Amerika azərbaycanlıları 31 Mart azərbaycanlıların kütləvi qətliamı gününü anır

Posted March 31st, 2011 at 12:56 pm (UTC-5)
Leave a comment

ABŞ-da yaşayan azərbaycanlılar 20-ci əsrin əvvəllərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyi faciəli hadisələrin anılması üçün bu il də məktub kampaniyasını davam etdirib. Birləşmiş Ştatlar Konqresi, yerli qanunvericilik orqanları və mətbuat üzvlərinə göndərilən məktublarda1918-ci il martın 31-də baş vermiş faciəli hadisələr izah edilir.

ABŞ-da azərbaycanlıların şəbəkəsi USAN-nın məktublarında martın 31- gününün 1919-cu ildə Azərbaycan Demokratik Respublikası tərəfindən rəsmi olaraq Faciə günü kimi anıldığı qeyd edilir. Məktub kampaniyasının nəticəsi olaraq ABŞ-ın Nevada ştatının qubernatoru artıq ikinci dəfədir martın 31-ni azərbaycanlıların anım günü elan etmişdir.

Nevada ştatının qubernatorunun sərəncamı martın 31-ni azərbaycanlıların milli faciəsi kimi Azərbaycanın hüdudlarından kənarda tanıyan ilk rəsmi sənədlərdən biridir.

Amerikanın səsinin Nevada ştatının qubernatorunun martın 31 günü ilə bağlı sərəncamı haqda məlumatını bu linkdə tapa bilərsiniz:
http://www.voanews.com/azerbaijani/news/Nevada-Proclamation-Azerbaijan-Remembrance-Day-01-03-2011-112814444.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>