Showing Archived Posts

Amerikada ilk Azərbaycan teatrı-Azərbaycan Nyu-York Asossiasiyasının məsul katibi Münəvvər Vahabova ilə müsahibə

Posted December 31st, 2011 at 3:23 pm (UTC-5)
Leave a comment

ABŞ-da Azərbaycan Nyu-York Asossiasiyasının nəzdində ilk Azərbaycan teatrı yaradılıb. Dekabrın 4-də teatrın təqdimatı zamanı Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası keçirilib. Azərbaycan Nyu-York Assosiasiyasının məsul katibi və həftə sonu Azərbaycan dili məktəbinin müəllimi Münəvvər Vahabova Amerikanın səsinə müsahibədə deyib ki, Nyu-Yorkda Azərbaycan teatrının yaradılması icma üzvlərinin uzun zamandır gerçəkləşdirmək istədiyi […]

Vaşinqtonda “Azərbaycan: Narazılığın Artan Səsləri” mövzusunda forum keçirilib

Posted December 21st, 2011 at 1:29 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri olan AZAD (Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda) dekabrın 21-də Vaşinqtonda “Azərbaycan: Narazılığın Artan Səsləri” mövzusunda forum keçirir. Tədbirdə tarixçi-alim Cəmil Həsənli və siyasi şərhçi Hikmət Hacızadə məruzə edib. Tədbir Azərbaycanda insan hüquqlarının vəziyyətini və cəmiyyətdə gənclər və ziyalıların fəallığı məsələlərini Amerikada yaşayan soydaşlarla müzakirə etmək məqsədilə keçirilib Tədbirə Vaşinqtonda […]

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir

Posted December 16th, 2011 at 4:03 pm (UTC-5)
Leave a comment

Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]

Amerika azərbaycanlıları Senatı səfir Brayzanı vəzifəsinə yenidən təsdiq etməyə çağırır

Posted December 6th, 2011 at 4:41 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlıları Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın öz vəzifəsinə yenidən təsdiq edilməsi üçün məktub kampaniyası keçirir. ABŞ-da azərbaycanlıların şəbəkəsi olan USAN, Amerika-Azərbaycan Şurası, Pax Turcica təşkilatları erməni lobbisinin səfir Brayzanın təsdiq edilməsinə mane olmaq üçün kampaniya apardığını bildirərək, azərbaycanlıları lobbinin fəaliyyətlərinin qarşısını almaq məqsədilə Amerika qanunvericilərinə məktub gönrdərməyə çağırıb. Diaspor üzvlərinə müraciət məktublarında bildirilir […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>