Showing Archived Posts

Tanış olun, Amerikada yaşayan azərbaycanlı qadınların təşkilatı AWA

Posted March 8th, 2011 at 5:12 pm (UTC-5)
Leave a comment

Amerikada Azərbaycan qadınlar assosiasiyası AWA paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan azərbaycalı qadınlar tərəfindən yaradılıb. AWA-nın məqsədi Amerikada yaşayan Azərbaycan qadınlarını bir araya gətirmək, Amerika və Azərbaycan mədəniyyətlərini bir-birinə tanıtmaq, Azərbaycanda qadın və uşaqların xeyrinə aksiyalar keçirməkdən ibarətdir. Təşkilatın təsisçiləri Turan Qəribova, Rəna Məmmədli, Səidə Məmmədova, Leyla Məmmədova, Lalə Rəhimova, Sevda Kərimovadır. Assosiasiyanın veb […]

Qadınları alqışlayaq!

Posted March 8th, 2011 at 4:22 pm (UTC-5)
Leave a comment

“Mən ən əvvəl qadınam” Jaklin Kennedi Onasis, ABŞ-ın birinci xanımı Bu gün 100 ildir ki, dünya qadınları 8 Mart gününü qeyd edir.  100 il uzun bir yoldur.   Bu yolda qadınlar təhsil almaq, səs vermək hüququ almağa nail olub, siyasətə qoşulmaq , bizneslə məşğul olmaq imkanı əldə edib.  Bu qadınlar alqışlara layiqdir. Beynəlxalq Qadınlar günü münasibətilə sizi […]

Nyu Yorkun “Soydaş” ansamblı Novruz bayramına hazırlaşır

Posted March 7th, 2011 at 6:29 pm (UTC-5)
Leave a comment

Nyu York yatmayan şəhər kimi tanınır. Küçələri həmişə səs-küylü, teatrlar və konsert salonları dolu…. Buradakı şənliklər də xüsusi bir atmosferdə keçir.  Nyu Yorkda yaşayan həmvətənlərimizə müəyyən mənada həsəd aparmaq olar. Amerikada ən yaxşı Novruz şənliyi konkursu hələ keçirilməyib, amma keçirilsə, Nyu York nominasiyada olacaq. Bakı restoranının ləzzətli təamları,“Soydaş” rəqs ansamblının ifasında rəqslər bütün tədbirlərə, xüsusilə […]

Dünya qadınlarına Hillari Klintondan 8 Mart təbriki

Posted March 7th, 2011 at 5:16 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət katibi Hillari Klinton 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə dünya qadınlarına video mesaj göndərib. Mesajda deyilir: “Martın 8-i Beynəlxalq Qadınlar gününün 100 illiyi qeyd edilir. Çoxlarının bildiyi kimi, bu tarix mənim üçün xüsusi əhəmiyyət daşıyır. 1995-ci ildə Pekində insan hüquqlarının qadın hüquqları və  qadın hüquqlarının da insan hüquqları olduğuna dair mesajıma müsbət reaksiya […]

Amerikada yaşayan azərbaycanlı xanımlar uşaqlara Novruz adətlərini öyrətmək üçün tədbir keçirir

Posted March 3rd, 2011 at 9:04 pm (UTC-5)
Leave a comment

ABŞ-da yaşayan həmvətənlərimiz Novruz şənliklərinə hazırlaşır. Novruz təqviminə hər gün yeni tədbir əlavə olunur. Paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan qadınların təşkilatı AWA martın 13-də uşaqlar üçün Novruz şənliyi təşkil edir. Xanımlarımız balacalar üçün xonçalar hazırlayacaq, uşaqlara Novruz ənənəsi haqda məlumat verəcək.  AWA qrupunun üzvü Rəna Məmmədli bizə bildirdi ki, uşaqların Novruzun adətlərini bilməsi […]

ABŞ-ın türk və Azərbaycan icmaları prezident Obamanı Novruz mesajında türk xalqlarını da qeyd etməyə çağırır

Posted March 2nd, 2011 at 8:40 pm (UTC-5)
Leave a comment

Amerikanın türk icması Novruz bayramı kampaniyası çərçivəsində ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb. Dördüncü ildir keçirilən bu kampaniyanın məqsədi prezident Obamanın Novruz mesajında türk xalqlarını da qeyd etməsinə nail olmaqdır.  Məktubda deyilir ki, İran, İraq, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyadan gəlmiş mühacirlər zəngin mədəni irslərinin qorunub saxlanması və adət-ənənələrin gələcək nəslə ötürülməsi məqsədilə […]

Amerika Azərbaycanlıları ABŞ hökumətinin 2012-ci ildə Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır

Posted March 1st, 2011 at 5:22 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlılar artıq dördüncü ildir intensiv şəkildə Konqresə məktub ünvanlama kampaniyası aparır. Hər ilin əvvəli həmvətənlərimiz 20 Yanvar, Xocalı və Sumqayıt hadisələrinin ildönümü ərəfəsində Amerika qanunvericiləri ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinə məktublar göndərir. İcma üzvlərimiz yerli və federal qanunvericilərdən cavablar alır. Bu günlər Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi USAN  Konqresə ABŞ-ın 2012-ci il üçün […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>