ABŞ konqresmenləri Azərbaycanın Respublika gününü təbrik ediblər

Posted June 3rd, 2011 at 9:54 am (UTC-5)
Leave a comment

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Birləşmiş Ştatlar Konqresinin bir neçə üzvü Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü münasibətilə təbrik mesajları ilə çıxış ediblər. Müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 ABŞ qanunvericisi Konqresin Nümayəndələr Palatasında təbrik bəyanatları verib. Bunlar Pensilveniya ştatından respublikaçı konqresmen Bil Şuster, Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Oklahamo ştatından demokrat konqresmen Den Boren, Şimali Karolina ştatından respublikaçı Konqres üzvü Virciniya Foks, Nyu Cersi ştatından demokrat qanuverici Edolfus Tauns, Arizona ştatından demokrat konqresmen Ed Pastor və Kentaki ştatından respublikaçı qanunverici Ed Uitfildir.

ABŞ qanunvericiləri öz çıxışlarında Azərbaycanın dünyəvi və demokratik bir dövlət olduğunu, ABŞ və NATO-nun Əfqanıstanda səylərinə dəstək verdiyini, Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk demokratik respublika olduğunu, Azərbaycanın geo-siyasi mövqeyinə görə Qərb və Şərq arasında körpü rolunu oynamaq imkanını qazandığını və ölkənin Cənubi Qafqaz bölgəsinin mədəniyyətinə böyük töhfələr verdiyini bildiriblər.

Konqresmenlərin bəyanatları ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasının protokoluna salınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>