Medvedev:2008-ci ilin avqustu Azərbaycan və Ermənistan üçün çox ciddi dərs oldu

Posted August 8th, 2011 at 3:44 pm (UTC-4)
1 comment

Prezident Medvedev hesab edir ki, Dağlıq Qarabağın taleyinin necə olacağı, orada referendumun olub-olmayacağı, sülh müqaviləsinin necə hazırlanacağı barədə sonsuz danışıqlar aparmaq daha yaxşıdır, nəinki Gürcüstandakı beş gün ərzindəki döyüşlər.

TAPDIQ FƏRHADOĞLU

Rusiya prezidenti Dmitri Medvedevin “Exo Moskvı” radiostansiyasına müsahibəsində 2008-ci ilin avqustunda Cənubi Osetiyada və Abxaziyada hərbi əməliyyatlara Azərbaycan və Ermənistan rəhbərliklərinin reaksiyası ilə bağlı suala cavab verib.

Onun sözlərinə görə, avqust hadisəsi baş verəndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti ilə görüşdə bunun Qafqaz üçün çox pis olduğunu bildiriblər. “Mən deyirəm, çox pis. Bu, bizim üçün müəyyən dərsdir. Dağlıq Qarabağın taleyinin necə olacağı, orada referendumun olub-olmayacağı, sülh müqaviləsinin necə hazırlanacağı barədə sonsuz danışıqlar aparmaq daha yaxşıdır, nəinki həmin beş gün ərzindəki döyüşlər. Bu, onlar üçün çox ciddi dərs oldu. Mənə belə gəlir ki, bu, ibrət dərsidir. Niyə? Çünki o zaman baş verənlərə qayıtsaq, əgər gürcü həmkarımın bir qədər ağlı olsaydı, biz də Soçidə və ya Kazanda, yaxud başqa haradasa görüşərək hansı yollarla qarşılıqlı münasibətlərdə kompromis axtarmaq barədə düşünərdik. Lakin, bu, siyasi proses idi və bilmirəm hansı perspektivləri var idi. Bəlkə də, biz heç zaman razılığa gələ bilməzdik, bəlkə də nəsə olardı, hansısa konfederasiya yaranardı. Lakin o, öz ölkəsini dağıtdı. Hesab edirəm ki, adamların yaddaşında bu qalacaq”, – deyə prezident Medvedev qeyd edib.

Xatırladaq ki, 2008-ci il avqustun 8-də Cənubi Osetiyada yerləşən silahlı dəstələrin gürcü kəndlərini atəşə tutmasından sonra Gürcüstan Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatın nəticəsində Cənubi Osetiyanın mərkəzi Tsxinvali şəhəri Gürcüstan hərbiçiləri tərəfindən ağır top atəşinə məruz qalıb. Həmin gün Rusiyanın 58-ci ordusunun hissələri Roki tunelini keçərək Gürcüstanın ərazisinə daxil olub və Tsxivnali şəhərini tutub. Rus hərbi aviasiyası Gürcüstanın müxtəlif şəhərlərində yerləşən hərbi bazalarını, limanlarını və aerodromlarını, o cümlədən Poti limanını, Tbilisi, Marneuli və Senakidəki hərbi bazalarını, radar sistemlərini, hərbi zavodlarını bombalayıb. Beləliklə, rus ordusu Gürcüstanın şərqi ilə qərbini birləşdirən magistral yolu tutub.

Rusiyanın hücumları avqustun 12-də Fransa prezidenti Nikolya Sarkozinin

Rusiya prezidenti və baş naziri ilə məsləhətləşmələrindən sonra dayandırılıb. Bir neçə dövlət başçısı Tbilisiyə 6 maddədən ibarət sülhməramlı planla gəlib. Bu günlərdə Azərbaycan ərazisi vasitəsi ilə Tbilisiyə prezident Sarkozi ilə yanaşı Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex Kaçinski və Ukrayna prezidenti Viktor Yuşenko səfər edib. Avqustun 15-də ABŞ-ın dövlət katibi Kondaliza Rays Tbilisiyə gəlib.

Əldə olunan razılaşmaya baxmayaraq Rusiya öz hərbi qüvvələrini Abxaziya və Cənubi Osetiyada saxlayıb. Avqustun 26-da isə Abxaziyanın və Cənibi Osetiyanın müstəqilliyini tanıyıb.

Müharibə 850 adamın ölümünə, 35 000 insanın evindən didərgin düşməsinə səbəb olub.

Amerikaya köçmək. Başqa sözlə “Amerika xəyalı” nı necə gerçəkləşdirmək olar?

Posted August 1st, 2011 at 1:50 pm (UTC-4)
Leave a comment

İzləyicimiz  Şahin Alekperov bizə göndərdiyi maildə gəlib Amerikada yaşamağın yollarını soruşur. Şahin bəyin razılığı ilə bizə göndərdiyi maili bəzi qısaltmalarla aşağıda sizinlə bölüşürük. Bu barədə təcrübəsi, məlumatı olanlar, ya da bir ideyası olanlar aşağıda öz fikirlərini yaza bilərlər. Biz bu məsələnin mütəxəssisi olmadığımıza görə ona dəqiq məlumat verə bilmirik. Biz sadəcə olaraq  Şahin bəyə bu barədə ABŞ səfirliyi və Dövlət Departamentinin saytlarında heç olmasa bəzi məlumatların tapıla biləcəyini bildirmişik. Şahin bəyin ermənilərin bir-birilərinə əl tutaraq özlərinə şəhərcik və güclü lobbi yaratmaları barədə  yazdıqları da maraqlıdır. O, azərbaycanlıları da bir birlərinə əl tutmağa çağırır. Yəğin özü də bir gün “Amerika xəyalı” gerçəkləşsə, bu əl tutma məsələsini yadından çıxartmaz. Bəs siz nə fikirləşirsiniz. ABŞ-da  azərbaycanlılar həmvətənlərinə kifayət qədər kömək edirmi?   Şahin bəy və ya onun kimi gəlib Amerikada yaşamaq istəyənlərə kömək edə biləcək imkanı olan azərbaycanlı tanışlarınız varmı?  Əlinizdəki məlumatları və ya mövzuyla əlaqədar fikir və şərhlərinizi aşağıda izləyicilərimizlə bölüşə bilərsiniz.

Alekperov Şahinin Amerikanın səsinə  göndərdiyi mail:

2010-da Azerbaycan Tibb Universiteti, eczacılıq fakultesini bitirmishem.Lap uşaqliqdan arzum Amerikada yaşamaq olub. Özüm de hem oranın medeniyyeti ile, hem de ictimai siyasi heyatı ile hemishe maraqlanmısham. Sizden xahishim menim ora getmeyim üçün kömek etməyinizdir. Əla olmasa da ingilis dilini bilirem. Orada ucuzvari ev ala da bilerem, tekce isteyim ora köçüb   ishe düzelib öz heyatımı qurmaqdır. Ardını özüm gətirerəm. Çalıshqan, qabiliyyetli, mesuliyyetli adamam. Menim sizden xahis etdiyim bir adamın bosh xeyalı deyil bu menim en boyuk arzumdur. Yeqin ki problemimin münasib, rahat yolunu siz daha yaxsıı bilirsiniz. Ermeniler bir-birilerine el tutaraq  Grandale adlı bir şehercik ve güclü lobbi yaradıblar. Biz bu sheherciyi yarada bilmesek de heç olmasa bir-birimize el tutaq. Oxudugunuza gore size evvelceden teshekkurumu bildirirem. Hormetle: Alekperov Shahin

Ceymstaun Fondunun rəhbəri: “ABŞ-ın Cənubi Qafqaza yönəlik konkret siyasəti yoxdur” (VİDEO)

Posted July 25th, 2011 at 2:10 pm (UTC-4)
Leave a comment


Dağlıq Qarabağ son günlər əsas müzakirə mövzusu olaraq qalır. Mövzunun müzakirəsi intensivləşsə də, nizamlanmanın intensivləşməsinə dair hər hansı bir işarə görünmür, ən azı ictimaiyyət üçün. Kazan görüşü, Sergey Lavrovun Yerevan, Bakı və ardınca da Vaşinqtona səfərləri, indi də Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri – tərəflərin münaqişənin nizamlanması istiqamətdə son aylar göstərdiyi səylərdir. Bunlar nədən xəbər verir? Kazan görüşü uğursuz olacaqdısa, onun bu qədər vədlərlə keçirilməsinə ehtiyac var idimi?

Emil Quliyevin reportajının davamını buradan oxuyun!

Bəxtiyar Hacıyevin ‘Harvard’dakı professoru ilə müsahibə

Posted July 20th, 2011 at 6:42 pm (UTC-4)
Leave a comment

Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Rikardo Hausmann deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetində magistr dərəcəsi aldığını təsdiqləyib və deyib: ” Bəxtiyar Hacıyevin əleyhinə onun Harvard Universitetinin Kennedi Hökumət Məktəbində yüksək rəqabətli hesab olunan İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi aldığını inkar edən gözdənsalma kampaniyası aparılmasından çox məyus olmuşam”. Rikardo Hausmann Amerikanın səsinə müsahibəsində deyib ki, məncə onun qrupunda hər kəs Bəxtiyarı yüksək səviyyədə bəyənirdi və o, yadda qalan tələbə idi. Bəxtiyar azərbaycanlı olması ilə böyük qürur duyurdu.

Ülviyyə Əsədzadənin Rikardo Hausmannla müsahibəsinin tamamı və ona yazılan şərhlərlə tanış olmaq  üçün aşağıdakı linki tıqlayın

“Harvard”ın professoru Bəxtiyarın universitetdən magistr dərəcəsi aldığını təsdiqləyib

Zia Qarabağ barədə verdiyimiz məlumatlardan narazıdır. Yaxşı olardı ki, nümunə göstərsin və yaymadığımızı dediyi şərhləri də bizə çatdırsın.

Posted July 14th, 2011 at 6:33 pm (UTC-4)
Leave a comment

Qolos Ameriki saytında Dağlıq Qarabağa həsr olunmuş məqalələrə verilən şərhlərdə ölkəmizin və azərbycanlıların ünvanına ermənilər tərəfindən təhqiramiz ifadələr işlədilir. Mənim göndərdiyim şərhlər buraxılmır.  Mən əmınəm ki,  bu radionu erməni diasporu yönləndirir.(…….)

Azad ölkədə rüşvətxorluqdan narazıdır. Siz nə fikirləşirsiniz? Hökumətin tədbirləri kifayətdirmi?

Posted July 5th, 2011 at 9:48 pm (UTC-4)
2 comments

Salam menim adim Zaurdu sizden xahisim Azerbaycanda olan hadiseleri mitinqleri öz Internet saytınızda yayımlamağınızdır.Təşəkkürlər

Z. Zeynalov Kanadada yaşamağın yollarını soruşur. Bu blogda onunla təcrübənizi bölüşə bilərsiniz

Posted July 3rd, 2011 at 12:03 pm (UTC-4)
Leave a comment

Azərbaycandan  Zeynalov Zeynal əli oglu yazır

Salam. Men Kanada respublikasinda müveqeti yaşamaq ve işlemek isteyirem. Bunun üçün neylemeliyem? Zehmet olmasa melumatlandırardınız. evvelceden teşekkürler.

İbrahim İlyaslının yeni şerlər kitabının təqdimatı keçirilir

Posted July 3rd, 2011 at 11:55 am (UTC-4)
Leave a comment

Azərbaycandan  Hemid Ormanlı Amerikanın səsi vasitəsi ilə sizləri İbrahim İlyaslının yeni şerlər kitabının təqdimat mərasiminə dəvət edir

Salam dostlar! 09.07.2011-ci il tarixində sahat 11:50-da Murtuza Muxtarov-7  ünvanında yerləşən  Bakı kitab klubunda (Səadət sarayının binası)  Azərbaycan Yazıçılar Birliyinin üzvü şair İbrahim İlyaslının son zamanlarda qələmə aldığı yeni şerlərinin daxil edildiyi “Yuxuma söykənmiş adam” şerlər kitabının təqdimatı keçiriləcək. Təşkilatçılar Sizi də tədbirə çağırır Gəlsəniz məmnun olarıq
İbrahim İlyaslı
Elxan müəllim (kitab klubunun rəhbəri)

Əlillər barədə video çarx

Posted June 30th, 2011 at 10:52 pm (UTC-4)
1 comment

Arzu Huseinova yazıb

Bu ilin iyun ayinda Avropa Birliyinin desteyi ve Azerbaycana Birge Yardim Teshkilatinin (elave melumat ucun www.uafa.org.uk)teshebbusu ile elilliyi olan insanlardan behs eden video charx cekilmishdir. Sosial reklamda imeqsed cemiyyetin elilliye olan yanashmasini deyishmek, onlara qarshi ayri-seckiliyi aradan qaldirmaqdir. Video turkiyeli rejissor terefinden HD formatda cekilmishdir.  Sizden xahishimiz budur ki, bu sosial aksiyaya destek olaraq videonun Amerikanin sesi radiosunun ifesinde veb seh yayimina sherait yaradasiniz.

Hormetle
Arzu Huseinova
PR officer
United Aid For Azerbaijan

Kamran Səxavət jurnalist fəaliyyətinə görə məruz qaldığını dediyi təzyiqlərə görə kömək istəyir

Posted June 30th, 2011 at 6:59 pm (UTC-4)
2 comments

Abşerondan Zakir Fərəcovun e-maili:

“Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun himayədarlıq etdiyi mafiyanın korrupsiya cinayətlərini üzə çıxartdığıma görə əməkdaşı olduğum “Güzgü”qəzetinə reket mənə isə xuliqan damğası vurmaq istəyirlər. Məni ölümlə hədələyirlər.Xahiş edirəm kömək edin.

Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun himayədarlıq etdiyi mafiyanın korrupsiya cinayətlərini üzə çıxartdığıma görə əməkdaşı olduğum “Güzgü” qəzetinə reket mənə isə xuliqan damğası vurmaq istəyirlər. Məni ölümlə hədələyirlər.Xahiş edirəm kömək edin.

Kamran bəyin şikayəti haqqında məlumatı olanları hətda olmayanları da məsələyə münasibət bildirməyə çağırırıq.

Ümid edirik ki, onun dedikləri yerli mətbuat üçün maraqlı olsun və bu məsələyə baxılsın.

BLOGLAR