ABŞ-ın türk və Azərbaycan icmaları prezident Obamanı Novruz mesajında türk xalqlarını da qeyd etməyə çağırır

Posted March 2nd, 2011 at 8:40 pm (UTC-5)
Leave a comment

Amerikanın türk icması Novruz bayramı kampaniyası çərçivəsində ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb. Dördüncü ildir keçirilən bu kampaniyanın məqsədi prezident Obamanın Novruz mesajında türk xalqlarını da qeyd etməsinə nail olmaqdır. 

Məktubda deyilir ki, İran, İraq, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyadan gəlmiş mühacirlər zəngin mədəni irslərinin qorunub saxlanması və adət-ənənələrin gələcək nəslə ötürülməsi məqsədilə hər il Novruz bayramını qeyd edir.

Lakin son illər Novruz bayramı yalnız İran və fars dilli ölkələrin xalqlarına aid edilib. Bununla belə,  Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər böyük bir regionda yaşayan türk xalqları Novruz bayramını  və tarixi bir neçə min il əvvələ gedib çıxan yazın gəlişi gününü geniş şəkildə qeyd edir. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda rəsmi bayram, Türkiyədə isə ictimaiyyətin qeyd etdiyi bayram günüdür.

Amerika Türkləri və Amerika Azərbaycanlılarının şəbəkələri prezident Obamanı Novruz bayramı münasibətilə ABŞ prezidentinin hər il verdiyi mesajında Azərbaycan və azərbaycanlı amerikalılar, Türkiyə və türk amerikalılar, habelə bütün türk xalqlarını təmsil edən amerikalıları da qeyd etməyə çağırır.

Prezident Barak Obamanın 2006-2010-cu illərdə Novruz bayramı münasibətilə verdiyi mesajlarında türk xalqları qeyd edilməyib.

Prezident Obamanın 2010-cu il martın 20-i Novruz mesajı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz. 

http://www.whitehouse.gov/the-press-office/remarks-president-obama-marking-nowruz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>