Konqres kitabxanasında “Azərbaycan və ABŞ:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirə oxunub

Posted June 8th, 2011 at 2:56 pm (UTC-5)
Leave a comment

ABŞ Konqresinin kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirənin təqdimatı olub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir. Tədbir ABŞ-ın Qarabağ fondunun dəstəyi ilə keçirilib.

Cennifer Kravçik Azərbaycanda qadın məsələləri ilə yeni məşğul olmağa başlayıb. “Azərbaycanda ABŞ-dan öncə qadınlara səsvermə hüququnun verildiyini öyrənəndə çox təəccüb etdim və bu mövzunu tədqiq etmək istədim”-deyə o Amerikanın səsinə bildirib.

Məruzəsində Cennifer Kravçik ABŞ və Azərbaycanda qadınların səsvermə hüququnun təmin edilməsi prosesində tarixi faktları işıqlandırdı. O qeyd etdi ki, keçən əsrin əvvəllərində dünyada baş verən hadisələr qadınların öz fundamental hüquqları uğrunda mübarizəsinə təsir qoyurdu. ABŞ-da 1913-1921-ci illər qadınların səsvermə hüququ uğrunda mübarizəsini əks etdirir. Cennifer Kravçik qeyd etdi ki, Birinci Dünya müharibəsinin başlaması ilə Amerika yeni reallıqla qarşılaşdı. Qadınlar artıq bütün sahələrdə çalışır, analar öz övladlarını cəbhəyə göndərir və ölkənin siyasi həyatından kənarda qalmaq istəmirdilər.

Bu dövrdə okeanın o tayında Azərbaycan da dünyada gedən proseslərdən kənarda qalmırdı. 1919-cu ildə müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası yaradıldı. Yeni respublika qadınların fundamental hüquqlarını təmin etdi, o cümlədən, ABŞ və Britaniyadan əvvəl onlara səsvermə hüququ verdi.

Amerikada səsvermə hüququ uğrunda mübarizə aparan qadınların rəsmi mətbuat orqanı “Suffragist” (səsvermə hüquqları tərəfdarı) adlı qəzet idi. Azərbaycanda isə qısa bir müddət-cəmi bir il fəaliyyət göstərən “İşıq” qəzeti çap edilirdi.

Hər iki ölkədə hüquqları uğrunda mübarizə aparan qadınlar geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu. Natiq qeyd etdi ki, Azərbaycanda qadınların xeyriyyə fəaliyyəti cəmiyyətin ziyalı və zəngin təbəqələri tərəfindən dəstəklənirdi. Cennifer Kravçik Amerikada qadınların öz hüquqları uğrunda çətin mübarizə yolu keçdiyini, bu proseslərdə onların həbs edildiyini, çətinliklərlə qarşılaşdıqlarını, lakin bu yoldan dönmədiklərini bildirdi. O dedi ki, həm ABŞ, həm Azərbaycanda qadınların təhsili onların hüquqlarının təmin olunması məsələsində önəmli yer alırdı.

Mühazirəçi bunlarla yanaşı Birləşmiş Ştatlar və Azərbaycan arasında fərqləri də göstərdi. O dedi ki, Azərbaycanda şərq dünyasında qadınların səsvermə hüququ ilk olaraq təmin edilsə də, ənənəvi cəmiyyətdə və sovet sistemində yaşayan qadınların innkişafı qarşında maneələr də olurdu. Onun sözlərinə görə, ABŞ-da bu proses davamlı xarakter daşıyıb və bunun nəticəsi olaraq, qadınlar siyasi sistemdə daha geniş təmsil oluna biliblər. Lakin o bildirdi ki, yenidən müstəqilliyini əldə etmiş Azərbaycanda qadınlar inkişafdan bəhrələnir və irəliyə qətiyyətlə addımlayırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>