Showing Archived Posts

Diaspor təşkilatlarının kampaniyası nəticəsində bir sıra ştatlarda 28 May Azərbaycanın Milli günü elan edilib

Posted May 29th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

ABŞ-da və Kanadada fəaliyyət göstərən Pax Turcica təşkilatının kampaniyası nəticəsində ABŞ-ın bir sıra ştatlarında 28 May Azərbaycanın Milli günü kimi tanınıb. Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü münasibətilə diaspor üzvlərinə təbrik məktubunda bildirilir ki, müvəffəq kampaniyanın nəticəsi olaraq Amerika Azərbaycan Cəmiyyəti (ASA) ABŞ-da Azərbaycan Demokratik Respublikasının irsini qoruyub saxlayan ilk və yeganə Azərbaycan diaspor təşkilatı […]

Torontoda Azərbaycanın Respublika günü qeyd edilib

Posted May 28th, 2012 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycanın Respublika günü münasibətilə Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar bələdiyyə binasının qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak edib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası və yeni yaranmış Kanada Azərbaycanlı Gənclər şəbəkəsi tərəfindən təşkil edilib. Tədbirdə Kanadada yaşayan Azərbaycan icmasının təxminən 50 üzvü iştirak edib. Toronto Universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyasının prezidenti İsgəndə Qədirzadə toplaşanlar qarşısında çıxış […]

ABŞ-ın bir sıra ştat və şəhərlərində 28 May Azərbaycanın Milli Günü elan edilib

Posted May 24th, 2012 at 2:55 pm (UTC-5)
1 comment

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü ərəfəsində Birləşmiş Ştatların bir sıra ştatları və şəhərlərində mayın 28-i Azərbaycanın Milli Günü kimi tanınıb. ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti nəticəsində artıq Meyn ştatında Portland, Florida ştatında Mayami şəhərində 28 may Azərbaycanın milli günü elan edilib, Rod Aylend ştatının qubernatoru isə azərbaycanlıları Respublika günü münasibətilə təbrik edib. Qubernator […]

ABŞ-ın Portland şəhərinin meri Azərbaycanın Respublika günü münasibətilə qətnamə qəbul edib

Posted May 19th, 2012 at 12:11 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Meyn ştatının Portland şəhərinin meri 28 mayın Azərbaycanın Respublika günü kimi tanınmasına dair qətnamə qəbul edib. Bu, Amerikada Azərbaycan icma üzvlərinin səyləri nəticəsində Portland şəhər meriyası tərəfindən qəbul edilmiş ikinci belə qətnatmədir. Amerika azərbaycanlılarının ştatda apardığı geniş fəaliyyətin nəticəsi olaraq Meyndə artıq Azərbaycanla əlaqədar bir neçə qətnamə qəbul edilmişdir. Portland meriyasının qəbul etdiyi qətnamədə […]

Amerika azərbaycanlıları Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini dəstəkləyir

Posted May 8th, 2012 at 11:34 am (UTC-5)
Leave a comment

Amerika azərbaycanlıları Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyinə dəstək bildirir. ABŞ azərbaycanlıların şəbəkəsi USAN Morninqstarın namizədliyinin dəstəklənməsi məqsədilə məktub kampaniyası keçirir. USAN Amerikadakı Azərbaycan diaspor üzvlərini onların yaşadıqları ştatları təmsil edən senatorlara məktub göndərməyə çağırır. Məktubda Azərbaycanda ABŞ səfiri postuna təyinatın tez bir zamanda edilməsinin əhəmiyyəti vurğulanır. Burada Riçard Morninqstarın region üzrə ekspert olduğu […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>