Showing Archived Posts

ABŞ-da ilk dəfə olaraq Qarabağa həsr edilmiş markalar çap edilib

Posted June 30th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Qarabağa həsr edilmiş poçt markaları çap edib. Markalar Qarabağın zəngin keçmişi və tarixinin öyrənilməsi məqsədilə həyata keçirilən “Qarabağ:Keçmişə və Gələcəyə Baxış” silsilə layihəsi çərçivəsində çap edilib. Markaların üzərində Qarabağın tarixi abidələri təsvir edilir. Qarabağ Fondu markaların satışından əldə edilən vəsaitin mədəni tədbirlərin həyata keçirilməsində istifadə ediləcəyini bildirir. Qarabağa həsr edilmiş […]

Lənkəran Kaliforniyanın Monterey şəhəri ilə qardaşlaşdı

Posted June 29th, 2011 at 2:09 pm (UTC-5)
Leave a comment

Azərbaycanın subtropik bölgəsindəki Lənkəran və Amerikanın Sakit okeanı sahilindəki Monterey şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan edilib. Buna dair sənəd keçən həftə Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə səfəri zamanı imzalanıb. Azərbaycanın Los Ancelesdə baş konsulu Elin Süleymanov da imzalama mərasimində iştirak edib. Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin […]

ABŞ Dövlət Departamentinin insan alverinə dair hesabatı-Azərbaycan

Posted June 28th, 2011 at 1:32 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət Departamenti 2011-ci il üçün dünya ölkələrində insan alverinə dair hesabatını açıqalyıb. Dövlət Departamenti bildirir ki, insan alverinə qarşı mübarizə məqsədilə qoyulmuş minimum standartlara cavab verə bilməyən ölkələrin sayı artıb. Hesabatı təqdim edən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, dünya boyu 27 milyon insan qul kimi yaşayır. Onun sözlərinə görə, bir çox ölkələrdə […]

ABŞ Dövlət Departamenti Kazan görüşünün nəticələri haqda:”Ümidlər boşa çıxdı”

Posted June 27th, 2011 at 3:01 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət Departamenti Amerikanın səsinin Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında iyunun 23-də Kazan şəhərində görüşünün nəticələrinə reaksiyası ilə bağlı sualını cavablandırıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın münasibətini bildirərək deyib: ”Ermənistan və Azərbaycan prezidentləri Kazanda görüş zamanı Baza prinsipləri üzrə razılığa gələ bilməyib. Bununla belə, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verdikləri bəyanatda […]

Vəfa Quluzadə:”İndiyə qədər yalnız iki dəfə uğura yaxın olmuşuq”

Posted June 25th, 2011 at 2:51 pm (UTC-5)
Leave a comment

Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, keçmiş müşavir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda müzakirəçi olmuş tanınmış politoloq Vəfa Quluzadə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticələrini şərh edir.

New York Times Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda yazır

Posted June 25th, 2011 at 2:39 pm (UTC-5)
Leave a comment

New York Times qəzeti Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda məqalə dərc edib. “Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi” adlı məqalədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza prinsipləri üzrə razılığa gələ bilməyən prezidentlər görüşdən sonra birgə bəyanatda bir sıra məsələlər ətrafında qarşılıqlı anlaşmaya nail olduqlarını bildiriblər. Qəzet […]

Posted in ABŞ-Azərbaycan

ABŞ azərbaycanlıları Azərbaycanda qaçqınlar problemi və Dağlıq Qarabağ məsələsi barədə məktub kampaniyası keçirir

Posted June 20th, 2011 at 4:07 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlı icmasının üzvləri  ABŞ prezidenti Barak Obama və Konqres üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çağırışı ilə məktub göndərib. ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN bu ayın əvvəllərində ABŞ liderləri və qanuvericilərin diqqətini Azərbaycanda qaçqınların problemi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyinə yönəltmək üçün  məktub kampaniyasına  başlayıb.  Bu, artıq dördüncü ildir ki, Amerika azərbaycanlıları belə […]

Posted in ABŞ-Azərbaycan

Atalar günündə atam haqda düşüncələrim

Posted June 19th, 2011 at 4:24 pm (UTC-5)
1 comment

Amerikada Atalar günü rəsmi bayram deyil. Amma adı simvolik görünsə də, həyatımızda böyük rol oynayan İnsan üçün ilin bir gününü ayırmaq məncə, çox düzgündür. Atalar günündə artıq çoxdan təkcə ona valideyn deyil, bir vətəndaş kimi baxdığım insanı düşünürəm. Bəzən mən də başqaları kimi atama Süleyman müəllim deyə müraciət etmək istəyirəm. Atam mənim üçün böyük valideyn […]

“Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr”(VİDEO)

Posted June 16th, 2011 at 2:38 pm (UTC-5)
Leave a comment

Konqres kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda məruzə oxunub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir.

Rəssam Ağa Hüseynovun əsərləri Venesiyada incəsənət sərgisində nümayiş etdirilib

Posted June 16th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

İyunun 1-i İtaliyanın Venesiya şəhərində Palazzo Benzon sarayında 54-cü Beynəlxalq Təsviri İncəsənət Sərgisi açılıb. Bu il üçüncü dəfədir ki, Azərbaycanlı rəssamlar da sərgiyə qatılır. Sərgi “İlluminasiya” adı altında keçib. Sərgidə Nyu-Yorkda yaşayan Azərbaycanlı rəssam Ağa Hüseynovun da işləri nümayiş etdirilib. Ağa Hüseynovun əsərlərində Bakı motivləri mərkəzi yer tutur. Azərbaycanlı rəssamın işləri dünyanın bir sıra ölkələrində […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>