Showing Archived Posts

Altay Göyüşov: Oğurlanan səs vətəndaşın səsidir

Posted September 17th, 2013 at 4:01 pm (UTC-4)
10 comments

  Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 13-də keçirilən iclasında REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovunprezidentliyə namizədliyini qeydə almayıb. REAL 41 247 seçici imzası təqdim etsə də, MSK imzalardan 4982-ni etibarsız hesab edib. Beləliklə tələb olunan 40 min seçici imzası bəs etmədiyindən MSK  İlqar Məmmədovun namizədliyini qeydə almayıb. REAL Vətəndaş Hərəkatı isə seçkilərdə Milli Şuranın vahid […]

Əli Kərimli: Rüstəm bəyin Rusiya ilə yanaşı Fransa və ABŞ-da da evi var!

Posted May 27th, 2013 at 1:58 pm (UTC-4)
29 comments

Uzun danışıqlardan sonra mayın 28-i axşam saatlarında Milli Şura elan olunub. Milli Şuraya “El” Hərəkatı, Müsavat Partiyası və başqa partiyalar, eləcə də bəzi fərdi şəxslər dəstək bildirib. Milli Şuranı dəstəklədiyini elan edən partiyalardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Qarşıdan gələn prezident seçkilərində AXCP-nin planları, partiyanın Milli Şurada gələcək fəaliyyəti və Milli Şuranı dəstəklənməsinin səbəblərinə […]

Aslan İsmayılov: Siyasətə meylim yoxdur

Posted May 14th, 2013 at 3:22 pm (UTC-4)
9 comments

Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün  məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib. Qərarı müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış vəkil Aslan İsmayılovu dəvət etmişik. Mayın 15-i Aslan İsmayılov […]

İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik

Posted March 26th, 2013 at 3:37 pm (UTC-4)
28 comments

O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə […]

Zaur Qurbanlı: “Mən Məhəmmədlə, Bəxtiyarla, Şahinlə fəxr edirəm!”

Posted March 12th, 2013 at 4:30 pm (UTC-4)
4 comments

N!DA Vətəndaş Hərəkatı! –  Təşkilat 2 il əvvəl təsis edilsə də, 10 martda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasınadək əsasən gənclər arasında populyar idi. Ancaq aksiyadan bir neçə gün öncə 3 üzvünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dövlət çevrilişində və narkotik vasitələrin daşınmasından ittiham olunduqdan və üzvlərin Azərbaycandakı telekanallar vasitəsilə yayımlanan ifadələrindən sonra bütün Azərbaycanda danışılan başlıca […]

“Qazzetti”ni işlədən kimdir?

Posted February 26th, 2013 at 11:19 am (UTC-4)
11 comments

Bu veb səhifə cəmi iki həftə əvvəl yaranıb. Amma Azərbaycanda artıq çox sayda insan hər gün bu vebsayta baş çəkir. Söhbət Azərbaycanda baş verən gündəlik xəbərlərə satirik dad qatan “QAZZETTİ.COM”-dan gedir. Bu onlayn qəzetdə dərc edilən yumorlu yazıları gülmədən oxumaq mümkün deyil. Çoxları üçün bu portalı kimlərin təsis etdiyi və çalışdırdığı hələ də qaranlıq qalmaqdadır. […]

Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!

Posted February 5th, 2013 at 12:31 pm (UTC-4)
23 comments

Fevralın 4-ü Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçib. Hər iki müxalifət lideri ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və […]

Elşad Abdullayev: “400-dən çox ifşaedici videom var”

Posted January 15th, 2013 at 10:54 am (UTC-4)
10 comments

Son aylar gizli video görüntülər və açıqlamaları ilə Azərbaycanda gündəmdən düşməyən Elşad Abdullayev hər gün yeni ittihamlarla çıxış etməkdədir. Oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq Sərbəst Kürsüyə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevi dəvət etmişik. Hazırda Fransada yaşayan E.Abdullayev uzun sürən danışıqlardan sonra Sərbəst Kürsü canlı forumunda oxucularımız suallarını cavablandırmağa razılıq verib. Yanvarın […]

İsa Qəmbər namizəd olmaqdan bezibmi?

Posted January 8th, 2013 at 3:19 pm (UTC-4)
10 comments

Müsavat Partiyasının Məclisi partiyanın başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.  2003-cü ildə namizəd olmuş İsa Qəmbər bu dəfəki seçkilərdə qələbəsinə əminlik ifadə edib.  Onun fikrincə, son video qalmaqalları Azərbaycanın hakim rejimini tamamilə ifşa edib, onun korrupsiyaya uğradığını və hakimiyyətin kriminal xarakterini nümayiş etdirib. Oxucularımızın suallarını cavablandırmaq üçün […]

Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür

Posted July 24th, 2012 at 1:36 pm (UTC-4)
22 comments

Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂 Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib […]

BLOGLAR

RSS Xəbərlər