Vaşinqtonda Tekstil muzeyinin festivalında Azərbaycan xalça sərgisi və xalq musiqi ilə təmsil olunub

Posted June 5th, 2011 at 1:52 pm (UTC-5)
Leave a comment


Vaşinqtonda yerləşən Tekstil muzeyinin hər il keçirdiyi festivalda bu il Azərbaycan da təmsil olunmuşdur.

ABŞ-ın Qarabağ Fondunun təşəbbüsü ilə festival iştirakçıları Azərbaycanın xalçaçılıq sənəti, xalq musiqisi və rəqsləri ilə tanış ola biliblər.

Qarabağ Fondunun Mədəniyyət elçisi, tanınmış musiqişünas Cefri Verbok amerikalılara Azərbaycanın qədim şərq xalçaçılıq sənətində rolundan danışıb.

Tanınmış musiqiçi İmamyar Həsənov festivala gələnləri Azərbaycanın xalq muğamı ilə tanış edib, lirik musiqi parçaları ifa edib.

Amerikada yaşayan və təhsil alan gənclərin ifasında Azərbaycanın xalq rəqsləri isə tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbirqə Türkiyənin Kardelen rəqs qrupunun ifasında da Qafqaz bölgəsinin rəqsləri ifa edilib.

Açıq havada keçirilən festivalın zəngin proqramı çərçivəsində böyüklər və uşaqlar xalçaçılıq sənətinin əsasları və boya sənəti ilə tanış olublar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>