Showing Archived Posts

Altay Göyüşov: Cümhuriyyət kimliyimiz, Rəsulzadə isə Cümhuriyyətin pasportudur

Posted November 27th, 2013 at 10:51 am (UTC-4)
13 comments

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2014-cü ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məsul dövlət qurumlarına yubileyin keçirilməsinə dair konkret tədbirlər planı hazırlamaq tapşırılıb. Bir çox müşahidəçilər son illər Azərbaycan Cümhuriyyətinin banilərindən […]

Bəxtiyar Hacıyev: Elə təəssürat var ki, artıq hamı dostlarımızın həbsi ilə barışıb

Posted June 25th, 2013 at 10:57 am (UTC-4)
13 comments

Bu gün gənc fəal Bəxtiyar Hacıyev Facebook statusu vasitəsilə prezident İlham Əliyevin Brüsseldə səsləndirdiyi sözlərə ironik şəkildə haqq qazandıraraq Azərbaycanda siyasi məhbus olmadığını deyib. “Olsaydı, indiyə qədər onların azad olunması tələbi ilə heç olmasa, 20-ci sahədə icazəli aksiya keçirilərdi” – deyə keçmiş vicdan məhbusu bildirib. Bəxtiyar Hacıyev 7 üzvü həbs olunmuş NİDA VH-nin icazəli aksiyaya […]

Əli Kərimli: Rüstəm bəyin Rusiya ilə yanaşı Fransa və ABŞ-da da evi var!

Posted May 27th, 2013 at 1:58 pm (UTC-4)
29 comments

Uzun danışıqlardan sonra mayın 28-i axşam saatlarında Milli Şura elan olunub. Milli Şuraya “El” Hərəkatı, Müsavat Partiyası və başqa partiyalar, eləcə də bəzi fərdi şəxslər dəstək bildirib. Milli Şuranı dəstəklədiyini elan edən partiyalardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Qarşıdan gələn prezident seçkilərində AXCP-nin planları, partiyanın Milli Şurada gələcək fəaliyyəti və Milli Şuranı dəstəklənməsinin səbəblərinə […]

Aslan İsmayılov: Siyasətə meylim yoxdur

Posted May 14th, 2013 at 3:22 pm (UTC-4)
9 comments

Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün  məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib. Qərarı müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış vəkil Aslan İsmayılovu dəvət etmişik. Mayın 15-i Aslan İsmayılov […]

Aygün Pəncəliyeva: Adnan və Eminin həbsindən sonra bütün qorxularımı atmışdım

Posted April 30th, 2013 at 4:23 pm (UTC-4)
4 comments

7 üzvü həbsdə olan N!DA Vətəndaş Hərəkatının fəaliyyətində son zamanlar  ləngimə hiss edilməkdədir. Martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da “Nida”çı Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də isə Zaur Qurbanlı barəsində həbs qəti imlan tədbiri seçilib. N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü […]

Mahmudəli Çöhrəqanlı: “Demokratikləşməyən hakimləri tarixin zibil qabı gözləməkdədir”

Posted April 16th, 2013 at 7:51 pm (UTC-4)
10 comments

Son günlər İranla Azərbaycan arasında münasibətlərdə bəzi gərginliklər yaşanmaqdadır. İranın Azərbaycana notasının oxşar addımla qarşılanması və İran rəsmisinin Azərbaycan Respublikasının İrana birləşdirilməsi iddiaları iki qonşu ölkə arasında son illər yaşanmayan gərginliyə səbəb olub. Bu, İranda yaşayan çoxmilyonlu azərbaycanlı üçün nə deməkdir? Son illər İranda yaşayan azərbaycanlıların fəallaşması İran-Azərbaycan əlaqələrinə təsir edirmi? Bu və İran Azərbaycanı […]

İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik

Posted March 26th, 2013 at 3:37 pm (UTC-4)
28 comments

O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə […]

Zaur Qurbanlı: “Mən Məhəmmədlə, Bəxtiyarla, Şahinlə fəxr edirəm!”

Posted March 12th, 2013 at 4:30 pm (UTC-4)
4 comments

N!DA Vətəndaş Hərəkatı! –  Təşkilat 2 il əvvəl təsis edilsə də, 10 martda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasınadək əsasən gənclər arasında populyar idi. Ancaq aksiyadan bir neçə gün öncə 3 üzvünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dövlət çevrilişində və narkotik vasitələrin daşınmasından ittiham olunduqdan və üzvlərin Azərbaycandakı telekanallar vasitəsilə yayımlanan ifadələrindən sonra bütün Azərbaycanda danışılan başlıca […]

Turqut Qəmbər: O televizor məndən də yaşlıdır

Posted February 19th, 2013 at 12:02 pm (UTC-4)
5 comments

Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadirəsini həyata keçirir.Aksiya zamanı yüksək cərimə olunanlardan 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər. Fevralın 19-u Nida Vətəndaş Hərəkatının idarə […]

Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!

Posted February 5th, 2013 at 12:31 pm (UTC-4)
23 comments

Fevralın 4-ü Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçib. Hər iki müxalifət lideri ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və […]

BLOGLAR

RSS Xəbərlər