Bu gün gənc fəal Bəxtiyar Hacıyev Facebook statusu vasitəsilə prezident İlham Əliyevin Brüsseldə səsləndirdiyi sözlərə ironik şəkildə haqq qazandıraraq Azərbaycanda siyasi məhbus olmadığını deyib. “Olsaydı, indiyə qədər onların azad olunması tələbi ilə heç olmasa, 20-ci sahədə icazəli aksiya keçirilərdi” – deyə keçmiş vicdan məhbusu bildirib. Bəxtiyar Hacıyev 7 üzvü həbs olunmuş NİDA VH-nin icazəli aksiyaya […]
Bəxtiyar Hacıyev: Elə təəssürat var ki, artıq hamı dostlarımızın həbsi ilə barışıb
Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!
İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı […]
Samir Əsədli: “Mitinqi gözdən salmağa çalışanlar bizi yox, özlərini gözdən salırlar”
Martın 17-də Bakıda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə sanksiyalaşdırılmış mitinqi keçirilib. Mindən çox insanın qatıldığı mitinqdə “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Təhsildə rüşvətə yox” şüarıları səsləndirilib. Aksiyanın rəsmi hissəsindən sonra keçirilən konsertdə rokçu Camal Əlinin ifası münaqişə və davaya səbəb olub. Baş vermiş hadisəni müzakirə etmək üçün Sərbəst Kürsüyə mitinqin təşkilatçılarından Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin […]
Hikmət Hacızadə: Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir
2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı? 2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın […]
Almaniya ombudsmanını Bəxtiyar Hacıyevlə görüşə buraxmayıblar
Almaniya ombudsmanı deyib ki, Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. TAPDIQ FƏRHADOĞLU “Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, – deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə […]
Bəxtiyar Hacıyevin ‘Harvard’dakı professoru ilə müsahibə
Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Rikardo Hausmann deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetində magistr dərəcəsi aldığını təsdiqləyib və deyib: ” Bəxtiyar Hacıyevin əleyhinə onun Harvard Universitetinin Kennedi Hökumət Məktəbində yüksək rəqabətli hesab olunan İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi aldığını inkar edən gözdənsalma kampaniyası aparılmasından […]