Showing Archived Posts

Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”

Posted May 7th, 2012 at 1:34 pm (UTC-4)
31 comments

Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı  meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib. Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.  CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə […]

İsa Qəmbər: Güneyli-Quzeyli Azərbaycana canımız qurban!

Posted April 9th, 2012 at 2:21 pm (UTC-4)
16 comments

Aprel ayının 8-i müxalifət qüvvələrini birləşdirən İctimai Palata Bakıda mitinq keçirib. “Siyasi məhbuslara azadlıq!” “Yeni parlament seçkiləri keçirilsin!”, “Rədd olsun yoxsulluq!”,  “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “İstefa! ”şüarları qaldırılmış mitinqdə minlərlə insan iştirak edib. Müxalifət mitinqdə 10 mindən çox, Bakı şəhər Baş Polis İdarəsi isə 1200 nəfərin iştirak etdiyini iddia edir. Mitinq zamanı növbəti aksiyanın […]

Hikmət Hacızadə: Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir

Posted January 4th, 2012 at 4:04 pm (UTC-4)
9 comments

2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı?  2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın […]

İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!

Posted December 9th, 2011 at 3:55 pm (UTC-4)
16 comments

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşdiyini bildirib.  Hava limanda məmurun pis rəftarına etiraz edən cənab Əliyev Türkiyədən deportasiya olunmamışdan əvvəl iki dəfə döyüldüyünü deyib. Elə həmin gecə Bakıya qayıdan hüquq müdafiəçisini hava limanında çoxsaylı fəal qarşılayıb. Cənab Əliyev Türkiyədə vəkil tutduğunu və baş verən […]

Azərbaycanlılara “Duz sunamisi” təhlükəsinə qarşı Almaniyanın Yaşıllar Partiyasından dəsdək

Posted September 20th, 2011 at 12:48 pm (UTC-4)
Leave a comment

İran azərbaycanlıları Urmiyə Gölünün quruması nəticəsində başverə biləcək “Duz sunamisi” adlandırdıqları fəlakətin milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər. Yaşıllar Partiyasının Almaniya parlamentindəki nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı gördüyü işlər barədə Amerikanın səsinə danışıb. İNSAFƏLİ HİDAYƏT İranın daxili və […]

“Eurovision 2012″in təşkilatçıları Azərbaycandan azadlıqlar üçün yazılı zəmanət istəyir (VIDEO)

Posted September 3rd, 2011 at 9:47 pm (UTC-4)
Leave a comment

Avropa Yayım Şurası Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır. TAPDIQ FƏRHADOĞLU “Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycan hakimiyyətini vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasına son qoyulmasına, həmçinin siyasi və digər azadlıqların təmin olunmasına çağırıb. […]

Bəzi fars, kürd, ərəb qrupları da azərbaycanlıların şənbə gününə planlaşdırdıqları nümayişləri dəstəkləyir

Posted September 1st, 2011 at 2:28 pm (UTC-4)
Leave a comment

Urmiyə və Təbrizdə ailələr  27 Avqustda keçirilən nümayişdə itkin düşən qohumlarını axdarmağa davam etdikləri bir zamanda, İran Azərbaycanlılarının gələn şənbə günü Qərbi və Şərqi Azərbaycan  vilayətlərinin irili-xırdalı şəhərlərində əlavə nümayişlərə hazırlaşdığı bildirilir. Bu arada kürdlər və ərəblərə əlavə olaraq bəzi fars qrupların və Yaşıl hərəkatın da azərbaycanlıların tələblərini dəsdəklədiyi bildirilib və bəzi müxalif fars qruplar […]

Almaniya ombudsmanını Bəxtiyar Hacıyevlə görüşə buraxmayıblar

Posted August 15th, 2011 at 2:43 pm (UTC-4)
Leave a comment

Almaniya ombudsmanı deyib ki, Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. TAPDIQ FƏRHADOĞLU “Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, – deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə […]

BLOGLAR

RSS Xəbərlər