Showing Archived Posts

Vankuverdə yaşayan azərbaycanlılar Azərbaycanın Milli gününü qeyd edib

Posted May 31st, 2011 at 10:52 am (UTC-5)
Leave a comment

Kanadanın Vankuver şəhərinin azərbaycanlı icmasının üzvləri mayın 28-də Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümünü qeyd ediblər. Bu il Vankuver şəhərinin meri Qreqor Robertson mayın 28-ni şəhərdə Azərbaycanın Milli Günü elan etmişdir. Merin imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının dünya tarixində ilk dünyəvi müsəlman parlamentar respublika olduğu, hər il dünya azərbaycanlılarının may ayının 28-də Azərbaycanın Milli Gününü qeyd […]

Azərbaycan Yaponiya Dostluq Cəmiyyəti azərbaycanlıları Respublika günü münasibəti ilə təbrik edir

Posted May 30th, 2011 at 11:14 am (UTC-5)
Leave a comment

Yaponiyanın Osaka şəhərində fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Azərbaycan xalqına Respublika günü münasibəti ilə təbrik ünvanlayıb. Cəmiyyətin sədri Rəhman Şahhüseynlinin adından açıqlanan press relizdə deyilir ki, Yaponiyada yaşayan azərbaycanlılar 28 May Azərbaycanın Respublika gününü böyük qürur hissi ilə qeyd ediblər. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti 2002-ci ildə Yaponiyada Azərbaycanı tanıtmaq məqsədilə yaradılıb. Öz fəaliyyətləri ilə cəmiyyət iki […]

Amerika Azərbaycan Cəmiyyəti Nyu-Yorkda 28 May gününü qeyd edir (VİDEO)

Posted May 30th, 2011 at 8:37 am (UTC-5)
Leave a comment

Mayın 28-də Nyu-York şəhərində Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü və ənənəvi Türk yürüşü keçirilib. Amerika Azərbaycan Cəmiyyəti dünya azərbyacanlılıarı ilə tədbirlərdən çəkilmiş video görüntüləri bölüşür.

Nyu-Yorkda ənənəvi Türk yürüşündə Azərbaycanın sərgisi böyük maraqla qarşılanıb

Posted May 29th, 2011 at 12:51 pm (UTC-5)
Leave a comment

Mayın 28-də Nyu-York şəhərində 29-cu Türk yürüşü keçirilib. Ənənəvi tədbir Amerikadakı türk assosiasiyaları federasiyası tərəfindən təşkil edilib. Hər il keçirilən nümayiş nyu-yorkluların böyük marağına səbəb olur. Türk nümayişi Amerikada yaşayan türk xalqlarının ən böyük tədbiri hesab edilir. Bu il Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycana həsr edilmiş səyyar sərgi Azərbaycan bayraqları və Azərbaycanın Eurovision müsabiqəsində qələbəsini […]

Nyu-Yorkda Azərbaycanın Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayraqları ucaldılıb

Posted May 29th, 2011 at 9:24 am (UTC-5)
Leave a comment

Mayın 28-də Nyu-York şəhərinin Uol Strit küçəsində yerləşən Boulinq Qrin (Bowling Green) bağında Azərbaycanın Respublika Günü münasibəti ilə Azərbaycan və ABŞ bayraqlarının ucaldılması mərasimi keçirilib. Mərasim ABŞ-da 1957-ci ildən fəaliyyət göstərən Amerika Azərbaycan Cəmiyyəti (ASA) tərəfindən təşkil edilmişdir. Tədbirdə Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri, Türkiyənin ABŞ-dakı səfiri Namik Tan, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri […]

Kanadanın Toronto şəhərində mayın 28-i Azərbaycan bayrağı ucaldılacaq

Posted May 27th, 2011 at 12:44 pm (UTC-5)
Leave a comment

Torontoda fəaliyyət göstərən Kanadadakı azərbaycanlı tələbələrin şəbəkəsi mayın 28-də Azərbaycanın Respublika gününü qeyd etmək məqsədilə şəhər bələdiyyəsinin qarşısında Azərbaycan bayrağının ucaldılması mərasiminin təşkil ediləcəyini bildirir. Kanadadakı azərbaycanlı gənclərin şəbəkəsi ölkədə təhsil alan tələbələr və universitet məzunlarını bitirmiş azərbaycanlı gəncləri birləşdirir. Qrupun əsas məqsədi gənclər arasında ümumi məsələlər ətrafında fikir mübadiləsi aparmaq və informasiyanın bölüşməsinə nail […]

Nyu-Yorkun Bruklin və Kvins inzibati dairələrində 28 May Azərbaycanın Respublika Günü elan edilib

Posted May 27th, 2011 at 11:55 am (UTC-5)
Leave a comment

Nyu-York şəhərinin Bruklin dairəsinin prezidenti Marti Markovitsin imzaladığı bəyannamədə bu dairədə yaşayan azərbaycanlıların Azərbaycan tarixini qoruyub saxlayaraq, Azərbaycan irsi və mədəniyyətinə maraq yaradıb, bunların öyrənilməsi və qiymətləndirilməsi istiqamətində gördüyü işlərə yüksək qiymət verilir. Dairə prezidenti bruklinlilər adından azərbaycanlıları təbrik edərək, mayın 28-i dairədə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 93-cü ildönümünün bayram edildiyini bəyan etmişdir. Nyu-York şəhərinin […]

Eldarla hava limanında görüş

Posted May 24th, 2011 at 1:16 pm (UTC-5)
Leave a comment

Eurovision-2011-nin final günü Bakıda idim və qələbə sevincini mənə vətəndə yaşamaq nəsib oldu. Tele-ekrandan Eldar və Nigarın gözəl simalarına baxıb onlara bizə bu sevinci bəxş etdiklərinə görə təşəkkür edirdim. Amma bilmirdim ki, ürəyimdəki sözləri onlara şəxsən ifadə etmək də mənə nəsib olacaq. Düzünə qalsa, nə vaxtsa onlarla görüşəcəyimi düşünürdüm. Amma müsabiqədən bir neçə gün sonra […]

Posted in Mədəniyyət

ABŞ-ın bir sıra şəhərlərinin merləri 28 Mayı Azərbaycanın Milli Günü elan edir

Posted May 24th, 2011 at 10:35 am (UTC-5)
Leave a comment

Birləşmiş Ştatların bir sıra şəhərlərinin merləri 28 May gününü Azərbaycanın Milli Günü elan etməyə davam edir. ABŞ-da və Kanadada fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyəti nəticəsində artıq paytaxt Vaşinqton, İndiana ştatının Bluminqton, Meyn ştatının Portland, Şimali Dakota ştatının Farqo şəhərləri, habelə Kanadanın Vankuver şəhərinin merlərinin qərarı ilə mayın 28-i Azərbaycanın Milli Günü elan edilib. Bu sənədlərdə […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>