Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti Gülbəniz Arifqızı (Beniz Spencer)

Posted March 10th, 2011 at 5:21 pm (UTC-5)
1 comment

 

Gülbəniz Arifqızı (Beniz Spenser) Kaliforniya ştatında fəaəliyyət göstərən Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti və təsisçələrindən biridir.

ABŞ-a gəlməzdən əvvəl o, Azərbaycanda “Ordu”, “Ədalət”, “Azərbacyan İşıqları” və “Hünər” mətbu orqanlarında müxbir kimi çalışıb. Bu illər ərzində o, Beyləqan, Cəbrayıl, Qubadlı rayonları və Xocalıda faciədən bir həftə əvvəl münaqişə yerlərindən məlumatlar verib.

Gülbəniz Arifqızı 1997-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. 2006-cı ildə onun “Müharibə yolları ürəyimdən keçir” adlı kitabı işıq üzü görüb. Kitab Qarabağ haqqında ən yaxşı kitablar arasında göstərilib və  Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatını alıb.

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyası 2006-cı ildə yaradılıb. Təşkilatın məqsədi ABŞ-da yaşayan azərbaycanlı qadınları maraqlandıran məsələləri gündəmə gətirməklə yanaşı, Amerikada Azərbaycan haqda biliklərin artırılması, Azərbaycan mədəni irsinin qorunması, bununla yanaşı həm ABŞ, həm də Azərbaycanda qadınları dəstəkləyən xeyriyyə aksiyalarının keçirilməsindən ibarətdir. AAWA həmçinin mədəniyyətlərarası anlaşmanı artırmaq üçün ABŞ-da fəaliyyət göstərən qadın təşkilatları ilə əlaqə yaratmaq və bu əlaqələri möhkəmləndirmək məqsədi güdür. Təşkilatın təsisçiləri Beniz Spenser (Gülbəniz Akifqızı), Natella İsazadə və Fəridə Buyurundur. Təşkilat Kaliforniya ştatının Korona şəhərində fəaliyyət göstərir.

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının veb səhifəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://aawausa.org/

One response to “Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti Gülbəniz Arifqızı (Beniz Spencer)”

  1. Gulbeniz says:

    Salam Dilşad xanim. Təşəkkürlər diqqətinizə görə. Amalınız da özünüz kimi gözəldir. Sizin də sayta baxdim. Çox sağ olun. Mənə elə gəlir ki, Azərbaycan üçün mətbuat, TV, kitab va jurnallarin çıxması olduqca vacibdir. Onu da qeyd edim ki, mən 1997-ci il martın 22-də LA də yayinlanan Beynəlxalq TV kanali olan “Kanal-18”-da ilk dəfə Azərbaycan TV proqramini təşkil etmişdim. 2008- ci ildə isə 2-ci “Əsirlikdən qalan kəndim” adli kitab Bakıda çap olundu. Kitab artiq ingilis dilində nəşrə hazirdir. Indi onun nəşrini düşünürəm. Bu bəlkə də Azərbaycan haqqında ilk etnoqrafik kitab olacaqdir. Bunu təqdimatda iştirak edən Mədəniyyət Nazirliyinin nümayəndəsi yazıçı Çingiz Əlioğlu və digər taninmiş jurnalistlər belə adlandirırlar. Kitab bütünlükdə Azərbaycan tarixi, adət-ənənələri və müharibə ilə bağlıdır. Eyni zamanda, şəkillərlə əhatə olunacaq. 360 səhifəlik. İşlərinizdə yalnız və yalnız uğurlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>