Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyinin yaradılması haqda Rəfayel Hüseynovla müsahibə (AUDIO)

Posted June 8th, 2011 at 3:21 pm (UTC-5)
Leave a comment

Bu yaxınlarda Sloveniyanın Novi Qoritsa şəhəri yaxınlığında Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Azərbaycan Milli Məclisinin üzvü, yazıçı-publisist Rəfayel Hüseynov muzeyin yaradılması və ekspozisiyanın hazırlanması məqsədilə Sloveniyaya səfərdən qayıdıb. O deyir ki, partizan hərəkatında Mixaylo kimi tanınan Mehdi Hüseynzadənin adı müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış bir neçə abidədə geyd edilib. Yerli əhali vaxtilə partizan hərəkatının üzvü olmuş Mixaylonu xatırlayır, onu xoş sözlərlə yad edir.

Rəfayel Hüseynov İtaliya, Almaniya və Sloveniyada Mehdi Hüseynzadənin kəşfiyyatçı və döyüşçü kimi fəaliyyət göstərdiyi dövrə aid müxtəlif arxiv sənədlərinin mövcud olduğunu bildirir. O, Azərbaycanda Mehdi Hüseynzadənin arxivinin yaradılması ilə məşğul olarkən onun indiyə qədər işıq üzü görməyən şerləri və rəsm əsərlərini tapdığını deyir.

Muzeyin Azərbaycan prezidenti İlham Əliyevin iyunun 10-u Sloveniyaya səfəri zamanı açılacağı gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>