Showing Archived Posts

ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir

Posted September 23rd, 2011 at 3:20 pm (UTC-5)
Leave a comment

Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb. Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır. Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil […]

ABŞ-ın Corc Vaşinqton universitetində Azərbaycan dili tədris edilir

Posted September 22nd, 2011 at 3:15 pm (UTC-5)
Leave a comment

Vaşinqtonda yerləşən Qlobal Dillər Mərkəzi yeni təhsil ilində Azərbaycan dilinin tədrisinə başlayıb. Mərkəz Corc Vaşinqton universitetinin nəzdində yerləşir. İlk dəfə olaraq təşkil edilən kurslarda Azərbaycan dilini öyrənmək istəyənlərə dilin əsasları öyrədilir. Dərslər Corc Vaşinqton universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu Yeganə Blayeva tərəfindən aparılır. Tələbələrə Azərbaycan dilində təmas qurmaq və dialoq aparmaq tədris edilir. Birinci kursda […]

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları 11 sentyabr hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlar verib

Posted September 13th, 2011 at 12:05 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda terror hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlarla çıxış edib. Bəyanatlarda 11 sentyabr hadisələri zamanı minrlərlə amerikalı və digər xalqların nümayəndələrinin həyatlarını itirdiyi və hadisə qurbanlarının xatirəsinin heç zaman unudulmayacağı qeyd edilir. Burada göstərilir ki, Amerikada yaşayan azərbaycanlılar ABŞ hərbi […]

Nəimi Əmiral:”2001-ci il 11 sentyabr Azərbaycanı düşündüm, terror hadisələrinin ağrısını bilən bir vətəndaş kimi Hərbi Dəniz Qüvvələrində xidmət etmək, Amerikaya kömək etmək istədim”

Posted September 9th, 2011 at 3:30 pm (UTC-5)
Leave a comment

  2001-ci il sentyabrın 11-də ABŞ-da Vaşinqtonda və Nyu-Yorkda terror hücumları Amerikada insanların həyatına bu və ya digər şəkildə təsir göstərdi.  Virciniya ştatının Norfolk şəhərində yaşayan azərbaycanlı Nəimi Əmiral 11 sentyabr hadisələrindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün orduya yazılıb.  O deyir ki, televiziya ekranında təyyarələrin dəydiyi yanan binalara baxa-baxa uşaqlıq illəri Ermənistan-Azərbaycan […]

Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”

Posted September 7th, 2011 at 2:30 pm (UTC-5)
Leave a comment

ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>