIQ ETSIN.IRANA YARINMAQLA HEC NEYI DEYISE BILMERIK.

SUAL (Nicat): Nicat beyin sualı belədir: Sizcə, bu təklifin real olaraq, faydalı iş əmsalı nə olacaq və xeyir – zərər nisbətində tərəzinin hansı gözü daha ağır olacaq?

CAVAB: YAXSI SUALDIR.AZERBAYCAN BMT-DE BU ADLA TANINARSA BU HEM DE BIZIM PARCALANMIS XALQ OLMAGIMIZIN TESDIQI OLACAQ.MUASIR DUNYA BUTUN PARCALANMIS XALQLARIN BIRLESIB VAHID DOVLET QURMASIN HEMIN ALQIN TEBII MILLI HAQQI HESAB EDIR.SIVIL DUNYA XALQLALARIN ZORLA ESARETDE SAXLANMASINI QEBUL ETMIR.HER BIR XALQ MILLI HAQLARINA SAHIB CIXMALI OZ ANA DILINDE YAZIB OXUMALI MEDENIYYETINI INKISAF ETDIRMELI MILLI KIMLIYI ILE FEXR ETMELIDIR.IRANDA AZERBAYCANLILAR HEYVANLAR VE HESARATLARLA MUQAYISE OUNUR,ONLAR BAREDE ASAGILAYICI LETIFELER QOSULUR.BU BAXIMDAN MUSBET TEREFI ODUR KI,XALQIMIZ AZAD OLACAQ VE AZERBAYCAN TURKLERININ VAHID DOVLETI OLACAQ.BUTOV AZERBAYCAN 40 MILYONLUQ BIR DOVLET OLACAQ VE BOLGEDE SOZ SAHIBI OLACAQ.MENFI TEREFI ODUR KI,DUSMENLERIMIZ QORXUYA DUSUB BIZE TEZYIQLERI ARTIRACAQ.AMMA OZUNE HORMET EDEN XALQ KIMI SEMIMI DOSLARIMIZ DA ARTACAQ.DUSMENLERDEN QORXUB MILI HAQLARIMIZ UGRUNDA MUBARIZEDEN CEKINMEMELIYIK,BU MESELEDE TEREZIYE QOYSAQ SIZ DEYEN KIMI MENFI CEHET COX AZDIR.ONA GORE DE HAMI MILLI BIRLIYIMIZ UCUN BACARDIGINI ETMELIDIR.

SUAL (Əlirza Amanbəyli):Mənim yadımdadır ki 1992-ci ildə Fərəc Quliyev ilk dəfə olaraq parlamentdə təklif etmişdi ki,ölkənin adını şilami Azərbaycan respublikası qoymaq lazimdir ki dünya bilsin ki şimalın cənubuda var və gəlcəkdə Azərbaycanın bütöləşməsinə şərait yaransın Fərəc bəy hətta o zaman öz vizit kartınida yazmışdı: Şimali Azərbaycan Respublikasının Millət vəkili Fərəc Quliyev.Qudrət bəy bu təklifi bu il parlamentdə təklif edəndə yenə Fərəc bəy onu dəstəklədi.
Mən bir Güney Azərbaycan milli hərəkat fəalı olaraq həm Fərəc bəyə, həm də Qudrət bəyə öz təşəkürümü bildirirəm və arzu edirəm ki bu təklif icra olunsun və yaxın gələcəkdə Azərbaycanın bütövləşməsı üçün parlament qərar qəbul etsin və indiki millət vəkilləri 9 milyonun yox 50 milyonluq bütöv Azərbaycanın millət vəkilləri olsunlar.
Qudrət bəydən, Fərəc bəydən və parlamentdə təmsil olunan Azərbaycanın Bütövlüyünü istəyən millət vəkillərindən xahiş edirəm ki, Quzey Azərbaycanda yaşayan və Azərbaycan yolunda hər şeyini qurban verən Güney Azərbaycan siyasi mühacirlərin vətəndaşlıq və yaşamaq üçün ve məsələlərin həll etsinlər.Mən 20 ildən artıqdır Bakıda yaşayıram burda ailə qurmuşam 2 öğlum var, onlar Azərbaycan vətəndaşıdır amma özümün bü günə qədər heç bir qanunui sənədim yoxdur.
Hər gün televiziyalarda deyirlər qaçqınlara ev tikilir, bəs nədən Güneydən olan qaçqınlara bir daxma da verən yoxdur?

CAVAB: ELIRIZA BEY MEN DE DUSUNUREM KI,CENUBLU QARDAS VE BACILARIMIZ SIMALI AZERBAYCANDA OZLERINI VETENLERINDEKI KIMI HISS ETMELIDIRLER.DOVLETIMIZ IMKAN DAXILINDE TEQIB OLUNAN SOYDASLARIMIZA YARDIM ETMELI ONLAR UCUN BURADA HER CUR SERAIT YARADILMALIDIR.BUNA DOVLETIN IMKANI OLMADIQDA ONLARA BASQA XARICI OLKELERDE SIGINACAQ ALMALARI UCUN YARDIM ETMELIDIR.DOVLETIMIZ CALISMALIDIR KI,CENUBLULARIN YASADIQLARI YERLERDE HUQUQLARININ QORUNMASI UCUN COX ISLER GORSUN KI,ONLAR SIMALA KOCMEK BAREDE DUSUNMESINLER.BUTOVLUYUMUZ UGRUNDA HAMILIQLA CALISIB OLKEMIZI BIRLESDIREK.HAL-HAZIRDA ESAS ISIMIZ HER IL BIR NECE MIN CENUBLUNUN PULSUZ ALI TEHSIL ALMASINI TEMIN ETMELIYIK.IRANLA VIZA REJIMI ARADAN QALDIRILMALIDIR KI,CENUBLULAR OZ VETENLERININ DIGER HISSESINE SERBEST GELIB GETSINLER.

SUAL (Sevil Hüseynova): ŞİMALİ azƏRBAYCAN RESPUBLİKASI OLMASI ÜÇÜN İLK ÖNCƏ CƏNUBİ OLMALIDIR. üMUMİYYƏTLƏ BELƏ BİR FİKRİN FORMALAŞMASI NƏ DEMƏKDİR. QÜDRƏT BƏY, SİZCƏ CƏNUBİ aZƏRBAYCAN KİMİ TANINAN BİR COFRAFİ MƏKAN OLMADIĞI ÜÇÜN, BU, İRANI QICIQLANIDRMAQ DEMƏK DEYİLMİ?

CAVAB: SEVIL XANIM IRANIN OZUNDE SERQI VE QERBI AZERBAYCAN ADINDA INZIBATI ERAZI VAHIDLERI VAR.ONLAR SIMALI AZERBAYCANI DA OZ ERAZILERI HESAB EDIRLER.BU YAXINLARDA BEZI DEPUTATLARI MESELE QALDIRMISDI KI,TURKMENCAY MUQAVILESINE YENIDEN BAXILSIN.CENUBDA BIZI SIMALLILAR KIMI TANIYIRLAR.AZERBAYCAN RESPUBLIKASI AZERBCAN TOPAQLARININ UCDE BIRINDE YARANIB.CENUBDA TORPAQLARIMIZIN UCDE IKISI EHALIMIZIN ISE EN AZI DORDDE UCU YASAYIR.BIZ NECE AZERBAYCAN ADINA IDDIA EDE BILERIK.IRAN ISE BIZIM MUSTEQIL OLMAGIMIZLA ONSUZ DA QICIQLANIB.BIZ CALISMALIYIQ IRANDAKI FARSLAR DA ANLASIN KI,ONLAR SAYCA ONLARDAN AZ OLMAYAN BIR XALQI ESARET ALTINDA SAXLAYA BILMEZLER.BIZ CEXLER VE SLOVAKLAR KIMI MEDENI QADADA AYRILMALI,QONSU XALQLAR KIMI EMEKDASLIQ DOSTLUQ ETMELIYIK.BIZ BEZI ORTAQ TARIXE VE MEDENIYYETE MALIKIK.EYNI DINE SAHIBIK.COX ISTERDIM KI,FARSLAR BU REALLIQLA TEZ BARISSINLAR.

SUAL (Rüfət): Bu təklifin Milli məclis tərəfindən səsə qoyulması planlaşdırılmı? Əgər planlaşdırılırsa, sizcə qanunu qəbul olunması şansı varmı?

CAVAB: SOZUN DOGRUSU INANMIRAM KI,BU TEKLIF SESE QOYULSUN,BAXMAYARAQ KI, YAP UZVU OLAN DEPUTATLARDAN DA BU TEKLIFI DESTEKLEYENLER VAR.ILK MERHELEDE HESAB EDIREM KI, BU ICTIMAI FIKRE OTURMALIDIR.TESSUF KI ,HELE BU MESELEYE EHTIYATLA YANASANLAR COXDUR.AMMA EMINEM KI,BU IDEYANIN TEREFDARLARI SURETLE ARTACAQ,NECE KI,BIRLIYIMIZ UGRUNDA MUBARIZEYE QALXANLARIN SAYI SURETLE ARTIR.COXLARI ARTIQ QEBUL EDIR KI,IRAN HEC VAZT BIZE DOST OLMAYACAQ.MUSTEQILLIYIMIZIN 20 ILI ARTIQ BUNU SUBUT EDIB.FARSLAR BIZIM TORPAQLARIMIZI ISGAL ALTINDA SAXLAYAN ERMENILERE QARDAS DEYIR,ONLARA HER CUR YARDIM EDIRLER.ONA GORE ICTIMAI FIKIR IQTIDARI MECBUR EDECEK KI,HEC NEDEN CEKINMESIN VE BIRLIYIMIZ ISTIQAMETINDE ADDIM ATSIN.

Emil Quliyev: Qüdrət bəy, Sevil Hüseynova sizin cavabınıza cavab olaraq bunu əlavə edir:
– Sizin dediklərinizi ermənilər də Dağlıq Qarabağ haqda deyir. Eyni vəziyyət Kosovoda müşahidə edilib. Ona qalsa elə bir dövlət yoxdur ki, xalqlar ortaq sərhədləri bölüşməsin. Nə etməli?

Qüdrət Həsənquliyev: PROBLEMLER TAMAM FERQLIDIR SEVIL XANIM.DAGLIQ QARABAGDA YASAYAN 80 MIN ERMENI RUSLAR TEREFINDEN 19 -CU ESRDE IRANDAN KOCURULUB GARABAGA .ERMENILER GARABAGA KOCURULMELERININ 150 ILLIYI MUNASIBETILE XANKENDINDE BOYUK ABIDE UCALTMISDILAR.ONLAR XALQ OLARAQ AZERBAYCAN TORPAQLARININ BIR HISSESINDE OZ DOVLETLERINI ,ERMENISTAN RESPUBLIKASINI ,QURUBLAR.BIZIM TORPAQLARDA ONLARA IKINCI DOVLET QURMAGA IMKAN VERE BILMERIK.KOSOVOYA GELDIKDE ISE ONLAR TARIXI TORPAQLARINDA OZ MUSTEQILLIKLERINI ELAN EDIB SERLERDEN AYRILIBLAR.

EQ: Qüdrət bəy, sizə ünvanlaya biləcəyimiz son sual Saleh adlı oxucudan daxiil olub:

Mən Amerikanın Səsinin bu barədə keçirdiyi sorğuya baxdım. İştirakçıların 70 faizindən çoxu Azerbaycan Respublikası adının dəyişdirilməsi təklifini siyasi manevr adlandırırlar. Azərbaycan Respublikası və onun dövləti belə simvolik və səmimiliyi şübhə doğuran təkliflər əvəzinə İranda yaşayan türklərin hüquqları barədə bir dəfəlik və düzgün siyasət yeritsə daha yaxi olmazmi. Hec olmasa Urmu golunun qurumasi kimi qeyri-siyasi məsələdə düzgün mövqeidən çıxış etsinlər. Belə başları sıxışanda Cənubu yada salmaq riyakarliqdir. sifarisle edilmis bu cagirislar İran türkləri arasında əslində əsası olmayan bir ümidə səbəb ola bilər. Hakimiyyət heç Respublika əhalisinin qayğısına qalmır nəyinki cənubluların. Onsuzda ən pis şərtlər altında yaşayan, təhkir edilən, əsassıs ittihamlarla hətta idam edilən soydaşlarımızın vəziyyətini İranla ara deyib diyə bir kart kimi oynamaq nə Azərbaycan dövlətinə nə də millətinə yaraşar.

CAVAB: SALEH BEY BU IQTIDARIN IRELI SURDUYU TEKLIF DEYIL.MEN 2008-CI ILIN PREZIDENT SECKILERINDE BU MESELENI SECKI PLATFORMAMA SALMISDIM.REHBERLIK ETDIYIM PARTIYANIN ADI DA BUTOV AZERBAYCAN XALQ CEBHESI PARTIYASI ADLANIR.SIZ IQTIDARA MUXALIF OLA BILERSINIZ,AMMA BUTOV AZERBAYCAN IDEYASINA MUXALIF OLA BILMEZSINIZ,CUNKI BU MILLI KIMLIYINIZE MUXALIF OLMAQ KIMI BIR SEYDIR.IQTIDARIN SIYASETINDEKI YALNISLIQLARA GORE BUTOV AZERBAYCAN IDEYASINA QARSI CIXMAQ OLMAZ.IRANLA ARAMIZ NE VAXT YAXSI OLUB KI?INDI DEYSIN.?QARABAGIN ISGALDA QALMASININ ESAS SEBEBLERINDEN BIRI IRANIN BIZE QARSI APARDIGI DUSMENCILIK SIYASETIDIR.BUNU ANLAMAQ LAZIMDIR.BIR VAXTLAR YAP ELCIBEYI IRANLA MUNASIBETLERI KORLAMAQDA ITTIHAM EDIRDI,nE OLDU VEZIYYET DEYISDIMI?SIZ PREZIDENT OLSANIZ DA HEC NE DEYISMEYECEK.BIZ YA GEREK MOLLA REJIMI QURAQ VE IRAN TEREFINDEN IDARE OLUNAQ YA DA BIZE QARSI DAIMI TERROR TEHDIDLERI.VE DINI EKSTREMIZMIN IXRACI ILE UZ UZE QALACAGIQ.ONLAR DUNYEVI DOVLET QURULUSUNU OZLERINE TEHLUKE SAYIRLAR.

Emil Quliyev: Qüdrət bəy, vaxtınızı ayırıb oxucularımızın suallarına cavab verdiyiniz üçün sizə minnətdarıq. Ümid edirik ki, oxucularımız onları maraqlandıran suallara lazımi cavabı ala bildilər.

Qüdrət Həsənquliyev: TESEKKURLER BU IMKANI YARATDIGINIZ UCUN. BU IDEYANIN TEbLIGI UCUN 24 SAAT CALISMAGA HAZIRAM.
TESEKKUR EDIREM EMIL BEY.SAG OLUN

Emil Quliyev: Sərbəst Kürsünün növbəti canlı forumunda görüşənədək…

Rafiq Əliyev: “Sərbəst Kürsü-70 ildə ən yadda qalan tədbir”

Posted February 6th, 2012 at 4:15 pm (UTC-4)
20 comments

Keçən həftə Ziyalılar Forumu gənclərin problemlərini müzakirə edib. Bir neçə hotel bu görüşün öz zalında keçirilməsinə icazə verməyəndən sonra toplantı yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyovun İçəri şəhərdəki evində keçirilib. Görüşdə gənclərin problemlərinə toxunulub. Toplantıdan dərhal sonra orada iştirak etmiş “İnam” plüralizm mərkəzinin rəhbəri Vahid Qazi naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bu həftənin əvvəli isə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Ziyalılar Forumu barədə açıqlama verərək deyib ki, bu bir qrup adam vaxtilə – Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkə haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır.

SƏRBƏST KÜRSÜ canlı forumunun qonağı tanınmış professor Rafiq Əliyevdir. Ziyalılar Forumunun üzvü suallarınızı cavablandırıb.

Xatırladaq ki, fevral ayının 10-u Rafiq Əliyevin 70 yaşı tamam olub. İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəbin yaradıcısı olan Rafiq Əliyev dünyanın bir çox məşhur universitetinin (Corciya Dövlət Universiteti – ABŞ, Təbriz Universiteti – İran, Zigen Universiteti – Almaniya, Yaxın Doğu Universiteti – Şimali Kipr və s.) professorudur. O, 70-ə yaxın kitabın müəllifidir.

Rafiq Əziz oğlu Əliyev 10 fevral 1942-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndində anadan olub. O, 1958-1963-cü ildə Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirib.

Rafiq Əliyevə suallarınızı Amerikanın səsinin Facebook səhifəsi və ya email ünvanı (info@amerikaninsesi.org) vasitəsilə və ya aşağıda ŞƏRHLƏR bölməsinə yaza bilərsiniz.
—————————————————————————-

Salam hörmətli oxucular, bugünkü forumun moderatoru mən Emil Quliyevəm. Qonağımız, 70 yaşını qeyd edən professor Rafiq Əliyevdir.

Emil Quliyev: Axşamınız xeyir, Rafiq müəllim! Sizin Sərbəst Kürsü canlı forumunda salamlayır və Sizi sabahki, 70 illik yubileyiniz münasibəti ilə redaksiyamız adından təbrik edirik!

Rafiq Əliyev: Sizə təşəkkür edirəm. Sizə uzun ömür arzulayıram. Diqqətiniz və zəhmətiniz qarşısında sizə böyük sayğılarımı bildirirəm.

EQ: Çox sağ olun.
İlk sual “Cənublu” adlı istifadəçidən daxil olub. Sual belədir:

70 yasli ustadimizi tebrik edirem.

Ziyalilar Forumu Guney Azeerbaycanda olanlarin huquqlarini mudafie edecekmi? Azerbaycan genci deyende niye Guney Azerbaycanda yasayan 10 milyondan cox genclerden soz acmirsiniz. Biz inciyirik. Azerbaycan xalqi butovdur. Muzakirelerinizde xalq deyende cenubu da nezere alin.

Size uzun omur arzulayiram. Isiqli ziyalilar xalqimiza cox lazimdir.

Cavab: Təbii ki, “Ziyalılar Forumu” Güney Azərbaycanda olan azad fikirli gənclərin yanındadır. Bir millət kimi Azərbaycanın həm güneyi, həm quzeyi var. Çox şey tarixi şansdan asılıdır. Sizə dərin təşəkkür edirəm.

SUAL (Carnegie Turkiyə): 1.Rafiq müəllim, mən bugün dünyanı belə xarakterizə edərdim: bir tərəfdə “demokratiya” naminə dünyanı işğal etməyi hədəfləyən imperialist qərb, digər tərəfdə despotizm, avtoritarizm, ayrıseçkilik, qanunsuzluq, kobud insan haqları pozuntuları müşayətilə hakimiyyəti zəbt etmiş diktatorlar. Azərbaycan vətəndaşları gəncləri bu dilemmada Azərbaycanın vətənimizin maraqlarına xələl gətirmədən öz mövqeyini optimal necə müəyyənləşdirməlidir?
2.Elmin sirlərini sizdən birbaşa öyrənmək imkanı olmayan, fəqət sizin xəzinənizdən “yararlanmaq” istəyən gənclər üçün nə məsləhət görürsünüz?
3.Böyüklüyünüz (həm elm həm mərifət həm müasirlik baxımından) qarşısında baş əyirəm və Sizinlə fəxr edən minlərlə Azərbaycan gənci adından deyirəm: AD GÜNÜNÜZ MÜBARƏK! VAR OLUN!
İmza: Vətən xaini

CAVAB: Şəxsən sizə və məni təbrik edən minlərlə Azərbaycan gənclərinə dərin təşəkkürümü bildirirəm.

Birinci suala cavab: Bu gün dünya ədalətə hamilədir. Özü də yarımçıq doğulacaq ədalətə yox, bütöv ədalətə hamilədir. Mənim düşündüyümə görə, bu yöndə dünyada gedən proseslər, maddiyət üçün deyil mənəviyyat üçündür, ədalət üçündür, azadlıq üçündür. Biz əvvəllərdə də demişik, indi də deyirik ki, Azərbaycan da dəyişən dünyaya adekvat olaraq dəyişməlidir. Bunun üçün bütün sahələrdə Azərbaycanda islahatlar getməlidir. Bu islahatlar ilk növbədə ölkəmizin bütövlüyünü, ərazi bütövlüyünü təmin etmək istiqamətində demokratikləşmə, millətin hər bir fərdinin azad olması istiqamətində getməlidir.(Hər bir xalqın azad olması üçün onun hər bir fərdi azad olmalıdır)
İkinci suala cavab: Şükürlər olsun ki, bu gün ümumi informasiya fəzası var, internet var, üzbəüz (face to face) görüşməyə elə də böyük ehtiyac yoxdu. Mən kitablarımın bəzilərini internetdə yerləşdirmişəm. Elmi müzakirələr aparmaq üçün mənim Facebook səhifəmə üzv olsanız burda elmi müzakirələr təşkil edə, forumlar keçirə bilərik.

SUAL (Azər): 1.Rafiq müəllim, Siyavuş Novruzovun Aslan İsmayılov və digər ziyalılar haqqında dediklərinə necə şərh verərdiniz?
2.Doğrudanmı əsl ziyalı olmaq üçün Qarabağ haqqında məqalə yazmaq lazımdır? Vəya əsl ziyalı kimdir?

CAVAB: 1. Onun, Aslan İsmayılov və digər ziyalılar haqqında dediklərini heç bir məntiqlə, hörmətli Eldar Namazov demişkən nə Aristotel, nə də Zadə məntiqi ilə anlaya bilmirəm. O ki qaldı Aslan İsmayılova, Rüstəm İbrahimbəyova, Əkrəm Əylisliyə, Cəmil Həsənliyə və başqa görkəmli ziyalılarımıza, o və onlar ayrı-ayrı müqayisə olunmaz müstəvilərdə olan şəxsiyyətlərdirlər.
2. Ziyalılıq çox atributlu bir anlayışdır. Ziyalı ilk növbədə milli mənafe, xalq mənafeyini şəxsi və korporativ maraqdan üstün tutmalı, muzdlu ideoloji öhdəlikdən azad olmalı, həmişə həqiqətin yanında olmalı, ictimai fikirə təsir etmə bacarığına sahib olmalı, Mövlanə təbiri ilə desək, qızardılmış ətdə gözü olmamalı (nəfsinin qulu olmamalı), kreativlik, zəmanəsini qabaqlamaq bacarığına və başqa meyarlara cavab verə bilməlidir.

SUAL (Fikrət Məmmədov): Axsaminiz xeyirli olsun Rafiq muellim sizi kecmis telebeniz olaraq butun telebe yoldaslarimin adindan ad gununz munasibetile tebrik edirem. Size sualim budur ki umumiyyetle bizim indiki genclerin elm dalinca yox sadece dolanisiq ve karyera ucun islemek isteyine nece baxirsiz bu normal haldirmi yoxsa bunun menfi cehetleri cox pis olacaqmi xais edirem bu haqda oz fikirlerinizi deyerdiniz.

CAVAB: Hörmətli Fikrət bəy,
Sizə və bütün tələbə dostlarınıza minnətdarlığımı bildirirəm. Əfsuslar olsun ki, son 20 ildə Azərbaycanda elmə sosial sifariş olmadığı üçün bu sahədə böyük reqres yarandı. Bu gün və dünən də bizim ölkəmiz xam mal (neft və qaz) yönümlü iqtisadi modellə işlədiyi üçün elmə ehtiyac yoxdur. Lakin, post-neft dövrü üçün ölkənin hansı iqtisadi modellə işləməsini müyyənləşdirmək üçün və belə modeli həyata keçirmək üçün güclü elmə ehtiyac olacaqdır. Post-neft dövrü o qədər də uzaqda deyil. Əfsuslar olsun ki, elmi potensialımız o dövr üçün hazır deyil. Məsələnin başqa bir tərəfi odur ki, elmsiz təhsil yoxdur. Elmli təhsil kadrlarımızın qıtlığı elə indidən özünü göstərir.

SUAL (Zamik İslamov, Azerbaycan Dovlet Neft Akademiyasinin MBA programi uzre mezunu): Axsaminiz xeyir olsun. İlk once, Radionuza dunyaca taninmis ve Azerbaycan uchun chox deyerli olan bir ziyalimizi – akademik Rafiq Eliyevi canli verilishe devet etdiyinize gore teshekkur edirem. Men hormetli professorumuzu 70 yasinin tamam olmasi munasibetile tebrik edir ve ona birinci novbede can sagligi arzu edirem. Rafiq muellimin qalan omrunu arzularinin heyata kechmesi sevincile yashamasini arzu edirem – bilirik ki, ziyalimizin Azerbaycan uchun de boyuk arzulari vardir. Ziyalimizdan sorusmaq isterdim ki, “İnshaallah 75 yashinizi qeyd ederken Azerbaycani, Azerbaycan gencliyini nece gormek isterdiniz ?”
Chox sag olun!

CAVAB: Hörmətli Zamiq bəy,
Xoş sözləriniz üçün sizə təşəkkür edirəm. MBA məzunu olmağınız münasibətilə sizi təbrik edirəm. Ömür vəfa etsə, böyük əminliyim var ki, beş ildən sonra Azərbaycanı demokratik, cəmiyyətini işıqlı, hər bir fərdini azad görəcəyik. Bu hədəfə çatmaq yolunda siz gənclərin böyük zəhməti olacaq. Bizlər məsuliyyəti siz gənclərin çiyninə qoymaq fikrindən uzağıq. İnşallah, bu hədəfə bir yerdə çatacağıq.

Emil Quliyev (moderator): Növbəti sual, daha doğrusu suallar Elməddin adlı istifadəçidən daxil olub. İstifadəçinin sizə 4 sualı var:

Salam Rafiq muellim,

Sizi Belcika’dan, Liege Universitetinden salamlayiram, Size Allahdan uzun omur ve mohkem cansagligi arzulayarim.Alimler bizim cemiyyetimizin goren gozudur, ve qaranliq zulmetleri isiqlandiran ziyadir.Bu menada , sizin sozun esl menasinda oz ohdenize dusen mesuliyyetli vezifeni sherefle davam edirsiniz.Biz sizinle fexr edirik ve sizleri ozumuze numune gotururuk..Daim burda professorlar ve telebeler ile danisanda fexrle Lutfi Zadenin ve Rafig Eliyevin hemyerlisi olmagimi bildirirem..
Sual1: Deyirler, ‘fuzzy logic’-in yaradicisi Lutfi Zadedir ve ondan sonra bu isde en boyuk uguru qazanan sizsiniz..Eceba, ardicilliq davam edirmi? Ye’ni yene de yetisen Azerbaycanli var mi bu meslelerde?
Sual2: Menaviyyati, milli teessubkesliyi olmayan ‘alimler’ , ‘qeyri-selis mentiqle’ 0-1 skalasinin harasinda movqe tutur?
Sual3: Meni coxdandir bir sual dusundurur: deyirler, her xalq layiq oldugu kimi yonetilir!!!Biz bele yonetilmeye layiqikmi?
Sual4: Eger size Azerbaycani halhazirda xilas edecek ve inkisafa aparan optimal bir dustur yazin deseler bu qisaca nece olardi??
Onceden tesekkur ve minnetdarligimi bildirirem!!!

CAVAB: Hörmətli Elməddin bəy,
Xoş sözləriniz və təbrikləriniz üçün sizə minnətdarlığımı bildirirəm. Mənə çox xoş oldu ki, siz Fuzzy Logic təfəkkürünə sahibsiz.
1. Əfsuslar olsun ki, bu gün Azərbaycanda bu ənənə davam etdirilmədi. Az da olsa ABŞ-da, Kiprdə və bəzi başqa ölkələrdə bu sahədə çalışan yaxşı azərbaycanlı alimlər var.
2. Siz dediyiniz “alimlər” 0-1 şkalasında sıfıra söykəniblər.
3. Azərbaycan xalqı dəyərli xalqdır. Xüsusən, onun böyük fərdləri, böyük şəxsiyyətləri olub, var və olacaqdır. Bu xalq daha yüksək səviyyəli yönətilməyə layiqdir.
4. Belə bir düstur təbii dildə olmalıdır, çünki qeyri səlis-məntiq əsasən sözlərlə, cümlələrlə, persepsiya informasiyası ilə işləyir. Bu düstur belə olmalıdır: “Demokratiya * Demokratiya+Texnoloji Iqtisadiyyat+Azadlıq* Azadlıq”. Bu düsturda vurma və toplama qeyri-səlisdir. Düsturun realizə olunması “Computing with words” vasitəsilə həyata keçirilməlidir.

EQ (moderator): Rafiq müəllim, forumun sonuna təxminən yarım saat vaxtımız qalır. Növbəti sual Azər Sanxay adlı oxucudan daxil olub:
Salam Rafiq bey size sualim indiki gencliyi nece gorursunuz?sizin dovrunuzden daha cox ziyalimi yetisdirmek olardi yoxsa indiki vaxtdami.Hal hazirda ozunuzun varisi kimi hansi ziyali genci gorursunuz?

CAVAB: Hörmətli Azər bəy,
Sizi salamlayıram. Azərbaycanda (həm Azərbaycan müstəvisində, həm də onun xaricində) ləyaqətli Azərbaycan gəncliyi var. Arzum budur ki, bu gənclər daha çox kreativ olsunlar, içərilərində olan qorxu hissini daha çox dəf etsinlər, ümidsizlikdən azad olsunlar. Düşünrəm ki, bizim dövrümüzdə ziyalılar daha çox idi, daha əzəmətli idi (baxmayaraq ki, sovet dövründə çox yasaqlar var idi) məsələn, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Ziya Bünyadov, Famil Mehdi və başqaları. Varisimiz kimi Azərbaycan və onun xaricində olan bütün vətənpərvər, qorxmaz, yüksək intellektli gəncləri görürəm.

SUAL (Pərvanə Bayramova): İndiki genclerde  daha çox neyi görmek isterdiniz?Teşekkürler.

CAVAB: Pərvanə xanımı salamlayıram,
İndiki gənclərdə daha çox görmək istədiklərim bunlardır: Allah və vətən sevgisi, yüksək intellekt, azad fikir bir də cəsarət. Unutmayaq ki,
bayraqları bayraq yapan üstündəki qandır,
topraq əgər uğrunda ölən varsa Vatandır.

EQ (moderator): Vaxtımızın bitməsinə az qaldığından Facebook və email vasitəsilə daxil olan təbrikləri və qısa sualları ümumiləşdirib sizə təqdim edirik:
Farid Haqverdiyev: Ad günün mübarək
Aynur Atabeyli: Semimi qelbden tebrik edirik!
Ceydam Sarikaya: TEBRIKLER.
Yashar Mammadov: tebrik edirem, sizce az-da dahilere yeterince
Zahid Guliyev (Almaniyadan) : Hörmetli ziyali,dünya shöhretli alim,Garabagsiz Garabagli Rafig Aliyevi tebrik edirem.Özüme söz vermishem Isa bulaginda Garabag shikestesi oxuyacam Rafig bey ücün. Rafig beyin 80 yashindada bu arzuma yetsem yene serf eliyir.Allah hamini arzusuna yetirsin.
Rafig beye sualimi bele vererdim.Onun ehtimallarina göre Garabagi nece ilden sonra azad ede bilerik ve yaxud azad etmek shansimiz varmi? tessekkür edirem.
Bakılı: Ad gününüzü təbrik edirəm.
Seymur: Salam Rafiq Muellim,sizi tebrik edirem! size uzun omur,elmi ishlerinizde ugurlar arzulayiram.
Ceyhun: Bizim ADNA-nin fexri Rafiq muellim sizi ad gunu munasibetile tebrik edirem.Allah size uzun omur versin ve biz genclerin bawindan eskik etmesin.
Yashar Mammadov: tebrik edirem

Rafiq Əliyev: Xoş sözlərinizə və təbriklərinizə görə təşəkkür edirəm.
Sualınız çox ağır və çətin sualdır. Qarabağı azad etmək şansı təbii ki, var. Burda zəka və qılıncın birliyi lazımdır. O ki qaldı nə vaxt, burda çətinlik çəkirəm.

Emil Quliyev (moderator): Rafiq müəllim, təxminən 1 saatdan sonra 70-ci doğum gününüzə qədəm qoyacaqsınız. Bu münasibətlə, bir daha Sizi  Amerikanın səsinin əməkdaşları, oxucuları və şəxsim adından təbrik edirəm. Dəyərli vaxtınızı ayırıb, oxucularımızın sualların cavablandırdığınız və təbrikləri qəbul etdiyiniz üçün təşəkkür edirik.

Rafiq Əliyev: Hörmətli Emil bəy,
Sizin bu tədbiriniz 70 ildə ən yadımda qalan və qiymət verdiyim bir tədbirdir. Təbrikləriniz üçün şəxsən Sizə, redaksiyanıza və bütün iştirakçıları dərin minnətdarlığımı bildirirəm. Tanrı sizi qorusun.
Dərin hörmətlə,
Rafiq Əliyev

Emil Quliyev: Mən də iştirakçılarımıza Sərbəst Kürsü forumuna göstərdikləri yüksək marağa görə minnətdarlığımı bildirir və vaxt məhdudiyyəti səbəbilə sualları cavabsız qalan oxucularımızdan üzr istəyirəm.

Sərbəst Kürsünün növbəti canlı forumunda görüşənədək…

Cabbar Savalanlı: Bu mübarizə şərəf borcumuzdur!

Posted January 13th, 2012 at 12:48 pm (UTC-4)
15 comments

2011-ci ildə yadda qalan və Azərbaycan ictimaiyyətini narahat edən hadisələrdən biri də aktivlik nümayiş etdirən rekord sayda gənc fəalın müxtəlif ittihamlarla həbs edilməsi oldu. Beynəlxalq təşkilatlar demək olar ki, onların hamısını vicdan məhbusu kimi tanıyır. 2011-ci ildə həbs edilən vicdan məhbuslarından yalnız AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı ötən ilin son günlərində – dekabrın 26-da prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi. Ancaq Cabbar Savalanlının artıq azadlıqda olmasına baxmayaraq, 20-dən çox başqa vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalmaqdadır. Cabbarın da dediyi kimi onlara dünyanın hər tərəfindən çoxsaylı dəstək məktubları daxil olur. Bəs görəsən, bu məktublar onların həbsxana həyatını asanlaşdırırmı?  Vicdan məhbuslarının həbsxana həyatı necə olur? SƏRBƏST KÜRSÜ canlı forumunu məhz bu mövzuya həsr etmişik: VİCDAN MƏHBUSLARININ HƏBSXANA HƏYATI. Forumun qonağı isə həbsxana həyatını başa vurmağının hələ heç bir ayı tamam olmayan gənc fəal Cabbar Savalanlıdır.

Salam hörmətli oxucular, bugünki forumun moderatoru mən Emil Quliyevəm. Mən qonağımız, gənc fəal Cabbar Savalanlını da salamlayıram.

Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara Cabbar Savalanlıya canlı olaraq cavab verir. Ən son cavabları oxumağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.

Cabbar Savalanlı: Mən də Amerikanın səsinin bütün oxucularını salamlayıram.

Emil Quliyev: İlk sual İkram adlı oxucudan daxil olub. O soruşur: “Fikrinizce, sizden ferqli olaraq Bextiyar Haciyevin adinin prezidentin efs siyahisinda dushmemesi ne ile elaqedardir?”

CAVAB: Mence menim dünyada en genc vicdan mehbusu olmağım, hem de mene göre dövlətə daha çox tezyiqin olması məni buraxmalarını tesir etdi.bextiyarın buraxılmamasını sebebini de bilmirem.

Sual (İkram): Hebsxanada basqa mehbuslardan size qarshi teziq vasitesi kimi istifade edirdilermi?

CAVAB: Bele bir hadisəynən qarşılaşmamışam. Əksinə, mənə münasibət müsbət idi. tezden saat 7 de zeng vurulurdu dustaqlar seher yemeyi yemeye gedirdiler, elbette ki hamı yox. ele men de. saat 9 da sıra düzülüşü olurdu. sonra serbest idik. tezden yemekxanada yemek yemiyən qustaqlar, həmçinin mən də səhər yeməyini yeməyə gedirdik.saat 13 00 dd nahar yemeyi verirdillər. bir də saat 17 00 da yenidən sıra düzülüşü olurdu.

SUAL (Kəmalə): Salam Cabbar menim size cox boyuk hormet ve ehtiramim var.Millet Sizinle fexr edir.huquq mudafiecisi C.Qenizade bildirmisdi ki siz guya ehv erizesi yazmisiniz ve o bunu uze cixaracaq.
Hele indiye kimi erizeni uze cixarmayib ve o bu barede susur.Axi bu yalan onun neyine lazim idi ?
dahada ozunu hormetden saldi.Bu barede melumat vermeyinizi xahis edirem

CAVAB: salam kamələ xanım.çingiz qenizadə eynulla fətullayev də həbsdən çıxandan sonra atmacalı sözlər atmışdı. bu insan sadəcə şou – biznes mügənliləri kimi başqaları vasitəsilə gündəmdə qalmaq üçün bu addımları atır.həm də ki bu adam hər vəclə hakimiyyətə yaltaqlanmaq üçün bele xoşa gəlməyən işlərlə məşğul olur. onun bizləri müzakirə predmeti eləməyə sadəcə haqqı yoxdur. o insanın dediyi böhtanlara cavab verib onun səviyyəsinə düşmək lazım deyil. hem de ki, onu ne maraqlandırır ki, mən yazmışam, yoxsa yox.bir sözlə hər vəclə hakimiyyətə yaltaqlanmaq istəyir.

SUAL: Cabbar Savalanli “qessab Nadirin” kurasiyasinda olan Sumqayit Dovlet unverstetinde tehsilini nece davam etdirmek isteyirsen?

CAVAB:Elbette ki yox.ancaq hələlik oxumalıyam. Hələlik oxumuram, ancaq yanvarın axırına bərpa edəcəklərinə söz veriblər.

SUAL (İlahə): Salam, Cabbar. Sizi azadlıqda görməyimizə şadam.
Sualıma gəldikdə isə heç də hər kəs üçün xüsusi ilə sizin kimi gənc üçün rahat həyatı qoyub mübarizə yolunu seçmək asan olmur. Cabbar Savalanlının sahib olduğu mübarizlik ruhu nədən qaynaqlanır?
Bir də necə düşünürsünüz Cabbarın, Adnanın, Eminin, Bəxtiyarın həbsi cəmiyyətdə nələrisə dəyişə bilib? Tezliklə Bəxtiyar Hacıyevi də azadlıqda görmək diləyilə

CAVAB: Suala görə ilahə xanıma təşəkkürümü bildirirəm. vətənimə və millətimə olan sevgidən.bizlər gələcək nəsillərə fəxr ediləsi bir azərbaycan qoymalıyıq. gələcək nəsillərin azad, demokratik, firavan azərbaycanda yaşamaq haqları var. bu günkü durumda bu vəzifə bizim üzərimizə düşür. elbette ki, bizlərin həbsi cəmiyyətdə müəyyən qədər insanlarda özünə və gələcəyə inamı artırdı, mübarizəyə qoşulan insanların sayı artdı.insanlarda, bu rejimin olduöu ölkədə heç nəyin düzəlməyəcəyi təfəkkür tərzi dağıldı. dünyanın diqqəti yenidən azərbaycana yönəldi. bu mübarizə bizim vətənimiz və gələcək nəsillər qarşısında bir şərəf borcumuzdur.

SUAL (Tapdıq): Salam Cabbar
Sizcə Azərbaycanda müxalifətçi və ya etirazçı gəncliyin intellektual səviyyəsi hökumətə təsir etmək üçün bəs edirmi? Rusiyada olduğu kimi Azərbaycanda da gənclik elektoratın inamını qazana biləcəkmi?
Daha bir sualıma cavab verməyinizi xahiş edirəm.
Azərbaycan gəncləri mütaliə edirmi? Siz həbsxanada hansı kitabları oxudunuz?

CAVAB: intelektual gənclərin sayı çoxdur və getdikcə bunu sayı daha da artacaq. gənclik hemişə əsas avanqard qüvvədir. mənim tanıdığım etirazçı gənclik eminəm ki, xalqın inamını qazanacaq. bu gün gənclərin fəallığı mübarizə aparan insanların mübarizliyini daha da stimullaşdırır. mənim tanıdığım etirazçı gənclik bir çox yazarların kitablarının təqdimatını keçirir və intrlrktual səviyyəsini daha da artırır.
Patriyarxın payızı, vatislav havelin- gücsüzlərin gücü, herta müllerin- nəfəs yelləncəyi, corc oruellin- heyvanıstan, yeddi məhbusun hekayəsi,zümrüd yağmurun – allah qayıdır, əli əkbərin- amneziya, seymur baycanın – quqark, samir sarının – iks günü, M.K.Atatürkün evrensel boyutları, dünənin dünyası, fərəh pəhləvinin xatirələri və sair. saysam coxdur. 50 – yə yaxın

SUAL (Kərim): Salam. Mən bilmək istərdim ki, görəsən yataxxanalar, yeməkxana, vanna, var idiysə oxumaq ucun zal, çarpayı, yorğan-döşəyin təmizliyi qənaətbəxş idimi, əlbətdə söhbətin həbsxanadan getdiyini nəzərə alaraq.

CAVAB: oxumaq üçün kitabxana var idi.çarpayıda da kitab oxuyurduq. təmizlik normal idi.

SUAL (Emin Axundov): Cabbar bey, seni AXCP-ye men getirdim. Ancaq meni yox, seni werlediler. Bunun niye bele oldugunu hec ozunden soruwdunmu?

CAVAB: müxalıif insanların bir çoxuna qarşı bele şərləmə həmişə olub. nə qədər də ki, bu reljim hakimiyyətdədir bundan sonra da bele şərləmələr olacaq. yəni bu hamımızın başına gələ bilər. ona görə də özümə bu sualı verməmişəm.

SUAL (Rüstəm): On bir aylıq həbsdən sonra sizin dunyaya və hadisələrə baxışınızda siyasi fikirlərinizdə hansısa dəyişikliklər baş verdimi? Verdiysə nə kimi dəyişikliklərdən danışa bilərdiniz. Hər halda bu qədər müddət həbsdə qalmağın insanda müəyyən təsirə səbəb olmaması mümkün deyil.

CAVAB: müəyyən qədər müsbət yönümdə dəyişikliklər olub.

SUAL: belə bir şey olmuyub. əksinə bu yoldan çəkinəcəyim təqdirdə mənə çox şey təklif olunub.

CAVAB: belə bir şey olmuyub. əksinə bu yoldan çəkinəcəyim təqdirdə mənə çox şey təklif olunub.

Emil Quliyev: Təşəkkür edirəm, Cabbar. Sənə də, dəyərli oxucularımıza da dərin təşəkkürümü bildirirəm.

Cabbar Savalan: Mən də sizə və sərbəst kürsüyə qoşulan bütün dinləyicilərinizə təşəkkürümü bildirirəm.

Emil Quliyev: Sərbəst Kürsünün növbəti sayında görüşmək ümidi ilə

Hikmət Hacızadə: Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir

Posted January 4th, 2012 at 4:04 pm (UTC-4)
9 comments

2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı?  2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın vəziyyəti!

Yanvarın 5-i Bakı vaxtı ilə axşam 21:00-dan 23:00-dək SƏRBƏST KÜRSÜdə oxucuların suallarını politoloq Hikmət Hacızadə cavablandırıb. Hazırda Vaşinqtonda “ReaganFascell” proqramı çərçivəsində “Azərbaycanda demokratiyanın problemləri”nə dair elmi tədqiqat aparan cənab Hacızadə redaksiyamızın qonağı olub. 5 ay davam edən proqram nəzdində o, Azərbaycanda demokratiyanın vəziyyətini, hazırkı vəziyyətdən çıxış yollarını araşdırır.
————————————————————————————

Axşamınız xeyir, hörmətli oxucular. Bugünki forumun aparıcısı mən Emil Quliyevəm. Redaksiyamızın qonağı Hikmət Hacızadədir. Cənab Hacızadə sizdən daxil olan sualları cavablandırır.
Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara Hikmət bəy canlı olaraq cavab verir. Ən son cavabları oxumağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.

Emil Quliyev: Hikmət bəy, redaksiyamıza xoş gəlmisiniz, sizi SƏRBƏST KÜRSÜ canlı forumun növbəti sayında salamlayırıq!

Hikmət Hacızadə: Xoş gördük, xoş gününüz olsun! Sizin hamınızı burada sağ və salamat görməyimə çox şadam!

EQ: Çox sağ olun Hikmət bəy. Mən istərdim birbaşa daxil olan suallara keçim. Sizə ünvanlanan ilk sual İkram adlı istifadəçidən daxil olub. İkram bəy soruşur ki, “Sizcə növbəti prezident seçkilərinə qədər Azərbaycanda vətəndaş cəmiyyətinin aktivliyi hansı səviyyədə olacaq?”

CAVAB: Sözsüz ki, artacaq. Ancaq hansı səviyyəyə qədər, onu mən dəqiq deyə bilmərəm. Bu aktivliyə nəinki daxili proseslər təsir edəcək, eyni zamanda Rusiyada, İranda və ola bilsin ki, Gürcüstanda hadisələr təsirsiz ötüşməyəcək. Bir müddət bundan qabaq Rusiyadakı indiki aktivliyi kim gözləyirdi? Fəqət, Putin kimi nəhəngin altından Rusiya başını qaldırdı! Odur ki, gözləyək görək fələk nə sayır. Ətrafdakı hadisələrin bizə mütləq təsiri olacaq. Əlbəttə ki, biz də işləməliyik.

SUAL: (Tapdıq) Salam

Demokratiyaya Azərbaycanda vahid yanaşma varmı? İqtidar üçün demokratiya nədir, müxalifətin baxışında demokratiya nədir?

Azərbaycanda demokratiya deyəndə İranda yaşayan azərbaycanlılarında hüquqlarının müdafiəsi nəzərəd tutulurmu? İranda yaşayan azərbaycanlıların hüuquları Azərbaycan Respublikasında niyə müdafiə edilmir? Vaxtı ilə Əbülfəz Elçibəy bu sahədə geniş iş aparırdı, İnid niyə unudulub?

CAVAB: Sualın birinci hissəsi yüngüldür. Azərbaycan demokratları üçün demokratiya düzgün seçki, söz azadlığı, insan haqları, müstəqil və adələtli məhkəmə, xalqa tabe olan və xalqın nəzarəti altında olan hökumət deməkdir. Azərbaycan avtokratları üçün isə – iqtidardakıları deyirəm – demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığın alətidir.
Ancaq həqiqi demokratlar arasında da demokratiyaya baxış ola bilər və fərqlidir. Cəmiyyətdə müxtəliflik və dözümlülük hansı səviyyəyə qədər olmalıdır?! Müxtəliflik və dözümlülük ölkəni dağıtmazmı?! Dinə – doğrusu din praktikasına münasibət necə olmalıdır? Etnik azlıqların tələbləri haraya qədər qəbul olunmalıdır? Varlı-kasıb məsələsi necə həll olunmalıdır? Varlı təbəqə imkansızlara öz payından nə qədər kömək etməlidir? Türk dövlətləri birliyi xulyadırmı və demokratik dövlətlərin birliyi möhkəmdirmi? İsraili dəstəkləyək, yoxsa ərəbləri? Bu kimi suallar demokratlar arasında da fikir ayrılığına səbəb olur.

İkinci suala gəldikdə, soruşursunuz indikilər niyə cənubdakı qardaşlarımızın hüquqlarını müdafiə etmirlər. Öz vətəndaşlarını nə günə qoyublar ki, bir İrandakı azərbaycanlıları düşünsünlər. Amma, tutaq ki, biz – Azərbaycan Respublikası demokratik və insansevər bir ölkə olduq, onda biz İran azərbaycanlıları haqqında nə etməliyik? Bütün beynəlxalq insan haqları sazişlərinə görə, bizim İrandakı soydaşlarımızın və hətta, istənilən İran vətəndaşının hüquqlarını müdafiə etməyə haqqımız var və biz bunu etməliyik. O ki qaldı İran Azərbaycanının muxtariyyəti və ya müstəqilliyi məsələsinə, bu məsələ İran xalqının öhdəsinə qalıb, burada biz heç nə edə bilmərik. Belə ki, bu sahədə olan beynəlxalq hüquq və fəlsəfə sərhədlərin dəyişdirilməsinə yox, insan haqlarının tam qorunmasına çağırır.

SUAL: (Rufət) Hikmet bey salamlar. Sizi Turkiyeden salamlayiram. Azerbaycan gundemini yaxindan izleyen bir insan kimi mene bir sual cox maraqlidir. Son gunler Azerbaycanin esas gundemi Ziyalilar Forumu ile baglidir. Mene maraqlidir ki, bes niye Hikmet bey bu Forumda gorunmur? Axi siz de xalqimizin deyerli ziyalilarindansiniz. Tesekkurler
Hormetle, Rufat

CAVAB: Rufət bəy, məni yüksək qiymətləndirdiyinizə görə, çox sağ olun! Ancaq mən axı, Musavat partiyasının fəalıyam və biz həmən bu mübarizəyə bir az əvvəl qoşulmuşuq. Daha adam nə qədər eyni məqsədli təşkilatın üzvü olar?! Ziyalılar Forumunun fəaliyyətini bəyənir və dəstəkləyirəm. Biz onlarla eyni istiqamətdə çalışırıq.

SUAL: Hikmet bey Azerbaycan muxalifetinin liderleri deyisecekmi? Sizce muxalifet partiyalarinin liderleri secilir? Axi hamisi Arktika buzlari kimi 1990-ci illerden yerindedir. Sizce bu coxillik buzlar eriyecekmi?

CAVAB: Bu sualı mənə çox verirlər. Vəziyyət uzun müddət çətin qalanda yeni liderlər axtarışı fəallaşır. Bu, anlaşılan məsələdir. Amma belə sualların hərdən görünməyən tərədi də olur. “Siz bacarmırsınız, imkan verin artıq yetişmiş yeni liderlər meydana çıxsın. Onlar görünmür, çünki siz qocalar onları qoymursunuz”. Bax belə formada qoyulmuş suala cavab vermək asandır. Axı o, gənc liderlər hanı? Hanı o öz yerini qocalardan tələb edən yeni qüvvələr?  Hanı məsələn yeni Pənah Hüseynov? Hanı özünü, ailəsini, balalarını, qohumlarını təhlükə altına atıb qabağa keçən əfsanəvi qəhrəmanlar? Onlar yoxdur. Doğulmayıblar? Meydan boşdur. Gəlsinlər! Mən şəxsən öz “şarikoviy ruçkamı” gənc ideoloqlara verməyə hazıram! Amma mənim bütün bu zarafatcıl sözlərimə baxmayaraq, Musavat partiyasının nizamnaməsinə görə, Musavatın başqanı ancaq iki müddətə seçilir, ondan sonra bu vəzifədən getməlidir. Bu qayda şəxsən İsa Qəmbərin təşəbbüsü ilə nizamnaməyə salınıb. Onun başqanlıq müddəti bu il bitir və o elan edib ki, Musavatın builki qurultayında vəzifədən gedəcək və partiyaya yeni başqan seçiləcək.

SUAL: (Zahir) Hikmet bey. Siz din azadlıqları məsələləri sahəsində də tədqiqat aparıbsınız. Azərbaycanda nə etmək olar ki, nə hökumət müxalifəti və dindarlı sıxmaq üçün xüsusilə İrandan istipdadin, ifrat İslam variantları yəni İrandakı kimi bir sistemin qurula biləcəyi qorxusu ilə adamları təzyiqlərə məruz qoymasın və həm də bu deyilən təhlükələrə qarşı həqiqi mənada mübarizə aparılsın. Bu barədə müxalifət, qeyri-hökumət təşkilatları və ziyalılar nə edə bilər. Deyildiyinə görə cənub zonalarında İranın təsiri getdikcə artır.

CAVAB: Çox sağ olun, Zahir bəy. Siz çox dəyərli, ancaq çox çətin sual verdiniz və bu formatda bu suala cavab vermək çətin olacaq. Amma ümumən, qısa deyə bilərəm ki, birincisi, mən sizin narahatçılığınızı bölüşürəm. Dünya təcrübəsindən görünür ki, demokratiya və insan haqları, vətəndaş aktivliyi sıxışdırılanda insanın mənəvi boşluğunu din və möhvumat əvəzləyir. Bu, dünyada hər yerdə belədir. Nə etmək sualına isə, ümumi cavab belədir: Avtoritar, dünyəvi hökumətin belə problemləri həll etmək üsulları başqadır – repressiya və nəzarəti gücləndirmək yolu ilə. Stalin və Atatürk bu yolla məsələni həll etmək istəyirdilər. Demokratik hökumətin üsulları başqadır. Adətən onlar diskussiya, təbliğat, maarifləndirmə, təhsil yolu ilə bu problemi həll etməyə çalışır. Halbuki, demokratik dövlətdə də qanuni zorakılıq metodları nəzərdə tutulur. Fəqət, bunlara ən son variantda əl atılır. Bu gün ziyalıların vəzifəsi dini dözümlülük təbliğatıdır. Problemlər haqqında açıq danışmaq onların vəzifəsidir, – buna da böyük igidlik lazımdır. Azərbaycanda dindarlar hərəkatı da var, amma güclü dünyəviçilər hərəkatı da var. Ölkədəki vəziyyət imkan verdiyi qədər ziyalılar dözümsüzlüyə və mövhumata qarşı Axundovun və Cəlil Məmmədquluzadənin yandırdığı ocağı sönməyə qoymamalıdırlar.

SUAL: (Alik) Salam Hikmet bey
Men Moskvada yasayiram. Rusiyada prezident seckilerini nece gorursunuz? Kim prezident olacaq?

Azerbaycanda muxalifet prezident seckilerinedek ilkin secki ile vahid namized mueyyen ede bilermi? Yoxsa yene hami namized olub sonda hami uduzacaq?

CAVAB: Salam, Alik bəy! Suallarınıza görə təşəkkür edirəm. Məncə Rusiyada son hadisələrə baxmayaraq, Putinin populyarlığı və inzibati resursları hələ ki, seçilmək üçün kifayətdir. Ümumən, Vahid Rusiya partiyasının populyarlığı aşağı olsa da, şəxsən Putinin reytinqi yüksəkdir. Mənə elə gəlir ki, göylər yerə düşməsə, Putin seçiləcək.
O ki qaldı Azərbaycandakı seçkilərə və demokratlar arasında vahid namizədə burada birinci məsələ vahid namizəd deyil, azad seçkinin olub, olmamasıdır. O da ki, Azərbaycanda hələlik yoxdur, onu qazanmamışıq, demək, vahid və ya müxtəlif namizədlərin olmasının heç bir xeyri yoxdur. İstəyirsən birləş, istəyirsən ayrıl, istədiklərini seçki günü televizordan axşam qalib elan edəcəklər. Bu məsələ Rusiyadakı seçkilərə də aiddir. Ümumən orada düzgün seçki olacaqmı ki, biz oradakı reqabəti araşdırmağa başlayaq.

SUAL: (Nəriman)Sizin fikrinize gore ne ucun Qərb Azərbaycanda insan hüquqları, media hüquqları və başqa hüquqlar məsələsinə daha sərt münasibət bildirmir.

CAVAB: Niyə axı? Məncə bu barədə Qərb liderləri tərəfindən kəskin bəyanatlar daima səslənir. Tutaq ki, ABŞ-ın Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında Azərbaycanda söz azadlığının pozulmasından kifayət qədər xəbər verilir və bundan başqa hansısa konkret hadisəyə görə, həm ABŞ-dan, həm Avropa Birliyindən kəskin bəyanatlar eşidirik.
Bəyanatlar var, sanksiyalar yoxdur. Yəni, bəyanatdan başqa bizim hökumətə bu sahədə təzyiq göstərilmir.

SUAL: Eziz Hikmet bey Siz demokratiya ile baqli kitablara muelliflik edirsiniz. Azerbaycan hansi dovletcilik felsefesi ile idare edilir? Xarici ve daxili siyaset sosial sulh ucun bes edirmi, liberal munasibetler, sade vetendaslara gulush, sevinc getirirmi?

CAVAB: Bu gün Azərbaycanın idarəçiliyi “güc fəlsəfəsi” ilə idarə olunur. Yəni, “Mən güclüyəm, sən zəif, pulu gətir qoy bura” fəlsəfəsi. Belə fəlsəfə də var, demokratiyadan qabaq bütün əvvəlki sistemlər belə idarə olunur.
Sosial sülh bizdə nə gəzir?! Əslində, ölkədə Soyuq vətəndaş müharibəsi gedir.
“Liberal munasibetler, sade vetendaslara gulush, sevinc getirirmi?” sualını başa düşmədim. Bizdə liberal münasibətlər varmı ki, insanlara sevinc gətirsin. Bizdə mən dediyim “güc fəlsəfəsi” işləyir. Bəlkə siz liberalizmi vəhşi kapitalizm bilib, onu sosializmlə müqayisə etmək istəyirsiniz? Amma liberalizmlə vəhşi kapitalizm başqa-başqa şeylərdir. Liberalizm düzgün seçki, insan haqları və azad rəqabət deməkdir. Hələ ki, dünyada bundan başqa effektiv bir sistem yaranmayıb. Başqa sistemlər iflasa uğrayıb.

Emil Quliyev: Bununla da, bugünki canlı forum başa çatır. Biz oxucularımıza yüksək marağa görə, redaksiyamızın qonağı Hikmət Hacızadəyə isə maraqlı və təfərrüatlı cavablarına minnətdarlığızı bildiririk.

Hikmət Hacızadə: Suallara görə əziz oxuculara təşəkkür edirəm. Olduqca maraqlı suallar oldu. Əfsus ki, burdakı format geniş söhbət üçün o qədər də əlverişli deyil. Sağ olun! Bundan başqa Amerikanın səsinin Azərbaycan redaksiyasına məni etdiklərinə görə təşəkkürümü bildirirəm. Burada birinci dəfədir ki oluram. Hər şey çox maraqlıdır. Yorulmayasınız! Sağ olun!

Emil Quliyev: Sərbəst Kürsüdə növbəti müzakirələrdə görüşmək ümidi ilə

İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!

Posted December 9th, 2011 at 3:55 pm (UTC-4)
16 comments

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşdiyini bildirib.  Hava limanda məmurun pis rəftarına etiraz edən cənab Əliyev Türkiyədən deportasiya olunmamışdan əvvəl iki dəfə döyüldüyünü deyib. Elə həmin gecə Bakıya qayıdan hüquq müdafiəçisini hava limanında çoxsaylı fəal qarşılayıb. Cənab Əliyev Türkiyədə vəkil tutduğunu və baş verən hadisə ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.
Hadisə ilə bağlı Türkiyənin Bakıdakı
səfirliyinin mətbuat xidməti münasibət bildirib. Açıqlamada deyilir: “2011-ci il 6 dekabr tarixində hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür”.

Baş vermiş məsələyə aydınlıq gətirmək üçün SƏRBƏST KÜRSÜ canlı forumuna İntiqam Əliyevin özünü dəvət etmişik. Dekabrın 14-ü Bakı vaxtı ilə axşam saat 21:00-23:00-da İntiqam Əliyev məsələ ilə bağlı sizin suallarınızı cavablandırır. İntiqam Əliyevə suallarınızı ünvanlamaq istəyirsinizsə, suallarınızı aşağıda ŞƏRHLƏR bölməsində, Facebookda və ya info@amerikaninsesi.org e-mail ünvanına yaza bilərsiniz.

————————————————————————————-
Axşamınız xeyir, hörmətli oxucular. Bugünki forumun aparıcısı mən Emil Quliyevəm. Söz verdiyimiz kimi qonağımız İntiqam Əliyevdir. O sizdən daxil olan sualları cavablandırır.
Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara İntiqam bəy canlı olaraq cavab verir. Ən son cavabları oxumağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) vacibdir.

Emil Quliyev: İntiqam bəy, axşamınız xeyir, sizi SƏRBƏST KÜRSÜ canlı forumun növbəti sayında salamlayırıq!

İntiqam Əliyev: Sərbəst Kürsünün bütün iştirakçılarına salamlarımı çatdırıram.

Emil Quliyev: İntiqam bəy, forum iştirakçılarından daxil olan ilk sual belədir: (İntiqam adlı oxucu) Hörmetli Intiqam beyi ve sizleri salamlayiram.
Bu arada ona qarshi olan haqsiz hadiselerden üzüldüyümü bildirir ve ona kecmish olsun dileklerimi catdiriram. Ancaq Amerikanin sesi sayti ve verlishi, Intiqam beye edilen haqsizliqlari mence arashdirmali, kimler terefinden edildiyi ve onlara sual etmek mümkünsüz oldugunumu düshünürsünüz ?
Ele bilirem, hemin adamlar Intiqam beye qarshi etdikleri hereketlerden üzür istemelidirler.
Hörmetli Intiqam beye, hemkar olaraq men bu suali vererdim, eger size qarshi bu cur haqsizliga neden hemin adamlarin tapilmasi ve mehkemeye verilmesini teleb etmirsiniz?
Mence haqli oldugunuzu subut etmek ücün onlardan hec olmasa resmi olaraq üzür dilemelerini teleb etmelisiniz… Sayqilarla.
İntiqam Əliyev
: Axşamınız xeyir, İntiqam bəy. Təşəkkür edirəm dəstəyinizə görə. Heç kəsdən üzr istəməyi tələb etməmişəm bu günə qədər. Hadisədən dərhal sonra İstanbul Vəkillər Barosundan olan vəkillər məndən üzr istədilər: baş verən zorakılıqdan qoruya bilmədiklərinə görə üzüldüklərini bildirmişdilər Türkiyənin tanınmış vəkilləri. Sonradan hadisə Türkiyənin çoxsaylı mediasında işıqlandırıldıqdan sonra çoxsaylı insan öz şərhlərində üzrxahlıqlarını bildirirdilər. Bu gün Türkiyənin Azərbaycandakı Böyük Elçisi baş verənlərə görə üzrxahlıq etdi.

Əslində, bu, nəyə görə Türkiyə-Azərbaycan münasibətlərinə ziyan vururam – sualını verənlərə türk qardaş və bacılarımızın verdiyi ən tutarlı cavabdır.

SUAL (Vüqar Hacıyev): Hormetli Intiqam muellim!! Istanbul hava limaninda bas veren hadisenin uzun muddet davam etmesi ve bir nece nefer terefinden heyata kecirilmesi
sizce evvelceden planlasdirilmis bir texribatci hereket deyildimi?
CAVAB: Dəyərli Vüqar bəy, əgər zorakılıq dekabrın 6-da mənim Bakıya uçmaq üçün ilk cəhdim zamanı baş versəydi, düşünərdim ki, təsadüfi hadisədir.

Amma tutulan andan həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyətin müdafiəmə qalxdığı, həm ölkənin siyasi partiyaları, vətəndaş cəmiyyəti qurumları, həm də beynəlxalq qurumlar – ATƏT, Amnesty International, Human Rights Watch, Norveç, İnsan Hüquqları Evi və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən Türkiyənin baş prokurorluğu (savçılığı) da daxil olmaqla hakimiyyət orqanları, siyasi dairələri baş verənlər barədə ətraflı məlumatlandırıldığı halda, deportasiya olunduğum gün məni yola salmaq üçün aeroporta, mənimlə görüşə İstanbulun bir neçə vəkilinin gəldiyini bildikləri halda, mənim hüquqçu, advokat, insan haqları müdafiəçisi olduğumu bildikləri halda, bu adamların iki dəfə mənə qarşı zorakılıq etməkdən çəkinməmələri, bunu heç kəsdən qorxmadan, heç kəsdən çəkinmədən nümayişkaranə etmələri xeyli suallar doğurur. Bu suallara cavab vermək öhdəliyi Türkiyə hökumətinin üzərindədir.

Hər iki ölkənin mediasında çoxsaylı yazılarda baş verən hadisə barədə ətraflı məlumatlar gedib. Onlar həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün yetərlidir. Amma cinayətkarlar hələ də azadlıqdadır. Nədən belə olur? – sualını verməyə haqqımız var.
Zorakılıq çoxsaylı insanların – sərnişinlərin, Aeroport işçilərinin, polis və güvənlik əməkdaşlarının gözü qarşısında baş verirdi. Bu müddət ərzində zorakılıq edənlərə nəinki etiraz edən tapılmadı, polis əməkdaşları zorakılığa mane olmaq əvəzinə “sus!”, “kəs!”, “danışma, sənin üçün pis olar!” deyə zorakılıq edənlərə dəstək verirdilər. Nədən belə oldu? – sualının cavabı yenə də açıq qalır. Mən bu gün Türkiyə səfirinə bildirdim: “Türkiyə Hökuməti bu suallara cavab vermək üçün obyektiv araşdırma aparmasa, bunun sifarişlə İntigam Əliyevə edildiyini söyləmək haqqını saxlayıram”. Hələ ki, mən bu ifadəni işlətməmişəm.

SUAL (Hikmət): Chox heyfler olsun ki, sizin kimi tipler her defe bu qardash milletler arasinda naraziliq yaratmaq isteyirsiniz. Azerbaycanda eger dediyiniz kimi bu ” haqsizliqlarla ” uzleshseydiniz sesinizi bele chixarmazdiniz. Bes onda nedir bu komediya? 2000-ci ilden bu gune kimi defelerle men ve dostlarim bize bu qeder dogma ve yaxin olan dovlete gedib-gelirik ve indiyecen guler uzden, xosh reftardan, mehribanchiliqdan ve en esasi ise diger milletlerden ferqli olaraq bize daha chox hormeti gormushuk. Besdir bele ucuz piarlarla gundemde qalmaq isteyiniz. Noqte qoyun bu soz-sohbete, eger qaninizda turk qani axirsa. Yox, onda meqsediniz gun kimi aydindir. Turk milletin tarix boyunca hech kim eye bilmeyib. Besdir bizim milleti sizi kimiler gozden salmasin.
CAVAB: Dəyərli Hikmət bəy, Sizin səmimi olaraq bu cür düşündüyünüzü qəbul edirəm. Çox güman ki, bu cür düşünənlər az deyil, ona görə də, nə qədər haqsız görünsə də, bu cür suallara da cavab verməliyik. Mən də dəfələrlə o Aeroportdan keçmişəm və heç vaxt problemim olmayıb. Hər zaman gülərüzlə qarşılamasalar da (bütün aeroportlarda sərnişinləri həm gülərüzlə qarşılayanlar da olur, qaşqabaqla da), hər halda təhqir edən də olmamışdı.

Başqa sözlə, etiraz edən kimi bəlli oldu ki, o təbəssümlü sifətlər bir anın içində dəyişir, öz haqlarını qorumaq fikrinə düşdüyünə görə səni yumruq-təpik altına salmağa hazırdırlar. Aeroportun o şən, cəlbedici üst qatları ilə yanaşı, aşağı qatlarda havasız zirzəmiləri, “taxi free” yazılan yerdə xüsusi ayrılmış otaq var ki, sənə bir neçə dəqiqə öncə sevgi, təbəssüm bəxş edən elə həmin polislər bir anın içində sənin bütün etirazlarını zorakılıqla susdurmağa hazır qoçulara çevrilir. Mənim vəkil istəməyim, şikayət vermək istəməyim, əlimə qandal taxılmasına etiraz etməyim, işimlə bağlı sənədləri istəməyim – haqqım olduğu halda, buna lap bizdəki kimi reaksiya verilməsi məni şoka salırdı. Orda çoxlu sayda insanlarla ünsiyyətdə oldum və belə anladım ki, polis zorakılığı burada adi bir şey kimi qəbul edir. İnsanlar çox qorxurlar son dövrlərdə. Yeri gəlmişkən, düşünürəm ki, Türkiyə polisinə üç mənada etiraz etmək haqqım var: öz polisim mənim və digərlərinin haqqını pozanda susmuram. İkincisi, Türkiyə də mənim ölkəm, mən ora tez-tez gedib gəlirəm, yaxınlarım, doğmalarım, dostlarım oarada yaşayırlar, işləyirlər. Oğlum orada təhsil almaq istəyir.
Orada nə baş verməsinin bu mənada həm də mənə birbaşa aidiyyəti var. Və nəhayət, Türkiyə Azərbaycanın qonşuluğunda yeganə ölkə ki, orada demokratiya olduğunu düşünürəm. Onun Rusiyaya çevrilməsini istəməmək haqqım var.
Bu iş mənim üçün bir ləyaqət və şərəf məsələsi. Amma bu iş, həm də sadəcə bir insanın, bir vəkilin, QHT təmsilçisini işi deyil, həm de bütün Azərbaycan və Türkiyə vətəndaşlarının güvənlik və təhlükəsizlik məsələsi.

SUAL (Aydan): Intiqam muellim, salam.

Siz nece dushunursuz bu hadise tesaduf idi, ya planlashdirilmish bir shey idi? Eger ikincini dushunursuzse Sizce kimler terefinden hazirlandiqini dushunursuz?

Umid edirem ki, suallarimi cavablandiracaqsiniz.

Onceden teshekkurler!
CAVAB: Dəyərli Aydan xanım, mənə elə gəldi ki, həmən o zərbələr sadəcə mənə qarşı yönəlməmişdi, həm də bütün türklərə (həm Azərbaycanda yaşayan, həm də Türkiyədə yaşayan), özəlliklə ölkələrimizin sivil toplum insanlarına (mediasına, vəkillərinə, vətəndaş cəmiyyəti qurumlarına) vurulurdu. Əgər insan haqlarını qoruyan bir şəxs olaraq mənə bu cür zorakılıq ola bilirsə, öz haqlarını bilməyən və onları qorumaq imkanı olmayan insanların halını düşünmək o qədər çətin deyil. Türkiyədə baş verənlər çox təhlükəli. Həm öz müşahidələrim, həm də çoxsaylı vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlərim nəticəsində gəldiyim nəticə bu: Türkiyə bir polis dövlətinə çevrilməkdə. Bir zamanlar Azərbaycanda, Rusiyada da savaş (Çecenistan, Qarabağ), terrorla mücadilə əsası ilə hər şey polisin səlahiyyətlərinin artırılması, haqların isə azaldılmasından başlamışdı. Təəssüf ki, çoxları kimi məndə də belə bir narahatlıq var ki, son illərdə Türkiyə də eyni yolla getməkdədir.

Aydan xanım, bilmirəm, sualınılza istədiyiniz cavabı ala bildiniz ya yox, amma hələ ki, bunları söyləyə bilərəm. Əgər cinayətkarlar cəzasız qalsa, mənim də belə düçünməyə əsasım olacaq ki, bu adi bir polis zorakılığı deyildi…

SUAL (Oktay İsgəndərli): İntiqam bəy Göycayın bütün ziyalılarının salamanı catdırıram sizə. Sizə qarşı edilmiş haqsızlıqdan dərin təəsüf hissi kecirdik. bu xoşagəlməz hadisənin təkrarlanmamasını arzu edirik. hesab edirəm ki sizə qarşı edilmiş bu haqsıslıq, qanunsuzluq amerikanın səsi, azdlıq və bütün hüquq müdafiə təşkilatları tərəfindən araşdırılmalı və ölkəmizdə fəaliyyət göstərən Türkiyə səfirliyinin diqqətinə catdırılmalıdır. Günahkarların cəzalandırılması barədə qəti tədbirlər görülməlidir, bu barədə ölkəmiz məlumatlandırılmalıdır. İntiqam bəy siz necə hesab edirsiniz bu hadisə sizin fəaliyyətinizlə baglı ola bilərmi ?
Intiqam bəy sizə xalqımız ücün önəmli olan, fəaliyyətinizdə bol-bol ugurlar arzu edirəm. Tanrı sizləri qorusun.
Hörmətlə, Oktay İsgəndərli.
CAVAB: Dəyərli, Oqtay bəy. Azərbaycan kimi ölkələrdə insan haqlarının müdafiəsi ilə məşğul olan şəxs bilməlidir ki, təhqir oluna bilər, döyülə bilər, öldürülə bilər. Bu cür hadisələr təkcə bir nəfərin ləyaqət məsələsi deyil, həm də Türkiyənin və Azərbaycanın ləyaqət məsələsidir.

Mən Azərbaycan Hökumətini sərt tənqid edən vətəndaş cəmiyyəti təmsilçilərindənəm.
Düşünürəm ki, bu Hökumət yetərincə əsaslar verir bunun üçün: dövlət idarəçiliyi səviyyəsinə qaldırılmış korrupsiyaya görə, təhsilin, elmin, mədəniyyətin məhv edilməsinə görə, monopoliyaya görə, ölkə vətəndaşlarını azad seçkinin keyfini dadmaq haqqından məhrum etdiyinə görə, mediaya, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, demokratik institutlara uzun illər davam edən sistemli təzyiqlərə görə, insanların etiqad və inanclarına sayğısızlığa görə, Elmar Hüseynova görə, Rafiq Tağıya görə, Mitinqə çıxdığına görə həbs olunan 17 nəfər vicdan məhbusu hələ də həbsxanadadırsa, Elmar Hüseynovun qatilləri bu günə qədər tapılmayıbsa, bu hökuməti tənqid etmək haqqı da bizdə. Avropa Məhkəməsinə azad seçki, ifadə azadlığı, toplaşmaq, birləşmək, ədalətli məhkəmə araşdırması və s. hüquqların pozuntusu ilə bağlı yüzlərlə iş göndərmişəm.
Hökumətin bu mənada məni və eyni cəbhədə olduğum dostlarımı sevməmək üçün ciddi əsasları var. Amma hətta Azərbaycan vətəndaşı kimi məni müdafiə etmək Hökumətin borcudur. Onda Hökumət sübut edərdi ki, biz ona qarşı haqsızıq o yaxşı hökumətdir, hamıya eyni gözlə baxan hökumətdir. Amma mənim hökumətim hər dəfə olduğu kimi, hələ ki, bunun əksini nümayiş etdirir. Azərbaycandan hansısa göstərişin verilib-verilməsiyini deyə bilmərəm. Bu cür əsaslarım yoxdur. Amma Hökumət öz vətəndaşına qarşı zorakılığa görə susursa, o həmin zorakılığa bəraət qazandırır – mənim anlamımda. Mənim hökumətim susmaqda davam etsə – onun da əli olacaq mənə görə bu işdə…

SUAL (Fərid Hacıyev): İntiqam bəy, sizə xəsarət yetiriləndən sonra həyatınızda
nə isə dəyişdi?
İndi özünüzü necə hiss edirsiniz?
CAVAB: Dəyərli, Fərid bəy. Təşəkkür edirəm. Hər şey qaydasındadır. Fiziki ağrılar tez keçib gedir. Mənəvi travma qalır amma. Amma özümü güclü adam sayıram. Görüləsi işlər çoxdur. 19 vicdan məhbusumuz var. Bunun ağrısı daha acı. Elmarın qatillərinin tapılmamasının acısı daha dərin…

SUAL (Elçin Həsənov): Mende Turk polisinin bele hereketini pisleyirem. Ve onlarin hemise azerileri asagilamasini pisleyirem. Menim 95-ci il OMON
hadiselerinde onlarin bizleri nece satdigini gordum. Ve ona gorede turklerden zehlem gedir.

Menim sualim Intiqam beye beledir.Heyder Eliyevin ilk dövründə belə mif var idi ki,bir nece ilden sonra neft gəlirləri ilə varlanacağıq, torpağımızın hər millimetrinə əl qalınlığında qızıl döşənəcək. Hakimiyyetdekiler deyirdilər ki guya potensial baxımından tezliklə Küveyt kimi olacağıq, hamı neft pulu ilə yağ içində böyrək olacaq, evdə oturacağıq, həyət-bacanı da əcnəbilər süpürəcək. Bütün xəyallar fıs çıxdı. Qızıl örtük cəhənnəmə, bu gün paytaxtda ayaq qoymağa bir salamat yer yoxdur, hamısını siçan dəliyi kimi qazıq-quzuq ediblər.Bucur ozbasinaliqlari etmeye xalqmi onlara imkan verdi, yoxsa boyuk soz sahibi olan dovletler?
CAVAB: Dəyərli Elçin bəy. “Hər bir xalq öz hökumətinə layiqdir” deyimi var. Mən hesab etmirəm ki, Azərbaycan xalqı bu hökumətə layiq xalqdır. Bu vəziyyətdə olmağımızın səbəbləri sırasında dedikləriniz də var, yəqin başqa amillər də. Amma Dünya dəyişir. Azərbaycan da dəyişəcək. Onun bu cür qalması mümkünsüz bir şey. Bu yöndə çalışan bütün dostlarıma – xüsusilə gənclərə çoxlu-çoxlu təşəkkürlər. Onların bəziləri hazırda həbsdədirlər: Bəxtiyar, Cabbar, Tural, Elnur, Əhəd, Rufət, Məhəmməd, Ülvi… Allah qapılarını açsın.

SUAL (Nərmin): Intiqam müəllim, bir düşünür deyib ki, “Dünyada
yorulub, amma ona görə hələ də dönür ki, bu dünyada haqqı müdafiə edən, bir
ovuc insanlar qalıb”. Siz də o bir ovuc insanlardansınız, nə yaxşı ki,
varsınız.
Sualım isə belədir, özəl universitetlərdən hüquq fakultələrinin
ləğv edilib, hüquq təhsilinin belə demək mümkünsə, dövlət universitetinin
monopoliyasına verilməsi Azərbaycanda hüququn və hüquqşunasların keyfiyyətinə
necə təsir edəcək?
CAVAB: Dəyərli, Nərmin xanım. Təşəkkürlər, xoş sözlərə görə. Gənclərimizlə qürur duyuruq. Özəl universitetlərdə hüquq fakültələrinin ləğv edilməsi tamamilə qanunsuz bir addm idi. Universitetlərə də, hüquq təhsilinə də ağır zərbə vurdu. Bu özbaşınalıq təəssüf ki, hələ də davam edir. Bu addıma bəraət qazandırmaq üçün gətirilən arqumentlər o qədər absurddur ki. Deyirlər ki, guya özəl universitetlərdə hüquq fakültələri dövlət standartlarına cavab vermir. Dövlətin təhsil sahəsində, o cümlədən hüquq təhsili sahəsində heç bir standartı olmadığı halda, ona riayət etməyi tələb etməsi absurd. Nəticədə, bütün sahələrdə olduğu kimi, bu sahədə də dövlətin monopoliyası. Çox təəssüf edirəm. Çoxlu sayda çox dəyərli pedaqoqları tanıyıram ki, bu və ya digər səbıblərdən onların üzünə dövlət universitetlərinin qapıları bağlı: Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Erkin Qədirli, Rəşid Hacılı… Bu insanların təhsildən uzaqlaşdırılmasından təhsilimiz çox şey itirdi.

SUAL (istifadəçi adını vurğulamayıb): Salam
Siz fiziki təzyiqə məruz qalmağınızla bağlı Azərbaycan hökumətinə
müraciət edibsinizmi? Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri
Sizə cavab veribmi? Birdə tibbi ekspertizanın cavabları varmı?
CAVAB: Dəyərli Dost, əslində, baş verən cinayət hadisəsidir. Mediada yazılanlar yetərlidir ki, buna reaksiya verilsin. Müraciət edəcəyim halda şikayətimin araşdırılacağı bildirildi və mən də dünən ölkənin Xarici İUşlər Nazirliyinə rəsmi müraciət etdişm. Bu gün mediada yayılan məlumatda bildirilib ki, müraciətim araşdırılacaq. Türkiyənin isə hüquq-mühafizə orqanlarında faktla bağlı iş qaldırılması barədə məlumatı bu gün Türkiyənin Azətbaycandakı Elçiliyində Səfir Hukusi Kılıcla və Səfirliyin digər əməkdaşları ilə görüşüm zamanı mənə bildirildi. Sabah İstanbuldakı vəkillərim prokurorluğa şikayətimi rəsmi qaydada təqdim edəcəklər. Ümid edirəm ki, ekspertizanın rəyini də nəhayət sabah mənə təqdim edəcəklər.
Ən çox narahatlıq doğuran məsələ kameralarla bağlıdır. Aeroportdan vəkillərimə bildiriblər ki, kameralardakı qeydlər 15 gün saxlanır. Onların silinə biləcəyindən çox narahatıq. Bu gün bu narahatlığımı Türkiyənin Səfirinə də bildirdim.

SUAL (Zahir): Intiqam bəyə qarşı həyata keçirilən hərəkət qəbuledilməzdir
və buna Avropa İnsan Hüquqları məhkəməsində baxılmalıdır. Bunu da qeyd edim ki, bu Təkçə İntiqam bey və ya Azərbaycanlılar üçün olan problem deyil və ümumiləşdirməni də düzgün hesab etməzdim. İnanıram ki, İntiqam bey mənimlə bu barə razılaşar. Həqiqət isə bundan ibarətdir ki, Türkiyə polisinin böyük hissəsi hamıya qarşı gücdən istifadə etmə hüququnu özündə görür. Türkiyənin vətəndaşları hərgün bu problemlə üzləşməli olur. Polislə işiniz oldumu hər dəfə fiziki olmasa da şifahi şəkildə insanları təhgir edə bilir. Vətəndaşla adam kimi rəfdar edəni də var amma əsas olan əksəriyyətdir. Türkiyə polisinin əhaliylə rəfdar məsələsində səviyyəsi heç Avropa standartlarına yaxın da gələ bilməz. Bu təəssüfedici hadisə Türkiyə polisinin hələdə Avropayla yox, dikdatorluqla idarə olunan üçüncü d ünya ölkələrinin polisi səviyyəsində qaldığını bir daha nümayiş etdirir. Bu məsələ insan haqları məsələsidir. Səbəbi, yaxud göstərişi verən kim olur olsun.
CAVAB: Dəyərli Dost. Mən kiçik faktlarla çox böyük nəticələr çıxarılmasının, xüsusilə də Türkiyənin 1 saylı probleminin İntiqam Əliyev olduğu fikrindən çox uzağam. 🙂 Sizinləı yüzdəyüz razıyam. Bu hadisə Türkiyənin çoxsaylı KİV-lərində işıqlandırılıb, və yazılarla bağlı demək olar ki, bütün şərhlərdə Türkiyədə polisin çox böyük səlahiyyətlərə malik olduğundan narahatlıq ifadə olunur. Türklər özləri də öz aeroportlarında, küçələrində, restoranlarında, karakollarında (barəsində görüntüləri yootubda yayılan o qız kimi) polis zorakılığından az əziyyət çəkmirlər. Bu mənada Azərbaycan cəmiyyətində, mediasında, ictimai-siyasi-diplomatik dairələrdə gedən bu müzakirələr Türkiyə cəmiyyətində oxşar müzakirənin davamı. Çox yaxşı olardı ki, Türkiyə cəmiyyətində, mediasında, ictimai-siyasi-dipolomatik dairələrində neft-qaz məsələləri ilə yanaşı ölkəmizdəki insan haqları ilə bağlı məsələlərə də hərdən işıq salınaydı. Güman etmirəm ki, bunu Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyənlərin təxribatı kimi qiymətləndirənlərin sayı çox olardı…

Emil Quliyev: İntiqam bəy, Amerikanın səsi adından və eləcə də forum iştirakçıları adında dəyərli vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirik.

İntiqam Əliyev: Dəyərli Amerikanın Səsi, dostlarla ünsiyyət imkanı yaratdığınız üçün təşəkkürümü qəbul edin. Dəyərli Forum iştirakçıları suallarınılza, dəstəyinizə, ölkələrimizdəki dəişikliklər uğrunda səylərinizə görə hər birinizə sonsuz təşəkkürlər.

Emil Quliyev: Bununla da, SƏRBƏST KÜRSÜnün növbəti canlı forumunu başa vurmuş olduq. Yenidən SİZİN BLOQUNUZda görüşənədək!

Eldar Namazov “Canlı Forum”da: “Ziyalılar Forumu gənclərlə sıx əməkdaşlıq etmək arzusundadır”

Posted November 28th, 2011 at 10:49 am (UTC-4)
12 comments

Foto: simsar.az

Azərbaycanda Ziyalılar Forumunun keçirdiyi toplantılar zamanı ölkədəki vəziyyət barədə həyacan təbili çalmasından sonra Forumun təsisçiləri və üzvlərinə qarşı təzyiqlər başlayıb. Çoxları düşünür ki, tanınmış alim Rafiq Əliyevin işdən çıxarılması bu istiqamətdə ilk addım olub. Bundan sonra Bakı Dövlət Universitetinin müəllimlər heyəti adından Ziyalılar Forumu üzvlərinə qarşı bəyanat açıqlanıb. Daha sonra buna oxşar bir neçə bəyanatlar da səslənib.
Bu həftənin CANLI FORUMu da məhz bu mövzuya həsr etmişdik. Ziyalılar Forumunun fəaliyyətini, Foruma qarşı təzyiqləri və Forum üzvlərinin narahatlıqlarına dair sualları cavablandırmaq üçün CANLI FORUMa Ziyalıların Forumun təsisçilərindən Eldar Namazovu dəvət etmişdik.

Bugünki forumun aparıcısı mən Emil Quliyevəm. 

Emil Quliyev: Eldar bəy, axşamınız xeyir, sizi CANLI FORUMumuzda salamlayırıq.

Eldar Namazov: Cox sağ olun, mən də hamınızı salamlayıram!

E.G.:Forum iştirakçılarından daxil olan ilk sual belədir: – Azərbaycan Ziyalılar Forumu insanlardakı qorxu sindromunu aradan qaldıra bilibmi?

CAVAB: Ola bilsin hələ tezdi birmənali “hə” demək, ançag ciddi təsiri var. Həm qorxu, həmdə inamsizliq sindromunu bir gədər zəyiflətmək mümkün olub.

SUAL: Son günlər sanki Ziyalılar Forumunun aktivliyi azalıb. Səbəb nədir?

CAVAB: Biz adətən ayda bir dəfə toplanti təşkil edirik. Hal-hazirda Rüstəm-bəy və bir sıra digər üzvlərimiz Azərbaycandan kənardadilar. Hamimiz bu ayın ikinçi yarısında Bakida olacayig və ilin sonuna gədər növbəti içlasimizi təşkil edəcəyik. Ola bilsin, o vaxta gədər gənlərlə bir tədbir kecirdik.

SUAL: (Natiq Adilov) Eldar müəllimin çoxları kimi mənim də hörmət bəslədiyim ziyalıdır. Lakin çoxları kimi, mən də Eldar müəllimin bir suala hələ də inadla cavab verməməsini başa düşə bilmirəm. O, vəzifədən niyə istefa verib?
Hə, deyirlər ki, guya, o zaman Heydər Əliyevin Qarabağı ermənilərə təslim etməsinə etiraz olaraq istefa verib.
Mən bunu ciddiyə almıram. Çünki hər deyiləni ciddi qəbul etsək, gərək, Əli Həsənovun da dediklərinə şübhəli baxmayaq. Niyə Eldar müəllim bu istefa müəmmasına aydınlıq gətirmir? Illər keçib, niyə o, yenə də istefası barədə dəhşətli inadkarlıqla susur?

CAVAB: Bu məsələ ilə baglı mən dəfələrlə mətbuata aciqlama vermişəm, ola bilər sizə rast gəlməyib. Garabagla dair səbəbi ciddi gəbul etmək sizə cətindirsə, üc məsələyə diggət yetirmyəyinizi xaiş edirəm: 1) Niyə eyni vaxtda Garabag məsələsi ilə məşgul olan 3 vəzufəli şəxs (XİN, xarici siyasər üzrə dövlət muşaviri və prezidentin köməkcisi) istefa ərzəlirini yazdilar? 2) Niyə bizim istefamizdan qisa bir müddətdən sonra İrevanda parlamentdə terror aktı baş verdi və prezidentdən savayi bütün əsas dövlət rəhbərli güllələndi? 3) Bu hadisələrdən sonra, ATƏT-ın İstambul sammitinin rəsmi sənədlərdə geyd olundu ki, sammitdə Garabagla bagli saziş imzalana bilərdi, ancag Azərbaycanda üc vəzifəli şəxsin istefaya getməsi və Ermənistanda parlamentdə terror aktı buna imkan vermədi. Bunlari ciddiyə almamaq mümkündüsə, mən yeni bir məlumat verməkdə cətinlik cəkirəm.

SUAL: (Nərmin) Eldar müəllim, “Ziyalılar Forumu” Azərbaycanda çox ehtiyac olan
boşluğu doldurur. Cəmiyyətdə ehtiyac olan barışdırıcı, birləşdirici
mövqedə dayanır. Bəs hökümətdən gələn, son zamanlar artan təzyiqlərin
Ziyalıları radikallaşdırmaq üçün bir tələ olduğunu düşünürsünüzmü?
Əgər belədirsə, ümid edirik ki, bu baş verməyəcək və Ziyalılar daşıdıqlar bu rolu uğurla davam etdirəcəklər.

CAVAB: Ola bilsin Siz geyd etdiyiniz niyyət də var bu hucumlarin arxasında. Ola bilsin ziyalilari gorxutmag istəyirlər. Bütün hallarda bizim bu təziglərə cox aydin bir cavabimiz oldu – biz yolumuz secmişik, bu secim milli maraglara söykənib. Təziqlərin bir nəticəsi olmayacaq. Biz nə suni garşidirmada maraqliyig, nə də öz mövgeyimizdən geri cekilmək fikirindəyik. Fealiyətimizi genişləndirəcəyik, addım-addim, coxlu sayda yeni simalar goşulur Forumun işinə. Narahat olmayin, Forumda birləşmiş ziyalilar dünya görmüş, təcrubəli və prinsipial insanlardı. Onlaru susdurmaq, ya da tələyə salmaq o gədər də asand məsələ deyil.

SUAL: (Mahmud) Ziyalılar Forumu gənclər hərəkatlarıyla birgə iş görməyi düşünürmü?
Dəyirmi masalar xaric başqa nə kimi planlarınız var gələcəkdə?

CAVAB: ZF 9 tədbirindən ikisi yalniz gənclər fəalları ilə qöruşə həsr olunmuşdu. Ücüncü tədbirə də hazirliq gedir. Bizim gənclərlə baqlı müxtəlif maraqlı təkliflərimiz var. Onlarin məgzı – ziyalilar ilə gənc fəallar arsinda davamli birgə lahiyələri heyata kecirməkdi. Bələ bir təklifdə var kı, gənc fəallarin nümayəndələrini ZF kordinasiya şurasına daxil etmək. Bizim arzumuz – gənclərlə six əməkdaşlıq etməkdi.

SUAL: Hormetli Eldar beye sualim beledir: Rafig Taginin getline ziyalilarin etiraz sesini niye eshitmedik?

CAVAB: Ziyalilar Forumunun cox kəskin bəyanatı oldu, bütün əsas KİV-lərdə yer aldı. Bilmirəm sizə niyə rast gəlməyib. Azadliq, Yeni Musavat, Turan, Mediaforum və digər KİV-lərə baxın. ABŞ səfirliyi ilə ZF bəyanatı KİV-lərdə yan-yana getmişdi. Ayrica da Əkrəm Əylisli, Cəmil Həsənli, mən və digər üzvlərimiz KİV-lərə müsahibə verdik, bu hadisəni bütün cəmiyətə garşi terror akti kimi giymətləndirdik.

SUAL: Rafiq Əliyevin işdən çıxarılmasının əsl səbəbi nədir və Ziyalılar Forumuna edilən təzyiqlərdən sonra hansı addımları atmaq fikriniz var?

CAVAB: Rafiq Əliyevin elmı ugurları göz gabagındadı. Ona görə, bu geyri ədalətli gərar yalniz onun içtimai fəaliyətı ilə baglı olduguna əminəm.

SUAL: (Sevinc) Hörmət etdiyim ziyalmıza sual:
Azərbaycan yenə də korrupsiya çempionudur. Korrupsiya hansı səbəbdən
artır. Bəlkə, cəmiyyətin bütün təbəqələri korrupsioner olub. Ona görə
kəsərli etiraz görünümür. Siz necə hesab edirsiniz?

CAVAB: Bu psixoloji amil mövcuddur. Əmək haqları cox aşagı olduqundan, bütün insanları ganundan kənar gəlir əldə etməyə məcbur edirlər ki, dilləri gödək olsun. Özləri milliardları ogurlayurlar, insanları isə 100-200 manatnan susdurmaq istəyirlər. Ancaq mən əminəm ki, cəmiyət bunları anlayır və korrupsioner məmurlara garşı cox böyuk nifrət var xalg arasında.

SUAL (Orxan Qafarlı): Salam Eldar bey,
İlk önçə qeyd edim ki, sizi Azərbaycanın sayqı duyulası ictimai siyasi liderlərindən hesab edirik. Sual:
Azərbaycanın öz qoşuları olan Gürcüstan, Türkiyə, Ermənistan Rusiya
və İranla apardığı siyasət sizi qane edirmi. Bölgəsəl təhlükəsizlik
baxımından bu siyasət doğrumu qurulub. Azərbaycanın realist prinsiplər
üzərində qurulan xarici siyasətinə alternativ bir baxışınız var ?

CAVAB: Xoş sözlərə görə təşşəkür edirəm.
Mən əminəm ki, bizim daxili siyasətimiz də, xarici siyasətimiz də başga əsaslarla yenidən gurulmalıdı. Biz avrointegratsiya, avro-atlantik təhlükəsizdik sisteminə goşulmaqda cox gecikmişık. Bu mürrəkəb regionda bələ təklənmək olmaz. Nəzərə almaq lazimdı ki, muasir dünyada Azərbaycan kimi ölkələr etibarlı və gücdü coxmillətli təhlukəsizdik sistəmlərinə arxalanmalıdırlar.

SUAL: Bu iqtidar Yaxin serqdeki hadiselerden hec netice cixarmir.Bizim xalq da
ele bil qis yuxusuna gedib.Hec olmasa oz muselman qardaslarindan bir
ders goturmur.

CAVAB: Hec bir avtoritar rejim digərlərinin acı təcrübəsindən nəticə cixarmır. Bu da təbiidir, yoxsa onlar avtoritar olmazdılar. Ona görə də sonları da eyni olur.

Eldar Namazov: Haminiza təşşəkür edirəm, ugurlar arzulayiram.

Emil Quliyev: İki saatınızı forumumuza ayırıb, oxucularımızın suallarını cavablandırdığınız üçün sizə təşəkkür edirik. O cümlədən forumda iştirak edən bütün oxucularımıza da fəak interaktivliyə görə minnətdarıq.

Eldar Namazov: Emil bəy, sizə və Amerikanın Səsində calişan dostlarımıza təşşəkür edirəm.

Canlı Forum: Müstəqillikdən 20 il sonra Azərbaycanda Rus dilinin rolu nə olmalıdır

Posted October 31st, 2011 at 4:21 pm (UTC-4)
8 comments

Bu yaxınlarda Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsinin iyirminci ili tamam oldu. Bu münasibətlə müstəqil Azərbaycanın son iyirmi illik tarixinə müxtəlif cəhətlərdən qiymət verildi. Bəs təxminən son 200 ildə, yəni Azərbaycanın Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsindən bəri ölkədə ictimai həyatın və elmin bir parçasına çevrilmiş və  hətta müəyyən dövrlərdə Azərbaycan dilini qabaqlamış rus dilinin müstəqillikdən sonra indiyə qədərki rolu və yeri nə olub və bundan sonra nə olmalıdır. Bu məsələyə həsr elədiyimiz canlı söhbətdə çərşənbə günü, noyabrın 2-də Bakı vaxtı ilə axşam saat 9:30-da iştirak edə bilərsiniz. Qonağımız uzun illərdir Azərbaycan və rus dillərində apardığı televiziya verilişləri ilə tamaşaçıların yaxından tanıdığı Azər Qəribdir. Çərşənbə günü axşam saat 9:30-da başlayacak canlı söhbətimizdə Azər bəy Azərbaycanda rus dilinin rolu və yeri məsələsi ilə əlaqədar müxtəlif sahələrdə suallarınıza və şərhlərinizə canlı olaraq  cavab verəcək. Çərşənbə günü axşam Sərbəst Kürsü Canlı bloqunda öz sözünüzü açıq olaraq deyə bilərsiniz.

Mövzu barədə fikirlərinizi və Azər Qəribə suallarınızı aşağıda ŞƏRHLƏR bölməsində yazın:

Axşamınız xeyr, hörmətli oxucular. Bugünki Canlı Forumun aparıcısı mən Emil Quliyev və həmkarım Nərminə Cəlalqızıdır. Qonağımız isə əvvəlcədən elan etdiyimiz kimi Azərbaycan və rus dillərində proqramların aparıcısı Azər Qəribdir. Nəzərinizə çatdırım ki, forum canlı olduğundan daxil olan suallara Azər bəy canlı olaraq cavab verir. Ən son cavabları almağınız üçün səhifəni tez-tez yeniləməyiniz (F5) gərəkdir.

Oxucularımızın ilk sualı belədir:

SUAL: Azərbaycanda bir çox dövlət strukturlarında işçilər indi də rus dilində danışır. Buna səbəb nədir?

CAVAB: Buna səbəb həmin işçilərin rus dilini bilməsidir. Amma bütün sənədlər Azərbaycan dilinde tutulur. Əgər mən hər hansı bir idarədə görsəm ki, rus dilində həmin əməkdaşa fikrimi daha yaxşı izah edə bilərəm, mən rus dilində danışacam. Dövlət sənədlərin, yazişmanın Azərbaycan dilində olmasını tələb edə bilər, amma kim hansı dildə danişmalıdır, bunu diktə edə bilməz, zennimcə.

SUAL:Уважаемый Друг я окончил химфак Бакинского Гос.Университета и школу и вуз на русском секторе я считаю что это действительно Великий язык только прошу не путать сюда политику у меня вообще то говоря нет симпатии к Российской Федерации но именно благодаря русскому языку у нас сформировалась интеллигенция не в нынешнем понимании этого слова мой дедушка рассказывал как простой крестьянин из горного аула Кусаров поднялся до Ленинградской финансовой академии бывшего союза почти пол мира понимают этот язык поэтому не надо ревностно относиться к нему и не ставить его в ранг с английским в том смысле что он сыграл большую роль в сформировании нашего народа. Мой вопрос:Почему английский не так осуждается как русский хотя у нас берут в работу скорее всего не знающего азербайджанский чем английский это правильно?

Tərcüməsi (Redaksiya): Mən orta məktəbi və Bakı Dövlət Universitetinin Kimya fakultəsini rus dilində bitirmişəm. Hesab edirəm ki, bu dil qudrətli bir dildir. Buraya siyasəti qatmaq istəmirəm, ancaq demək istəyirəm ki, Rusiya Federasiyasına heç bir simpatiyam yoxdur. Ancaq bu dil sayəsində ziyayalılıq formalaşıb. Babam danışardı ki, bu dilin sayəsində Qusar rayonunun ən ucqar kəndindən bir nəfər Sankt-Peterburqun Maliyyə Akademiyasının üzvü oldu. Dünyanın yarısı bu dili başa düşür və fikrimcə buna qısqanclıqla yanaşmaq lazım deyil. Bu dili ingilis dili ilə yan-yana qoymaq lazım deyil. Xalqımızın formalaşmasında bu dilin böyük rolu olub. Mənim sualım budur: Nə üçün ingilis dili rus dili qədər qınanmır?

CAVAB: Əslində, problem bundadır ki, bir çox insanlar bu məsələdə Rusiyaya qarşi olan müunasibətlərini bildirirlər. Amma Sizinlə razıyam, bu məsələni siyasətləşdirmək düzqün deyil. Mənim Rusiya siyasətindən xoşum qəlmiyə bilər, amma bu o demək deyil ki, mən rus dilini, rus ədəbiyattını bəyənmirəm. Nədənsə, ingilis dilində danişanlar belə ittihamlarla garşilaşmırlar. Rus dilində danışırsansa, Moskvanın agentisən. Onda deməli ingilis dilində danışan USA agentidir? Bu məntiqi anlamıram.

SUAL: Izvinite bojalusta, bu uruscax daniwmax niye bele moddu?

CAVAB:  Bu moda deyil, sadəcə bəzi insanlar rus dilində daha yaxşi danışırlar. Bu pisdir, yaxşıdır, o digər məsələdir. Amma onunla da razıyam ki, bəziləri rus dilini pis bilərək, özlərini sovermennı göstərməkçün, rus dilində danışmağa çalışırlar. 

SUAL: Sayın Azər bəydən soruşacağım neçə sorğu var:
Azər bəy dilimizin adını necə bəyənirlər? Azərbaycan Türkcəsi ya Azərbaycan dili?
Azərbaycan dili deyimi düzgün bir deyimdir ya yox? Azərbaycanın Quzeyində və Güneyində yaşan insanların hamısı bu dildə danışırlarmı? Əgər o cür deyilsə bəs Azərbaycan dili sözü nə üçün dövlət tərəfindən istifadə olunur?
Quzeydə Rus dili və Güneydə fars dili nəticəsində Azərbaycanın iki tərəfində ki ayrılığın daha da dərinləşməsindən xəbəriniz varmı? Heç bilirsiz ki mənim atam və anam və hətta bacı-qardaşlarım sizin telekanallarınza baxanda ancaq sadə gündəlik danışıqlar və xalq mahnılarından sonra heç nəyi başa düşmürlər? Heç bilirsiniz ki Güney Azərbaycan Türklərinin yüzdə 10-u belə sizin kanalların xəbər verilişlərini başa düşmür? Bəzən xəbər deyənin dilinin Rusca olduğunu sananlardan xəbəriniz varmı?
Çağdaş dünyada böyük dillərdə gedən özgə sözcükləri təmizləmə siyasətini bəyinirsinizmi? Dilimizdə olan Rusca, Farsca və Ərbəcə sözcükləri zənginlik kimi görürsüz yoxsa qarşılıqları tapılması gərəkən sözcüklər? Fars dilində dövlət tərəfindən aparılan geniş miqyaslı təmizləmə hərəkətindən xəbəriniz varmı?
Özgə kəlimələrə necə qarşılıq tapmalıyıq? Azərbaycanda dili qurumu varmı? Kökü dilimizdə olan və olmayan Türkiyə Türkcəsinin kəlimələrindən necə faydalan bilərik?

CAVAB: Bizim konstitusiyada dövlət dilinin adı azərbaycan dilidir, və mən bunu qəbul edirəm. O ki qaldı, qüya Canubda bizi anlamırlar, razı deyiləm, mənim Oralar verilişimə Təbrizdə baxırlar, və bunu mənə orada yaşayanlar deyib. Sözsüz ki, dil onu əhatə edən sosiumnan kənarda gala bilməz, ona görə burada rus sözləri işlənilir, Canubda isə fars sözləri. Əgər bizim dildən bütün fars, ərəb, latın və rus məişəli sözləri götürsək, nə olar, nə ilə əvəzləyək onları? Hansı dildə əcnəbi sözlər yoxdur? Süni şəkildə gətirilən sözləri aradan götürmək olar, amma əsirlər boyu işlənilən sözləri necə götürək?

SUAL: Xosh gerduk, Azer bey.1.Men dushunurem ki,AZERBAYCANDA rus diline yasaq qoyulmali,rusdilli mektebler baglanmali,ali mekteblerde rus dili legv edilmeli,  AZERBAYCANDA yashayan ruslar Azerbaycan dilinde tehsile celb edilmeli ve azerileshdirilmelidirler.2.Azerbaycan diline ereb ve fars dillerinnen kechen sezler chixarilmalidi. 3.Men ‘salameleykum’ sezunu deyende ozumu tehqir olunmush hesab edirem. Namaz qil, nefer, bu kimi yad sezler Azerbaycan dilinnen silinmelidi.

Cavab: Onda qəlin bütün rusdilli azərbaycanlıları deportasiya edək, və yaxud onları dama basaq. Budurmu məntiq? Gəlin bütün türk, ingilis, fransız, rus məktəblərini də bağlayaq, və ağ günə çıxaq. Qalsın ancaq öz dilimiz, savad almaq, dünya elmindən faydalanmaq imkanımız olmasın.

SUAL: Dilimiz omonimler sinonimler,antonimlerle zengin olan bir dildir.Mes.sac,tel,zulf,tuk ve s. Bele olan halda, niye bezi soyda$larimiz,ba$da da Azer Qerib olmaqla,rus ve b.ecnebi sozlerinden istifade edirler.Mes,vsyo,uje,prosta,voob$e,poka,ok…Azer bey $erhlerinden birinde “yanacaqdoldurma menteqesi” evezine “zapravka” sozune ustunluk verdiyini deyir. Sag olun,te$ekkur edirem.

Cavab: Bəli, mən sürücümə sür zapravkaya deyirəm. çünki daha qısa və rahatdır. Amma elmi konfransda olsam, yanacaqdoldurma menteqesi deyəcəm. Biz OK deyirik, sorry deyirikç və s. Ümumiyətlə, kim kiminlə hansı dildə danişmaq istəyir, danişa bilər, əqər biz demokratiyadan danışırığsa, heç kimin şəxsi həyatına daxil ola bilmərik. Amma sözsüz ki, bütün rəsmi yazışmalar düvlət dilində olmalıdır.

SUAL: Şəhərdə urusça bilməyənlərə “чушка” deyirlər. eyni zamanda urusça danışanlara “ruskayazıçnaya çuşka” deyirlər. Buna münasibətiniz?

Cavab: Mənim buna münasibətim necə ola bilər? Kim kimə nə deyir, o onun daxili mədəniyətinnən asılıdır. Öz aralarında insanlar kiməsə ləqəb verə bilərlər, amma ictimayi diskussiyalarda bu yolverilməzdir. Mən bir dəfə demişəm bunu,  çuşka mədəniyətsiz adama deyirlər, fərqi  yoxdur, hansı dildə danışır.

SUAL: Türkiyədən bir nəfər yazır: Ben defalarca gittim ve Azeri kardeşlerimle de çalışma fırsatım oldu. Üzülerek tesbit ettim ki konuştukları dile Azerbaycan dili diyorlar, Türk olduklarını falan sadece bizlerin yanında söylüyorlar kendileri sadece Azerbaycanlı olarak tanımlıyorlar ve uluslararası meselelerde Rusyanın ağzının içine bakıyorlar.

CAVAB: Mən dəfələrlə rast gəlirəm ki, azərbaycanlılar türkləri görən kimi, başlayırlar türk sözlərini işlətməyə, guya bunlar türkcə danışırlar. Niyə? Bizim öz dilimiz var, türklərin öz dili, nə olsun ki, kökü birdir? O ki qaldı kim kimin ağzına baxır, mən siyasi məsələlərdə müstəqillik tərəfdarıyam. Əqər dilimizi saxlamaq istayiriksə, bir dili digərisi ilə əvəzləməməliyik.

SUAL: Bugün Aviassiya akademiyasının iki tələbəsindən eşitdim ki,bütün texniki və eləcədə xidməti müraciətlər ancaq ingilis və ya rus dillərində aparılır..Başa düşmürəm tolerantlıq elə bizim alnımıza yazılıb??İnananın ki,digər millətlər bizə əcaib baxırlar.Öz dillərinə qarşı niyə beganıdirlər?Nə qədər bu geydirmə dünyəvilik və ya “internasional”rolunu oynayacağıq??

CAVAB: Siz əminsinizmi bizim dildə aviasiya haqda dərsliklər var? Nə vaxt olar, onda qoy yazsınlar ana dilimizdə, hələlik isə mən havada öz təhlükəsizliyimi milli dilimizə qurban verməyə hazır deyiləm. Gəlin biz o haqda danışaq ki, ana dilimizdə nə təbabət dərslikləri, nə müasir texnoloqiyalar dərslikləri, nə də dünya ədəbiyyatının şedevrlərinin tərcüməsi yoxdur, budur fəlakət. Əvvəl alternativ verin, sonra milli dəyərlərdən danışaq.

SUAL: Azer muellim,size 4ox boyuk hormetim var ister azerbaycanca,isterse de rusca danishmaginizdan asili olmayaraq.:)Azerbaycanda rus dilinin yeri danilmazdir.Adi bir misal.Men Tibb Universitetini bitirmishem azerbaycan bolmesini.Butun muellimler deyirdiler ki,rus edebiyyatindan oxuyun imtahanda.Esli bi ya ne znala etot yazik ya ne smogla bi pro4itat etu literaturu.Bezileri deyecek oz kitablarimizdan oxuyardiz.Ish orasindadi ki bizim alimlerin yazdigi azerbaycan dilinde kitablar onlarin ozunu qane etmirse buna ne ad qoymaq olar?:)

CAVAB:Mən əvvəlki cavabımda bu hagda dedim, problem budur, buna səylər yönəlməlidir, tərcümələrə.

SUAL: Mən elə həmişə buna görə bir sıxıntı hiss edirəm! Heç olma gürcülər kimi soyad sonluğumuzu dəyişməzdik! Orta Asya ilə eyni bir pillədəyik bu istiqamətdə!

CAVAB: Tarixi sevməmək olar, amma onun nəticələrini bir gündə aradan qaldırmaq mümkün deyil, əsla. Mən bütövlükdə revolüsiya yox, evolüsiya tərəfdarıyam. Pillə pillə problemləri həll etmək lazımdır.

SUAL: Azərbaycanın rəsmi dili dövlət dilidirsə, xidmət müəssisələrində və s. ictimai yerləşdə müştərilərlə ünsiyyətdə olanlar Azərbaycan dilində cavab verməli deyillərmi? Bəlki biri heç rus dilini bilmir?

CAVAB: İnanmıram ki, bu qün Azərbaycanda heç olmasa müştəriyə cavab vermək səviyəsində dil bilməyənlər var. Əqər rus dilində anlamırsınızsa, azərbaycan dilində cavab tələb edin, hüquglarınızı qoruyun.

Azər bəy bir saat yarımınızı bizə ayırdığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk. Oxucularımızdan isə vaxt məhdudiyyətinə görə bütün sualları ünvanlaya bilmədiyimiz üçün üzr istəyirik. Maraqlı söhbətə görə, hamınıza təşəkkür edirik.

BLOGLAR