Showing Archived Posts

Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”

Posted May 15th, 2012 at 1:17 pm (UTC-4)
10 comments

Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]

İsa Qəmbər: Güneyli-Quzeyli Azərbaycana canımız qurban!

Posted April 9th, 2012 at 2:21 pm (UTC-4)
16 comments

Aprel ayının 8-i müxalifət qüvvələrini birləşdirən İctimai Palata Bakıda mitinq keçirib. “Siyasi məhbuslara azadlıq!” “Yeni parlament seçkiləri keçirilsin!”, “Rədd olsun yoxsulluq!”,  “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “İstefa! ”şüarları qaldırılmış mitinqdə minlərlə insan iştirak edib. Müxalifət mitinqdə 10 mindən çox, Bakı şəhər Baş Polis İdarəsi isə 1200 nəfərin iştirak etdiyini iddia edir. Mitinq zamanı növbəti aksiyanın […]

Hikmət Hacızadə: Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir

Posted January 4th, 2012 at 4:04 pm (UTC-4)
9 comments

2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı?  2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın […]

Azərbaycanlılara “Duz sunamisi” təhlükəsinə qarşı Almaniyanın Yaşıllar Partiyasından dəsdək

Posted September 20th, 2011 at 12:48 pm (UTC-4)
Leave a comment

İran azərbaycanlıları Urmiyə Gölünün quruması nəticəsində başverə biləcək “Duz sunamisi” adlandırdıqları fəlakətin milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər. Yaşıllar Partiyasının Almaniya parlamentindəki nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı gördüyü işlər barədə Amerikanın səsinə danışıb. İNSAFƏLİ HİDAYƏT İranın daxili və […]

Almaniya ombudsmanını Bəxtiyar Hacıyevlə görüşə buraxmayıblar

Posted August 15th, 2011 at 2:43 pm (UTC-4)
Leave a comment

Almaniya ombudsmanı deyib ki, Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. TAPDIQ FƏRHADOĞLU “Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, – deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə […]

BLOGLAR

RSS Xəbərlər