Showing Archived Posts

Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”

Posted May 15th, 2012 at 1:17 pm (UTC-4)
10 comments

Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]

Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”

Posted May 7th, 2012 at 1:34 pm (UTC-4)
31 comments

Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı  meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib. Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.  CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə […]

Qüdrət Həsənquliyev: “Iran Azərbaycanda İrandakı kimi teokratik rejim qurmaq istəyir”

Posted February 16th, 2012 at 4:17 pm (UTC-4)
21 comments

Bu yaxınlarda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı təklifini yenidən gündəmə gətirdikdən sonra bəzi millət vəkilləri də bu təklifə dəstəyini ifadə edib. Onlar arasında Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da var […]

İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!

Posted December 9th, 2011 at 3:55 pm (UTC-4)
16 comments

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşdiyini bildirib.  Hava limanda məmurun pis rəftarına etiraz edən cənab Əliyev Türkiyədən deportasiya olunmamışdan əvvəl iki dəfə döyüldüyünü deyib. Elə həmin gecə Bakıya qayıdan hüquq müdafiəçisini hava limanında çoxsaylı fəal qarşılayıb. Cənab Əliyev Türkiyədə vəkil tutduğunu və baş verən […]

Markus Löninq: Almaniya Cənubi Qafqazı azad görmək istəyir

Posted August 17th, 2011 at 2:42 pm (UTC-4)
Leave a comment

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb. TAPDIQ FƏRHADOĞLU Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım […]

Almaniya ombudsmanını Bəxtiyar Hacıyevlə görüşə buraxmayıblar

Posted August 15th, 2011 at 2:43 pm (UTC-4)
Leave a comment

Almaniya ombudsmanı deyib ki, Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. TAPDIQ FƏRHADOĞLU “Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, – deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə […]

Bəxtiyar Hacıyevin ‘Harvard’dakı professoru ilə müsahibə

Posted July 20th, 2011 at 6:42 pm (UTC-4)
Leave a comment

Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Rikardo Hausmann deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetində magistr dərəcəsi aldığını təsdiqləyib və deyib: ” Bəxtiyar Hacıyevin əleyhinə onun Harvard Universitetinin Kennedi Hökumət Məktəbində yüksək rəqabətli hesab olunan İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi aldığını inkar edən gözdənsalma kampaniyası aparılmasından […]

BLOGLAR