Showing Archived Posts

Lütfi Zadə:”Mən pulda deyil, həmişə elm naminə elmdə maraqlı olmuşam”

Posted February 28th, 2012 at 3:51 pm (UTC-5)
1 comment

Fevralın 4-ü dünya şöhrətli riyaziyyatçı-alim, mühəndis-elektrik və kompyuter mütəxəssisi Lütfi Zadənin ad günüdür. Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olmuşdur. Atası Rəhim Ələsgərzadə Ərdəbildən, anası isə Rusiyadan olub. O, rus və fars dillərində sərbəst danışır, Azərbaycan dilini yaxşı başa düşür. Kaliforniyanın Berkli universitetində kompyuter elmləri professoru Lütfi Zadə elm dünyasında Fuzzy Logic (qeyri-səlis məntiq) nəzəriyyəsinin […]

ABŞ və Kanadanın bir sıra stat və şəhərlərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib

Posted February 27th, 2012 at 3:49 pm (UTC-5)
Leave a comment

Amerikada və Kanadada yaşayan azərbaycanlılar, habelə bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində bri sıra stat və şəhərlərdə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib. ABŞ-ın Nyu Cersi ştatının qubernatoru Kim Quadaqnonun vitse-qubernator Kris Kristi ilə qəbul etdiyi birgə bəyanatda Xocalı qətliamının 20-ci ildönümünü qeyd edən bütün insanlarla həmrəylik ifadə edilir. […]

Azərbaycanlı model Nyu-York moda şousunda yeni geyim kolleksiyasını təqdim edib

Posted February 15th, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Nyu-Yorkda moda dünyasının ən mühüm tədbirlərindən biri olan dəb şousunda azərbaycanlı model Rüstəm Cəbrayılov kişilər üçün yeni geyim kolleksiyasını təqdim edib. Rüstəm Cəbrayılov kişi geyimləri dizayneri Maykl Bastianın 2012-ci il üçün yeni kolleksiyasını nümayiş etdirib. Dizaynerin son kolleksiyası klassik Amerika stilini təcəssüm etdirir. Kolleksiya gözəl zövq qaydalarını pozmayıb diqqəti cəlb etməyi və gözəl geyinməyi xoşlayan […]

Amerika azərbaycanlıları Xocalı qətliamının anılması məqsədilə kampaniya keçirir

Posted February 7th, 2012 at 2:14 pm (UTC-5)
Leave a comment

Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə məktub kampaniyası aparır. ABŞ azərbaycanlılarının şəbəkəsi USAN artıq beşinci ildir Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir. Bu illər ərzində Amerika qanunvericiləri məktublara cavablar göndərmiş, bəzi ştatların rəsmiləri bəyannamələr qəbul etmiş, məktubların mətni ABŞ-ın müxtəlif ştat […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>